Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə4/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   2   3   4   5   6   7   8   9   ...   76

M a d d ə   1 5 .
  Azərbaycan  Respublikası  gömrük  orqanlarının  və  onların  vəzifəli 
şəxslərinin qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət etmə 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin 
qərarlarından,  hərəkət  və  hərəkətsizliyindən  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
şikayət edilə bilər. 
vi[6]
 
M a d d ə   1 6 .
  Azərbaycan  Respublikası  gömrük  orqanlarına  gömrük  məqsədləri 
üçün verilən məlumatlara münasibət 
Bu  Məcəlləyə  və  gömrük  işi  üzrə  Azərbaycan  Respublikasının  digər  qanunvericilik 
aktlarına  uyğun  olaraq  dövlət  orqanları,  idarələr,  müəssisələr,  təşkilatlar  və  fiziki  şəxslər 
tərəfindən Azərbaycan Respublikası gömrük orqanlarına verilən məlumatlar yalnız gömrük 
məqsədləri üçün istifadə edilə bilər. 
Dövlət, kommersiya, bank sirrlərindən və qanunla qorunan digər sirrlərdən ibarət olan 
məlumatlar,  həmçinin  gizli  məlumatlar  yayılmır,  Azərbaycan  Respublikası  gömrük 
orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  şəxsi  məqsədlərlə  istifadə  edilmir,  Azərbaycan 
Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə üçüncü 
şəxslərə verilmir. 
M a d d ə   1 7 .
 Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 
Bu Məcəllədəki əsas anlayışlar aşağıdakı mənalarda istifadə olunur: 
1) mallar — istənilən daşınan əmlak, o cümlədən valyuta, valyuta sərvətləri, elektrik və 
digər  enerji  növləri,  bu  Maddənin  4-cü  bəndində  göstərilən  nəqliyyat  vasitələri  istisna 
olmaqla nəqliyyat vasitələri; 
2) Azərbaycan malları — mənşə ölkəsi Azərbaycan Respublikası olan və ya Azərbaycan 
Respublikası ərazisində sərbəst dövriyyə üçün buraxılmış mallar; 
3) xarici mallar — bu maddənin 2-ci bəndində göstərilməyən və mənşəyi xarici ölkə olan 
mallar; 
4) nəqliyyat vasitələri — sərnişinlərin və malların beynəlxalq daşınmaları üçün istifadə 
olunan istənilən vasitələr, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlıqları; 
5) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə — malların və ya nəqliyyat 
vasitələrinin  Azərbaycan  Respublikası  qanunvericiliyində  müəyyən  edilmiş  üsullarla,  o 
cümlədən, beynəlxalq poçt göndərişləri, boru kəmərlərindən və elektrik ötürücü xətlərindən 
istifadə  etmək  də  daxil  olmaqla  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilməsi 
və ya bu ərazidən aparılması üzrə həyata keçirilən hərəkətlər. 
Bu hərəkətlərə aşağıdakılar aiddir: 
malların  və  ya  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə 
gətirilməsi  zamanı  və  ya  sərbəst  gömrük  zonaları  ərazisindən  və  sərbəst  anbarlardan, 
Azərbaycan  Respublikasının  gömrük  ərazisinin  qalan  hissəsinə  gətirilməsi  zamanı 
Azərbaycan Respublikasının gömrük sərhədindən faktiki keçirilmə; 
malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən 
aparılması  zamanı  və  ya  malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının 
gömrük  ərazisinin  qalan  hissəsindən  sərbəst  gömrük  zonası  ərazisinə  və  sərbəst  anbarlara 
aparılması zamanı gömrük bəyannamələrinin verilməsi, malların və nəqliyyat vasitələrinin 


müvafiq olaraq gətirilməsi və ya aparılması niyyətinin bilavasitə reallaşdırılmasına yönələn 
digər hərəkətlər; 
6) hüquqi şəxslər — gömrük əməliyyatları aparılmasında bilavasitə və dolayısı ilə iştirak 
edən, qanuna müvafiq surətdə qeydə alınmış idarə, müəssisə və təşkilatlar; 
7) fiziki şəxslər — hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar; 
8)  Azərbaycan  hüquqi  və  fiziki  şəxsləri  —  Azərbaycan  Respublikası  qanunvericiliyinə 
müvafiq  olaraq  yaradılmış  və  Azərbaycan  Respublikasında  yerləşən  idarə,  müəssisə  və 
təşkilatlar, Azərbaycan Respublikasında uçota alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olan  şəxslər  və  Azərbaycan  Respublikasında  daimi  yaşayış  yeri  olan 
Azərbaycan Respublikasının vətəndaşları; 
9) xarici hüquqi və fiziki şəxslər — bu maddənin 8-ci bəndində göstərilməyən şəxslər; 
10)  malları  keçirən  şəxs  —  malların  mülkiyyətçisi,  alıcısı,  sahibi  və  ya  digər  şəkildə 
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz adından mallar barəsində 
bu Məcəllədə nəzərdə tutulmuş hərəkətləri etmək səlahiyyəti olan şəxslər; 
11)  deklarant  (bəyannaməçi)  —  gömrük  rəsmiləşdirilməsi  məqsədilə  malları  və 
nəqliyyat vasitələrini bəyan edən, təqdim edən, göstərən hüquqi şəxs; 
12) daşıyıcı — faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi 
üçün məsul olan şəxs; 
13)  gömrük  rejimi  —  gömrük  məqsədləri  üçün  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən  keçirilən  malların  və  nəqliyyat  vasitələrinin  statusunu  müəyyən  edən 
müddəaların məcmusu; 
14) buraxılış — Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən malların və ya 
nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsindən  sonra  şəxsin  tam  sərəncamına 
verilməsi; 
15)  şərti  buraxılış  —  malların  və  nəqliyyat  vasitələrinin  müəyyən  olunmuş 
məhdudiyyətlərə,  tələblərə  və  ya  şərtlərə  riayət  edilməsi  haqqında  şəxsin  öhdəlikləri  ilə 
müşayiət olunan buraxılışı; 
16)  gömrük  rəsmiləşdirilməsi  —  bu  Məcəllənin  müddəalarına  və  tələblərinə  uyğun 
olaraq  malların  və  nəqliyyat  vasitələrinin  müəyyən  gömrük  rejimi  altında  yerləşdirilməsi 
prosedurası və bu rejimin fəaliyyətinin başa çatması; 
17)  gömrük  nəzarəti  —  gömrük  işi  haqqında  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə,  həmçinin  icrasına  nəzarət  Azərbaycan  Respublikasının  gömrük 
orqanlarına  həvalə  edilmiş,  Azərbaycan  Respublikasının  digər  qanunvericiliyinə  və 
Azərbaycan  Respublikasının  dövlətlərarası  müqavilələrinə  riayət  edilməsini  təmin  etmək 
məqsədilə həyata keçirilən tədbirlər toplusu; 
18) iqtisadi siyasət tədbirləri — Azərbaycan Respublikasının iqtisadi siyasəti baxımından 
müəyyən  edilən  və  özündə  kvotalaşdırma,  lisenziyalaşdırma,  limitləşdirmə,  minimum  və 
maksimum  qiymətlərin  müəyyən  edilməsi,  həmçinin  Azərbaycan  iqtisadiyyatının  dünya 
təsərrüfatı ilə qarşılıqlı əlaqələrini tənzimləyən digər tədbirləri cəmləşdirə bilən, malların və 
nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasına  gətirilməsi  və  ya  Azərbaycan 
Respublikasından aparılması üzrə stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlər sistemi; 
19) gömrük ödənişləri — müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük 
orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə