Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə18/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
69
4. Ekoloji problemlər adı ilə  Xəzərin dibi ilə neft-qaz 
kəmərlərinin çəkilməsinə mane olunsun; 
5. Sahilyanı ölkələr arasındakı problemlərin həllində re-
giondankənar dövlətlərin iştirakı məhdudlaşsın; 
6. İranla ideoloji və siyasi ziddiyyəti olan Qərb dövlət-
lərinin hövzədə möhkəmlənməsinin qarşısı alınsın və s. 
İran həm də Xəzər bölgəsində Azərbaycanın reallaşdırdığı 
transmilli enerji layihələrinə  və xarici şirkətlərin bu işdəki 
iştirakına çox həssas yanaşır. Təbii ki, bu məsələdə onun daha 
çox Azərbaycanla deyil, Qərb ölkələri ilə, xüsusən də ABŞ-la 
kəskin münasibətləri əsas rol oynayır. İranla Rusiyanın region-
dakı geosiyasi proseslərə yanaşmada uzun müddət eyni möv-
qedən çıxış etməsi də  əsasən son amillə bağlıdır.  İran da 
Rusiya kimi istəyir ki, Xəzərin hüquqi statusu məsələsi nə 
qədər mümkündürsə uzansın, bu ölkənin Qərblə münasibətlə-
rinin taleyi tam aydın olmayana qədər bəhs olunan məsələ həll 
edilməsin və deməli, başqa Xəzərətrafı dövlətlərin geoiqtisadi 
maraqları İranın Qərblə əlaqələrinin girovuna çevrilsin. 
Bir faktı da qeyd etmək lazımdır ki, İranın Xəzərin statusu 
ilə bağlı mövqeyində 1992-ci ildən indiyədək demək olar ki
heç bir ciddi dəyişiklik baş verməmişdir.  
Xəzər sahilinin Mərkəzi Asiya hissəsini iki Orta Asiya 
ölkəsi- Qazaxıstan və Türkmənistan təmsil edir. Qazaxıstanın 
Xəzərdəki karbohidrogen ehtiyatlarının miqdarı ilə bağlı bir-
birini təkzib edən rəqəmlər olmasına baxmayaraq, mütəxəs-
sislərin fikirinə görə - bu ölkənin Xəzərdəki milli sektoru öz 
karbohidrogen resursları ilə digərlərinə nisbətən daha zəngin-
dir. Təkcə onun Xəzərdəki “Tengiz” yatağının neft ehtiyatları 
bir çox mütəxəssislər tərəfindən 6-9 milyard barel miqdarında 
qiymətləndirilir.  
 
ƏL İ  H ƏS ƏNOV  
 
70 
Xəzərin statusu məsələsində 1993-cü ildən başlayaraq 
Azərbaycanın  ən yaxın müttəfiqi qismində Qazaxıstan Res-
publikası  çıxış edir. Digər sahilyanı ölkələrdən fərqli olaraq, 
Qazaxıstanın Azərbaycanla münasibətləri keçən dövrdə yalnız 
yüksələn xətt üzrə inkişaf etmiş  və  hər iki ölkə  həm Xəzərin 
hüquqi statusu, bölgənin yeni transmilli ixrac kəmərləri 
məsələsi, həm də  dənizin mineral ehtiyatlarının istismarı  və 
enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması sahəsində 
eyni və ya oxşar mövqedən çıxış etmişlər.  
Bu gün məhz Azərbaycan, Rusiya və Qazaxıstanın Xəzə-
rin dibinin bölünməsinə dair imzaladığı ikitərəfli və üçtərəfli 
sazişlər, problemin həlli istiqamətində vacib amilə çevrilib. 
Təsadüfi deyil ki, 2004-cü ilin mart ayında Qazaxıstana səfəri 
zamanı Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
Xəzərin statusu məsələsinin həllində  məhz Bakı, Moskva və 
Astananın rəsmi mövqelərinin, üç ölkə başçılarının imzaladığı 
ikitərəfli və üçtərəfli sazişlərin  əsas götürülməsini vacib 
saymışdır. 
Xəzərin statusu məsələsində Qazaxıstanın mövqeyi sadə 
və konkretdir. Qazaxıstana görə, dənizin dibi ölkənin quru 
ərazisinin geoloji davamıdır və onun milli suverenliyin tətbiq 
olundu  ərazisi hesab olunmalıdır. O ki qaldı  dənizin dibinin 
böyüklüyünə (sərhədinin ölçülərinə), bu koordinatlar hər bir 
ölkənin sərhədinin- sahil xəttinin uzunluğuna adekvat olma-
lıdır. Yəni, dəniz dibinin sərhədləri quru sərhədlərinin dava-
mıdır. Qazaxıstan hesab edir ki, BMT-nin 1982-ci ildə  qəbul 
etdiyi “Dəniz hüquqları haqqında” Konvensiyanın  əsas müd-
dəaları Xəzərdə tətbiq oluna bilər. Onun Barens, Baltik, Qara 
dəniz, Fin körfəzi və başqa sututarlarda tətbiq olunan "bərabər 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
71
məsafə metodu" sadədir və praktik olaraq Xəzərdə  həyata 
keçirilə bilər.  
Qazaxıstanın Xəzər dənizinin geosiyasi məsələləri ilə 
bağlı Azərbacandan əsas fərqi bu məkanda reallaşdırdığı bütün 
işləri bir qədər ehtiyatlı  şəkildə  həyata keçirməsi, quruda və 
dənizdə xarici şirkətlərlə birgə reallaşdırdığı transmilli 
layihələrə Rusiyanı yaxından cəlb etməsi və bütün fəaliyyətini 
müəyyən mənada bu dövlətlə razılaşdırmasıdır.  
Xəzərin hüquqi statusuna dair ölkələr arasında uzun 
müddət qeyri-müəyyən vəziyyətin hökm sürməsində Türkmə-
nistanın nümayiş etdirdiyi rəsmi mövqenin də mühüm rolu 
olmuşdur. Məlum olduğu kimi, Türkmənistan bölgədə, ilk növ-
bədə, özünün dünya əhəmiyyətli zəngin təbii qaz ehtiyatları ilə 
tanınır. Xəzərin statusu və  Qərb investisiyalarının bölgəyə 
gəlməsinə münasibətdə Türkmənistanın maraqları və mövqeyi 
Azərbaycanınkı ilə tam üst-üstə düşür. Düzdür, bu ümumilik 
yalnız xarici şirkətlərlə birgə  iş aparmaq və öz məhsullarını 
sərbəst şəkildə dünya bazarlarına çıxarmaq ehtiyacında müşa-
hidə olunur. Lakin Xəzərin statusu, milli sektorların sərhədləri, 
xarici kapital cəlb etmə və s. məsələlərdə iki ölkə arasında həm 
də rəqabət və fikir ayrılıqları mövcuddur. 
Türkmənistan Xəzərin hüquqi statusu məsələsində ilk 
dövrlərdə Rusiya və  İranla birləşərək bəyan edirdi ki, “Xəzər 
beş ölkənin daxili gölüdür və burada heç bir xarici dövlət 
yaxud region ölkəsi təkbaşına, hamının razılığını almadan hər 
hansı bir iş apara bilməz”. Bu yanaşma İran və Rusiyadan əxz 
olunmuş mövqe idi və Türkmənistanın onu niyə müdafiə 
etməsi hələ də mütəxəssislər üçün qaranlıq olaraq qalır. Çünki 
həmin dövrdə Türkmənistan Xəzərdə  təkbaşına fəaliyyətin 
əleyhinə  çıxış etməklə yanaşı, həm də özü hamıdan  əvvəl, 
 
ƏL İ  H ƏS ƏNOV  
 
72 
1993-cü ildə ölkənin dövlət sərhədləri haqqında qəbul etdiyi 
bəzi qanunvericilik aktlarında Xəzərin 12 millik sahil ərazilə-
rini (“Dəniz hüquqları haqqında” BMT Konvensiyasına əsasla-
naraq) “Türkmənistanın milli ərazisi”, orta xəttinə  qədər olan 
digər su hövzəsini isə “iqtisadi zona” elan etmişdi. Bu ha-
disədən cəmi bir il keçməmiş S. Niyazov Rusiya prezidenti B. 
Yeltsinin bu məsələ ilə bağlı emosional vəziyyətdə  səslən-
dirdiyi fiikrlərini dəstəkləyərək, bəyan edirdi ki, “Xəzərin nə 
dibi, nə də su səthi heç kim tərəfindən bölünə bilməz.”
74
 
Sonrakı illərdə Tükmənistan Rusiya və  İrana qoşularaq, 
Azərbaycan və Qazaxıstanı  Xəzərdə xarici şirkətlərlə birgə 
sərbəst fəaliyyət göstərməkdən çəkindirmək üçün 1996-cı ildə 
“Üç ölkənin sahil sərhədlərində birgə  kəşfiyyat və qazıntı 
işlərinin aparılması” haqqında təhrikedici bir memorandum da 
imzalamış  və guya kimlərləsə Xəzərdə birgə fəaliyyətə başla-
maq haqqında ortaq razılığa da gəlmişlər. Bu “memorandum” 
mütəxəssislərin fikrinə görə,  əslində üç ölkənin Azərbaycana 
qarşı birgə təxribatından başqa bir şey deyildi və heç bir ciddi 
beynəlxalq hüquqa əsaslanmırdı.
75 
 
1999-cu ildə Türkmənistan prezidenti Xəzərin statusu ilə 
bağlı yenidən “milli sektor” mövqeyindən çıxış etməyə baş-
layır. Xəzər dənizinin Türkmənistana “məxsus” milli sekto-
rundakı neft-qaz məhsullarının mənimsənilməsini öz ölkəsinin 
əsas vəzifələrindən biri elan edən o zamankı Türkmənistan 
prezidenti, “ölkəsinin iqtisadi resurs bazasını artırmaq məq-
sədilə dənizin Türkmənistan sektorunda xarici şirkətlərlə birgə 
iş aparmağın  əhəmiyyətindən” danışmağa başlayır və  hətta, 
                                                 
74
 Вax: “Независимая газета”, 6 декабря 1995. 
75
 Вax: “Российская газета”, 7 декабря 1997. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə