Microsoft Word Az ekonomi After Corrections doc


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə16/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   12   13   14   15   16   17   18   19   ...   310
Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
tinliklərdə büdrəməmək üçün düzgün inkişaf strategiyası seçməkdir. Mövcud 
reallıqlara əsaslanaraq demək olar ki, seçilmiş inkişaf strategiyası heç bir çətinliyə 
baxmayaraq inkişaf etmiş və güclü Azərbaycana doğru inamla aparır. 
Bu kitabda elmi tədqiqatçı nəzər nöqtəsindən keçid dövrü yaşayan Azərbaycan 
iqtisadiyyatının ümumi xarakteristikası, makroiqtisadi, sektorlar üzrə və regional 
analizi, iqtisadi siyasəti, beynəyxalq iqtisadi sistemlərlə inteqrasiya prosesi, xarici 
investisiya səviyyəsi ilə investisiya mühiti və investisiya imkanları tədqiq ediləcəkdir. 


BIRINCI FƏSIL
 
AZƏRBAYCAN İQTİSADİYYATININ KEÇİD DÖVRÜ 
Qədim dövrlərdə və Orta əsrlərdə ölkələr arasında iqtisadi əlaqələr Ağ dəniz və 
Qara dəniz sahillərindəki başlıca ticarət mərkəzləri vasitəsilə həyata keçirilirdi. 
Asiyanın daxilindən, Çin və Hindistandan Ağ dəniz və Qara dəniz sahillərinə uzanan 
başlıca karvan yollan, xüsusilə “Böyük İpək Yolu” Azərbaycan torpaqlanndan keçirdi. 
Şərqi Avropanı (Rusiya daxil olmaqla) və Volqa sahilini, Dərbənd keçidi vasitəsilə 
Cənubi Qafqaz, İran və Mərkəzi Asiyaya bağlayan məhşur karvan yolu da yenə 
Azərbaycandan keçirdi. Beləliklə, ölkə daxilindən keçən beynəlxalq karvan yollan 
dünya dövlətlərinin diqqətini qədimlərdən bəri Azərbaycana yönəltmişdi. Azərbaycan, 
sanki Qərb ilə Şərq arasında "qızıl körpü" rolunu oynayırdı. 
Belə bir coğrafi mövqeyə sahib olması səbəbiylə Azərbaycan XK əsrin 
əvvəllərində, 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələri ilə Şimali 
Azərbaycan və Cənubi Azərbaycan olmaq üzrə iki yerə parçalanaraq, Rusiya və İran 
tərəfindən bölüşdürüldü. 1917-ci il bolşevik inqilabından sonra, 28 May 1918-ci ildə 
Məmməd Əmin Rəsulzadənin başçılığı altında qurulan və Türkiyə tərəfindən də dərhal 
tanınan Azərbaycan Demokratik Respublikası; təəssüflər olsun ki qısa ömürlü oldu. 
1920-ci il Aprelin 27-dən 28-nə keçən gecə ruslar tərəfindən işğal olunaraq 
Azərbaycanın iki illik müstəqilliyi tarixə qovuşdu. Azərbaycan 1922-ci ildə Sovet 
Sosyalist Respublikası birliyinə daxil olmuş, 1936-cı ildən sonra isə “Azərbaycan 
SSRİ” adını almışdır. Nəhayət, Sovet İttifaqı tərkibindəki Şimali Azərbaycan, Sovet 
İttifaqının dağılmasıyla 1991-ci ildə yenidən müstəqilliyinə qovuşmuşdur. 
1980-ci illərin sonunda Mixail Qorbaçov tərəfindən həyata keçirilən “qlas- nosf’ 
siyasəti nəticəsində çökən SSRİ-nin dağılmasıyla, Azərbaycan 1920-ci ildə daha 
çiçəklənə bilməyən müstəqilliyini təkrar əldə etdi. Azərbaycan Milli Məclisi 31 avqust 
1991-ci ildə ölkənin müstəqilliyini elan etmiş, 18 oktyabr 1991-ci ildə isə Məclis 
Müstəqillik Qanununu qəbul etmişdir. 
Müstəqilliyini əldə edən Azərbaycan, sadəcə Sovet imperyalizmindən yaxa 
qurtarmadı, eyni zamanda totalitar Sovet rejimindən, utopik komunist idealo- 
giyasmdan və hərbi sənaye kompleksinə xidmət edən bir iqtisadi strukturdan da yaxa 
qurtarmış oldu. 
Azərbaycanın iqtisadi inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına xidmət 
edən ən qiymətli milli sərvəti, Azərbaycan Respublikasının yenidən müstəqil bir 
dövlət olaraq dünya dövlətləri sırasında daxil olmasıdır. Çünki, Azərbaycan xalqı 
sadəcə müstəqil dövlətə sahib olmaqla tarixinin, taleyinin. 



Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə