Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə3/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   2   3   4   5   6   7   8   9   ...   76

4) Azərbaycan Respublikasının iqtisadi mənafeyini qoruyurlar; 
5) ticarət-iqtisadi münasibətlərdə gömrük tənzimlənməsi vasitələrini tətbiq edirlər; 
6) gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri alırlar; 
7)  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  mallar  barədə  iqtisadi 
siyasət tədbirlərinin işlənib hazırlanmasında iştirak edir və bu tədbirləri həyata keçirirlər; 
8) Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin 
keçirilməsi qaydalarına riayət olunmasını təmin edirlər; 
9)  gömrük  işi  sahəsində  cinayətlərə,  həmçinin  gömrük  qaydalarının  və  vergi 
qanunvericiliyinin  pozulmasına  qarşı  mübarizə  aparırlar,  narkotik  vasitələrin,  psixotrop 
maddələrin  və  onların  prekursorlarının,  silahın,  Azərbaycan  xalqının  və  xarici  ölkə 
xalqlarının  bədii,  tarixi  və  arxeoloji  sərvətləri  olan  əşyaların,  intellektual  mülkiyyət 
obyektlərinin,  yox  olmaq  təhlükəsi  altında  olan  heyvanların  və  bitki  növlərinin,  digər 
malların  Azərbaycan  Respublikası  gömrük  sərhədindən  qanunsuz  keçirilməsinin  qarşısını 
alırlar;  beynəlxalq  terrorçuluqla  mübarizəyə  və  Azərbaycan  Respublikasının  təyyarə 
limanlarında  beynəlxalq  mülki  aviasiyanın  fəaliyyətinə  qanunsuz  müdaxilənin  qarşısının 
alınmasına köməklik göstərirlər;
ii[2]
 
10)  gömrük  nəzarətini  və  gömrük  rəsmiləşdirilməsini  həyata  keçirir  və  təkmilləşdirir, 
Azərbaycan Respublikasının gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi üçün 
şərait yaradırlar; 
11)  xarici  iqtisadi  fəaliyyətin  gömrük  statistikasını  və  Azərbaycan  Respublikasının 
xüsusi gömrük statistikasını aparırlar; 
12) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparırlar; 
13)  idarələrin,  müəssisələrin,  təşkilatların  və  fiziki  şəxslərin  xarici  iqtisadi  əlaqələrinin 
inkişafına kömək edirlər; 
14)  dövlət  təhlükəsizliyinin,  ictimai  asayişin,  əhalinin  mənəviyyatının,  insanların  həyat 
və  sağlamlığının,  heyvan  və  bitkilərin,  ətraf  mühitin  qorunması,  gətirilən  malların 
Azərbaycan  istehlakçılarının  mənafeyinin  müdafiəsi  sahəsində  tədbirlər  həyata 
keçirilməsinə kömək edirlər; 
14-1) ixrac nəzarətinə düşən malların Azərbaycan Respublikasının gömrük sərhədindən 
keçirilməsinə nəzarəti həyata keçirirlər ; 
iii[3]
 
      14-2) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış 
məntəqələrindən  keçirilən  mallar  üzərində  baytarlıq,  fitosanitar  və  sanitariya  nəzarətini 
həyata keçirirlər; 
14-3)  beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən  xarici  ölkələrin  nəqliyyat 
vasitələrinə sərhəddə "İcazə" blankları verirlər;
iv[4]
 
15)  rezident  və  qeyri-rezident  tərəfindən  milli  və  xarici  valyutanın,  eləcə  də  digər 
valyuta  sərvətlərinin  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  Azərbaycan  Respublikasının 
gömrük  sərhədindən  keçirilməsinə,  habelə bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  digər hallarda 
valyuta nəzarətini həyata keçirirlər; 
v[5]
  
16)  Azərbaycan  Respublikasının  gömrük  işinə  aid  beynəlxalq  öhdəliklərinin  yerinə 
yetirilməsini  təmin  edir;  Azərbaycan  Respublikasının  gömrük  işi  ilə  əlaqədar  beynəlxalq 
müqavilələrinin  işlənib  hazırlanmasında  iştirak  edir;  xarici  dövlətlərin  gömrük  işinə  aid 
məsələlərlə  məşğul  olan  gömrük və başqa  səlahiyyətli  orqanlar ilə,  beynəlxalq  təşkilatlarla 
əməkdaşlıq edirlər; 


17)  gömrük  işi  sahəsində  elmi-tədqiqat  işləri  aparır  və  məsləhətlər  verirlər;  dövlət 
orqanları, idarələr, müəssisələr və təşkilatlar üçün bu sahədə mütəxəssislərin hazırlanmasını 
və onların ixtisaslarının artırılmasını həyata keçirirlər; 
18)  müəyyən  edilmiş  qaydada  Azərbaycan  Respublikası  Milli  Məclisinə,  Azərbaycan 
Respublikası  Prezidentinə  başqa  dövlət  orqanlarına,  idarə,  müəssisə  və  təşkilatlara, 
vətəndaşlara gömrük məsələləri üzrə məlumatlar verilməsini təmin edirlər; 
19)  dövlətin  vahid  maliyyə-təsərrüfat  siyasətinin  həyata  keçirilməsində  iştirak  edir, 
gömrük  orqanlarının  maddi-texniki  bazasını  inkişaf  etdirir,  bu  orqanların  işçiləri  üçün 
lazımi əmək və sosial şərait yaradırlar. 
M a d d ə   1 1 .
  Azərbaycan  Respublikası  gömrük  orqanlarının  bayrağı  və  tanınma 
nişanları 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  və  onların  sərəncamında  olan  dəniz  və 
çay  gəmilərinin  bayrağı  vardır.  Azərbaycan  Respublikası  gömrük  orqanlarının 
sərəncamında olan avtonəqliyyat vasitələri və hava gəmilərinin tanınma nişanları vardır. 
Bayraq və tanınma nişanlarının təsviri Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 
təsdiq olunur. 
M a d d ə   1 2 .
  Azərbaycan  Respublikası  gömrük  orqanlarının  başqa  dövlət 
orqanları ilə, idarə, müəssisə, təşkilat və vətəndaşlarla qarşılıqlı fəaliyyəti 
Azərbaycan  Respublikası  gömrük  orqanları  gömrük  işi  ilə  əlaqədar  vəzifələri  yerinə 
yetirmək  məqsədi  ilə  digər  hüquq  mühafizə  orqanları  və  başqa  dövlət  orqanları  ilə,  idarə, 
müəssisə, təşkilat və vətəndaşlarla qarşılıqlı fəaliyyət göstərirlər. 
Dövlət  orqanları  və  onların  vəzifəli  şəxsləri  Azərbaycan  Respublikası  gömrük 
orqanlarına  tapşırılan  vəzifələrin  yerinə  yetirilməsi  üçün  onlara  lazımi  şərait  yaratmaqla 
kömək edirlər. 
Azərbaycan  Respublikasının  qanunvericilik  aktlarına  uyğun  olaraq  Azərbaycan 
Respublikasının  gömrük  orqanları  öz  səlahiyyətlərinə  aid  olan  ayrı-ayrı  işlərin  icrasında 
başqa idarə, müəssisə və təşkilatların xidmətindən istifadə edə bilərlər. 
M a d d ə   1 3 .
  Azərbaycan  Respublikasının  gömrük  orqanlarına  xidmət  və  məişət 
otaqları, avadanlıq və rabitə vasitələri verilməsi 
Gömrük  rəsmiləşdirilməsinin  Azərbaycan  Respublikası  gömrük  orqanlarının  olduğu 
yerdə  deyil  öz  ərazilərində  və  ya  binalarında  keçirilməsində  maraqlı  olan  idarələr, 
müəssisələr,  təşkilatlar  və  fiziki  şəxslər  Azərbaycan  Respublikasının  gömrük  orqanlarına 
əvəzsiz istifadə üçün lazımi xidmət və məişət otaqları, avadanlıq və rabitə vasitələri verirlər. 
M a d d ə   1 4 .
 Azərbaycan Respublikasının gömrük orqanlarına torpaq sahələrinin 
verilməsi 
Gömrük obyektlərinin yerləşdirilməsi zəruri olan hallarda, Azərbaycan Respublikasının 
torpaq  qanunvericiliyinə  uyğun  olaraq  gömrük  orqanlarına  istifadə  üçün  torpaq  sahələri 
verilir. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə