Microsoft Word Az ekonomi After Corrections doc


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə17/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   13   14   15   16   17   18   19   20   ...   310
Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
milli mənsubiyyətinin və zəngin təbii ehtiyatlarının sahibi olaraq iqtisadiyyatını 
inkişaf etdirə bilərdi. 
Bugün Azərbaycan Respublikası tam müstəqildir, ərazisində heç bir xarici 
ölkənin ordusu yoxdur, bundan əlavə millətin və ölkənin strateji problemlərinin milli 
mənfəətlər çərçivəsində həlli dövlət orqanlannm səlahiyyətindədir. 
Əlbəttə, siyasi müstəqilliyin qazanılması milli iqtisadiyyatın formalaşmasında 
başlıca rol oynayır. Ancaq, ölkənin sosial-iqtisadi vəziyyətini qiymətləndirən 
göstəricilər müstəqilliyi dəyərləndirmək üçün əsas olmamalıdır. 
İqtisadi inkişaf və dünya iqtisadiyyatına inteqrasiya baxımından ikinci amil, 
Azərbaycanın iqlim şərtləri ilə coğrafi şərtləri və mövqeyidir. Dünyanın on bir iqlim 
qurşağından doqquzu Azərbaycanda müşahidə edilir. Kənd təsərrüfaü və turizmin 
inkişafına geniş imkanlar açacaq şəkildə əlverişli coğrafiyaya, münbit torpaq 
ərazilərinə, uzun sahil zolağına, geniş otlaqlara, meşələrə və gözəl iqlim şəraitinə 
sahibdir. 
Coğrafi mövqeyi ilə. Yeni İpək Yolu lahiyəsi adlandırılan yolun keçid tra- 
yektoriyasında olmasıyla bərabər. Orta Asiya və Xəzər enerji ehtiyatlannm dünya 
bazarına daşınmasının həyata keçirilməsi məqsədi ilə bəhs edilən kəmərlərin keçid 
xətti də Azərbaycan ərazisindən keçir. 
Azərbaycanın əlverişli coğrafi mövqeyi Avropa və Asiya ölkələri arasında 
iqtisadi və siyasi əlaqələrin genişləndirilməsində tarix boyunca mühüm rol 
oynamışdır. Müstəqilliyini qazanaraq Birləşmiş Millətlər Təşkilatının üzvü olan və 
dünya ölkələri ilə siyasi, sosial və iqtisadi olaraq müstəqil əlaqələr quran 
Azərbaycanın geosiyasi mövqeyinə hal-hazırda da böyük əhəmiyyət verilir. 
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan, tədricən Avropa- 
Qafqaz-Asiya nəqliyyat dəhlizini yaratmaq və tarixdə olduğu kimi güclü 
kommunikasiya mərkəzinə çevrilmə imkanına sahibdir. 
İqtisadi inkişafı reallaşdırmaqda, üçüncü amil isə təbii ehtiyarlar baxımından 
Azərbaycanın əhəmiyyətli ehtiyatlara sahib olmasıdır. Təbii ehtiyatlar ilə zəngin olan 
Azərbaycanda qurğuşun, sink, mis, dəmir mədəni, barıt, kobalt, mərmər, əhəng , 
mədən suyu, mədən duzu və qaya duzu ehtiyatlarlar arasında diqqət çəkir. Az 
miqdarda qızıl və gümüş kimi dəyərli mədənlər də vardır\ 
Azərbaycanın ən mühüm təbii zənginliyi isə, istehsalı digər qaynaqlara görə 
birinci sırada olan neft və təbii qazdır. Azərbaycanda neftə Xəzər Dənizində, Xəzər 
Dənizinə uzanan Abşeron yarımadasında. Kür sahili ərazilərdə, Qobustan bölgəsində 
və Gəncə yaxınlığındakı ərazilərdə rast gəlinir. Neftin böyük bir qismi Xəzər 
dənizindən əldə edilir. Ticari istehsala başlandığı 140 ildən artıq bir müddətdə çox 
mühim bir rol oynayan neft, Azərbaycanın müstəqillik qazanmasından sonra da 
ölkənin başlıca valyuta mənbəyi və ixrac qabiliyyətinin vacib qaynağı vəziyyətindədir. 
Məhəmmədhəsən Vəlili, 
Azərbaycan,
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1993, s. 131. 



Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə