Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə7/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   2   3   4   5   6   7   8   9   10   ...   76

Bu  maddənin  ikinci  və  üçüncü  hissələrində  nəzərdə  tutulan  məbləğlər  və  onlardan 
faizlər  gömrük  ödənişlərinin  ödənilməsi  üçün  müəyyən  edilmiş  qaydada  Azərbaycan 
Respublikası gömrük orqanları tərəfindən alınır. 
 
6 - c ı   f ə s i l    
TRANZİT 
M a d d ə   3 4 .
 Gömrük rejiminin məzmunu 
Malların  tranziti  —  malların  gömrük  nəzarəti  altında,  Azərbaycan  Respublikasının  iki 
gömrük  orqanı  arasında,  o  cümlədən  xarici  dövlətlərin  ərazisindən  gömrük  rüsumları, 
vergilər  alınmadan  və  mallara  iqtisadi  siyasət  tədbirləri  tətbiq  edilmədən  keçirilməsindən 
ibarət  gömrük  rejimidir.  Azərbaycan  Respublikası  qanunvericiliyi  və  Azərbaycan 
Respublikasının dövlətlərarası müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir. 
M a d d ə   3 5 .
 Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləri 
Azərbaycan Respublikasının iki gömrük orqanı arasında tranzit keçirilən mallar: 
təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri istisna 
edilməklə dəyişməz vəziyyətdə qalmalı və tranzitdən başqa digər məqsədlər üçün onlardan 
istifadə olunmamalıdır; 
nəqliyyat  vasitələrinin  imkanları,  nəzərdə  tutulmuş  marşrut  və  digər  daşınma  şərtləri 
nəzərə  alınmaqla  göndərən  gömrük  orqanları  tərəfindən  müəyyən  edilən  müddətlərdə 
təyinat gömrük orqanlarına çatdırılmalıdır; 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  başqa  hallar  müəyyən  edilməmişdirsə, 
Azərbaycan Respublikasının ərazisi üzrə malların tranziti istənilən yollarla və istiqamətlərlə 
həyata keçirilə bilər. 
Daşıyıcı və ya onun nəqliyyat vasitəsinin bu Məcəllənin müddəalarına riayət olunmasını 
təmin  edə  bilməməsi  haqqında  Azərbaycan  Respublikası  gömrük  orqanlarında  kifayət 
qədər  əsaslar  olduqda,  Azərbaycan  Respublikasının  gömrük  orqanı  nəqliyyat  vasitəsinin 
lazım  olan  qaydada  təchiz  edilməsi,  gömrük  müşayiəti  və  ya  malların  gömrük  daşıyıcısı 
tərəfindən daşınması şərtilə bu Məcəllə və Azərbaycan Respublikasının gömrük işini aparan 
icra  hakimiyyəti  orqanının  normativ  aktları  ilə  müəyyən  edilmiş  qaydada  malların  tranzit 
gömrük rejimi altında yerləşdirilməsinə yol verə bilər. 
Nəqliyyat vasitəsinin lazımi qaydada təchiz edilməsi, yaxud malların gömrük daşıyıcısı 
tərəfindən  daşınması  ilə  əlaqədar  daşıyıcının  çəkdiyi  xərclər  Azərbaycan  Respublikası 
dövlət orqanları tərəfindən ödənilmir. 
M a d d ə   3 6 .
 Malların tranzitinə icazə verilməsi 
Malların tranziti Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə həyata keçirilir. 
Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının  xarici  dövlətlər  və  onların 
ittifaqlarının  Azərbaycan  şəxslərinin  mənafeyinə  toxunan  ayrıseçkilik  və  ya  digər 
aksiyalarına  qarşı  cavab  tədbiri  kimi  malların  tranzitinə  məhdudiyyətlər  müəyyən  etdiyi 
hallar istisna edilir. 


Gömrük  işi  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  riayət  edilməsini 
bu  Məcəllənin  35-ci  maddəsində  nəzərdə  tutulan  tədbirlərlə  təmin  etmək  mümkün 
olmadıqda  həmin  malların  tranzitinə  Azərbaycan  Respublikası  gömrük  orqanları  gömrük 
ödənişlərinin  ödənilməsinin  təmin  edilməsi  və  ya  ödənilməli  olan  məbləğin  depozitə 
verilməsi şərtilə icazə verə bilərlər. 
M a d d ə   3 7 .
 Mallara aid olan sənədlərin təyinat gömrük orqanına verilməsi 
Təyinat gömrük orqanına verilməli olan sənədlər aid olduqları mallarla birlikdə təyinat 
gömrük orqanına çatdırılır. 
M a d d ə   3 8 .
 Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində görülən 
tədbirlər 
Qəza  və  ya  qarşısıalınmaz  qüvvənin  təsiri  nəticəsində  mallar  təyinat  gömrük  orqanına 
çatmamış boşaldıla bilər. Belə hallarda daşıyıcı: 
malların  mühafizəsini  təmin  etməli  və  onlardan  hər  hansı  şəkildə  icazəsiz  istifadə 
olunmasını istisna edən bütün zəruri tədbirləri görməli; 
işin  mahiyyəti,  malların  və  nəqliyyat  vasitələrinin  olduğu  yer  barədə  Azərbaycan 
Respublikasının ən yaxın gömrük orqanına dərhal məlumat verməli; 
malların  Azərbaycan  Respublikasının  ən  yaxın  gömrük  orqanına  daşınmasını  təmin 
etməli  və  ya  Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxslərinin  malların 
olduğu yerə gəlməsi üçün tədbir görməlidir. 
Azərbaycan Respublikasının gömrük orqanları bu maddədə nəzərdə tutulan tədbirlərin 
görülməsi ilə əlaqədar daşıyıcının çəkdiyi xərcləri ödəmirlər. 
M a d d ə   3 9 .
 Daşıyıcının məsuliyyəti 
Malların tranziti üçün daşıyıcı məsuliyyət daşıyır. 
Malları Azərbaycan Respublikası gömrük orqanının icazəsi olmadan verdikdə, itirdikdə 
və  ya  təyinat  gömrük  orqanına  çatdırmadıqda,  daşıyıcı  müvafiq  olaraq  sərbəst  dövriyyə 
üçün  buraxılış  və  ya  ixrac  gömrük  rejimlərində  olduğu  kimi  ödənilməli  olan  gömrük 
ödənişlərini  ödəməlidir.  Malların  qəza  və  ya  qarşısıalınmaz  qüvvənin  təsiri  nəticəsində 
məhv olması, həmişəlik itirilməsi, yaxud təbii aşınma nəticəsində çatışmazlıq yaranması və 
ya  normal  şəraitdə  daşınma  və  saxlanc  itkiləri,  habelə  Azərbaycan  Respublikası 
qanunvericiliyi baxımından xarici dövlət orqanlarının və ya vəzifəli şəxslərinin hüquqa zidd 
hərəkətləri nəticəsində malların sahiblikdən çıxdığı hallar istisna edilir. 
 
7 - c i   f ə s i l    
GÖMRÜK ANBARI 
M a d d ə   4 0 .
 Gömrük rejiminin məzmunu 
Gömrük  anbarı  —  gətirilən  malların  saxlanc  dövründə  gömrük  rüsumları,  vergilər 
alınmadan  və  mallara  iqtisadi  siyasət  tədbirləri  tətbiq  edilmədən  onların  gömrük  nəzarəti 
altında saxlancından, ixrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan malların isə 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə