Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə75/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   68   69   70   71   72   73   74   75   76

                                                                                                                                                        
“Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  Azərbaycan  Respublikasının  gömrük  işini 
aparan icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası gömrük orqanlarının ayrı-
ayrı kateqoriyalı vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən odlu silah gəzdirmək, 
saxlamaq və ondan istifadə etmək hüququ verilir.  
Azərbaycan  Respublikası  gömrük  orqanlarında  istifadə  olunan  odlu  silah  və  onlar  üçün 
döyüş sürsatlarının növlərinin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanı müəyyən edir.” 
 
xcvi[96]
   
19  oktyabr  2001-ci  il  tarixli  210-IIQD  nömrəli  "Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar 
haqqında"  Azərbaycan  Respublikasının  Qanununa,  "Xidməti  və  mülki  silah  haqqında"  Azərbaycan 
Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədər  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 1, maddə 4) ilə 421-ci maddəyə 
yeni ikinci hissə əlavə edilmiş, ikinci və üçüncü hissələr müvafiq olaraq üçüncü və dördüncü hissələr 
hesab edilmişdir. 
 
xcvii[97]
  13  iyun  2008-ci  il  tarixli  648-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan    Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №7,  maddə  602)  ilə  419-cu 
maddəsinin  ikinci  hissəsində  və  421-ci  maddəsinin  üçüncü  hissəsində  “aşkar  əlillik”  sözlərindən 
sonra “və ya sağlamlıq imkanlarının məhdudluğunun” sözləri əlavə edilmişdir. 
 
 
xcviii[98]
 
5 oktyabr 1999-cu il tarixli 706-IQD nömrəli "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin 
dövlət  müdafiəsi  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan 
Respublikasının  bəzi  qanunvericilik  aktlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında” 
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu 
il, № 10, maddə 570) ilə 59-cu fəslin adına "təminatı" sözündən sonra "Dövlət" sözü əlavə edilmişdir. 
 
xcix[99]
  16  dekabr  2008-ci  il
  tarixli  743-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(“Azərbaycan”  qəzeti  15  fevral  2009-cu  il,  №  36,  Azərbaycan  Respublikasının  Qanunvericilik 
Toplusu, 2009-cu il, №02, maddə 48) ilə 424-cü maddənin adında "həlak olduqda" sözlərindən sonra 
"(vəfat  etdikdə)"  sözləri  əlavə  edilmişdir,  "bədən  xəsarəti"  sözləri  "xəsarət  (yaralanma,  travma, 
kontuziya)" sözləri ilə əvəz edilmişdir. 
 
c[100]
  16  dekabr  2008-ci  il
  tarixli  743-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(“Azərbaycan”  qəzeti  15  fevral  2009-cu  il,  №  36,  Azərbaycan  Respublikasının  Qanunvericilik 
Toplusu,  2009-cu  il,  №02,  maddə  48)  ilə  424-cü  maddənin  mətnində  "həlak  olduqda"  sözlərindən 
sonra  "(vəfat  etdikdə)"  sözləri  əlavə  edilmişdir,  "onu  sonrakı  peşə  fəaliyyəti  ilə  məşğul  olmaq 
imkanından  məhrum  edən  bədən  xəsarəti  və  digər  bədən  xəsarəti"  sözləri  "xəsarət  (yaralanma, 
travma, kontuziya)" sözləri ilə əvəz edilmişdir. 
 
ci[101]
 
3  dekabr  2002-ci  il  tarixli  398-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 1, maddə 16) ilə 426-cı maddə 
çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 
“Maddə  426.  Azərbaycan  Respublikası  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  xidməti 
vəzifələrini  yerinə  yetirmələri  ilə  əlaqədar  olaraq  əldə  etdikləri  gəlirlərdən  vergilərin 
tutulması 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  öz  xidməti  vəzifələrini 
yerinə yetirmələri ilə əlaqədar əldə etdikləri gəlirlərdən  gəlir vergilərinin tutulması Azərbaycan 


                                                                                                                                                        
Respublikası  qanunvericiliyi  ilə  hüquq-mühafizə  orqanları  üçün  müəyyən  edilən  şərtlərlə  və 
qaydalarla həyata keçirilir.” 
 
cii[102]
 
5 oktyabr 1999-cu il tarixli 706-IQD nömrəli "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin 
dövlət  müdafiəsi  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan 
Respublikasının  bəzi  qanunvericilik  aktlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında” 
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu 
il, № 10, maddə 570) ilə Məcəlləyə yeni 429-1-ci maddə əlavə edilmişdir. 
 
ciii[ 1 0 3 ]
 
30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli “Azərbaycan Respublikasının İnzibati Xətalar 
Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri 
haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  ilə  əlaqədar  Azərbaycan 
Respublikasının  bəzi  qanunlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  və  bəzi  qanunvericilik 
aktlarınınqüvvədən  düşmüş  hesab  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 2, maddə 57) ilə Məcəllədən 60-
cı fəsil çıxarılmışdır. Fəslin əvvəlki redaksiyasında deyilirdi: 
6 0 - c ı   f ə s i l  
AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ 
ŞƏXSLƏRİNİN STATUSUNA VƏ GÖMRÜK İŞİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ 
GÖMRÜK ORQANLARININ NORMAL FƏALİYYƏTİNƏ QƏSD EDƏN İNZİBATİ 
HÜQUQPOZMALARA GÖRƏ MƏSULİYYƏT. BU CUR İNZİBATİ HÜQUQPOZMALAR 
ÜZRƏ İCRAAT VƏ ONA BAXILMA 
M a d d ə   4 3 1 .  Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin qanuni 
sərəncamına və ya tələbinə tabe olmamaq 
Xidməti  vəzifələrini  icra  edərkən  Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli 
şəxsinin  qanuni  sərəncamına  və  ya  tələbinə  tabe  olmamağa  görə,  bu  Məcəllənin  244,  250-252, 
258, 259, 280, 434—440-cı maddələri ilə müəyyən edilmiş hallar istisna edilməklə — minimum 
əmək haqqı məbləğinin beş mislindən on mislinədək cərimə qoyulur. 
M a d d ə   4 3 2 .  Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin, gömrük 
nəzarətinin və gömrük rəsmiləşdirilməsini həyata keçirən, gömrük qaydalarının pozulması 
haqqında işin icraatı və ya bu işə baxılmada iştirak edən şəxslərin, habelə hal şahidlərinin 
təhqir edilməsi 
Öz  xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikası  gömrük 
orqanının  vəzifəli  şəxsinin,  həmçinin  gömrük  nəzarətinin  və  gömrük  rəsmiləşdirilməsinin 
həyata  keçirilməsində,  gömrük  qaydalarının  pozulması  haqqında  işin  icraatı  və  ya  bu  işə 
baxılmada  iştirak  etmək  üçün  cəlb  edilmiş  və  ya  bu  məqsədlə  dəvət  edilmiş  müfəttişlərin, 
ekspertlərin,  mütəxəssislərin,  tərcüməçilərin,  şahidlərin,  eləcə  də  hal  şahidlərinin  təhqir 
edilməsinə  görə,  əgər  bu  cinayət  məsuliyyətinə  səbəb  olmursa  —  minimum  əmək  haqqı 
məbləğinin beş mislindən on mislinədək cərimə qoyulur. 
M a d d ə   4 3 3 .  Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinə, gömrük 
nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində, gömrük qaydalarının 
pozulması haqqında işin icraatı və ya bu işə baxılmada iştirak edən şəxslərə, habelə hal 
şahidlərinə qarşı zorakılıq hərəkətləri etmək barədə hədələmə 
Öz  xidməti  vəzifələrinin  yerinə  yetirilməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikası  gömrük 
orqanının  vəzifəli  şəxsini,  həmçinin  gömrük  nəzarətinin  və  gömrük  rəsmiləşdirilməsinin 
həyata  keçirilməsində,  gömrük  qaydalarının  pozulması  haqqında  işin  icraatı  və  ya  bu  işə 
baxılmada  iştirak  etmək  üçün  cəlb  edilmiş  və  ya  bu  məqsədlə  dəvət  edilmiş  müfəttişləri, 
ekspertləri,  mütəxəssisləri,  tərcüməçiləri,  şahidləri,  eləcə  də  hal  şahidlərini  yüngül  bədən 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə