Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə71/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   68   69   70   71   72   73   74   75   76

                                                                                                                                                        
M a d d ə   3 6 9 .  Şikayət və ya prokurorun protesti ilə əlaqədar, habelə nəzarət 
qaydasında gömrük qaydalarının pozulması haqqında iş üzrə qərarlara Azərbaycan 
Respublikasının yuxarı gömrük orqanı tərəfindən baxılma 
Azərbaycan  Respublikasının  yuxarı  gömrük  orqanı  barəsində  qərar  çıxarılan  şəxsin,  onun 
vəkilinin  və  ya  nümayəndəsinin  şikayəti,  yaxud  prokurorun  protesti  ilə  əlaqədar  olaraq 
gömrük  qaydalarının  pozulması  haqqında  iş  üzrə  qərarlara  baxarkən,  habelə  gömrük 
qaydalarının  pozulması  haqqında  iş  üzrə  icraat  və  bu  işə  baxılma  zamanı  Azərbaycan 
Respublikası  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  qanunçuluğa  əməl  edilməsinə 
nəzarət qaydasında bu işlərə baxarkən aşağıdakı qərarlardan birini qəbul edir: 
1) qərarı dəyişdirmir, şikayət və ya protest təmin olunmur; 
2) qərarı ləğv edir, işi yenidən baxılmağa və ya əlavə icraata qaytarır; 
3) qərarı ləğv edir və işə xitam verir; 
4)  gömrük  qaydalarının  pozulmasına  görə  tənbeh  tədbirini,  şiddətləndirməmək  şərtilə 
dəyişdirir. 
5)  gömrük  qaydalarının  pozulmasına  görə  tənbehetmə  haqqında  qərarı  ləğv  edir  və  bu 
Məcəllənin 361-ci maddəsinin  birinci hissəsinin 3-cü  və  ya 4-cü  bəndləri ilə nəzərdə tutulmuş 
qərarlardan birini qəbul edir. 
Azərbaycan Respublikasının yuxarı gömrük orqanı tərəfindən bu maddənin birinci hissəsinin 
ikinci, üçüncü, dördüncü, beşinci bəndləri ilə müəyyən edilmiş hallarda müvafiq qərar çıxarılır. 
Qəbul edilmiş qərar haqqında protest  verən prokurora və ya şikayət  verən şəxsə, Azərbaycan 
Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən gömrük qaydalarının pozulması 
haqqında  iş  üzrə  icraat  və  ona  baxılma  zamanı  qanunçuluğa  riayət  edilməsinə  nəzarət 
qaydasında  baxılarkən  göstərilən  qərar  qəbul  edildiyi  hallarda  isə  barəsində  gömrük 
qaydalarının pozulması haqqında iş üzrə qərar çıxarılan şəxsə yazılı məlumat verilir. 
M a d d ə   3 7 0 .  Gömrük qaydalarının pozulmasına görə tənbehetmə və ya iş üzrə 
icraata xitam verilməsi haqqında qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsaslar 
Gömrük  qaydalarının  pozulmasına  görə  tənbehetmə  və  ya  iş  üzrə  icraata  xitam  verilməsi 
haqqında qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 
1) işin icraatı və ya işə baxılmanın birtərəfli və natamam olması; 
2) qərarda göstərilən nəticələrin işin faktik hallarına uyğun gəlməməsi; 
3)  qərarın  səlahiyyətsiz  şəxs  tərəfindən  verilməsi  və  ya  bu  Məcəllənin  və  inzibati 
hüquqpozmalar  haqqında  Azərbaycan  Respublikası  qanunvericiliyinin  prosessual  tələblərinin 
əhəmiyyətli dərəcədə pozulması; 
4) törədilmiş hərəkətin və hərəkətsizliyin düzgün tövsif edilməməsi və bu Məcəllə ilə nəzərdə 
tutulmuş tənbeh tədbirinin tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi. 
M a d d ə   3 7 1 .  Gömrük qaydalarının pozulması haqqında iş üzrə Azərbaycan 
Respublikası gömrük orqanının qərarından şikayətə və prokurorun protestinə yuxarı 
gömrük orqanı tərəfindən baxılma müddətləri 
Gömrük qaydalarının pozulmasına görə iş üzrə Azərbaycan Respublikası gömrük orqanının 
qərarından  şikayətə  onun  Azərbaycan  Respublikasının  yuxarı  gömrük  orqanına  daxil  olduğu 
gündən bir ay ərzində, əlavə olaraq öyrənmək və yoxlamaq lazım gəlməyən şikayətə isə təxirə 
salınmadan,  lakin  şikayətin  alındığı  gündən  on  beş  gündən  gec  olmayaraq  baxılır.  Şikayətə 
baxılma  müddəti  müstəsna  hallarda  həmin  orqanın  rəisi  və  ya  onun  müavini,  Azərbaycan 
Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının struktur bölməsinin rəisi və ya 
onun müavini tərəfindən üç aydan artıq olmamaqla uzadıla bilər. Belə olduqda şikayətçiyə bu 
barədə məlumat verilməlidir. 
Prokurorun  protestinə,  onun  Azərbaycan  Respublikasının  yuxarı  gömrük  orqanına  daxil 
olduğu gündən on gün müddətində baxılmalıdır. 


                                                                                                                                                        
M a d d ə   3 7 2 .  Şikayətə baxılmanın dayandırılması üçün əsaslar və müddətlər 
Azərbaycan  Respublikası  gömrük  orqanları  şikayətlərə  baxılmanı  aşağıdakı  hallarda 
dayandırır: 
1)  əgər  barəsində  çıxarılan  qərardan  şikayət  verilmiş  gömrük  qaydalarının  pozulması 
haqqında işin materialları cinayət işinin başlanması  və ya istintaqı ilə əlaqədar ibtidai istintaq 
orqanları tərəfindən tələb edilmişdirsə; 
2)  əgər  gömrük  qaydalarının  pozulması  haqqında  işin  materiallarına  prokuror  tərəfindən 
nəzarət qaydasında baxılırsa; 
Bu  maddənin  birinci  hissəsi  ilə  müəyyən  edilmiş  halların  hər  hansı  biri  olduqda  şikayətə 
baxan  Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsi  şikayətə  baxılmanın 
dayandırılması haqqında qərar çıxarır və bu barədə şikayət edən şəxsə məlumat verir. 
Şikayətə  baxılma,  dayandırma  üçün  əsaslar  aradan  qalxdıqdan  sonra  şikayətə  baxan 
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin qərarı üzrə yenidən başlanır. 
M a d d ə   3 7 3 .  Şikayət və ya protest verilməsinin nəticələri 
Şikayət və ya protest verilməsi gömrük qaydalarının pozulmasına görə tənbehetmə haqqında 
qərar  istisna  olmaqla,  Azərbaycan  Respublikası  gömrük  orqanının  gömrük  qaydalarının 
pozulması  haqqında  iş  üzrə  qərarının  icrasını  dayandırmır.  Şikayət  və  ya  protest  verilməsi 
xəbərdarlıq növündə tənbehetmə haqqında qərarın icrasını dayandırmır. 
 
4 9 - c u   f ə s i l    
GÖMRÜK QAYDALARININ POZULMASINA GÖRƏ TƏNBEHETMƏ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANININ QƏRARININ İCRASI 
M a d d ə   3 7 4 .  Gömrük qaydalarının pozulmasına görə tənbehetmə haqqında qərarın 
icraya yönəldilməsi 
Gömrük  qaydalarının  pozulmasına  görə  tənbehetmə  haqqında  qərar,  qərardan  şikayət 
verilməsi müddəti keçdikdən sonra, yaxud Azərbaycan Respublikasının yuxarı gömrük orqanı, 
rayon  (şəhər)  xalq  məhkəməsi  və  ya  Azərbaycan  Respublikası  İqtisad  Məhkəməsi  tərəfindən 
Azərbaycan Respublikası gömrük orqanının qərarından şikayət üzrə qərar qəbul edilən gün bu 
qərarı çıxaran Azərbaycan Respublikası gömrük orqanı tərəfindən icraya yönəldilir. 
Gömrük  qaydalarının  pozulmasına  görə  tənbehetmə  haqqında  qərar  çıxaran  orqan  onu 
müstəqil  surətdə,  yaxud  qərarın  icraya  yönəldilməsi  haqqında  maliyyə  orqanına  və  ya 
Azərbaycan  Respublikası  Milli  Bankının  lisenziyasına  malik  banklara  və  digər  kredit 
təşkilatlarına  bildiriş  göndərmək  yolu  ilə,  yaxud  tənbehetmə  haqqında  qərarı  başqa  yolla  icra 
etmək mümkün olmadıqda, məhkəmə icraçıları vasitəsilə icraya yönəldir.* 
Əgər tənbehetmə haqqında qərar çıxarıldığı gündən bir il ərzində icraya yönəldilməyibsə, bu 
halda həmin qərar icra edilmir. 
Müəyyən  edilmiş  müddətdə  şikayət  verilməsi,  yaxud  protest  verilməsi  ilə  əlaqədar 
tənbehetmə  haqqında  qərarın  icrası  dayandırılarsa,  bu  halda  bu  maddənin  üçüncü  hissəsi  ilə 
müəyyən edilmiş müddət şikayətə və ya protestə baxılanadək kəsilir. 
M a d d ə   3 7 5 .  Cərimə qoyulması və ya malların və nəqliyyat vasitələrinin dəyərinin 
tutulması haqqında Azərbaycan Respublikası gömrük orqanının qərarının icrası 
Cərimənin  məbləği  və  ya  malların  və  nəqliyyat  vasitələrinin  dəyəri  gömrük  qaydalarını 
pozmuş  şəxs  tərəfindən  ona,  yaxud  onun  nümayəndəsinə  qərarın  təqdim  edildiyi  və  ya 
göndərildiyi  gündən  on  beş  gündən  gec  olmayaraq,  bu  cür  qərardan  şikayət  və  ya  protest 
verildikdə  isə  şikayətin  və  ya  protestin  təmin  edilmədən  saxlanması  haqqında  qərar  qəbul 
edilən  gündən  sonra  on  beş  gündən  gec  olmayaraq  ödənilməlidir.  Cərimənin  məbləği  və  ya 
malların və ya nəqliyyat vasitələrinin dəyəri göstərilən müddətdə ödənilmədikdə, ödəmə günü 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə