Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə70/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   66   67   68   69   70   71   72   73   ...   76

                                                                                                                                                        
gömrük  qaydalarının  pozulması  haqqında  işə  baxan  Azərbaycan  Respublikası  gömrük 
orqanının vəzifəli şəxsi aşağıdakıları rəhbər tutur: 
cərimənin,  yaxud  malların  və  ya  nəqliyyat  vasitələrinin  dəyərinin  ödənilməsinin  təmin 
edilməsi məqsədilə malların, nəqliyyat vasitələrinin götürülməsi, onların girov qoyulması və ya 
əmlakın  üzərinə  həbs  qoyulması  əsaslandırılmış  olduqda,  ödənilməli  olan  məbləğ 
ödənildikdən sonra iki ay ərzində həmin əşyalar, bu əşyaların götürüldüyü şəxsə, girov qoyana 
və  ya  üzərinə  həbs  qoyulan  əmlak  məxsus  olduğu  şəxsə  qaytarılır.  Ödənilməli  olan  məbləğ 
ödənildikdən  sonra  bu  məqsədlərlə  verilən  zəmanətin  fəaliyyəti  dayanır.  Depozitə  verilmiş 
məbləğlər  isə  ödənilməli  olan  məbləğin  ödənilməsi  üçün  istifadə  edilir.  Əgər  ödənilməli  olan 
məbləğ  ödənildikdən  sonra  müvafiq  xəbərdarlıq  göndərilməsinə  baxmayaraq  iki  ay  ərzində 
tələb  edilməzsə,  bü  cür  əşyalar  müvəqqəti  saxlanc  anbarlarında  yerləşdirilir.  Ödənilməli  olan 
məbləğ  ödənilmədikdə  cərimənin  və  ya  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin 
ödənilməsi  məqsədi  ilə  götürülmüş  mallar  və  nəqliyyat  vasitələri,  qoyulmuş  girov  və  ya 
üzərinə  həbs  qoyulmuş  əmlak  barədə,  həmçinin  bu  məqsədlərlə  verilmiş  zəmanətin  icra 
edilməsi və depozitə  verilmiş məbləğdən istifadə edilməsi məsələləri  bu Məcəllə ilə müəyyən 
edilmiş qaydada həll edilir. 
Cərimənin,  yaxud  malların  və  ya  nəqliyyat  vasitələrinin  dəyərinin  ödənilməsinin  təmin 
edilməsi  məqsədilə  malların  və  nəqliyyat  vasitələrinin  götürülməsi,  onların  girov  qoyulması, 
məbləğlərin  depozitə  verilməsi  əsassız  olduqda  bu  cür  əşyalar  və  məbləğlər,  göstərilən 
hərəkətlərin  əsassız  olduğu  müəyyən  edildikdən  sonra,  bunların  götürüldüyü  şəxsə,  girov 
qoyana  qaytarılır.  Müvafiq  xəbərdarlıq  göndərildikdən  sonra  iki  ay  ərzində  göstərilən  şəxslər 
tərəfindən  əşyalar  tələb  edilmədikdə,  onlar  müvəqqəti  saxlanc  anbarlarında  yerləşdirilir.  Bu 
halda həmin əşyalar xəbərdarlıq göndərildiyi gündən altı aydan artıq olmayan müddətə qədər 
müvəqqəti saxlanıla bilər. 
Əgər  girovun  predmeti  və  ya  üzərinə  həbs  qoyulan  əmlak  şəxsin  sahibliyində  qalmışdırsa, 
Azərbaycan  Respublikası  gömrük  orqanı  tərəfindən  müəyyən  edilmiş,  bu  predmetlərdən 
istifadə  edilməsi  və  sərəncam  verilməsi  barədə  bütün  qadağan  və  məhdudiyyətlər  ödənilməli 
olan məbləğ ödənildikdən sonra, yaxud girov və ya həbsin əsassız olması müəyyən edildikdən 
sonra öz qüvvəsini itirir. 
M a d d ə   3 6 5 .  Gömrük qaydalarının pozulması haqqında işin icraatı və ya bu işə 
baxılma zamanı Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin fəaliyyət 
təhlükəsizliyinin təmin edilməsi 
Gömrük qaydalarının pozulması haqqında işin icraatını və ya bu işə baxılmanı həyata keçirən 
Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsi  iş  üzrə  bu  Məcəllə  ilə  müəyyən 
edilmiş  hərəkətləri  icra  edərkən  Azərbaycan  Respublikası  Daxili  İşlər  orqanlarına  şəxsi 
təhlükəsizliyinin və ictimai asayişin mühafizəsinin təmin edilməsi üzrə müraciət etmək hüququ 
vardır. 
Bu  maddənin  birinci  hissəsində  göstərilən  müraciəti  alan  Azərbaycan  Respublikası  Daxili 
İşlər orqanlarının vəzifəli şəxsi onun icrasını təmin etməli və Azərbaycan Respublikası gömrük 
orqanlarının vəzifəli şəxslərinin gömrük qaydalarının pozulması haqqında işin icraatı və ya bu 
işə  baxılma  üzrə  öz  xidməti  vəzifələrinin  yerinə  yetirilməsinə  zorakılıq  yolu  ilə  maneçilik 
törədən  şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan  Respublikasının  qanunvericiliyi 
ilə nəzərdə tutulan tədbirləri görməlidir. 
 
4 8 - c i   f ə s i l    


                                                                                                                                                        
AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANININ GÖMRÜK QAYDALARININ 
POZULMASI HAQQINDA İŞ ÜZRƏ QƏRARINDAN ŞİKAYƏT VERİLMƏSİ 
M a d d ə   3 6 6 .  Fiziki şəxs və vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikası gömrük 
orqanının tənbehetmə haqqında qərarından şikayət verilməsi 
Azərbaycan  Respublikası  gömrük  orqanının  tənbehetmə  haqqında  qərarından,  bu  tənbehin 
aid olduğu fiziki şəxs və ya vəzifəli şəxs, yaxud onun vəkili və ya qanuni nümayəndəsi qərar 
çıxarıldığı gündən on gün müddətində şikayət verə bilər. 
Azərbaycan  Respublikası  gömrük  orqanının  tənbehetmə  haqqında  qərarından  Azərbaycan 
Respublikasının  yuxarı  gömrük  orqanına  və  ya  Azərbaycan  Respublikasının  tənbeh  edən 
gömrük orqanının olduğu yer üzrə rayon (şəhər) xalq məhkəməsinə şikayət verilə bilər. 
Azərbaycan  Respublikasının  yuxarı  gömrük  orqanı  tərəfindən  şikayət  üzrə  qərar  qəbul 
edildiyi  gündən  on  gün  ərzində  həmin  qərardan  Azərbaycan  Respublikasının  tənbeh  edən 
gömrük  orqanının  və  ya  şikayətə  baxan  yuxarı  gömrük  orqanının  olduğu  yer  üzrə  rayon 
(şəhər) xalq məhkəməsinə şikayət verilə bilər. 
Bu  maddədə  göstərilən  müddətlər  üzürlü  səbəblərə  görə  ötürüldükdə,  həmin  müddətlər 
qərarın  aid  olduğu  şəxsin,  onun  vəkilinin  və  ya  nümayəndəsinin  ərizəsi  ilə  Azərbaycan 
Respublikasının müvafiq yuxarı gömrük orqanı və ya məhkəmə tərəfindən bərpa edilə bilər. 
M a d d ə   3 6 7 .  Azərbaycan Respublikası gömrük orqanının qərarından idarə, müəssisə 
və təşkilatlar, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 
şəxslər tərəfindən şikayət verilməsi 
Gömrük  qaydalarının  pozulmasına  görə  Azərbaycan  Respublikası  gömrük  orqanının 
tənbehetmə haqqında qərarından bu tənbehin aid olduğu idarə, müəssisə və təşkilat, həmçinin 
hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  şəxs  eləcə  də  onların 
nümayəndəsi və ya vəkili qərar çıxarıldığı gündən on gün ərzində şikayət verə bilər. 
Azərbaycan  Respublikası  gömrük  orqanının  tənbehetmə  haqqında  qərarından  Azərbaycan 
Respublikası yuxarı gömrük orqanına şikayət  verilə  bilər. Azərbaycan  Respublikasının yuxarı 
gömrük  orqanının  şikayət  üzrə  qərar  qəbul  etdiyi  gündən  on  gün  ərzində  həmin  qərardan 
müəyyən olunmuş qaydada şikayət verilə bilər. 
Bu  maddə  ilə  müəyyən  edilmiş  müddətlər  üzürlü  səbəblərə  görə  ötürüldükdə,  qərarın  aid 
olduğu  şəxsin,  onun  vəkilinin  və  ya  nümayəndəsinin  ərizəsi  ilə  müvafiq  surətdə  Azərbaycan 
Respublikasının  yuxarı  gömrük  orqanı  və  ya  Azərbaycan  Respublikası  İqtisad  məhkəməsi 
həmin müddətləri bərpa edə bilər. 
M a d d ə   3 6 8 .  Azərbaycan Respublikası gömrük orqanının gömrük qaydalarının 
pozulması haqqında işlər üzrə digər qərarlarından şikayət verilməsi 
Azərbaycan  Respublikası  gömrük  orqanının  gömrük  qaydalarının  pozulması  haqqında  iş 
üzrə  icraata  xitam  verilməsi  və  gömrük  qaydalarının  pozulması  haqqında  işin  əlavə  icraata 
qaytarılması  haqqında  qərarından  gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyətə  cəlb 
edilən  şəxs  və  ya  onun  vəkili,  yaxud  nümayəndəsi  qərar  çıxarıldığı  gündən  beş  gün 
müddətində Azərbaycan Respublikası yuxarı gömrük orqanına şikayət verə bilər. 
Azərbaycan Respublikası gömrük orqanının gömrük işi sahəsində cinayətlər üzrə cinayət işi 
başlanması  və  ya  bu  cür  cinayətlər  və  sair  cinayətlər  üzrə  cinayət  işi  başlanması  məsələsinin 
həlli  üçün  materialların  Azərbaycan  Respublikasının  digər  hüquq-mühafizə  orqanlarına 
göndərilməsi  haqqında  qərarlarından  Azərbaycan  Respublikası  Cinayət  prosessual 
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə