Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə112/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   108   109   110   111   112   113   114   115   ...   310
101 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
Xarici bank kredit təşkilatlarının kreditlər içindəki payı 2002-ci ildə 15% iken, 
2008-cü ildə 8%-ə geriləmişdir. Verilən kreditlərdə xarici valyutanın davam edən bir 
üstünlüyü diqqət çəkir. 2002-2008-cü illərdə kreditlərin 47%-i manat, 53%-i xarici 
valyuta olaraq verilmişdir. Özəl sektora istiqamətləndirilən kredit miqdarlarında da 
mühüm artışlar olmuşdur. Bu kimi əhəmiyyətlli inkişaflar pul kredit siyasətinin daha 
da müvəffəqiyyətlə tətbiq edilməsinə imkan vermişdir. 
Daha çox qısa müddətli olan ümumi kreditlərin 2002-ci ildə 70%-i özəl sektora 
istiqamətləndirilərkən, 2008-cü ildə 75.6%-i istiqamətləndirilmişdir. Dövlət sektoruna 
istiqamətləndirilən kreditlərin həcmi isə 2002-ci ildə bütün kreditlərin 30%-i olarkən, 
2008-cü ildə 24.4% olmuşdur. Bundan əlavə verilən kreditlərdə sektoral olaraq 
ticaret-xidmət və nəqliyyat-rabitə sektorlarının daha böyük pay aldığı görülür. 
Faiz nisbətləri bazar tərəfindən müəyyənləşir, xəzinə təhvillərinin işlem gördüyü 
bir bazar fəaliyyətinə keçirilərək maliyyə sektorunun inkişafı əldə edilməyə 
çahşılmışdır. 
Qısa müddətli kredit faiz nisbətləri 2001-ci ilin əvvəlində 19.53%, 2002-ci ilin 
əvvəlində 19.74% və 2003-cü ilin əvvəlində 18.17% olmuşdur. Uzun müddətli kredit 
faiz nisbətləri isə 2001-ci ilin əvvəlində 21.60%, 2002-ci ilin əvvəlində 20.70% və 
2003-cü ilin əvvəlində 18.86% olmuşdur. Banklararası bazarda üç aylıq kredit faiz 
nisbətləri 2001-ci ilin əvvəlində 20.3%, 2002-ci ilin əvvəlində 19.75% və 2003-cü ilin 
əvvəlində 19.67% olmuşdur^^^.2008-cü ildə isə kreditlər üçün ortalama nominal faiz 
nisbəti yüksəlmişdir. 2007-cü ilin sonunda 15.91% olan manatla kredit faiz nisbəti 
2008-cü ilin sonu etibariylə 15.55% olmuşdur. Ancaq, son 12 ayda inflyasiya 
nisbətimn 10.4% olduğu diqqətə alındıqda real faiz nisbətinin 9.76% azaldığı ifadə 
edilə bilər. 
Depozit və Depozit Faiz Nisbətləri 
Depozitlann isə böyük bir qisminin xarici valyuta olaraq qoyulduğu görülür. 
2002-ci ildə 2001-ci ilə görə 5% artışla, depozitlann 85% kimi böyük bir qismi, 
2004-cü ildə isə 80%-i xarici valyuta olaraq reallaşmışdır. Manatla qpyulan 
depozitlann nisbəti isə 2002-ci ildə 15%, 2004-cü ildə isə 20% olmuşdur. Bundan 
əlavə depozitlann böyük bir qismi dövlət banklannda toplanır. Son illərdə xalq 
tərəfindən xüsusilə dövlət banklarına qoyulan depozitlann həcmi artrmşdır. Bu 
vəziyyət ilk olaraq dövlət banklarına olan inamın artdığı kimi düşünülə bilər. 
2008-cü ildə banklara qoyulan depozitlann həcmi 77.9% artaraq 5126.3 milyon 
manat olmuşdur. Depozitlann 1029.1 milyardı manatla, 4097.2 milyard manaü isə 
xarici valyuta ilə reallaşmışdır. Fiziki şəxslər tərəfindən banklara 

 
http://www.nba.az/az/statistics/monetarv indicators/interest2002.shtml

http://www.nba.az/az/statistics/monetarv indicators/interest.shtmi
. (10.04.2003). 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə