Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə10/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

M a d d ə   5 6 .
 Rüsumsuz ticarət mağazasının ləğv edilməsi 
Rüsumsuz ticarət mağazası təsis etmək üçün icazənı verən onu ləğv edə, geri ala, habelə 
onun fəaliyyətini müvəqqəti olaraq dayandıra bilər. 
Icazə verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu və ya onun müəyyən edilmiş 
qaydalara  riayət  olunmadan  verildiyi  aşkar  edilərsə,  icazə  ləğv  edilir.  Ləğvetmə  haqqında 
qərar qəbul edildiyi tarixdən qüvvəyə minir. 
Rüsumsuz ticarət mağazasının sahibi bu fəslin tələblərinə riayət etmədikdə və ya bu cür 
icazə  artıq  Azərbaycan  Respublikasının  iqtisadi  siyasətinə  uyğun  olmadıqda  icazə  geri 
alınır. Gerialma haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir. 
Rüsumsuz  ticarət  mağazası  sahibinin  öz  hüquqlarından  sui-istifadə  etməsi  haqqında 
kifayət qədər əsaslar olduqda, icazənın fəaliyyəti üç aya qədər müddətdə dayandırıla və ya 
ləğv edilə bilər. 
Icazə ləğv edildikdə və ya geri alındıqda onun verilməsinə görə alınmış dövlət rüsumu 
qaytarılmır. Rüsumsuz ticarət mağazası ləğv edildikdə bu cür qərar qəbul edildiyi tarixdən 
mağaza  müvəqqəti  saxlanc  anbarına  çevrilir.  Müvəqqəti  saxlanc  anbarında  malların 
saxlanması bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.
xvii[17]
 
Icazə  ləğv  edildikdə  mağazada  qalan  mallar,  mağazaya  daxil  olduğu  tarixdən  təkrar 
gömrük rəsmiləşdirilməsindən keçirilir. 
Ləğv  edilmiş  mağaza  sahibindən,  malların  tam  saxlanc  müddəti  üçün  müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda gömrük yığımları alınır. 
Icazə  geri  alındıqda  mağazada  qalan  mallar,  gerialma  haqqında  qərarın  qəbul  edildiyi 
tarixdən təkrar gömrük rəsmiləşdirilməsindən keçirilir. 
Icazənın  geri  alınması  haqqında  qərar  qəbul  edildikdən  sonra  ləğv  edilmiş  mağazada 
qalan malların saxlanc müddəti üçün Azərbaycan Respublikası gömrük orqanları tərəfindən 
təsis  olunmuş  müvəqqəti  saxlanc  anbarlarında  saxlanc  üçün  müəyyən  olunmuş  miqdarda 
mağaza sahibindən gömrük yığımları alınır. 
Icazənın  fəaliyyəti  müəyyən  müddətə  dayandırıldığı  dövrdə  malların  mağazaya 
qəbuluna və satışına yol verilmir. Malların hərəkəti (idarə olunması) bu Məcəllədə nəzərdə 
tutulmuş qaydada həyata keçirilir.
xviii[18]
 
 
9 - c u   f ə s i l    
GÖMRÜK ƏRAZİSİNDƏ MALLARIN EMALI 
M a d d ə   5 7 .
 Gömrük rejiminin məzmunu 
Gömrük  ərazisində  malların  emalı  —  ixrac  gömrük  rejiminə  uyğun  olaraq  emal 
məhsullarının  Azərbaycan  Respublikası  gömrük  ərazisinin  hüdudlarından  kənara 
aparılması şərtilə, iqtisadi siyasət tədbirləri tətbiq edilmədən və idxal gömrük rüsumları və 
vergilər  qaytarılmaqla,  xarici  malların  Azərbaycan  Respublikası  gömrük  ərazisində 
müəyyən olunmuş qaydada emal üçün istifadə edilməsindən ibarət gömrük rejimidir. 
M a d d ə   5 8 .
 Malların emalı üzrə əməliyyatlar 
Malların emalı üzrə əməliyyatlar aşağıdakılardan ibarətdir: 


quraşdırılma,  yığılma  və  başqa  mallara  uyğunlaşdırılma  da  daxil  olmaqla  malın 
hazırlanması; 
malın emalı və təkrar emalı; 
bərpa olunma və qaydaya salınma da daxil olmaqla malın təmiri; 
emal məhsullarının istehsalına xidmət edən və ya istehsalı asanlaşdıran bəzi mallardan 
tamamilə və ya qismən istifadə edilməsi. 
Malların  emalı  üzrə  ayrı-ayrı  əməliyyatların  məhdudlaşdırılmasını,  Azərbaycan 
mallarından  istifadə  edilməsinin  mümkünlüyü  və  qaydaları  da  daxil  olmaqla  emal 
əməliyyatlarının  şərtlərini  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanları 
ilə razılaşdırmaqla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı 
müəyyən edir. 
M a d d ə   5 9 .
 Gömrük ərazisində malların emalı üçün icazə 
Gömrük  ərazisində  malların  emalı  üçün  icazə  verilməsi  qaydasını  Azərbaycan 
Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən  edir.  Gömrük  ərazisində 
malların emalı üçün icazə Azərbaycan şəxslərinə Azərbaycan Respublikasının gömrük işini 
aparan icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı şərtlərlə verilir: 
Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi  hallar  istisna  edilməklə  gətirilən  malları  emal  məhsulları  ilə  eyniləşdirmək 
mümkündürsə; 
emal əməliyyatı emal məhsullarının ixracına və ya Azərbaycan Respublikasının istehsal 
güclərindən istifadə olunmasına kömək edirsə; 
gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasının 
təmin  edilməsi  üçün,  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra  hakimiyyəti 
orqanının müəyyən etdiyi digər tələblər yerinə yetirildikdə. 
Gömrük  ərazisində  malların  emalı  üçün  icazənı  Azərbaycan  Respublikasının  gömrük 
işini aparan icra hakimiyyəti orqanı ləğv edə və geri ala bilər. 
Icazə  verilərkən  əsas  götürülmüş  məlumatın  yanlış  olduğu  aşkara  çıxarsa  və  ya 
müəyyən  edilmiş  qaydalara  riayət  olunmadan  verilmişsə,  icazə  ləğv  edilir.  Ləğvetmə 
haqqında qərar verildiyi tarixdən qüvvəyə minir. 
Sahibi  bu  fəslin  tələblərinə  riayət  etmədikdə  və  ya  gömrük  ərazisində  malların  emalı 
daha  Azərbaycan  Respublikasının  iqtisadi  siyasətinə  uyğun  olmadıqda  icazə  geri  alınır. 
Gerialma bu barədə qərar verildiyi tarixdən qüvvəyə minir.
xix[19]
 
M a d d ə   6 0 .
 Gömrük ərazisində malların emal müddətləri 
Gömrük  ərazisində  mallar  Azərbaycan  Respublikasının  gömrük  işini  aparan  icra 
hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada,  Azərbaycan  Respublikası  gömrük  orqanı 
tərəfindən  müəyyən edilən  müddətlərdə emal edilməlidir.  Müddətlərin  müəyyən edilməsi 
malların  emal  prosesinin  və  emal  məhsulları  üzərində  sərəncam  verilməsinin  iqtisadi 
cəhətdən özünü doğruldan davamlılığına əsaslanmalıdır. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə