Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə23/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   19   20   21   22   23   24   25   26   ...   310
11 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
1.2.
 
M
ÜSTƏQILLIKDƏN SONRA BIRINCI DOVR 
(1991-1994) 
Müstəqillikdən sonrakı iqtisadi inkişaf dövrünün düzgün olaraq dəyərləndirilə 
bilməsi üçün xüsusilə müdtəqilliyin qazanıldığı şərtlərin və müstəqilliyin əldə edildiyi 
ilk illərdə baş verən inkişaflann diqqətə alınması lazımdır^’. Bu səbəblə bu başlıq 
alünda yuxanda bəhs edilən və Sovet sisteminin Azərbaycana buraxdığı problemlərlə 
baş-başa keçən müstəqilliyin qazanıldığı ilk illər və bu ilk illərdə baş verən proseslər 
ələ alınacaqdır: 
1989-1991-ci illər siyasi müstəqilliyin əldə edilməyə çalışıldığı dövrdür. Bu 
dövrdə müstəqilliyi qazanmağın qarşısındakı əngəllərlə mübarizə edilmişdir. 
Bu illərdən sonra 1991-94-cü illər birici dövr olaraq dəyərləndirilə bilər. 18 
oktyabr 1991-ci ildə “Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında” konstitusiya 
maddəsinin qəbulundan bu günə qədər 18 ildən artiq bir mddət keçib. Müstəqilliyin 
əldə edilməsi uğrunda verilən çətin və ağır mübarizə diqqətə alındıqda, 18 oktyabr 
1991 tarixinin Azərbaycanın inkişaf prosesində nə qədər əhəmiyyətli bir yerə sahib 
olduğu daha yaxşı başa düşülür. Əlbəttə xalqın yerinə təlafı edilməsi mümkün 
olmayan bir milli sərvəti olan müstəqilliyin qorunması isə onun əldə edilməsindən 
qat-qat ağır və mürəkkəbdir. Bunun Azərbaycanın müstəqillikdən sonra yaşadığı 
proseslər bir daha ortaya qoyur. 
SSRİ-nin dağılması ilə Azərbaycanda ixtisaslaşma və iş bölümünə əsaslanan 
iqtisadi struktur sona çatmış və ölkə ümumi bazarlanm itirmişdir. Xam maddə, yarı 
məhsul, təchizat-ekipman, bazar, maliyyə və müəssisə idarə edilməsi barədə köhnə 
mərkəzi planlamaya görə təşkilatlanma səbəbiylə bir çox müəsisədə istehsal ya 
dayanmış ya da boş vəziyyətdə qalmışdır. Köhnə SSRİ- dəki müəssisələrlə iqtisadi 
əlaqələrin ortadan qalxması və ölkənin digər respub- likalardakı bazarını itirməsiylə 
yanaşı SSRİ dövründə mərkəzdən əldə edilən sübvansiyalarm da kəsilməsiylə birlikdə 
istehsal səviyyəsində azalmalar baş vermişdir. Ermənistan müharibəsi və Çeçenistan 
problemi isə, ölkənin sənayesi üçün lazımi xammaddənin idxal yollarmm 
bağlanmasına səbəb olmuşdur. 
Sovetlər İttifaqının dağılması ilə müstəqilliyinə qovuşan Azərbaycanın 
müstəqilliyin əbədiləşdirməsi üçün, qarşısında həll etməli olduğu böyük problemlər 
var idi. Belə ki, XX əsrin 80-ci illərin sonlannda Azərbaycan xalqı önəmli bir böhrana 
girmiş; idarə etmə zəifliyi; qanuni axsaqhqlar, etnik mənada bölücü qruplar və xalqın 
əməyi ilə əldə edilən iqtisadi və intellektual potensial inkişafı yerinə geriləmə dövrünə 
girmişdir. Bütün bu problemləri həll edə bilmək üçün, daxilində məntiqli və çox yönlü 
daxili və xarici siyasətin hazırlanması və tətbiqi, ölkənin təbii, texniki, iqtisadi və 
intellektual potensialında, sosial və siyasi eneqisində faydalı şəkildə istifadə edilməsi 
lazım idi'*. 
Rasim Həsənov,a.k.m. ss. 4-5. 
Heydər Əliyev, “Azərbaycan Respublikasmm Dövlət Müstəqilliyinin Onuncu İl Dönümü Haq- 
qmda”, 
Azərbaycan Respublikası Prezdentinin 20 Mart 2001 Tarixli Fərmanı,
Bakı, 20 Mart 2001; 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə