Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə76/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   68   69   70   71   72   73   74   75   76

                                                                                                                                                        
xəsarəti  yetirmək,  döymək  və  ya  onlar  barəsində  digər  zorakılıq  hərəkətləri  etmək  barədə 
hədələməyə  görə  —  minimum  əmək  haqqı  məbləğinin  beş  mislindən  on  mislinədək  cərimə 
qoyulur, yaxud on beş sutka həbs tətbiq edilir. 
M a d d ə   4 3 4 .  Gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsin, 
gömrük qaydalarının pozulması haqqında işin icraatı və ya bu işə baxılmaq üçün zəruri olan 
malları, sənədləri və digər əşya və məlumatları verməkdən imtina etməsi və ya təqdim 
etməməsi 
Gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsin gömrük qaydalarının 
pozulması  haqqında  işin  icraatı  və  bu  işə  baxılma  üçün  zəruri  olan  malları,  sənədləri,  digər 
əşya  və  məlumatları  gömrük  qaydalarının  pozulması  haqqında  işin  icraatını  və  ya  bu  işə 
baxılmanı  həyata  keçirən  Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsinə,  yaxud 
onun  tapşırığı  ilə  hərəkət  edən  müfəttiş  və  ya  mütəxəssisə  verməkdən  imtina  etməsi  və  ya 
həmin vəzifəli şəxsin müəyyən etdiyi müddətdə üzürlü səbəblər olmadan təqdim etməməsinə 
görə  —  xəbərdarlıq  edilir,  yaxud  minimum  əmək  haqqı  məbləğinin  iki  mislindən  yeddi 
mislinədək cərimə qoyulur. 
Cərimə  qoyulması  ilə  yanaşı,  müəyyən  edilmiş  müddətin  keçdiyi  gündən  başlayaraq 
malların,  sənədlərin,  digər  əşya  və  məlumatların  təqdim  edilməsi  üçün  müəyyən  edilən 
gündən sonrakı hər bir gün üçün onların dəyərinin bir faizi məbləğində penya tutulur. 
M a d d ə   4 3 5 .  Digər şəxslərin gömrük qaydalarının pozulması haqqında işin icraatı və 
ya bu işə baxılma üçün zəruri olan malları, sənədləri, əşya və məlumatları verməkdən imtina 
etməsi və ya təqdim etməməsi 
Gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyətə  cəlb  edilən  şəxsdən  başqa,  digər 
şəxslərin gömrük qaydalarının pozulması haqqında işin icraatı və ya bu işə baxılma üçün zəruri 
olan malları, sənədləri və digər əşya və məlumatları gömrük qaydalarının pozulması haqqında 
işin icraatını və ya bu işə baxılmanı həyata keçirən Azərbaycan Respublikası gömrük orqanının 
vəzifəli şəxsinə, yaxud onun tapşırığı ilə hərəkət edən müfəttiş  və ya mütəxəssisə  verməkdən 
imtina etməsi və ya həmin vəzifəli şəxsin müəyyən etdiyi müddətdə üzürlü səbəblər olmadan 
təqdim  etməməsinə  görə  —  xəbərdarlıq  edilir,  yaxud  minimum  əmək  haqqı  məbləğinin  iki 
mislindən yeddi mislinədək cərimə qoyulur. 
M a d d ə   4 3 6 .  Şahidin izahat verməkdən imtina etməsi və ya boyun qaçırması 
Gömrük  qaydalarının  pozulması  haqqında  iş  üzrə  şahid  qismində  sorğu-sual  edilməli  olan 
şəxsin  özünün,  ərinin  (arvadının),  dairəsi  qanunla  müəyyən  edilən  yaxın  qohumlarının 
əleyhinə  şahidlik  edilməsi  halları  istisna  olmaqla,  üzürlü  səbəblər  olmadan  zəruri  olan  izahat 
verməkdən imtina etməsi və ya boyun qaçırmasına görə — şahid qismində sorğu-sual edilməli 
olan  şəxsə  xəbərdarlıq  edilir,  yaxud  minimum  əmək  haqqı  məbləğinin  iki  mislindən  beş 
mislinədək cərimə qoyulur. 
M a d d ə   4 3 7 .  Təftiş, yoxlama, inventarlaşdırma keçirilməsinə mane olmaq, yaxud 
onların keçirilməsindən imtina etmə 
İdarə,  müəssisə  və  təşkilatların  vəzifəli  şəxslərinin,  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq 
fəaliyyəti ilə məşğul olan şəxslərin Azərbaycan Respublikası gömrük orqanının qərarı ilə təftiş, 
yoxlama,  inventarlaşdırma  keçirilməsinə  maneçilik  törətmələrinə  görə  —  xəbərdarlıq  edilir, 
yaxud minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək cərimə qoyulur. 
M a d d ə   4 3 8 .  Ekspertin rəy verməkdən, tərcüməçinin gömrük qaydalarının pozulması 
haqqında işin icraatı və ya bu işlərə baxılmada iştirak etməkdən, mütəxəssisin isə bundan 
başqa gömrük nəzarətinin və ya gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak 
etməkdən imtina etməsi və ya boyun qaçırması 
Üzürlü  səbəb  olmadan  ekspertin  rəy  verməkdən,  tərcüməçinin  gömrük  qaydalarının 
pozulması  haqqında  işin  icraatı  və  ya  bu  işlərə  baxılmada  iştirak  etməkdən,  mütəxəssisin  isə 


                                                                                                                                                        
bundan  başqa  gömrük  nəzarətinin  və  ya  gömrük  rəsmiləşdirilməsinin  həyata  keçirilməsində 
iştirak  etməkdən  imtina  etməsi  və  ya  boyun  qaçırmasına  görə  —  xəbərdarlıq  edilir,  yaxud 
minimum əmək haqqı məbləğinin beş mislinədək cərimə qoyulur. 
M a d d ə   4 3 9 .  Ekspertiza keçirilməsi haqqında qərarı və ya göstərişi, yaxud mütəxəssis 
və ya tərcüməçi çağırılması haqqında tələbi idarə, müəssisə, təşkilatın vəzifəli şəxsinin icra 
etməkdən imtina etməsi və ya boyun qaçırması 
Espertiza  keçirilməsi  haqqında  qərarı,  yaxud  gömrük  nəzarətinin  və  ya  gömrük 
rəsmiləşdirilməsinin  həyata  keçirilməsində,  gömrük  qaydalarının  pozulması  haqqında  işlərin 
icraatı və ya bu işə baxılmada iştirak edilməsi üçün mütəxəssisin və ya tərcüməçinin çağırılması 
haqqında  Azərbaycan  Respublikasının  gömrük  orqanının  tələbi  və  ya  tapşırığı  göndərilmiş 
idarə,  müəssisə,  təşkilatın  vəzifəli  şəxsinin  üzürlü  səbəblər  olmadan  onları  icra  etməkdən 
imtina  etməsi  və  ya  boyun  qaçırmasına  görə  —  xəbərdarlıq  edilir,  yaxud  vəzifəli  şəxslərə 
minimum əmək haqqı məbləğinin iki mislindən beş mislinədək cərimə qoyulur. 
M a d d ə   4 4 0 .  Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinə gömrük 
müayinəsi və digər prosessual hərəkətlərin həyata keçirilməsində mane olma 
Gömrük  müayinəsinin  və  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  digər  prosessual  hərəkətlərin 
həyata  keçirilməsində  Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsinə  mane 
olmağa  görə,  əgər  bu  cür  mane  olma  cinayət  məsuliyyətinə  və  ya  bu  Məcəllənin  digər 
maddələri  ilə  məsuliyyətə  səbəb  olmursa  —  xəbərdarlıq  edilir,  yaxud  minimum  əmək  haqqı 
məbləğinin iki mislindən on mislinədək cərimə qoyulur. 
M a d d ə   4 4 1 .  Azərbaycan Respublikası gömrük orqanının icazəsi olmadan üzərinə 
həbs qoyulmuş əmlakdan istifadə və ya bu cür istifadə barəsində tələb və məhdudiyyətlərə 
əməl etməmək 
Azərbaycan  Respublikası  gömrük  orqanı  tərəfindən  üzərinə  həbs  qoyulmuş  əmlakdan, 
həmin  orqanın  icazəsi  olmadan  istifadə  edilməsinə  görə  və  ya  Azərbaycan  Respublikası 
gömrük  orqanının  müəyyən  etdiyi  bu  cür  istifadə  barəsində  tələb  və  məhdudiyyətlərə  əməl 
edilməməsinə  görə  —  istifadə  edilmiş  əmlakın  dəyərinin  on  faizindən  yüz  faizinədək  cərimə 
qoyulur. 
İnzibati  tənbehetmə,  hüquqpozmanı  törədən  şəxsi  bu  əmlakın  istifadəsi  nəticəsində  dəyən 
maddi zərəri ödəməkdən azad etmir. 
M a d d ə   4 4 2 .  Qəbul edilən qərara, yaxud həyata keçirilən fəaliyyətə müdaxilə etmək 
məqsədilə qanunsuz təsiretmə 
İdarə,  müəssisə  və  təşkilatın,  onların  vəzifəli  şəxslərinin  və  ya  digər  işçilərinin  Azərbaycan 
Respublikası  gömrük  orqanının  və  ya  onun  vəzifəli  şəxsinin  qərar  qəbul  etməsinə,  yaxud 
həmin  vəzifəli  şəxsin  həyata  keçirdiyi  fəaliyyətinə  təsir  etmək  məqsədilə  istənilən  formada 
qanunsuz  təsir  və  ya  müdaxilə  etməsinə  görə,  habelə  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olan  şəxs  və  fiziki  şəxsin  bu  cür  təsir  və  ya  müdaxilə  etməsinə  görə  — 
xəbərdarlıq  edilir,  yaxud  rəhbərlərinə,  digər  vəzifəli  şəxslərinə  və  sair  işçilərə,  hüquqi  şəxs 
yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  şəxsə  və  fiziki  şəxsə  minimum  əmək  haqqı 
məbləğinin iki mislindən on mislinədək cərimə qoyulur. 
M a d d ə   4 4 3 .  Azərbaycan Respublikası gömrük orqanının normal fəaliyyətinə qəsd 
edən inzibati hüquqpozmalar haqqında işlərin icraatı və bu işlərə baxılma 
Azərbaycan  Respublikası  gömrük  orqanının  normal  fəaliyyətinə  qəsd  edən  inzibati 
hüquqpozmalar haqqında işlərin icraatı və bu işlərə baxılma bu Məcəllənin X bölməsinin və bu 
fəslinin tələblərinə, onlarla tənzimlənməyən hissəsində isə Azərbaycan Respublikasının inzibati 
hüquqpozmalar haqqında qanunvericiliyinin tələblərinə müvafiq qaydada həyata keçirilir. 
Bu  maddənin  birinci  hissəsində  göstərilən  inzibati  hüquqpozmalar  haqqında  işlərə  rayon 
(şəhər) xalq məhkəmələrinin xalq hakimləri tərəfindən baxılır. 


                                                                                                                                                        
M a d d ə   4 4 4 .  Zərərçəkən şəxs və onun hüquqları 
Azərbaycan  Respublikası  gömrük  orqanının  normal  fəaliyyətinə  qəsd  edən  inzibati 
hüquqpozmalar  haqqında  işlərin  icraatı  və  bu  işlərə  baxılmada  zərər  çəkən  şəxs  və  ya  onun 
nümayəndəsi iştirak edə bilər. 
Bu  fəsildə  nəzərdə  tutulan  inzibati  hüquqpozmalar  nəticəsində  mənəvi,  fiziki  və  ya  əmlak 
zərəri  dəymiş  şəxslər  zərər  çəkən  şəxs  sayılır.  Şəxsin  zərərçəkən  şəxs  kimi  tanınması  inzibati 
hüquqpozma  haqqında  protokolda,  yaxud  zərərçəkən  şəxsin  sorğu-sual  edilməsi  haqqında 
protokolda bu barədə qeyd edilməklə həyata keçirilir. 
Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsləri,  həmçinin  gömrük  nəzarətinin 
və  gömrük  rəsmiləşdirilməsinin  həyata  keçirilməsində,  gömrük  qaydalarının  pozulması 
haqqında  işin  icraatı  və  ya  bu  işə  baxılmada  iştirakı  ilə  əlaqədar  müfəttişlər,  ekspertlər, 
mütəxəssislər, tərcüməçilər, şahidlər, hal şahidləri zərərçəkən şəxs ola bilərlər. 
Zərərçəkən  şəxsin,  işin  materialları  ilə  tanış  olmaq,  vəkilin  və  ya  hüquqi  yardım  göstərən 
nümayəndənin  xidmətindən  istifadə  etmək,  sübutlar  təqdim  etmək,  vəsatət  qaldırmaq,  işə 
baxılmada  iştirak  etmək,  iş  üzrə  qərardan  şikayət  vermək,  işin  icraatı  və  ya  bu  işə  baxılmanı 
həyata keçirən Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinə və ya xalq hakiminə 
etiraz etmək hüququna malikdir. 
Zərərçəkən  şəxs  hüquqpozmanın  halları  üzrə  sorğu-sual  edilə  bilər.  Zərərçəkənin  izahatı, 
toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 
M a d d ə   4 4 5 .  Azərbaycan Respublikası gömrük orqanlarının normal fəaliyyətinə 
qəsd edən inzibati hüquqpozmalar haqqında işin icraatının xüsusiyyətləri 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  normal  fəaliyyətinə  qəsd  edən  inzibati 
hüquqpozmaların,  gömrük  qaydalarının  pozulması  və  ya  onun  aşkar  edilməsi  ilə  eyni 
zamanda  törədilməsi  hallarında,  Azərbaycan  Respublikası  gömrük  orqanının  normal 
fəaliyyətinə  qəsd  edən  inzibati  hüquqpozmalar  haqqında  işlərə  baxılma  üçün  zəruri  olan 
məlumatların,  gömrük  qaydalarının  pozulması  haqqında  protokolda  göstərilməsinə  icazə 
verilir. 
Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsi  zərərçəkən  şəxs  və  ya  onun 
qohumu olduğu hallarda Azərbaycan Respublikası gömrük orqanının normal fəaliyyətinə qəsd 
edən  inzibati  hüquqpozmalar  haqqında  işin  icraatını  apara  bilməz,  ekspert,  müfəttiş, 
mütəxəssis  bu  cür  hallarda  işin  icraatında  və  ya  ona  baxılmada  iştirak  edə  bilməz,  xalq 
hakimləri  isə  həmin  hallarda  işə  baxa  bilməz.  Azərbaycan  Respublikası  gömrük  orqanının 
normal  fəaliyyətinə  qəsd  edən  inzibati  hüquqpozmalar  haqqında  işlər  baxılmaq  üçün  xalq 
məhkəməsinə  göndərilənədək  xitam  olunduqda,  bu  cür  qərar  çıxarıldıqdan  sonra  üç  gün 
ərzində  onun  surəti,  barəsində  iş  üzrə  icraat  aparılan  şəxsə,  həmçinin  zərərçəkən  şəxsə  və  ya 
onun  nümayəndəsinə  təqdim  edilir  və  ya  göndərilir.  Azərbaycan  Respublikası  gömrük 
orqanının  bu  cür  qərarından,  bu  Məcəllənin  366-cı  maddəsi  ilə  müəyyən  edilmiş  qaydada, 
barəsində icraat xitam edilmiş şəxs və ya onun nümayəndəsi, həmçinin zərərçəkən şəxs və ya 
onun nümayəndəsi tərəfindən, qərar qəbul edildiyi gündən on gün müddətində şikayət verilə 
bilər. 
Gömrük  qaydalarının  pozulması  haqqında  işin  icraatı  və  ya  bu  işlərə  baxılma  gedişində 
Azərbaycan  Respublikası  gömrük  orqanının  normal  fəaliyyətinə  qəsd  edən  inzibati 
hüquqpozmalar haqqında materiallar ayrıca icraat üçün ayrılmalıdır. 
M a d d ə   4 4 6 .  Azərbaycan Respublikası gömrük orqanlarının normal fəaliyyətinə 
qəsd edən inzibati hüquqpozmalar haqqında işlərin baxılmaq üçün göndərilməsi 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  normal  fəaliyyətinə  qəsd  edən  inzibati 
hüquqpozmalar  haqqında  işlərin  icraatı  başa  çatdıqda,  Azərbaycan  Respublikasının  müvafiq 
gömrük  orqanının  rəisi,  onun  müavini,  yaxud  Azərbaycan  Respublikasının  gömrük  işini 
aparan  icra  hakimiyyəti  orqanının  səlahiyyətli  vəzifəli  şəxsi,  inzibati  tənbeh  verilməsi 


                                                                                                                                                        
müddətinin  keçməsinə  ən  azı  on  beş  gün  qalanadək  bu  işə  rayon  (şəhər)  xalq  məhkəməsinin 
xalq  hakimi  tərəfindən  baxılmaq  üçün  işin  göndərilməsi  barədə  qərar  çıxarır.  Qərarda 
aşağıdakılar öz əksini tapmalıdır: 
qərar çıxaran Azərbaycan Respublikası gömrük orqanının adı; 
qərar çıxaran vəzifəli şəxsin soy adı, adı və atasının adı ; 
qərarın çıxarıldığı tarix və yer; 
barəsində qərar çıxarılan şəxs haqqında məlumat; 
işin icraatı zamanı müəyyən edilən hallar; 
hüquqpozma törədilməsinə görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 
işin  xalq  hakimi  tərəfindən  mahiyyəti  üzrə  baxılma  üçün  göndərildiyi  rayon  (şəhər)  xalq 
məhkəməsinin adı. 
İşin icraatı zamanı ortalığa çıxan xərclər də qərarda öz əksini tapmalıdır. 
M a d d ə   4 4 7 .  Azərbaycan Respublikası gömrük orqanlarının normal fəaliyyətinə 
qəsd edən inzibati hüquqpozmalar haqqında işə baxılma qaydası 
Rayon  (şəhər)  xalq  məhkəməsinin  xalq  hakimi  Azərbaycan  Respublikası  gömrük 
orqanlarının normal fəaliyyətinə qəsd edən inzibati hüquqpozmalar haqqında işə, Azərbaycan 
Respublikasının qanunvericiliyində nəzərdə tutulan qayda və şərtlərə riayət etməklə təkbaşına 
baxır. 
M a d d ə   4 4 8 .  Azərbaycan Respublikası gömrük orqanlarının normal fəaliyyətinə 
qəsd edən inzibati hüquqpozmalara görə tənbehetmənin xüsusiyyətləri 
Bir  şəxs  tərəfindən  iki  və  daha  artıq  Azərbaycan  Respublikası  gömrük  orqanlarının  normal 
fəaliyyətinə qəsd edən hüquqpozma törədildikdə, bu Məcəllənin 233-cü maddəsi ilə müəyyən 
edilmiş  qaydada  inzibati  tənbeh  tətbiq  edilir.  Bir  şəxs  tərəfindən  bu  Məcəllənin  X  bölməsi  ilə 
nəzərdə  tutulmuş  gömrük  qaydaları  pozulduqda  və  bu  fəsildə  nəzərdə  tutulmuş  Azərbaycan 
Respublikası  gömrük  orqanlarının  normal  fəaliyyətinə  qəsd  edən  inzibati  hüquqpozma 
törədildikdə, hər bir hüquqpozmaya görə ayrı-ayrılıqda tənbeh tətbiq edilir. 
Bu fəsildə nəzərdə tutulmuş hüquqpozmalara görə inzibati tənbeh inzibati hüquqpozmanın 
törədildiyi gündən iki aydan gec olmayaraq tətbiq edilə bilər. 
Əgər  inzibati  qaydada  saxlama  müddəti  bir  sutka  və  ya  ondan  artıq  davam  etmişdirsə, 
inzibati həbs növündə inzibati tənbeh tətbiq edilərkən bu müddət hesaba alınmalıdır. İnzibati 
qaydada  saxlama  müddəti  inzibati  həbs  altında  olma  müddəti  ilə  bir  günə  bir  gün  hesabı  ilə 
hesablanır. 
Hərbi  qulluqçulara  və  bu  Məcəllənin  227-ci  maddəsi  ilə  müəyyən  edilmiş  şəxslərə  qarşı 
inzibati həbs tətbiq edilə bilməz. 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə