Microsoft Word Az ekonomi After Corrections doc


NƏTİCƏ VƏ TƏKLİFLƏR ............................................................................................ 291



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə13/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   9   10   11   12   13   14   15   16   ...   310
NƏTİCƏ VƏ TƏKLİFLƏR ............................................................................................ 291 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT .............................................................................. 301 
SPONSORDAN 
313 


GİRİŞ 
Dünyada 1980-ci illərin ortalanndan başlayaraq davam edən sosial və siyasi 
proses, SSRİ-nin dağılması, komunist partiyasının tarix səhnəsindən çəkilməsi və 
ittifaq üzvü respublikalann hər birinin müstəqil bir dövlət olmalan ilə nəticələndi. 
Dünyanın ən qədim ticarət və mədəniyyət mərkəzlərindən biri olan, 86.6 min kvadrat 
kilometr ərazisi və 9 milyondan artıq əhalisi ilə. Cənubi Qafqazın şərqində. Xəzər 
dənizinin sahilində yerləşən Azərbaycan ilk müstəqilliyini qazanan ölkələr arasında 
idi. 
18 Oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdi. Beləliklə
müstəqil bir dövlət olaraq Azərbaycan XX əsrin sonlarında tarix səhnəsində, 
beynəlxalq, iqtisadi və siyasi münasibətlərdə balanslaşdırıcı bir ölkə ünsürü olmağa 
başladı.Bu xüsusiyyət Azərbaycanın zəngin təbii sərvətləri və geopolitik 
mövqeyindən qaynaqlanmaqdadır. Şimaldan Rusiya, cənubdan İran kimi dövlətlə 
sərhəd olan Azərbaycan, eyni zamanda Türkiyə vasitəsi ilə Qərbə meyilli siyasi və 
iqtisadi inkişaf kursu həyata keçirməkdədir.Bu siyasət bəzən qonşu dövlətlərin 
regionla bağlı bəzi münaqişə və mübahisələrlə müşahidə olunur. 
Keçid dövrü yaşayan Azərbaycanın iqtisadi inkişafını həyata keçirərək, siyasi 
müstəqillik və stabilliklə yanaşı, iqtisadi müstəqillik və stabilliyə də tam olaraq nail 
olması vacib idi. Bunun üçün keçid dövrünü yaşayan digər ölkələrdə olduğu kimi, 
siyasi və sosial olduğu qədər, iqtisadi olaraq da qarşılaşılan problemlər aradan 
qaldırılmalı idi. 
Qarşılaşılan problemlər daha çox struktur xarakter daşıdığından, əvvəlcə ölkə 
iqtisadiyyatının özünü sərbəst idarə edə biləcəyi şəkildə yenidən qurulması lazım idi. 
Ölkədə on səkkiz ildən artıq müddət ərzində qurulmağa çahşılan iqtisadiyyatın, liberal 
bir nöqteyi nəzərdən sərbəst bazar şərtlərinə görə yenidən qurulmasında uğur 
qazanmaq olmuşdur. 
Yeraltı ehtiyatlar baxımından zəngin bir potensiala sahib olan Azərbaycanın, 
iqtisadi cəhətdən əsas zənginliyi, istehsalı, digər ehtiyatlara görə birinci yerdə olan 
enerji qaynağı olan neft və təbii qazdır. 2010-cu ildə ixracatının doxsan faizindən 
çoxunun energi daşıyıcılarının payına düşməsi bunun əyani sübutudur. Bu səbəblə 
struktur islahatlarının həyata keçirilməsində, sahib olunan enerji ehtiyatlanndan 
maksimum dərəcədə istifadə edilməlidir. 
Keçid dövründə dövlətin müdaxiləsi olmadan, sərmayə yığımına nail olmaq və 
sərmayənin ən məhsuldar sahələrə istiqamətləndirilməsi həyata keçirilə bilməz. Bu 
səbəblə stabilliyi əldə etməkdə sərbəst bazar iqtisadiyyatındakı “görünməz əl” lə 
yanaşı, ikinci bir “əl” olaraq dövlət də iqtisadiyyatda rol almaqdadır. 
İqtisadi qərarları qəbul etmə və həyata keçirmə baxımından əhəmiyyət kəsb edən 
siyasi stabillik, Azərbaycanda Ümummlili Lider Heydər Əliyevin iqtidara 



Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə