Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə100/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   96   97   98   99   100   101   102   103   ...   310
89 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
1990 VƏİ991-Cİ illərdə 
böyük 
miqdarda təhsil müəssisəsi xidmətə verilmişdir. 
1994-2002-ci illər arasında isə 
çox az 
sayda təhsil müəssisəsi xidmətə verilmişdir. 
1990-2002-ci illərdə inşa edilən təhsil müəssisələrinin sayı isə 257-dir. 
Təlim-tərbiyə müəssisələrində 1 milyon 700 min şagird ilk və orta, 200 min 
tələbə isə ali məktəblərdə təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 213 min təhsil işçisi 
məşğul olur. Təhsil işçilərinin 169.9 mini ilk və orta təhsil müəssisələrində işləyirlər. 
Azərbaycanda təhsil sisteminin, dünya təhsil sistemi ilə inteqrasiyasını qurmaq 
məqsədiylə, dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 3 mindən çox Azərbaycan 
gənci təhsil alır. Digər tərəfdən, dünyanın 50-yə yaxın ölkəsindən təxminən 2 min 
nəfər Azərbaycanda təhsil alır^’. 
Təhsil sektorunda özəl sektorun rolu getdikcə artır. Özəl təhsil müəssisələrində 
daha çox sərbəst bazar iqtisadiyyatında ehtiyac olan sahələrdə təhsil verilir. Misal 
üçün, özəl ali məktəblərdə təhsil alan tələbələrin 25%-i iqtisadiyyat, 18% isə hüquq 
fakultetində təhsil alırlar. 
Özəl təhsil müəssisələri içərisində “Çağ Öyrətim İşlətmələri”nin açmış olduğu 
təhsil müəssisələrinin təhsil sektoruna əhəmiyyətli dərəcədə faydası var. 
Azərbaycan müstəqilliyinə qovuşmasının ardından “Çağ Öyrətim” Şirkəti 
vasitəsiylə 1992-ci ildə Türkiyəli iş adamları könüllü olaraq Azərbaycanda təhsil 
xidmətlərini başlatmışlardır. 
“Çağ Öyrətim İşletmeleri” tərkibində; bir universitet (Qafqaz Universiteti), 10 
lisey (Azərbaycan-Türk Özəl Liseyləri), 2 orta məktəb (Qafqaz İlk öyrətim), 10 
universitetə hazırlıq kursu (Araz Kursu olmaqla cəmi 23 müəssisə var. Müəssisələrdə 
cəmi 6000-dən çox şagird təhsil alır və 850 təhsil işçisi işləyir. 
“Çağ Öyrətim İşlətmələri” ndən 4000-dən çox məzun olan lisey şagirdi, 
Azərbaycanla birlikdə ABŞ, Avropa ölkələri, Rusiya, Türkiyə başda olmaqla 
dünyanın bir çox ölkəsində ali təhsillərini davam etdirirlər. Lisey şagirdləri iştirak 
etdikləri beynəlxalq elm olimpiadalannda cəmi 316 medal almaqla tarixi bir nailiyyətə 
imza atmışlardır. 
Qafqaz Universitetindən məzun olan təxminən 1500 nəfər isə, Azərbaycanda 
mühüm dövlət və özəl firmalarda işləyir, ya da Azərbaycan, Türkiyə, Avropa ölkələri 
və ya ABŞ-da magistratura və doktorantura təhsillərini davam etdi-rirlər. 
Məzunlann işlədikləri dövlət və özəl sektora aid firmalarda, sərbəst bazar 
iqtisadiyyaünm tələblərinə uyğun performans göstərmələri, “Çağ Öyrətim İşlət- 
mələri”ni yenidən qurulma dövründəki təhsil sektoruna nümunə olan müəssisələr 
halına gətirmişdir. 
Misir Mərdanov. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə