Microsoft Word Az ekonomi After Corrections doc


Az ərbaycan İqtisadiyyatı



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə15/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   11   12   13   14   15   16   17   18   ...   310
Az
ərbaycan İqtisadiyyatı 
ti, turizm sənayesi və son zamanlar inkişafına xüsusi diqqət yetirilən və bizim üçün 
heç də ənənəvi olmayan kosmik sənaye sahəsinin inkişafı hazırki iqtisadi inkişaf tempi 
üçün daha məqsədə uyğundur. Bunlardan əhəmiyyət sırasına görə kənd təsərrüfatı, 
turizm, energetika, maşınqayırma və metal emalı sənayesi, yeyinti və yüngül sənaye 
sahələridir. 
Başqa bir perspektiv inkişaf potensialı qeyri-neft sektoru kimi turizm xüsusən 
vurğulanmalıdır. Son statistik göstəricilər də bu sahədə ciddi irəliləyişin mövcud 
olduğunu ifadə edir. Belə ki, təkcə 2009-ci ildə respublikaya xarici turist axını 1,5 mln. 
nəfər səviyyəsində qiymətləndirildi ki, bunların da əsas hissəsi MDB, Türkiyə, Böyük 
Britaniya, ABŞ, Pakistan və Almaniyadan gələn turistlərin payına düşürdü. Bir digər 
perspektiv vəd edən sahə kimi insan kapitalının inkişafına yönəldilmiş müxtəlif 
fəaliyyətlərdir. Müasir dövrdə ölkələrin mövqeyi intellektual potensilla müəyyən 
olunub. UMM-nın artımının 40 %-ə qədərini inkişaf etmiş ölkələr effektiv təhsil 
siteminin inkişafı hesabının əldə edirlər. Təhsilin inkişafına qoyulmuş investisiyalann 
inkişaf kapitalına qoyulan sərmayenin əsas istiqamətlərindəndir. Ümumiyyətlə
təhsilin inkişafına qoyulan investisiya iqtisadi nöqteyi nəzərdən özünü daha tez 
doğruldur. Amerika alimlərinin hesablamalanna görə təhsil sisteminə çəkilən 1 
dollarlıq xərc, 3-6 dollara qədər gəlir əldə etməyə imkan verər. Ona görə də mahiyyət 
etibarı ilə iqtisad və sosial inkişafın tərkib hissəsi olmaqla cəmiyyətin məhsuldar 
qüvvələrinin formalaşdmlmasmda iştirak edən və insanın özünün davramşma zəmin 
yaradan təhsil sahəsinin davamlı inkişaf etdiriməsi vacibdir. Azərbaycanda yaşlı 
əhalinin savadlılıq əmsalı, xüsusilə, orta və ali təhsilli işçilərin sayı, 10.000 nəfərə 
düşən tələbələrin sayı, müəllimlərin sayı və s. göstəricilər ölkəmizin hələ ki, savadlılıq 
səviyyəsi yüksək ölkələrdən biri olduğunu təsdiqləyir. Ancaq, müxtəlif təhsil növləri 
tərəfindən yaradılan sosial irəliləyiş imkanları azalmağa başlamışdır. Gənclərin təhsili 
ilə onların əməyini məzmununun və xarakteri arasında uyğunsuzluq yaranmışdır. 
Təhsilin və qabiliyyətlilərin tələbatdan kənarda qalması, gənclərin şüurunda təhsilin 
devalivasiyasma səbəb olmuşdur. 
Təhsil sahəsi ilə yanaşı insan kapitalının formalaşmasında elmin də böyük yolu 
vardır. 2009-ci il statistikasına əsasən Azərbaycanda elmə ayrılan vəsaitin həcmi 
ÜDM-in cəmi 0,18%-ni təşkil edir. Digər ölkələrdə isə bu göstərici 1-3% arasında 
dəyişir. 
Bu baxımdan elmə ayrılan vəsaitlərin azlığı insan kapitalını inkişafı, başqa sözlə, 
yüksək ixtisaslı kadrların hazırlanmasına və xarici ölkələrdə kadrların potensialhq 
səviyyəsinin artmasına mənfi təsir göstərir. 
Nəticədə onu vurğulamaq yerinə düşər ki, müasir inkişaf pirinsiplərinə görə 
inkişaf etmiş dövlət elə bir dövlətdir ki, o, özünün bütün iqtisadi-sosial və 
mədəni-ictimai sferalarında maksimum tərəqiyyə nail olsun. Bu prinsipi əlində rəhbər 
tutan ölkələr bu yolda tez-tez ciddi siyasi və iqtisadi manelərlə qarşılaşır. Lakin bu 
ünsürlər iqtisadi inkişafın nişanələridir. Mühüm olan isə belə çə 



Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə