Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə72/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   68   69   70   71   72   73   74   75   76

                                                                                                                                                        
də  daxil  olmaqla  hər  gecikdirilən  gün  üçün  ödənilməli  olan  məbləğin  0,3  faizi  miqdarında 
peniya alınır. 
Cərimənin  məbləği  və  ya  malların  və  nəqliyyat  vasitələrinin  dəyəri  gömrük  qaydalarını 
pozmuş  şəxs  tərəfindən  iş  üzrə  qərar  çıxarmış  Azərbaycan  Respublikası  gömrük  orqanına, 
yaxud  Azərbaycan  Respublikası  Milli  Bankının  lisenziyasına  malik  banklara  və  digər  kredit 
təşkilatlarına  Azərbaycan  Respublikasının  milli  valyutası,  yaxud  xarici  valyuta  ilə  ödənilir. 
Xarici  valyutanın  Azərbaycan  Respublikasının  milli valyutasına  çevrilməsi  cərimənin  məbləği 
və  ya  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  ödənildiyi  gün  qüvvədə  olan  Azərbaycan 
Respublikası Milli Bankının müəyyən etdiyi məzənnələr üzrə həyata keçirilir. Əgər cərimənin 
məbləği və ya malların və nəqliyyat vasitələrinin dəyəri fiziki şəxs və ya hüquqi şəxs tərəfindən 
müəyyən  edilmiş  müddətlərdə  ödənilməzsə,  həmin  məbləğ  tənbehetməni  təmin  etmək 
məqsədi ilə götürülmüş malların və nəqliyyat vasitələrinin, üzərinə həbs qoyulmuş əmlakın və 
girov predmetinin dəyərindən çıxılır, yaxud borcun ödəniləcəyi barədə zəmanətin verilməsi və 
ya depozitə verilmiş məbləğin köçürülməsi yolu ilə, yaxud gömrük qaydalarını pozmuş şəxsin 
pul gəlirləri və ya digər pul vəsaitindən məcburi qaydada tutulur. 
Əgər  fiziki  şəxs  işləmirsə  və  ya  gömrük  qaydalarını  pozmuş  fiziki  və  ya  vəzifəli  şəxsin  pul 
gəlirləri və ya digər pul vəsaitindən cərimə məbləğinin və ya malların və nəqliyyat vasitələrinin 
dəyərinin  tutulması  başqa  səbəblər  üzündən  mümkün  deyilsə,  bu  halda  onların  tutulması 
Azərbaycan  Respublikası  gömrük  orqanının  qərarı  əsasında  məhkəmə  icraçıları  tərəfindən 
həmin  şəxsin  əmlakına,  yaxud  ümumi  əmlakdan  onun  payına  düşən  hissəsinə  yönəldilməklə 
tutulur.* 
Əgər  müəyyən  edilmiş  müddətdə  idarə,  müəssisə  və  təşkilat,  həmçinin  hüquqi  şəxs 
yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  şəxs  tərəfindən  cərimənin  məbləği  və  ya 
malların və nəqliyyat vasitələrinin dəyəri ödənilməzsə, bu halda həmin məbləğ, bu cür tənbehi 
təmin  etmək  üçün  götürülmüş  malların  və  nəqliyyat  vasitələrinin,  üzərinə  həbs  qoyulmuş 
əmlakın  və  ya  girov  predmetinin  dəyərindən  çıxılır,  yaxud  borcun  ödəniləcəyi  barədə 
zəmanətin  verilməsi, depozitə  verilmiş məbləğin  köçürülməsi yolu ilə ödənilir, yaxud  qərarın 
icraya  yönəldilməsi  haqqında  bildiriş  Azərbaycan  Respublikasının  maliyyə  orqanlarına  və  ya 
Azərbaycan  Respublikası  Milli  Bankının  lisenziyasına  malik  banklara  və  digər  kredit 
təşkilatlarına göndərilməklə, hüquqi və fiziki şəxslərin hesabından, qanunvericilikdə müəyyən 
edildiyi qaydada məcburi silinməklə tutulur. 
İdarə, müəssisə və təşkilatda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 
şəxsdə cərimənin məbləğinin tutulması üçün kifayət qədər pul vəsaiti olmadıqda, həmin tələb 
Azərbaycan  Respublikası  gömrük  orqanının  vəsatəti  əsasında  məhkəmə  icraçıları  vasitəsi  ilə 
həmin şəxsə məxsus əmlaka yönəldilməklə tutulur. * 
Tutulmuş  cərimənin  bölgüsü  və  istifadəsi  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilir. 
M a d d ə   3 7 6 .  Azərbaycan Respublikası gömrük orqanının müsadirə haqqında 
qərarının icrası 
Barəsində  müsadirə  haqqında  qərar  çıxarılmış  mallar,  nəqliyyat  vasitələri  və  digər  əşyalar 
Azərbaycan Respublikası gömrük orqanının qərarından şikayətetmə müddəti bitdikdən sonra, 
Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  olaraq  müsadirə  edilir.  Əgər  bu  mallar, 
nəqliyyat  vasitələri  və  digər  əşyalar  gömrük  orqanları  tərəfindən  götürülməyibsə,  bu  halda 
gömrük  qaydalarını  pozmuş  şəxs  və  ya  bu  əşyaların  verildiyi  şəxs  həmin  əşyaları  qərar  ona 
təqdim  edildiyi  və  ya  göndərildiyi  gündən  etibarən  on  beş  gündən  gec  olmayaraq,  bu  cür 
qərardan  şikayət  və  ya  protest  verildiyi  halda  isə  şikayəti  və  ya  protesti  təmin  etmədən 
saxlamaq  haqqında  qərar  çıxarıldığı  gündən  etibarən  on  beş  gündən  gec  olmayaraq 
Azərbaycan Respublikası gömrük orqanına təqdim etməlidir. * 


                                                                                                                                                        
M a d d ə   3 7 7 .  Azərbaycan Respublikası gömrük orqanının qərarının lisenziya və ya 
ixtisas attestatının geri alınması hissəsinin icrası 
Azərbaycan  Respublikası  gömrük  orqanının  gömrük  qaydalarının  pozulmasına  görə 
tənbehetmə haqqında qərarının lisenziya və ya ixtisas attestatlarının geri alınması hissəsi bu cür 
qərar  çıxaran  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı 
tərəfindən müstəqil surətdə icraya yönəldilir. 
Geri  alınan  lisenziya  və  ya  ixtisas  attestatı  gömrük  qaydalarının  pozulmasına  görə 
tənbehetmə  haqqında  Azərbaycan  Respublikasında  gömrük  işini  aparan  icra  hakimiyyəti 
orqanının qərarı icraya yönəldildiyi andan etibarsız hesab edilir. 
Azərbaycan  Respublikası  gömrük  orqanı  tərəfindən  geri  alınan  lisenziya  və  ya  ixtisas 
attestatı, onların verildiyi şəxs tərəfindən ona qərar təqdim edildiyi və ya göndərildiyi gündən 
etibarən on beş gündən gec olmayaraq, bu cür qərardan şikayət və ya protest verildiyi hallarda 
isə  şikayət  və  protestin  təmin  edilməməsi  haqqında  qərar  çıxarılan  gündən  etibarən  on  beş 
gündən  gec  olmayaraq  Azərbaycan  Respublikası  gömrük  orqanına  qaytarılır.  Göstərilən 
müddət ərzində bu tələblərin yerinə yetirilməməsi Azərbaycan Respublikası gömrük orqanının 
vəzifəli şəxsinin  qanuni sərəncamına  və  ya tələbinə  tabe olmamağa görə  bu Məcəlləyə uyğun 
məsuliyyətə səbəb olur. 
M a d d ə   3 7 8 .  Xaricdə yaşayan, yaxud olan və Azərbaycan Respublikasının ərazisində 
mülkiyyəti olmayan şəxslərin gömrük qaydalarının pozulmasına görə tənbeh edilməsi 
haqqında Azərbaycan Respublikası gömrük orqanının qərarının icrası 
Xaricdə  yaşayan,  yaxud  olan  və  Azərbaycan  Respublikası  ərazisində  mülkiyyəti  olmayan 
şəxslərin  gömrük  qaydalarının  pozulmasına  görə  tənbeh  edilməsi  haqqında  Azərbaycan 
Respublikası  gömrük  orqanının  qərarının  icrası,  Azərbaycan  Respublikasının  qanunvericiliyi 
və  həmin  şəxslərin  olduğu  və  ya  yaşadığı  dövlətlərlə,  həmçinin  hüquqpozan  şəxsin 
mülkiyyətinin  olduğu  dövlətlərlə  Azərbaycan  Respublikasının  bağlamış  olduğu  beynəlxalq 
müqavilələrlə müəyyən edilir. 
 
5 0 - c i   f ə s i l    
GÖMRÜK QAYDALARININ POZULMASINA GÖRƏ TƏNBEH TƏTBİQ 
EDİLMƏSİNİN SADƏLƏŞDİRİLMİŞ FORMASI 
M a d d ə   3 7 9 .  Gömrük qaydalarının pozulmasına görə tənbeh tətbiq edilməsinin 
sadələşdirilmiş forması 
Bu  Məcəllənin  244-248-ci  maddələri,  249-cu  maddəsinin  ikinci  və  üçüncü  hissələri,  250-260, 
262-265,  267-ci  maddələri,  274-cü  maddəsinin  ikinci  hissəsi  və  283-cü  maddəsi  ilə  nəzərdə 
tutulmuş  gömrük  qaydalarının  pozulması  faktları  aşkar  edilərkən  bu  cür  hüquqpozmanın 
törədilməsinə  görə  xəbərdarlıq  və  ya  cərimə  növündə  tənbehetmə  tətbiq  edildiyi  hallarda 
gömrük qaydalarının pozulmasına görə tənbeh tətbiq edilməsinin sadələşdirilmiş formasından 
istifadə edilməsinə yol verilir. 
Gömrük  qaydalarının  pozulmasına  görə  tənbeh  tətbiq  edilməsinin  sadələşdirilmiş 
formasından  istifadə  edilərkən  gömrük  qaydalarının  pozulmasına  görə  iş  aparılmır,  gömrük 
qaydalarının  pozulması  haqqında  protokol  tərtib  edilmir,  prosessual  hərəkətlər  həyata 
keçirilmir,  tənbehetmə  isə  bir  qayda  olaraq,  gömrük  qaydalarının  pozulması  faktının  aşkar 
edildiyi yerdə tətbiq edilir. 
M a d d ə   3 8 0 .  Gömrük qaydalarının pozulmasına görə tənbeh tətbiq edilməsinin 
sadələşdirilmiş formasından istifadə edilməsi şərtləri 
Gömrük  qaydalarının  pozulmasına  görə  tənbeh  tətbiq  edilməsinin  sadələşdirilmiş 
formasından istifadə edilməsinə aşağıdakı hallarda yol verilir: 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə