Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə73/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   68   69   70   71   72   73   74   75   76

                                                                                                                                                        
fiziki  şəxs  və  ya  vəzifəli  şəxs  barəsində,  əgər  onlar  on  səkkiz  yaşa  çatmışlarsa,  lal,  kar,  kor 
deyillərsə və öz müdafiə hüquqlarını özlərinin həyata keçirməsinə mane ola biləcək digər fiziki 
və ya ruhi qüsurları yoxdursa; 
idarə,  müəssisə  və  təşkilatlar,  həmçinin  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə 
məşğul  olan  şəxslər  barəsində,  əgər  gömrük  qaydalarının  pozulması  faktı  aşkar  edilən  anda, 
idarə,  müəssisə  və  təşkilatın  rəhbəri  və  ya  onun  müavini,  həmçinin  hüquqi  şəxs  yaratmadan 
sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  şəxs,  yaxud  onların  səlahiyyətli  nümayəndəsi  iştirak 
edirsə. 
Eyni  zamanda,  bu  maddənin  birinci  hissəsində  göstərilən  şəxslər  gömrük  qaydalarını 
pozmaları  faktını,  öz  təqsirliliyini  (fiziki  şəxslər  və  vəzifəli  şəxslər  üçün)  boynuna  aldıqda, 
tənbeh  tətbiqinin  sadələşdirilmiş  formasından  istifadə  edilməsinə  razıdırsa,  cərimə  növündə 
tənbeh  tətbiq  edildiyi  halda  bunu  ödəməyə  hazır  olduqlarını  bildirdikdə  və  cəriməni  dərhal 
yerində  ödənilməyə  real  imkanları  olduqda  həmin  şəxslər  barəsində  gömrük  qaydalarının 
pozulmasına görə tənbeh tətbiq edilməsinin sadələşdirilmiş formasından istifadə edilə bilər. 
M a d d ə   3 8 1 .  Gömrük qaydalarının pozulmasına görə tənbeh tətbiq edilməsinin 
sadələşdirilmiş formasından istifadə edilməsi qaydası 
Bu  Məcəllənin  379  və  380-ci  maddələri  ilə  müəyyən  edilmiş  hallar  müəyyənləşdirildikdən 
sonra, Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi ciddi maliyyə hesabatlı sənəd 
olan tənbehetmə haqqında akt tərtib edir. 
Aktda aşağıdakılar göstərilir: 
Azərbaycan Respublikası gömrük orqanının adı; 
tərtib edildiyi tarix; 
aktı tərtib edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
gömrük qaydalarını pozan şəxs və əgər varsa onun nümayəndəsi haqqında qısa məlumat; 
gömrük qaydalarının pozulması faktı haqqında qısa məlumat və həmin hüquqpozmaya görə 
məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 
tənbehin növü, cərimə qoyulduqda isə onun məbləği və onun ödənilməsi haqqında qeyd. 
Aktın  xüsusi  qrafasında  gömrük  qaydalarının  pozulmasını  törətmiş  şəxs  və  ya  onun 
nümayəndəsi  gömrük  qaydalarını  pozması  faktını,  öz  təqsirliliyini  (fiziki  şəxs  və  vəzifəli  şəxs 
üçün)  boynuna  almasını,  tənbeh  tətbiq  edilməsinin  sadələşdirilmiş  formasından  istifadə 
edilməsinə  razılığını  və  cəriməni  dərhal  verməyə  hazır  olduğunu  yazılı  şəkildə  təsdiq 
etməlidir. 
Aktın surəti gömrük qaydalarını pozmuş şəxsə və ya onun nümayəndəsinə imza etdirilməklə 
verilir. 
Tənbehetmə haqqında aktın formasını Azərbaycan Respublikasının gömrük işini aparan icra 
hakimiyyəti orqanı müəyyən edir. 
M a d d ə   3 8 2 .  Tənbehetmə haqqında aktdan şikayət edilməsi və ona nəzarət 
qaydasında baxılma 
Tənbehetmə  haqqında  vəzifəli  şəxsin  tərtib  etdiyi  aktdan  Azərbaycan  Respublikası  gömrük 
orqanının rəisinə və ya onun müavininə bu cür akt tərtib edildiyi gündən on gün müddətində 
şikayət  verilə  bilər.  Azərbaycan  Respublikası  gömrük  orqanının  rəisi  və  ya  onun  müavini 
şikayətlə  əlaqədar  və  ya  Azərbaycan  Respublikası  gömrük  orqanlarının  vəzifəli  şəxsləri 
tərəfindən qanunvericiliyə əməl edilməsi üzərində nəzarət qaydasında göstərilən akta baxaraq 
aşağıdakı qərarlardan birini qəbul edir: 
1) tənbehi dəyişdirmədən, şikayəti isə təmin etmədən saxlayır; 
2)  öz  qərarı  ilə  tənbeh  haqqında  aktı  ləğv  edir  və  tənbeh  verilən  şəxsi  məsuliyyətdən  azad 
edir; 


                                                                                                                                                        
3)  öz  qərarı  ilə  tənbehetmə  haqqında  aktı  ləğv  edir  və  gömrük  qaydalarının  pozulması 
haqqında  iş  başlanılması  haqqında  qərar  qəbul  edir,  yaxud  gömrük  işi  sahəsində  cinayətlər 
haqqında iş başlayır; 
4)  öz  qərarı  ilə,  ağırlaşdırmamaq  şərti  ilə  gömrük  qaydalarının  pozulmasına  görə  tənbeh 
tədbirini dəyişdirir. 
Qəbul  edilmiş  qərar  barəsində  gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyətə  cəlb 
edilən şəxsə məlumat verilir. 
 
lxxx[80]
 
30  dekabr  2003-cü  il  tarixli  568-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 
Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri 
haqqında  "Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  ilə  əlaqədar  Azərbaycan 
Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının 
qüvvədən  düşmüş  hesab  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  qanunvericilik  toplusu,  2004-cü  il,  №  2,  maddə  57)  ilə  392-ci  maddənin  birinci 
hissəsində  "bu  Məcəllənin"  sözləri  "Azərbaycan  Respublikası  qanunvericiliyinin"  sözləri  ilə  əvəz 
edilmişdir. 
 
lxxxi[81]
 
30  dekabr  2003-cü  il  tarixli  568-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 
Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri 
haqqında  "Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  ilə  əlaqədar  Azərbaycan 
Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının 
qüvvədən  düşmüş  hesab  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  qanunvericilik  toplusu,  2004-cü  il,  №  2,  maddə  57)  ilə  398-ci  maddənin  birinci 
hissəsindən "Azərbaycan Respublikası gömrük orqanlarının, yaxud" sözləri çıxarılmışdır.  
30  aprel  2004-cü  il  tarixli  643-IIQD  nömrəli  “Dövlət  rüsumu  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən 
düşmüş  hesab  edilməsi  və  bəzi  qanunvericilik  aktlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  barədə” 
Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 
№  7,  maddə  505)  ilə  398-ci  maddənin  birinci  hissəsində  “müəyyən  edilmiş  digər  ödənişlər” 
sözlərindən sonra “(dövlət rüsumu istisna olmaqla)” sözləri əlavə edilmişdir. 
 
lxxxii[82]
 
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 401-ci maddənin adı yeni 
redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
M a d d ə   4 0 1 .  İlkin şikayətvermə 
 
lxxxiii[83]
  9  oktyabr  2007-ci  il  tarixli  430-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2007-ci  il,  №  11,  maddə  1053)  ilə  401-ci 
maddədənin  birinci  hissədə  “ilkin  şikayət  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  yuxarı 
gömrük  orqanına  və  ya  vəzifəli  şəxsinə”  sözləri  “şikayət  inzibati  qaydada  və  (və  ya)  məhkəmə 
qaydasında” sözləri ilə əvəz edilmişdir. 
 
lxxxiv[84]
 
9  oktyabr  2007-ci  il  tarixli  430-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2007-ci  il,  №  11,  maddə  1053)  ilə  402-ci 
maddənin adı yeni redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
M a d d ə   4 0 2 .  İlkin şikayətvermə müddətləri 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə