Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə68/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   64   65   66   67   68   69   70   71   ...   104

 
212
məktəbin açılması Qacarların deyil, vətənpərvər ziyalıların səyləri 
nəticəsində mümkün olmuşdu. Cənubi Azərbaycanda tarixşunaslıq 
elmi sahəsində bir sıra  əsərlər yazılmışdı. Məhəmməd Rəzi “Zinət 
üt-təvarix”, Məhəmməd Sadıq “Cahanara”, Əbdürrəzzaq Dünbülü 
“Hökmdarın  şanlı  işləri” adlı  əsərlərlə tarix elmini inkişaf 
etdirmişlər. XIX əsrin ikinci yarısında Şimali Azərbaycandan fərqli 
olaraq Cənubi Azərbaycanda milli mədəniyyətin zəif cəhəti onun 
hələ  də fars dili ənənəsi çərçivəsindən çıxa bilməməsində idi. 
Şimaldan fərqli olaraq Cənubi Azərbaycan ziyalıları doğma dilin 
ədəbiyyat, mətbuat və publisistikada hakim dilə çevrilməsi uğrunda 
mübarizə aparmırdılar. Buna baxmayaraq maarif və  mətbuat 
sahələrində böyük irəliləyişlər var idi. 1869-cu ildə  Təbrizdə 
“Mədrəseyi-Nasiri”, 1877-ci ildə Təbriz Dövlət Mədrəsəsi, 1878-ci 
ildə Urmiyada Ali Tibb Məktəbi açılmışdı. “İran maarifinin atası” 
adlandırılan Mirzə  Həsən Rüşdiyyə 1888-ci ildə  Təbrizdə “Debes-
tan” adlı ilk üsuli-cədid məktəbini təsis etmişdi. Cənubi Azər-
baycanda mətbuatın əsası 1858-ci ildə nəşrə başlayan “Azərbaycan” 
qəzeti ilə qoyuldu. 1880-cı ildə “Təbriz”, 1884-cü ildə 
“Mədəniyyət” adlı  qəzetlərin nəşrinə başlandı. Mühacirətdə olan 
azərbaycanlı ziyalıların  İstanbulda nəşr etdirdikləri ‘Əxtər” (1875) 
və “Şahsevən” qəzetləri geniş şöhrət qazanmışdı. 
 
 
 


 
213 
 
XIII FƏSİL 
AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ. 
İCTİMAİ-SİYASİ VƏ DEMOKRATİK HƏRƏKATLAR 
 
Plan: 
1. XX əsrin əvvəllərində Şimali Azərbaycanda sosial-iqtisadi və 
siyasi vəziyyət. 1901-1904-cü illərdə fəhlə hərəkatı. 
2. 1905-1907-ci illər birinci rus inqilabı və onun Azərbaycanın 
siyasi durumuna təsiri. Siyasi partiya və təşkilatların yaranması. 
3. Cənubi Azərbaycanda demokratik və milli-azadlıq hərəkatı. 
 
1. XX əsrin əvvəllərində Şimali Azərbaycanda  
sosial-iqtisadi və siyasi vəziyyət.  
1901-1904-cü illərdə fəhlə hərəkatı 
 
1900-1903-cü illər dünya iqtisadi böhranı Rusiyaya da öz tə-
sirini göstərdi. Böhran neft sənayesinin bütün sahələrinə-neft 
çıxarılmasına, onun emalına, yeni quyuların qazılmasına, neftin və 
neft məhsullarının ixracına, kəşfiyyat işlərinin aparılmasına ağır 
zərbə endirdi. Böhran illərində xirda və orta müəssisələrin iflasa uğ-
raması  nəticəsində istehsalın təmərküzləşməsi xeyli güclənmişdi. 
Təkcə 1899-1900-cü ildə Bakıda olan 208 şirkətdən 90-nı iflasa uğ-
radı, iri inhisarların ixtiyarına keçdi. İnhisarlar neftin istehsalı, 
emalı, daşınması  və satışını öz əllərində  cəmləşdirirdi.Neft ixracı 
Nobel qardaşları, Rotşild kimi inhisarçıların  əllərində  cəmləşdi. 
Bakıda 20 iri neft sənayesi  şirkəti sırasına Azərbaycan kapitalının 
nümayəndələri Musa Nağıyev və Şəmsi Əsədullayevin şirkətləri də 
daxil idilər. 1903-cü ilədək ingilis kompaniyaları Bakının neft 
müəssisələrinə 60 mln. manat kapital qoymuşdular. İngiltərə, Fransa 
və ABŞ ağ neftə olan tələbatlarının xeyli hissəsini Bakının hesabına 
ödəyirdi. İnhisarçılar texniki geriliyin qarşısını almaq üçün tədbirlər 
görmür, süni surətdə inkişafın qarşısını alır, neftin qiymətini qal-


 
214
dırırdılar. 1912-ci ildə yaradılmış “Oyl”inhisarının tərkibində 1913-
cü ildə “Tovuz” portland sementi və digər tikinti materialları isteh-
salı səhmdar cəmiyyəti təsis edildi. I Dünya müharibəsi ərəfəsində 
İngiltərə, Fransa, Almaniya inhisarları arasında mübarizə daha da 
gücləndi. XX əsrin əvvəlində kapitalist münasibətləri təkcə Bakıda 
deyil, Azərbaycanın qəzalarında da inkişaf edirdi. Ölkə  sənayesi 
təkcə neft hasilatından ibarət olmayıb, sənayenin digər sahələri-dağ-
mədən, mexaniki istehsal, energetika, toxuculuq, pambıqtəmizləmə, 
ipək emalı, yeyinti sənayesi, nəqliyyat, rabitə, bank-kredit sistemı 
və ticarət də inkişaf edirdi. Neft sənayesi ilə yanaşı, Azərbaycanda 
əlvan metallurgiya sənayesi də inkişaf edirdi. Gəncə quberniyasın-
dakı 8 mis zavodu içərisində  Gədəbəydəki “Simens qardaş-
ları”səhmdar cəmiyyətinə  məxsus olan zavodlar fərqlənirdi. Gə-
dəbəy misi dünyada ən təmiz və qiymətli mis hesab edilirdi. XX 
əsrin əvvəlində Azərbaycanda yeni mis filizi ehtiyatları aşkar edil-
dikdən sonra Qalakənd çayı üzərində ikiturbinli elektrik stansiyası-
ilk su-elektrik stansiyası tikildi. Moskvada yeni zavodlar tikildiyi 
üçün 1906-cı ildə Qalakənd missaflaşdırma zavodu istehsalı 
dayandırmışdı. Mis sənayesində 1900-cü ildə başlanan inhisarlaşma 
prosesi 1913-cü ildə başa çatdı. “Simens qardaşları və K`” 1914-cü 
ildə Almaniyanın 6 nəhəng metallurgiya zavodunu xammalla təmin 
edən “Ştuden Gezelşaft” inhisarı ilə 30 il müddətinə müqavilə bağ-
lamışdı. 
İpək sənayesi ölkəmizin şimal-qərb və cənub-qərb hissəsində 
yayilmışdı. Cənubi Qafqazda ipək emalı sənayesinin mərkəzi Nuxa 
şəhəri idi. 1900-cü ildə  xırda müəssisələr nəzərə alınmasa, Nuxa-
Zaqatalada 46 fabrik var idi. Qarabağda  və  Naxçıvanda  xeyli 
ipək fabriki işləyirdi. Nuxada istehsal edilən xam ipək beynəlxalq 
sərgilərdə  qızıl və gümüş medallar almışdı. XX əsrin  əvvəllərində 
pambıqçılığın inkişafı ilə  əlaqədar pambıqtəmizləmə  sənayesi də 
inkişaf edirdi. Bu dövrdə  100-dən çox pambıqtəmizləmə zavodu 
vardı. Bu sahədə  Gəncə quberniyası birinci yerdə idi. Pambıq-
təmizləmə  sənayesinə qoyulan sərmayənin 80 %-i milli kapitala-
H.Z.Tağıyev, Mahmudbəyov qardaşları  və  Məstanzadəyə  məxsus 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə