Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə64/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   60   61   62   63   64   65   66   67   ...   104

 
200
kapitalist münasibətlərinin sonrakı inkişafına  şərait yaratdı (9, s. 
212). 
Məhkəmə islahatı.  Şimali Azərbaycanda məhkəmə islahatı 
1866-cı ildə keçirildi. İslahata əsasən: 
1.Silki məhkəmələr ləğv edildi və vahid məhkəmələr yara-
dıldı. 
2.Qəzalarda dairə  məhkəmələri və barışıq  şöbələri təşkil 
olundu. Dairə məhkəmələrini çarın təsdiqinə canişin təqdim edirdi. 
Bu məhkəmələr barışıq məhkəmələrinin qərarlarına nəzarət edir, 
onların səlahiyyətində olmayan bütün mülki və cinayət işlərini həll 
edirdi. 
3. Məhkəmə iclasları açıq keçirilirdi və s. 
Məhkəmə islahatının müsbət cəhətləri ilə yanaşı, məhdud 
cəhətləri də var idi. Belə ki, Rusiyada hakimlər seçildiyi halda, 
Azərbaycanda onlar yalnız ruslardan təyin olunur, məhkəmə iclas-
ları rus dilində aparılırdı. Məhkəmə hakimləri özbaşınaqlıq edir və 
rüşvətxorluqla məşğul olurdular (4, s. 201-204). 
Şəhər islahatı. Şimali Azərbaycanda 1870-ci il iyunun 16 təs-
diq edilmiş “Əsasnamə”yə əsasən şəhər islahatı yalnız 1878-ci ildə 
həyata keçirildi. “Əsasnamə”yə görə,  şəhər idarələri və dumalara 
seçkilərdə silki mədəniyyət ləğv olunsa da, əmlak senzi tətbiq 
olunurdu.  Şəhərdə yaşayıb vergi verən  əhalinin hər biri seçkilərdə 
iştirak edə bilərdi. 25 yaşına çatmayanlar və qadınlar bələdiyyə seç-
kilərində iştirak edə bilməzdilər. Şəhər dumalarının kiçik təsərrüfat 
işləri ilə  məşğul olmaq hüququ var idi. Dumanın fəaliyyətinə 
qubernator nəzarət edirdi. Qafqazda bütün ali hakimiyyət canişinin 
əlində idi. Quberniyalarda bütün mülki və hərbi hakimiyyət quber-
natora məxsus idi. Qəzalar qəza rəisləri tərəfindən idarə olunurdu. 
Cənubi Qafqazın inzibati quruluşunda Rusiyadakı islahatlara uyğun 
müəyyən dəyişikliklər edildi: 
1.1859-cu ildə Şamaxıda olan zəlzələ nəticəsində şəhər tama-
milə dağıldığından quberniyanın mərkəzi Bakıya köçürüldü və Bakı 
quberniyası adlandı. 


 
201 
2.1860-cı ildə  Dərbənd quberniyası  ləğv edildi. Quba qəzası 
Bakı quberniyasının tərkibinə qatıldı. Sonralar yaradılmış Cavad və 
Göyçay qəzaları da bu quberniyanın tərkibində idi. 
3.1868-ci ildə Bakı, Tiflis və  İrəvan quberniyalarından alın-
mış  ərazilər hesabına Yelizavetpol quberniyası yaradıldı.  Ərəş, 
Cəbrayıl, Cavanşir qəzaları bu quberniyanın tərkibinə daxil edildi. 
4.Şərur-Dərələyəz və Naxçıvan qəzaları İrəvan quberniyasına 
daxil idi. 
1883-cü ildə Qafqaz canişinliyi ləğv edildi. Qafqazın idarə 
edilməsi Baş hərbi rəisə tapşırıldı (9, s. 212-213)
Şimali Azərbaycanda kapitalist münasibətlərinin təşək-
külü.  Keçirilən islahatlar nəticəsində  kənd təsərrüfatında kapitalist 
münasibətlərinin inkişafı sürətləndi. Kənd təsərrüfatında təkmil 
alətlər tətbiq edildi, texniki bitkilərin  əkinləri genişləndirildi, bəzi 
sahələrdə  məhsul istehsalının ixtisaslaşması  və s. başlandı.  Əkinə 
yararlı torpaqların üçdəiki hissəsinin çoxunda dənli bitkilər əkilirdi. 
Qızılboya, barama, sənaye pambıqçılığı, tütünçülük, biyan kökü 
istehsalına da xüsusi diqqət verilirdi. 1850-ci ildə Tiflisdə yaradıl-
mış “Qafqaz kənd təsərrüfatı  cəmiyyəti” kənd təsərrüfatında yeni 
texnikanın tətbiqində mühüm rol oynadı. Cənubi Qafqaza kənd tə-
sərrüfatı alətləri və maşınları Batum, Poti və Bakı limanları vasi-
təsilə gətirilirdi. Bunlardan əsasən varlı kəndlilər və Rusiyadan kö-
çüb gəlmiş  kəndlilər istifadə edirdilər. 70-90-cı illərdə  kənd təsər-
rüfatının bütün sahələrində muzdlu əmək tətbiq olunurdu. Kapita-
lizmin inkişafı  nəticəsində torpaq alqı-satqı obyektinə çevrilirdi. 
İcarəyə götürülmüş torpaqlarda muzdlu əməyin tətbiqi artırdı. 
Dövlət kəndlilərindən pulla “həyət vergisi” adlanan torpaq töycüsü 
alınırdı. Sahibkar kəndliləri  əvvəlki kimi malcəhət (torpaqdan 
istifadəyə görə 1/10) və  bəhrə (suvarma suyundan istifadə edildiyi 
üçün) vergisi verirdilər. 1887-ci ildə başlayaraq Azərbaycan kəndli-
ləri hərbi vergi adlanan mükəlləfiyyət də daşımağa başladılar. Xris-
tian olmadıqlarına görə orduya çağırılmayan azərbaycanlılar 3 illik 
orta qazancı nəzərə alınmaqla müəyyən olunmuş həcmdə hərbi ver-
gi verməli idilər. 


 
202
Neft sənayesinin inkişafı.  1860-70-ci illərdə iltizam sistemi 
neft sənayesinin inkişafına bir növ buxov olmuşdu. Duru yanacağa 
tələbatın artması hökuməti iltizam sistemini ləğv etməyə  məcbur 
etdi. 1872-ci ilin fevralın 17-də iltizam sistemi ləğv olundu. Qanuna 
əsasən neft yataqları ayrı-ayrı  şəxslərə birdəfəlik satıla bilərdi. 
1872-ci ilin dekabrında ilk dəfə neft yataqları müzaidə (hərrac) 
vasitəsilə açıq satışa qoyuldu (4, s. 226). İlk növbədə neft sənayesi 
böyük kapital qoyuluşu tələb edirdi. Ona görə də neft mədənləri və 
tərkibində neft olan torpaqlar əsasən rus və xarici kapitalın  əlinə 
keçirdi. 1879-cu ildə  İsveç təbəəsi Nobel qardaşları “Nobel 
qardaşları” şirkətinin əsasını qoydular. 1880-cı illərdə Rotşildin, 90-
cı illərdə Vişaunun timsalında fransız və ingilis kapitalı Bakıya 
nüfuz etdi. 70-80-cı illərdə neftli torpaqlara sahib olmuş neft 
sənayeçiləri arasında H.Z.Tağıyev, Musa Nağıyev,  Şəmsi  Əsədul-
layev, Murtuza Muxtarov kimi azərbaycanlılar da var idi. İltizam 
sisteminin ləğvi, xarici kapital axını neft hasilatının və emalı texni-
kasının yaxşılaşmasına, neft məhsullarının daşınma vasitələrinin 
təkmilləşdirilməsinə  səbəb oldu. Hələ 1871-ci ildə Balaxanıda bu-
ruqla ilk neft quyusu qazılıb istifadəyə verilmişdi. 1873-cü ildə Ba-
laxanıda ilk neft fontanı vurdu. 1873-cü ildə quyuların qazılmasında 
ilk dəfə buxar mühərrikindən istifadə olundu (4, s. 219). 1878-ci 
ildə  mədənləri neftayırma müəssisələri ilə birləşdirən buxar 
mühərrikli nasoslarla təchiz olunmuş ilk neft kəməri işə salındı (75, 
s. 274-275). 1880-ci ildə “Nobel qardaşları”  şirkəti tərəfindən mə-
dənlər arasında neft və  sərnişin daşımaq üçün ilk darxətli dəmir 
yolu çəkildi (4, s. 220). 1878-ci ildə  İsveçdə hazırlanmış dünyada 
ilk neft tankeri Bakı ilə  Həştərxan arasında hərəkətə başladı. XIX 
əsrlə XX əsrin qovuşuğunda neft hasilatı və neft çıxarılmasına görə 
Bakı dünyada birinci yerə çıxdı. Neft məhsullarına marağın artması 
1873-cü ildə “Qara şəhər” adlanan zavodlar rayonunun yaranmasına 
səbəb oldu. Bakı  şəhəri həm neftçıxarma, həm də neft emalı 
mərkəzinə çevrildi. 1884-cü ildə Bakıda kapitalistlərin xüsusi 
təşkilatı-Neft sənayeçiləri qurultayı təşkil edildi. Təşkilatın başında 
Qurultay  Şurası dururdu. 1894-cü ildə neft sənayeçilərinin Peter-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə