Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə68/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   64   65   66   67   68   69   70   71   ...   76

                                                                                                                                                        
təşkilata, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsə tətbiq 
ediləcək tənbehetmə müddətinin keçməsinə isə ən azı bir ay qalana qədər işin materiallarını bu 
orqanın  rəisinə  və  ya  onun  müavininə,  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra 
hakimiyyəti orqanının vəzifəli şəxsi isə bu orqanın səlahiyyətli vəzifəli şəxsinə verir. 
M a d d ə   3 5 3 .  Baxılmağa verilənə qədər gömrük qaydalarının pozulması haqqında 
işin icraatının xitamı 
Bu Məcəllənin 286-cı maddəsi ilə müəyyən edilmiş hallarda gömrük qaydalarının pozulması 
haqqında  işin  icraatına  xitam  verilərkən,  gömrük  qaydalarının  pozulması  haqqında  işin 
icraatını aparan Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi müvafiq qərar qəbul 
edir.  Bu  qərarda  işin  mahiyyəti,  bu  iş  üzrə  icraata  xitam  verilməsinin  əsasları  qeyd  edilir, 
götürülmüş  malların,  nəqliyyat  vasitələrinin,  sənədlərin  və  digər  əşyaların,  üzərinə  həbs 
qoyulmuş əmlakın sonrakı taleyi, girovun və ya zəmanətin predmeti, maddi sübutlar, həmçinin 
gömrük qaydalarının pozulması haqqında iş üzrə xərclər haqqında məsələlərin həlli öz əksini 
tapır.  Bu  qərar  Azərbaycan  Respublikasının  həmin  gömrük  orqanının  rəisi  və  ya  onun 
müavininin təsdiqindən sonra qüvvəyə minir. 
İşin  icraatına  xitam  verilməsi  haqqında  qərarın  surəti,  qərar  qüvvəyə  mindikdən  sonra  üç 
gün  ərzində  barəsində  icraat  aparılan  şəxsə,  fiziki  şəxs  öldükdə,  yaxud  hüquqi  şəxs  ləğv 
edildikdə onun nümayəndəsinə və ya başqa maraqlı şəxslərə verilir və ya göndərilir. 
 
4 7 - c i   f ə s i l    
GÖMRÜK QAYDALARININ POZULMASI HAQQINDA İŞLƏRƏ BAXILMA 
M a d d ə   3 5 4 .  Gömrük qaydalarının pozulması haqqında işlərə baxmaq səlahiyyəti 
olan Azərbaycan Respublikası gömrük orqanları 
Fiziki şəxsin məsuliyyətə cəlb edildiyi hallarda gömrük qaydalarının pozulması haqqında işə, 
vəzifəli  şəxsi  bu  işin  icraatını  aparan  Azərbaycan  Respublikası  gömrük  orqanı  tərəfindən 
baxılır. 
Vəzifəli  şəxs,  idarə,  müəssisə  və  təşkilat,  həmçinin  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olan  şəxs  məsuliyyətə  cəlb  edildiyi  hallarda  gömrük  qaydalarının 
pozulması  haqqında  işə,  işin  icraatını  hansı  gömrük  orqanının  vəzifəli  şəxsi,  yaxud  hansı 
gömrük orqanının tabeçiliyində olan gömrük postunun vəzifəli şəxsi aparmışsa həmin gömrük 
orqanı  tərəfindən  baxılır.  Zəruri  olduqda  fiziki  şəxs  məsuliyyətə  cəlb  edilərkən,  işin  icraatını 
gömrük  postunun  vəzifəli  şəxsi  apardığı  halda,  həmin  gömrük  postunun  tabe  olduğu 
Azərbaycan Respublikasının yuxarı gömrük orqanı gömrük qaydalarının pozulması haqqında 
işə baxılmanı öz icraatına götürə bilər. 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  Azərbaycan 
Respublikasının  ərazisində  törədilmiş  gömrük  qaydalarının  pozulması  haqqında  istənilən  işi 
baxılma  üçün  öz  icraatına  götürə  bilər,  yaxud  bu  məqsədlə  Azərbaycan  Respublikasının 
istənilən gömrük orqanına verə bilər. 
M a d d ə   3 5 5 .  Gömrük qaydalarının pozulmasını haqqında işlərə baxmaq səlahiyyəti 
olan gömrük orqanlarının vəzifəli şəxsləri 
Gömrük  qaydalarının  pozulması  haqqında  işlərə  Azərbaycan  Respublikasının  gömrük  işini 
aparan  icra  hakimiyyəti  orqanı  adından,  onun  səlahiyyətli  vəzifəli  şəxsləri,  Azərbaycan 
Respublikasının digər gömrük orqanlarının adından isə həmin gömrük orqanlarının rəisləri və 
ya onların müavinləri tərəfindən baxılır. 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  gömrük  qaydalarının  pozulması  haqqında 
işlərə  baxmaq  səlahiyyəti  olan  vəzifəli  şəxsləri  baxılmaq  üçün  işin  materiallarını  alarkən 
aşağıdakı məsələləri əvvəlcədən həll edir: 
həmin işə baxılma onun səlahiyyətinə aiddirmi; 


                                                                                                                                                        
gömrük  qaydalarının  pozulması  haqqında  işin  protokolları  və  digər  materialları  bu 
Məcəllənin tələblərinə müvafiqdirmi; 
işə xitam verilməsinə səbəb olan hallar mövcuddurmu; 
işə  mahiyyəti  üzrə  baxılma  üçün  iş  üzrə  toplanmış  materiallar  kifayətdirmi  və  ya  iş  əlavə 
icraat üçün geri qaytarılmalıdırmı; 
işə  baxılmada  iştirak  etməli  olan  şəxslərə,  onun  baxılma  vaxtı  və  yeri  haqqında  məlumat 
verilibmi; 
cərimənin,  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  tutulması  və  onların  mümkün  ola 
biləcək müsadirəsi üçün tədbirlər görülmüşdürmü; 
məsuliyyətə  cəlb  edilən  şəxsin,  onun  vəkilinin  və  ya  nümayəndəsinin  vəsatətləri 
olmuşdurmu. 
M a d d ə   3 5 6 .  Gömrük qaydalarının pozulması haqqında işin əlavə icraata 
qaytarılması 
Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsi,  gömrük  qaydalarının  pozulması 
haqqında  baxılmaq  üçün  qəbul  edilmiş  iş  natamam  olduqda  və  ya  işin  mahiyyəti  üzrə 
baxılmağa maneəçilik törədən digər hallar olduqda, əlavə icraata qaytarır. 
İşə  baxılmağa  qədər  işin  qaytarılması  haqqında  qərar  yazılı  formada  tərtib  edilir  və  əlavə 
icraat  aparılması  barədə  tapşırıqla  Azərbaycan  Respublikası  gömrük  orqanına  və  ya 
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinə göndərilir. 
M a d d ə   3 5 7 .  Gömrük qaydalarının pozulması haqqında işə baxılma müddətləri 
Azərbaycan  Respublikası  gömrük  orqanının  səlahiyyətli  vəzifəli  şəxsi  tərəfindən  işin  həlli 
üçün  zəruri  olan  materialların  alındığı  gündən  —  fiziki  şəxslər  tərəfindən  törədilən  gömrük 
qaydalarının pozulması haqqında işə on beş gün müddətində, vəzifəli şəxslər və digər şəxslər 
tərəfindən törədilən gömrük qaydalarının pozulması haqqında işə bir ay müddətində baxılır. 
Məsuliyyətə  cəlb  edilən  şəxsdən,  onun  vəkili  və  ya  nümayəndəsindən  işə  baxılma  tarixinin 
başqa  vaxta  keçirilməsi  haqqında  vəsatət  daxil  olarsa,  bu  maddənin  birinci  hissəsində 
göstərilən  müddət,  həmin  işə  baxmaq  səlahiyyəti  olan  Azərbaycan  Respublikası  gömrük 
orqanının vəzifəli şəxsi tərəfindən bu Məcəllənin 242-ci maddəsi ilə müəyyən edilmiş gömrük 
qaydalarının pozulmasına görə tənbehetmənin ümumi müddəti daxilində uzadıla bilər. 
M a d d ə   3 5 8 .  Gömrük qaydalarının pozulması haqqında işə baxılma 
Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsi  gömrük  qaydalarının  pozulması 
haqqında işə baxılmağa başlayaraq: 
işə  kimin  baxdığını,  hansı  işə  baxıldığını,  kimin  və  bu  Məcəllənin  hansı  maddəsi  əsasında 
məsuliyyətə cəlb edildiyini elan edir; 
məsuliyyətə  cəlb  edilən  şəxsin,  məsuliyyətə  cəlb  edilən  idarə,  müəssisə  və  təşkilatın 
rəhbərinin  və  ya  onun  müavininin,  onların  vəkillərinin  və  ya  nümayəndələrinin  gəlib-
gəlməməsini, gəlmədikləri halda isə onların gəlməmə səbəblərini araşdırır; 
göstərilən  şəxslər  olmadan  işə  baxılma  mümkünlüyü  və  ya  işə  baxılmanın  təxirə  salınması 
haqqında qərar qəbul edir; 
məsuliyyətə cəlb edilən şəxsin şəxsiyyətini müəyyənlişdirir və digər şəxslərin səlahiyyətlərini 
yoxlayır; 
işə baxılmada iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir; 
tərcüməçinin dəvət edilməsi haqqında məsələni həll edir; 
verilmiş etiraz və vəsatətləri həll edir. 
Bundan  sonra  Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsi  gömrük 
qaydalarının pozulması haqqında protokolu ucadan oxuyur. 
Məsuliyyətə  cəlb  edilən  şəxs,  məsuliyyətə  cəlb  edilən  hüquqi  şəxsin  rəhbəri  və  ya  onun 
müavini, onların vəkilləri və ya nümayəndələri işdəki bütün materiallarla tanış olmaq, iş üzrə 
sübut ola biləcək əşyaları və sənədləri təqdim etmək hüququna malikdirlər. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə