Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə6/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   2   3   4   5   6   7   8   9   ...   76

mənafeyinə zərər vuran ayrıseçkilik və digər iqtisadi siyasət aksiyalarına qarşı cavab tədbiri 
kimi, Azərbaycan Respublikasının qanunvericilik aktlarına və Azərbaycan Respublikasının 
beynəlxalq  müqavilələrinə  uyğun  surətdə  malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan 
Respublikasına 
gətirilməsi 
və 
Azərbaycan 
Respublikasından 
aparılması 
üzrə 
məhdudiyyətlər  müəyyən  edilə  bilər.  Göstərilən  məhdudiyyətlər  müəyyən  edildikdə 
onların  təsiri  altına  düşən  malların  və  nəqliyyat  vasitələrinin  buraxılışı  yalnız  Azərbaycan 
Respublikasının  qanunvericilik  aktlarında  və  Azərbaycan  Respublikasının  beynəlxalq 
müqavilələrində müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə Azərbaycan Respublikası 
gömrük orqanları tərəfindən həyata keçirilir. 
Barəsində  qüvvəyə  minməsinin  başqa  qaydası  nəzərdə  tutulan  Azərbaycan 
Respublikasının  qanunvericilik  aktları  istisna  edilməklə,  bu  maddənin  birinci  hissəsində 
göstərilən  məhdudiyyətləri  müəyyən  edən  Azərbaycan  Respublikasının  qanunvericilik 
aktları qüvvəyə minməzdən on gün əvvəl rəsmi dərc olunmalıdır. 
Göstərilən  məhdudiyyətlərin  müəyyən  edilməsi  ilə  əlaqədar  malları  keçirən  şəxsin  və 
daşıyıcının  yaranan  xərcləri  Azərbaycan  Respublikasının  dövlət  orqanları  tərəfindən 
ödənilmir. 
M a d d ə   2 1 .
 Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti 
Mallar  və  nəqliyyat  vasitələri  bu  Məcəllənin  müddəalarına  və  şərtlərinə  uyğun  olaraq 
gömrük rəsmiləşdirilməsindən və gömrük nəzarətindən keçirilməlidir. 
M a d d ə   2 2 .
  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  mallar 
və nəqliyyat vasitələrindən istifadə olunması və onlar barədə sərəncam verilməsi 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  mallar  və  nəqliyyat 
vasitələrindən onların gömrük rejiminə və bu Məcəlləyə uyğun şəkildə istifadə olunma və 
onlar barəsində sərəncam verilə bilər. 
M a d d ə   2 3 .
 Gömrük ödənişləri üzrə gömrük güzəştləri verilərək şərti buraxılmış 
mallar və nəqliyyat vasitələrindən istifadə olunması və onlar barədə sərəncam verilməsi 
Gömrük ödənişləri üzrə gömrük güzəştləri verilərək şərti buraxılmış mallar və nəqliyyat 
vasitələrindən  yalnız  həmin  güzəştlərin  verildiyi  məqsədlər  üçün  istifadə  edilə  bilər. 
Göstərilən  mallar  və  nəqliyyat  vasitələrindən  başqa  məqsədlər  üçün  istifadə  edilməsinə 
gömrük  ödənişlərinin  ödənilməsi,  bu  Məcəllədə  və  Azərbaycan  Respublikasının  digər 
qanunvericilik  aktlarında  nəzərdə  tutulan  tələblərin  yerinə  yetirilməsi  şərti  ilə  Azərbaycan 
Respublikası gömrük orqanlarının icazəsi olduqda yol verilir. 
Gömrük  ödənişləri  üzrə  güzəştlər  verilərək  şərti  buraxılmış  mallar  və  nəqliyyat 
vasitələri  üzrə  sərəncam  verilməsinə  bu  maddənin  birinci  hissəsində  nəzərdə  tutulan 
qaydada Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə yol verilir. 
M a d d ə   2 4 .
  Malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının 
gömrük sərhədindən keçirilmə qaydası 
Mallar  və  nəqliyyat  vasitələri  bu  Məcəllədə  və  Azərbaycan  Respublikasının  digər 
qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada onların gömrük rejiminə uyğun olaraq 
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilirlər. 


M a d d ə   2 5 .
 Gömrük rejimlərinin növləri 
Gömrük  tənzimlənməsi  məqsədi  ilə  gömrük  rejimlərinin  aşağıdakı  növləri  müəyyən 
olunur: 
1) sərbəst dövriyyə üçün buraxılış; 
2) təkrar idxal; 
3) tranzit; 
4) gömrük anbarı; 
5) rüsumsuz ticarət mağazası; 
6) gömrük ərazisində emal; 
7) gömrük nəzarəti altında emal; 
8) müvəqqəti idxal (ixrac); 
9) sərbəst gömrük zonası; 
10) sərbəst anbar; 
11) gömrük ərazisindən kənarda emal; 
12) ixrac; 
13) təkrar ixrac; 
14) məhv etmə; 
15) dövlətin xeyrinə maldan imtina. 
M a d d ə   2 6 .
 Gömrük rejimlərinin hüquqi tənzimlənmə xüsusiyyətləri 
Əgər  bu  Məcəllədə  gömrük  rejimlərinin  tətbiqinin  ayrı-ayrı  məsələlərini  tənzimləyən 
müddəalar nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının məüyyən qanunvericilik 
aktları  qəbul  edilənə  kimi  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanı  öz 
səlahiyyətləri  daxilində  gömrük  rejimlərinin  hüquqi  tənzimlənməsini,  həmçinin  bu 
Məcəllədə nəzərdə tutulmayan gömrük rejimlərini müəyyən edə bilər. 
M a d d ə   2 7 .
 Gömrük rejiminin seçilməsi və dəyişdirilməsi 
Bu Məcəllə və gömrük işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktları 
ilə başqa hal nəzərdə tutulmamışsa, şəxs, malların və nəqliyyat vasitələrinin xarakterindən, 
miqdarından,  mənşə  və təyinat  ölkəsindən  asılı olmayaraq  istənilən  vaxt  istənilən  gömrük 
rejimini seçmək və ya onu dəyişdirmək hüququna malikdir. 
M a d d ə   2 8 .
  Mallar  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının 
gömrük sərhədindən keçirilmə yeri və vaxtı 
Mallar  və  nəqliyyat  vasitələri  Azərbaycan  Respublikasının  gömrük  orqanlarının 
müəyyən  etdiyi  yerlərdən  və  onların  iş  vaxtında  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən  keçirilir.  Azərbaycan  Respublikası  gömrük  orqanları  ilə  razılaşdırılmaqla 
mallar  və  nəqliyyat  vasitələri  başqa  yerlərdən  və  ya  Azərbaycan  Respublikası  gömrük 
orqanlarının  iş  vaxtından  kənar  vaxtda  da  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən keçirilə bilər. 
 


4 - c ü   f ə s i l    
SƏRBƏST DÖVRİYYƏ ÜÇÜN BURAXILIŞ 
M a d d ə   2 9 .
 Gömrük rejiminin məzmunu 
Malların  sərbəst  dövriyyə  üçün  buraxılışı  —  Azərbaycan  Respublikasının  gömrük 
ərazisinə  gətirilən  malların  bu  ərazidən  aparılması  haqqında  öhdəlik  götürülmədən  daimi 
olaraq  Azərbaycan  Respublikasının  gömrük  ərazisində  qalmasından  ibarət  gömrük 
rejimidir. 
M a d d ə   3 0 .
 Malların gömrük rejimi altında yerləşdirilməsi şərtləri 
Malların sərbəst dövriyyə üçün buraxılışı aşağıdakı şərtlərlə həyata keçirilir: 
mallarla  əlaqədar  gömrük  rüsumlarının,  vergilərin  və  digər  gömrük  ödənişlərinin 
ödənilməsi; 
iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riayət edilməsi. 
 
5 - c i   f ə s i l    
TƏKRAR İDXAL 
M a d d ə   3 1 .
 Gömrük rejiminin məzmunu 
Malların təkrar idxalı-ixrac gömrük rejiminə uyğun olaraq Azərbaycan Respublikasının 
gömrük ərazisindən aparılmış Azərbaycan mallarının qanunla müəyyən edilmiş müddətdə 
gömrük  rüsumları  və  vergilər  alınmadan,  həmçinin  bu  mallara  iqtisadi  siyasət  tədbirləri 
tətbiq edilmədən geriyə gətirilməsindən ibarət gömrük rejimidir. 
M a d d ə   3 2 .
 Malların gömrük rejimi altında yerləşdirilməsi şərtləri 
Təkrar idxal gömrük rejimi altında yerləşdirilmək üçün mallar: 
təbii  aşınma  nəticəsində  dəyişikliklər,  normal  şəraitdə  daşınma  və  saxlanc  itkiləri, 
həmçinin  Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  müəyyən  edilən  digər  hallar  istisna 
edilməklə aparıldığı vəziyyətdə olmalıdır; 
aparıldığı  andan  on  il  müddətində  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə 
qaytarılmalıdır. 
M a d d ə   3 3 .
  İxrac  gömrük  rüsumlarının,  vergilərin  məbləğlərinin  və  başqa 
məbləğlərin qaytarılması 
Mallar aparıldığı andan üç il ərzində təkrar idxal edildikdə Azərbaycan Respublikasının 
gömrük orqanı ödənilmiş ixrac gömrük rüsumlarının və vergilərin məbləğini qaytarır. 
Malların  təkrar  idxalı  zamanı  malları  keçirən  şəxs  malların  aparılması  zamanı  verilən 
güzəştlər nəticəsində əldə etdiyi bütün məbləğləri qaytarır. 
Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  hallarda 
göstərilən məbləğlərdən əlavə Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi kreditlər 
üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər alınır. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə