Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə24/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   20   21   22   23   24   25   26   27   ...   310
12 


Az
ərbaycan İqtisadiyyatı 
Lakin, problemlərin həlli üçün ciddi addımlar atılmaymca, 1990-cı illərin əvvəli 
Azərbaycanda iqtisadi durğunluq və böhranın artdığı illər oldu. 
Bu dövrdə siyasi olaraq qeyri-stabillik və bazar iqtisadiyyatına keçidlə əlaqədar 
ölkədə böyük iqtisadi böhran ortaya çıxmışdır. İqtisadiyyatda yüksək nisbətdə işsizlik 
və hiper-inflyasiya dövrünə girilmişdir. Yüksək inflyasiya və qeyri-stabil sosial-siyasi 
mühit, iqtisadi böyüməyə, xüsusilə sənaye və kənd təsərrüfaü kimi əhəmiyyətli 
sahələrin inkişafına mane olmuşdur. 
İstehsal həcminin azalması və inflyasiya sürətinin yüksək olması iqtisadi 
böhranın və cəmiyyətdə sosial-iqtisadi gərginliyin artmasına səbəb olmuşdur. 
Ölkə SSRİ-nin son illərindən başlayaraq 1988-ci ildən etibarən Ermənistanın 
silahlı təcavüzünə məruz qaldı və atəşkəsin imzalandığı 12 May 1994 tarixinə qədər 
torpaqlarının 20%-ni itirdi. 
İqtisadiyyaün ümumi balansı üçün lazımi islahatlann həyata keçirilməməsi, 
dövlət büdcəsinin böyük bir hissəsinin müharibə üçün xərclənməsi, torpaqlarının 
20%-i işğal edilərək 1 milyondan çox əhalinin qaçqın vəziyyətinə düşməsi, xarici 
sərmayənin ölkə iqtisadiyyatına çəkilə bilməməsi və özəlləşdirmənin sənaye 
sektorunda faktiki olaraq başlaadıla bilməməsi kimi çaüşmamazhqlar Azərbaycan 
iqtisadiyyatını ciddi bir böhrana aparmışdır. 
Sərbəst bazar iqtisadiyyatına keçidə dair strategiyanın müəyyənləşdirilmə- məsi 
səbəbiylə, bu illərdə həyata keçirilməyə çahşılan iqtisadi qərarlar da bir- biri ilə uyğun 
gəlməyən xarakter daşımışdır. 
Keçid dövrünün ilk illərində Ermənistan ilə olan müharibə, Rusiyanın 
Azərbaycana nəqliyyat ambarqosu qoyması və Çeçenistan müharibəsi səbəbiylə 
əhəmiyyətli iki neft boru xəttinin istifadə oluna bilməməsi siyasi və hərbi problemlər 
iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir. Qısaca, 1991-1994-ci illər müstəqillikdən 
sonra bütün problemlərlə üz-üzə qalmdığı, ölkədə sosial və siyasi problemlərin 
böhrana çevrildiyi, müharibənin olması, sərbəst bazar iqtisadiyyatına keçiddə ciddi 
sui-istifadələrin baş verdiyi bir dövr olmuşdur. 
İqtisadiyyatdakı mənfi gedişatda ən kəskin hal isə, 1992-ci ildə ortaya çıxmışdır. 
1992-94-cü illərdə ÜDM iki dəfədən çox azalaraq 1991-ci ilin 48%-i nisbətində 
olmuşdur^^. 1990-94-cü illərdə ÜDM hər il ortalama 13-20% azalaraq 1994-cü ildə 
1629.3 milyon dollar olmuşdur. 
1990-cı il ilə müqayisə edildikdə 1994-cü ildə ÜDM 53%, sənaye 62%, kənd 
təsərrüfatı 44%, istehlak 75% və vergi hasilatı 45% azalma göstərmişdir. Nəticədə 
xalqın həyat standardı 3.6 dəfə, real ortalama əmək haqqı səviyyəsi isə, 80% 
azalmışdır. Eyni dövrdə tətbiq edilən səhv iqtisadi siyasətlər bank-maliyyə sistemində 
və xarici ticarətdə də ciddi problemlər yaratmışdır^®. 
Səttar Səfərov, “Əvəzsiz Milli Sərvətimiz: Müstəqillik”, 
İqtisadiyyat və Audit Jurnalı,
No:10, 
Oktyabr-2001, ss. 5-6. 
Asəf Nadirov, “İqtisadiyyatm Yeni İnkişaf Mərhələsi”, Azərbaycan Qəzeti, 15 Sentyabr 2001, s.2. 
Rasim Həsənov, s.9. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə