Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə21/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
81
inkişaf etmiş dövlətlərinin diqqətinin bölgəyə yönəldilməsində
hövzənin zəngin karbohidrogen ehtiyatlarının kəşf edilməsi və 
istehsalında, müstəqil marşurutlarla dünya bazarlarına nəql 
edilməsində  və bütövlükdə geosiyasi əhəmiyyətinin artırılma-
sında  ən önəmli rol Azərbacana məxsusdur. Azərbaycanın 
1994-cü ildə  “Əsrin müqaviləsi” adlanan transmilli çoxtərəfli 
sazişin imzalanması ilə  əsasını qoyduğu və keçən müddətdə 
dönmədən həyata keçirdiyi yeni neft-qaz strategiyası bu 
istiqamətdə əsas və həlledici amil omuşdur.  
Müstəqilliyə qovuşduqdan sonra prezident Heydər Əliyev 
1993-cü ildən başlayaraq ciddi xarici geosiyasi müdaxilələrə, 
kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, günü-
gündən güclənən milli-vətəndaş qarşıdurması  və s. neqativ 
hadisələrə baxmayaraq, müstəqil Azərbaycanın milli dövlətçi-
liyini qoruyub saxladı, onun gələcək inkişaf resurslarının 
müəyyən edilməsi və istifadəsi strategiyasını irəli sürdü. 1993-
1996-cı illərdə inkişafın  əsas  şərti olan ölkədaxili milli-və-
təndaş qarşıdurması dayandırıldı, ictimai-siyasi sabitlik bərpa 
edildi, yeni və ardıcıl daxili, xarici, milli dövlət quruculuğu və 
sosial-iqtisadi siyasət yürüdüldü, 1994-cü ildə Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində müvəqqəti atəş-
kəsə nail olundu. Bütün bu proseslər Azərbaycan prezidentinə 
öz xalqının gələcəyi ilə bağlı  həyati  əhəmiyyət kəsb edən 
çoxsaylı strateji layihələri, o cümlədən də iqtisadi və enerji 
siyasətini həyata keçirməyə imkan yaratdı. 
 Lakin Prezident Heydər  Əliyev yaxşı başa düşürdü ki, 
yalnız ölkənin iqtisadi inkişafına nail olmaqla, daxili iqtisadi 
böhrandan çıxarmaqla və ictimai-siyasi sabitliyi təmin etməklə 
respublikanın real müstəqilliyinə, daxili və xarici problem-
lərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
 
ƏL İ  H ƏS ƏNOV  
 
82 
münaqişəsinin həllinə nail olmaq olar. O dövrdə bütün bu 
vəzifələrin həlli milli iqtisadiyyatının inkişafı üçün lazım olan 
külli miqdarda sərmayənin, qabaqcıl texnologiyanın tapılması 
və ölkə iqtisadiyyatına, xüsusən də əsas inkişaf resursu hesab 
olunan neft sənayesinə cəlb edilməsindən keçirdi. Belə sərma-
yə  və texnologiya bəhs olunan zaman çərçivəsində  nə Azər-
baycanın özündə, nə Qərb dövlətlərinin Xəzərə daxil olmasına 
ciddi etiraz edən Rusiya və  İranda, nə  də ki, Azərbaycanın 
müttəfiqi olan Türkiyədə var idi. Yalnız aparıcı Qərb dövlətlə-
rində belə imkan var idi və nəyin bahasına olursa-olsun onları 
Azərbaycanın neft sənayesinə, iqtisadi inkişaf layihələrinə 
sərmayə qoyuluşuna cəlb etmək lazım idi.  
 Heydər  Əliyevin rəhbərliyi altında 1993-cü ildən başla-
yaraq qısa zaman kəsiyində ölkənin çoxsaylı problemləri həll 
edildi. Daxili həyatda bazar iqtisadiyyatı mexanizmləri yara-
dıldı, dövlət mülkiyyəti özəlləşdirildi və biznes mühiti liberal-
laşdırıldı. Azərbaycanın beynəlxalq  əlaqələrində xarici aləmlə 
hərtərəfli işgüzar münasibətlər quruldu, respublika iqtisadiyya-
tına hava-su kimi lazım olan xarici investisiya və texnolo-
giyalar cəlb edildi, Xəzər dənizinin neft-qaz yataqlarının birgə 
istismarı  təşkil edildi, inkişaf etmiş  Qərb dövlətləri və onları 
təmsil edən qabaqcıl şirkətlərlə Azərbaycanın bərabərhüquqlu, 
qarşılıqlı-faydalı  tərəfdaşlıq  əlaqələri yaradıldı  və s.  milli 
geosiyasi vəzifələr həll edildi. 
 Müstəqilliyə qovuşduqdan sonra Azərbaycan 1993-cü 
ildə yeni təşəbbüslə  çıxış edərək, Azərbaycanın neft və qaz 
ehtiyatlarına maraq göstərən, respublika iqtisadiyyatına sərma-
yə qoymaq istəyən, dənizin dərin qatlarında neft və qaz çıxar-
maq üçün qabaqcıl texnologiyaya malik olan hər bir dövlətlə 
əməkdaşlıq istəyini bəyan edir. Göründüyü kimi, Azərbaycan 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
83
Xəzər dənizinin ona məxsus milli sektorundakı enerji yataq-
larının istehsalını artıq təkbaşına deyil, (əslində buna onun nə 
maddi, nə də ki, texnoloji imkanları cavab verirdi) həm bölgə, 
həm də dünyanın aparıcı ölkələrini, onları  təmsil edən trans-
milli neft şirkətlərini də  cəlb etməklə istismar etmək iradəsi 
ortaya qoyur. Ortada həm də  təkcə  Xəzər dənizinin Azərbay-
cana məxsus sektorundakı karbohidrogen yataqlarının mənim-
sənilməsi deyil, eyni zamanda hasil olunan neftin alternativ 
yollarla dünya bazarlarına çıxarılması niyyəti mövcuddur. 
Tezliklə Azərbaycan bu işdə yeni-yeni beynəlxalq tərəfdaşlar 
tapmaq istiqamətində ciddi fəaliyyətə başlayır. Bununla bağlı 
qısa müddətdə bütün səviyyələrdə xarici maraqlı dairələrlə, 
böyük və imkanlı dövlətlərlə, transmilli enerji şirkətləri ilə 
çoxsaylı görüşlər keçirildi və danışıqlar aparıldı. Nəticədə 
1994-cü ildə bəhs olunan neft-qaz müqaviləsi imzalandı. 
Bəhs olunan dövrdə Azərbaycana, eləcə də Xəzər regionu-
nun neft və qaz ehtiyatlarına  ən çox maraq göstərən və  tələb 
olunan maliyyə-texniki imkanlara cavab verən, müasir stan-
dartlarla Xəzər dənizinin dərin qatlarında neft-qaz çıxarmaq 
gücündə olan dövlətlər ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, 
Yaponiya, Norveç, o cümlədən bu ölkələrə  məxsus dövlət və 
özəl şirkətlər idi. Bütün dünyada aparıcı iqtisadi-siyasi nüfuza 
malik olan bu dövlətlərin hər biri SSRİ dağıldıqdan sonra öz 
enerji ehtiyacları  və maraqları  çərçivəsində Azərbaycanın və 
bütövlükdə Xəzər regionun zəngin karbohidrogen ehtiyatlarına 
maraq göstərirdilər. Lakin bölgədəki qeyri-sabit və  əlverişsiz 
vəziyyət, Rusiya və İran kimi region ölkələrinin həmin vaxt öz 
qarşılarında “kənar” ölkələri görmək istəməməsi və bölgədə 
ciddi geosiyasi təsirə malik olmaları xarici aktorların bölgəyə 
daxil olmasının qarşısını kəsirdi.  
 
ƏL İ  H ƏS ƏNOV  
 
84 
Azərbaycan həmin dövrdə Qərbin inkişaf etmiş ölkələri ilə 
enerji sahəsində transmilli əlaqələr yaratmaqla, öz təbii sərvət-
lərinin bir hissəsini onların xeyirinə güzəştə getməklə bir tə-
rəfdən özünün geosiyasi mövqelərini möhkəmlətmək, dövlət 
müstəqilliyini dönməz etmək, üzləşdiyi Ermənistan-Azərbay-
can, Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olmaq, 
Azərbaycanın haqlı mövqelərinin dəstəklənməsini təmin et-
mək, müəyyən mənada Qərbin hərbi-siyasi yardımını almaq 
niyyəti güdürdü, digər tərəfdənsə millii iqtisadi potensialını 
gücləndirmək, dövlət idarəçilik institutlarını, milli ordusunu 
yaratmaq, sosial-iqtisadi islahatlar aparmaq, demokrak, hüquqi 
dövlət qurmaq və s. sahələrində xarici dəstək almaq istəyirdi. 
Azərbaycan eyni zamanda, bölgənin Rusiya, Türkiyə,  İran, 
Səudiyyə Ərəbistanı, Gürcüstan, Ukrayna kimi dövlətlərini və 
onlara məxsus aparıcı şirkətləri də Xəzər dənizində və Cənubi 
Qafqazda reallaşdırılan transmilli layihələrə  cəlb etməyə  və 
bununla da bölgədə mehriban dostluq və qonşuluq münasi-
bətləri yaratmağa çalışırdı. Lakin bu ölkələrin bəzilərinin bu 
sahədə Azərbaycanla və  Qərblə geoiqtisadi tərəfdaşlıq etmək 
niyyəti yox idi, digərlərinin isə buna texniki-maliyyə imkanı 
yetmirdi. Buna baxmayaraq, Heydər Əliyev iradəsinin gücü və 
diplomatiyasının məharəti ilə Azərbaycan əksər region ölkələ-
rini, hətta  ən qatı opponentləri belə bu layihədə  iştiraka razı 
sala bildi. 
20 sentyabr 1994-cü ildə Bakının Gülüstan sarayında 
“Əsrin müqaviləsi” adlanan ilk transmilli neft sazişi imzalandı. 
Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və 
“Günəşli” yatağının birgə işlənməsi haqqında ilk sazişin imza-
lanması ilə Azərbaycanın neft sənayesi tarixində tamamilə yeni 
bir dövr başladı. Bu tarixi sənədin imzalanma mərasimində 7 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə