Microsoft Word az customs Code



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə15/76
tarix01.09.2018
ölçüsü1,14 Mb.
#66156
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

Aparılmış  mallar  əvəzli  təmir  edildikdə  və  ya  emal  üzrə  digər  əməliyyatlar  həyata 
keçirildikdə,  idxal  gömrük  rüsumlarından,  vergilərindən  qismən  azad  etməyə  yol  verilir. 
Gömrük rüsumlarının, vergilərin məbləği emal məhsuluna tətbiq edilən dərəcələrə, təmirin 
və ya emal üzrə digər əməliyyatların dəyəri artırılmaqla müəyyən edilir. 
 
1 4 - c ü   f ə s i l    
MALLARIN İXRACI 
M a d d ə   9 6 .
 Gömrük rejiminin məzmunu 
Malların ixracı — malların Azərbaycan Respublikasının gömrük ərazisindən bu əraziyə 
qaytarılmaq haqqında öhdəlik götürülmədən aparılmasından ibarət gömrük rejimidir. 
M a d d ə   9 7 .
 Malların ixracı zamanı qoyulan tələblər 
Malların ixracı, ixrac gömrük rüsumlarına, vergilərinə, digər gömrük ödənişlərinə əməl 
olunması, iqtisadi siyasət tədbirlərinə riayət edilməsi, bu Məcəllədə və gömrük işi sahəsində 
Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarında  nəzərdə  tutulan  tələblərin 
yerinə yetirilməsi şərtilə həyata keçirilir. 
Azərbaycan  Respublikasının  vergi  qanunvericiliyinə  uyğun  olaraq  ixrac  zamanı  mallar 
vergidən azad edilə və ya ödənilən vergi məbləğləri qaytarıla bilər. 
M a d d ə   9 8 .
 İxrac gömrük rejimində malların buraxılışı 
Təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınma və saxlanc itkiləri 
istisna  edilməklə,  ixrac  gömrük  rejimi  ilə  buraxılan  mallar  Azərbaycan  Respublikasının 
gömrük  ərazisindən  kənara  çıxarılarkən  gömrük  bəyannaməsinin  qəbul  edildiyi  andakı 
vəziyyətdə olmalıdır. 
 
1 5 - c i   f ə s i l    
MALLARIN TƏKRAR İXRACI 
M a d d ə   9 9 .
 Gömrük rejiminin məzmunu 
Malların  təkrar  ixracı  —  xarici  malların  bu  Məcəlləyə  və  gömrük  işi  üzrə  Azərbaycan 
Respublikasının  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq,  idxal  gömrük  rüsumları, 
vergilər  alınmadan  və  ya  qaytarılmaqla,  həmçinin  iqtisadi  siyasət  tədbirləri  tətbiq 
edilmədən  Azərbaycan  Respublikasının  gömrük  ərazisindən  ixrac  olunmasından  ibarət 
gömrük rejimidir. 
Azərbaycan  Respublikasında  gömrük  işini  aparan  müvafiq  icra  hakimiyyəti  orqanının 
müəyyən  etdiyi  qaydada  Azərbaycan  Respublikası  gömrük  orqanları,  Azərbaycan 
Respublikası  qanunvericilik  aktlarında  və  Azərbaycan  Respublikasının  dövlətlərarası 
müqavilələrində  müəyyən  edilən  digər  hallarda  isə  müvafiq  icra  hakimiyyəti  orqanının 
icazəsi ilə malların təkrar ixracına yol verilir. 


M a d d ə   1 0 0 .
 Malların təkrar ixrac şərtləri 
Mallar  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilərkən,  bilavasitə  və  yalnız 
təkrar  ixrac  üçün  gətirildiyi  Azərbaycan  Respublikası  gömrük  orqanına  bəyan  edildikdə 
onlardan idxal gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq olunmur. 
Bu  cür  malların  faktiki  aparılması  gömrük  bəyannaməsi  qəbul  edildiyi  gündən  altı  aydan 
gec olmayaraq həyata keçirilməlidir. Həmin müddətdə mallar faktiki aparılmazsa, gömrük 
rüsumları,  vergilər, həmçinin Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  verdiyi  kreditlər 
üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər alınır. 
Təkrar  ixrac  edilən  mallar  aparılarkən,  onlar  üçün  ödənilmiş  idxal  gömrük  rüsumları, 
vergilər aşağıdakı şərtlərlə qaytarılır: 
təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınma və saxlanc itkiləri 
istisna edilməklə, təkrar ixrac edilən mallar idxal olunduğu andakı vəziyyətdədirsə; 
malların təkrar ixracı idxal anından başlayaraq iki il müddətində həyata keçirilirsə; 
təkrar ixrac edilən mallar gəlir əldə etmək məqsədi ilə istifadə edilməmişdirsə. 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 
edilən hallar istisna edilməklə, təkrar ixrac edilən mallar aparılarkən, aparma üçün qüvvədə 
olan ixrac gömrük rüsumları, vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir. 
 
1 6 - c ı   f ə s i l    
MALLARIN MƏHV EDİLMƏSİ 
M a d d ə   1 0 1 .
 Gömrük rejiminin məzmunu 
Malların  məhv  edilməsi  —  xarici  malların  gömrük  rüsumları,  vergilər  alınmadan, 
həmçinin  mallara  iqtisadi  siyasət  tədbirləri  tətbiq  edilmədən  onların  gömrük  nəzarəti 
altında  istifadə  üçün  yararsız  hala  gətirilməsi  də  daxil  olmaqla  məhv  edilməsindən  ibarət 
gömrük  rejimidir.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 
müstəsna  hallarda  təkrar  idxal  edilən  mallara  və  digər  Azərbaycan  mallarına  da  bu  rejim 
tətbiq edilə bilər. 
Azərbaycan  Respublikası  gömrük  orqanının  icazəsi  ilə  mallar  məhv  edilə  bilər.  Ətraf 
mühitə  mühüm  ziyan  dəyə  biləcəyi  halda  və  Azərbaycan  Respublikasının  gömrük  işini 
aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda malların məhv edilməsinə 
icazə verilmir. 
M a d d ə   1 0 2 .
 Malların məhv edilməsi ilə əlaqədar xərclər və yaranan tullantılar 
Malların  məhv  edilməsi  və  yaranan  tullantıların  zərərsizləşdirilməsi  dövlət  nəzarəti 
altında  və  onların  sahibinin  vəsaiti  hesabına  aparılır.  Malların  məhv  edilməsi  nəticəsində 
yaranan tullantılar gömrük nəzarətində olan xarici mal kimi müvafiq gömrük rejimi altında 
yerləşdirilməlidir. 
 
1 7 - c i   f ə s i l    


DÖVLƏTİN XEYRİNƏ MALDAN İMTİNA 
M a d d ə   1 0 3 .
 Gömrük rejiminin məzmunu 
Maldan  imtina  —  gömrük  rüsumları,  vergilər  alınmadan,  həmçinin  iqtisadi  siyasət 
tədbirləri tətbiq edilmədən şəxsin maldan imtina etməsindən ibarət gömrük rejimidir. 
Bu  fəslin  müddəalarına  uyğun  olaraq  dövlətin  xeyrinə  maldan  imtina  edilməsinə 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilən  qaydada,  Azərbaycan 
Respublikası gömrük orqanının icazəsi ilə yol verilir. 
M a d d ə   1 0 4 .
 Maldan imtina edilməsi ilə əlaqədar xərclər 
Bu  fəslin  müddəalarına  uyğun  olaraq  imtina  edilmiş  malların  dövlətin  sərəncamına 
keçirilməsi, dövlət üçün hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır. 
 
1 8 - c i   f ə s i l    
AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK SƏRHƏDİNDƏN NƏQLİYYAT 
VASİTƏLƏRİNİN VƏ MALLARIN AYRI-AYRI NÖVLƏRİNİN KEÇİRİLMƏSİ 
M a d d ə   1 0 5 .
 Nəqliyyat vasitələrinin keçirilməsi 
Nəqliyyat  vasitələri,  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  onlar  barədə 
tətbiq edilən gömrük rejiminə uyğun olaraq keçirilir. 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçən  nəqliyyat  vasitələri,  həmçinin 
mal  qismində  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  nəqliyyat 
vasitələri  Azərbaycan  Respublikasının  gömrük  orqanı  tərəfindən  müəyyən  edilən  yerdə 
saxlanılmalıdır. Bu tələbə riayət edilmədikdə Azərbaycan Respublikası gömrük orqanlarının 
nəqliyyat vasitələrini məcburi olaraq saxlamaq hüququna malikdir. 
Nəqliyyat  vasitələrini  saxlama  müddəti  daşıyıcı  ilə  birlikdə  Azərbaycan  Respublikası 
gömrük 
orqanı 
tərəfindən 
müəyyən  edilir 
və 
gömrük 
nəzarətinin, 
gömrük 
rəsmiləşdirilməsinin həyata keçirilməsi zərərinə olaraq azaldıla bilməz. 
Nəqliyyat  vasitələri  saxlanıldıqları  yerdən  ancaq  Azərbaycan  Respublikası  gömrük 
orqanının icazəsi ilə yola düşə bilər. 
Daşıyıcı  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçəcəyi vaxtı və yeri Azərbaycan Respublikasının müvafiq gömrük orqanı ilə razılaşdırır. 
M a d d ə   1 0 6 .
  Azərbaycan  Respublikasının  milli  valyutasının,  milli  valyutada 
qiymətli kağızların, xarici valyutanın və digər valyuta sərvətlərinin keçirilməsi 
Azərbaycan  Respublikası  milli  valyutasının,  milli  valyutada  qiymətli  kağızların,  xarici 
valyutanın və digər valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən 
keçirilməsi  Azərbaycan  Respublikasının  valyuta  qanununvericiliyinə  uyğun  olaraq  həyata 
keçirilir. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə