Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə67/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   63   64   65   66   67   68   69   70   ...   104

 
209 
ümumi məhsulundan alınırdı. Kəndlilər dövlətə a) torpaq vergisi; b) 
baş pulu; c) “sərkəllə” (yarımköçəri həyat sürən maldarlar 
heyvanların sayına görə); d) “qapı pulu” (otlaqlara görə) və s. 
verirdilər. Kəndlilər əsas vergilərlə yanaşı, hərbi mükəlləfiyyətlər də 
daşıyırdılar. XIX əsrin 70-80-cı illərində  Cənubi Azərbaycanda 
tacirlərin sayı artır, fəaliyyət dairəsi genişlənirdi. Onlar həm də 
sələmçiliklə  məşğul olurdular. Xarici malların ölkəyə axını 
komprador burjuaziyanın (daxili bazarla xarici şirkətlər arasında 
vasitəçilik edən) inkişafı üçün şərait yaradırdı. Cənubi Azərbaycan 
kəndinə xarici kapital, xüsusilə də rus kapitalı nüfuz edirdi. 1891-ci 
ildə  şah hökuməti tütün və  tənbəki istehsalını ingilis kapitalisti 
Talbotun inhisarına vermişdi. Cənubi Azərbaycandan kəndlilərin 
kəsbkarlığa getməsi kütləvi şəkil almışdı. Xaricə iş dalınca gedən-
lərin əksəriyyəti Türkiyəyə, Cənubi Qafqaza (başlıca olaraq Şimali 
Azərbaycana), Volqaboyuna, Mərkəzi Asiyaya və s. yerlərə gedir-
dilər. Onlar getdikləri yerlərdə “qara fəhlə” kimi çalışır və yerli fəh-
lələrdən xeyli az maaş alırdılar. XIX əsrin 70-90-cı illərində Cənubi 
Azərbaycanda tez-tez çıxış  və üsyanlar baş verirdi. 1872-ci ildə 
Təbrizdə vilayətin valisinə qarşı baş vermiş üsyan 1881-ci ildə onun 
Cənubi Azərbaycandan qovulması ilə  nəticələndi.  1898-ci ilin 
avqust-sentyabr aylarında Zeynəb paşa adlı qadının rəhbərliyi ilə 
Təbrizdə üsyan baş verdi. Üsyan taxıl möhtəkirliyinə qarşı yönəl-
mişdi. 1892-ci ildə İranın bir çox yerlərində, o cümlədən Təbrizdə 
baş verən üsyan nəticəsində şah hökuməti tütün və tənbəki istehsalı 
üzərində ingilis Talbotun inhisar hüququnu geri alaraq onunla 
imzalanmış müqaviləni ləğv etdi. 
 
3. XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti 
 
Şimali Azərbaycanın işğalından sonra Şimali və Cənubi Azər-
baycanın mədəni inkişafında fərqlər nəzərə çarpmağa başladı. XIX 
əsrin ikinci yarısında Şimali Azərbaycanda mədəniyyətin xarakterik 
xüsusiyyətləri bunlar idi: 1)yeni tipli məktəblərin və mədəni-maarif 
müəssisələrinin, milli mətbuatın və milli teatrın yaranması; 2) 


 
210
qabaqcıl ziyalıların xalqın milli şüurunun oyanmasına ideya 
təsirinin güclənməsi. XIX əsrin ikinci yarısında  Şimali Azərbay-
canda: 1.yüzlərcə milli məktəb və mədrəsələr fəaliyyət göstərirdi. 2. 
Bakı,  Şamaxı,  Şuşa, Nuxa və d. şəhərlərdə  ədəbi dərnəklər, 
məclislər təşkil edilirdi. 3.Məktəblərlə yanaşı, ruhani məktəbləri-
mədrəsələr də fəaliyyət göstərirdi. İbtidai və ali dərəcələrə bölünən 
mədrəsələrdə  təhsil pulsuz idi. 4. Avropa təhsili görmüş milli 
ziyalılar nəsli yetişməyə başlamışdı. Belə ziyalılardan Rusiyada ali 
təhsil almış ilk azərbaycanlı  Ağa bəy Yadigarovu, Almaniyada 
təhsil almış Məmmədağa Şahtaxtinskini göstərmək olar; 5. “Üsuli-
cədid” (yeni üsul) adlı ictimai-pedaqoji hərəkat geniş yayıldı. Bu 
məktəblərdə  təlim ana dilində aparılır, təhsil planına ümumtəhsil 
xarakterli fənlər daxil edilirdi. Bu tədris üsulunun əsas prinsip-
lərindən biri hərf-heca üsulundan daha səmərəli səs üsuluna keçid 
idi. 6. Ana dilində ilk dərsliklər və  dərs vəsaitləri hazırlanırdı. 7. 
1872-ci il yeni məktəb  əsasnaməsinə görə  qəza məktəbləri pullu 
şəhər məktəblərinə çevrilmişdi. 8. Xalq məktəbləri adı ilə meydana 
gələn ibtidai kənd məktəbləri yaranırdı. 9. 80-ci illərdən başlayaraq 
rus-Azərbaycan məktəbləri yaranmağa başlandı. Məqsəd  şagirdləri 
orta məktəbə hazırlamaq idi. İlk rus-Azərbaycan məktəbinin  əsası 
1887-ci ildə Bakıda H.Mahmudbəyov və S.M.Qənizadə  tərəfindən 
qoyuldu. Bu məktəblərdə tədris rus dilində olsa da, Azərbaycan dili 
icbari keçilirdi. 10. 80-90-cı illərdə bir sıra sənət məktəbləri 
(Bakıda, Gəncədə, Zaqatalada və s.) açıldı. 11. 1865-ci ildə Bakıda 
ilk orta təhsil məktəbi yarandı. 12. İlk qadın və kişi gimnaziyaları 
açıldı. 13. 1876-cı ildə Qori Müəllimlər Seminariyası təşkil olundu. 
14. 1879-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan 
şöbəsi açıldı. İlk kitabxana-qiraətxanalar məktəblərin nəzdində açıl-
dı. Məktəblərdən kənarda yerləşən ilk kütləvi kitabxanalardan biri 
1868-ci ildə  Gəncədə açıldı. 1894-cü ildə N.Nərimanov tərəfindən 
ilk Azərbaycan qiraətxanası təşkil edildi. 
Milli mətbuatın təşəkkülü.  Şimali Azərbaycanda milli mət-
buatın  əsası görkəmli ziyalı  Həsən bəy Zərdabinin 1875-ci ildə 
nəşrinə başladığı  “Əkinçi” qəzeti ilə qoyulmuşdu. 1877-ci ilədək 


 
211 
qəzetin 56 sayı çapdan çıxmışdır. Bu qəzetin  əsas məqsədi xalqı 
maarifləndirmək idi. 1879-cu ildə Tiflisdə Azərbaycan türkcəsində 
“Ziya” qəzeti çıxmağa başladı. 1880-cı ildən 1884-cü ilədək bu 
qəzet “Ziyayi Qafqaziyyə” adı altında nəşr olundu. 1880-ci ildə 
Tiflisdə “Kəşkül” qəzeti Cəlal Ünsüzadənin nasirliyi ilə  işıq üzü 
gördü. Qəzet öz ideya istiqamətinə görə “Əkinçi”yə yaxın idi. 1880-
1890-cı illərdə Bakıda rus dilində “Kaspi”, “Baku” və b. qəzetlər 
nəşr olunurdu. 
İncəsənətin inkişafı: teatr, musiqi, memarlıq.  1873-cü il 
martın 23-də Bakı realnı  məktəbinin həvəskar teatr truppası  tərə-
findən görkəmli dramaturqumuz Mirzə  Fətəli Axundovun “Sərgü-
zəşti vəziri-xani Lənkəran” komediyasının tamaşaya qoyulması ilə 
milli teatrımız yarandı. Xalqımızın böyük oğlu, xeyriyyəçi 
H.Z.Tağıyev 1883-cü ildə Bakıda teatr binası tikdirdi. 1895-ci ildə 
Azərbaycanın teatr xadimləri “Bakı artistlər cəmiyyəti”ni yaratdılar. 
XIX  əsrin ikinci yarısında musiqidə böyük canlanma var idi. 
Peşəkar aşıqlardan Aşıq Alı, Aşıq Ələsgər, Molla Cümə böyük şöh-
rət qazanmışdılar. Tarzən Sadıqcan tarı  təkmilləşdirmişdi. 
Xanəndələrdən Xarrat Qulu, Hacı Hüsü, Məşədi  İsi, Cabbar 
Qaryağdıoğlu və b. muğam sənətinin inkişafında misilsiz xidmətlər 
göstərmişdilər. Dövrün ən görkəmli memarı olan Qasım bəy 
Hacıbababəyov Bakıda böyük bir karvansara inşa etmişdi. 1865-ci 
ildə dənizkənarı bulvar salınmağa başladı. 1886-cı ildə isə Bakının 
ikinci qala qapıları tikilmişdi. Dövrün görkəmli rəssamlarından Mir 
Mövsüm Nəvvab “Quşlar”miniatürünü və Teymurləngin portretini 
çəkmişdi. Mirzə Qədim İrəvani “Cavan oğlan”, “Oturan qadın” və 
s. rəsmləri ilə təsviri rəssamlıq sənətini zənginləşdirmişdi. 
XIX  əsrdə  Cənubi Azərbaycan mədəniyyəti.  Türkmənçay 
müqaviləsi bağlandıqdan sonra Azərbaycanın  şimalı  və  cənubu 
müxtəlif sosial-iqtisadi və  mədəni inkişaf yoluna qədəm qoydu. 
XIX  əsrin ikinci yarısında Cənubi Azərbaycanda dövlət elm və 
maarifin inkişafına az diqqət yetirirdi. Orta və ali təhsil ocaqları 
olan mədrəsələr fəaliyyət göstərirdi.  Şagirdlər təhsil aldıqları 
müddətdə (10-12 il) mədrəsələrdə yaşayırdılar. Bir neçə yeni tipli 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə