233
2. 1917-1918-ci ilin əvvəlində Azərbaycanda
ictimai-siyasi vəziyyət.
Azərbaycanlıların soyqırımı
1916-cı ilin sonu-1917-ci ilin əvvəllərində Rusiyada inqilabi
şərait yetişdi. Burjuaziyanın çar II Nikolayla uzun-uzadı danışıqları
nəticə vermədi. Bolşeviklər zəhmətkeşləri çarizmə qarşı silahlı
üsyana çağırırdılar. Petroqrad fəhlələrinin üsyanı fevralın 27-də
qələbə çaldı, çar hökuməti devrildi. Çarizmin yıxılması xəbəri Ba-
kıya martın 2-də çatdı, şəhərdə, mədən rayonlarında çoxminli
mitinqlər keçirildi. Martın 7-də 52 nəfərdən ibarət Bakı Soveti
yaradıldı, çoxluğu menşeviklər və eserlər təşkil edirdilər. Martın 17-
də Müvəqqəti hökumətin orqanı olan İctimai Təşkilatların İcrayə
Komitəsi təşkil edildi. Tərkibi burjuaziyadan ibarət idi. Bu orqan
1917-ci ilin martında Müvəqqəti hökumətin yaratdığı Xüsusi
Cənubi Qafqaz Komitəsinə tabe edildi. Beləliklə, Bakıda 2 haki-
miyyət orqanı yaradıldı: bir tərəfdən fəhlə deputatları Soveti, digər
tərəfdən isə Ictimai Təşkilatların Icraiyyə Komitəsi. Azərbaycanın
qəza və şəhərlərinin bir çoxunda ikihakimiyyətlilik meydana çıxsa
da, bəzilərində fəhlə və əsgər deputatları Sovetləri yaradıldı. 1917-
ci il martın 9-da RSDFP-nin 5 nəfərdən ibarət Xüsusi Cənubi
Qafqaz Komitəsi (2 bolşevik və 3 menşevik) və “Hümmət”in
müvəqqəti Komitəsi seçildi. Martın 27-də müsəlman ictimai təşki-
latlarının yığıncağında Bakı müsəlman ictimai təşkilatları Sovetinin
müvəqqəti Komitəsi təşkil edildi (neft sənayeçisi Ş.Əsədullayev,
müsavatçıların rəhbərlərindən M.Ə.Rəsulzadə və b.). Cənubi Qaf-
qazdakı milli şuralar içərisində ən nüfuzlusu Bakı Müsəlman Milli
Şurası idi.
Fevral inqilabından sonra Azərbaycanda başlanan milli-
azadlıq hərəkatının əsas cəhətləri:
1)
milli hərəkatın daha kütləvi səciyyə alması,
2)
hərakata milli ziyalıların rəhbərlik etməsi;
234
3)
əhalinin bütün təbəqələrinin milli dövlətçilik ideyası
ətrafında birləşməsi (5, s. 311).
1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz
müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının birləşdirilməsi
şüarı altında keçdi. Bu qurultayda yaranmış zəmin əsasında 1917-ci
ilin iyun ayının ikinci yarısında federalistlər (Türk Ədəmi
Mərkəziyyət Partiyası) Müsavatla birləşdi və Türk Federalist Müsa-
vat Partiyası adlandı. 1917-ci il mayın 1-də Ümumrusiya müsəl-
manlarının qurultayı Şəmsi Əsədullayevin Moskvada tikdirdiyi və
müsəlmanların sərəncamına verdiyi binada açıldı. Qurultayın gün-
dəliyinə milli-məhəlli muxtariyyət, maarif, mədəniyyət, müəssislər
məclisi, siyasi təşkilatlar və s. məsələlər daxil edilmişdi (44). 1917-
ci ilin martında Bakıda bolşeviklərin “Ədalət” təşkilatı yaradıldı. Bu
təşkilat Azərbaycanın cənubundan şimala kəsbkarlığa gəlmiş
fəhlələr arasında inqilabi iş görmək və İranın inqilabi-demokratik
qüvvələri ilə əlaqə yaratmaq məramına xidmət edirdi. 1917-ci ilin
avqustunda “Birlik” təşkilatı yaradıldı. 1917-ci il oktyabrın 26-da
Müsavat Partiyasının I qurultayı oldu. 1917-ci ildə Azərbaycanda
milli-azadlıq uğrunda mübarizə 3 istiqamətdə aparılırdı:
1) müvəqqəti hökumətin əsarət altında olan xalqlar barəsində
yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı;
2) Sovetlərə qarşı;
3)ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın
qarşısının alınması.
1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik çevrilişi nəti-
cəsində Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da V.İ.Lenin
başda olmaqla sovet diktaturasının əsası qoyuldu (5, s. 312).
Bundan sonra Azərbaycanda başlayan istiqlaliyyət uğrunda mü-
barizə 1918-ci ilin may ayında milli dövlətçiliyin bərpası ilə nəti-
cələndi.
1918-ci il mart soyqırımı. Müsavatın sosial bazasını məhv
etmək, Azərbaycan milli hərəkatına divan tutmaq üçün bolşeviklər
milli qırğından istifadə etdilər. Bakı Sovetinin 1918-ci il martın 15-
də keçirilən iclasında S.Şaumyan azərbaycanlıların soyqırımına
235
göstəriş verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina”
gəmisinin tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə
oldu. Daşnaksütyun Partiyası və erməni milli şurası bolşeviklərin
tərəfinə keçdi. Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat
16:00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya
İçərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına inanan rus
matrosları da azərbaycanlılara qarşı çıxaraq onları atəşə tutdular.
Martın 31-də “Kərpicxana”, “Məmmədli” və s. azərbaycanlı məhəl-
lələrinə bolşevik-erməni hərbi dəstələrinin hücumları başladı. -
Qeyri-bərabər döyüşdə soyqırıma məruz qalan müsəlmanlar martın
31-də müqaviməti dayandırdılar. Şəhərin dinc, silahsız müsəlman
əhalisinə qanlı divan tutuldu. Aprelin 2-də gecə keçənədək minlərlə
azərbaycanlı öldürüldü. Mart soyqırımında təkcə Bakıda 12 mindən
çox azərbaycanlı qətlə yetirildi (16, s. 173). Şamaxı, Quba, Kür-
dəmir, Salyan və Lənkəran qəzalarında azərbaycanlı əhaliyə qanlı
divan tutuldu. Şamaxıda 7 mindən çox azərbaycanlı qətlə yetirilmiş,
72 kənd dağıdılmışdı (31). Quba qəzasında 122 kənd yandırılmışdı
(96, v. 5-8). 1918-ci ilin sentyabrınadək Bakı quberniyasında 20
mindən çox azərbaycanlı öldürülmüşdü. Ümumiyyətlə bu soyqırım
zamanı Azərbaycanda 50 minə qədər azərbaycanlı qətlə yetiril-
mişdir.
3. Bakı Xalq Komissarları Soveti
və onun antiazərbaycan siyasəti
Mart soyqırımı Baki Sovetinin antiazərbaycan siyasətini xalqa
göstərdi. Mart faciəsindən sonra bolşeviklər Bakıda siyasi hakimiy-
yətlərini möhkəmləndirmək üçün:
1) azərbaycanlılara məxsus bütün qəzet və jurnalları bağla-
dılar;
2) şəhər təsərrüfatını Bakı Sovetinin-bolşeviklərin ixtiyarına
keçirdilər;
3) aprelin 20-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı
şəhər Dumasını buraxdılar;
Dostları ilə paylaş: |