Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə78/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   74   75   76   77   78   79   80   81   ...   104

 
242
qəbul etdikdən sonra, ona Təbrizə daxil olmağa icazə verildi. O, 
demokratlara qarşı qiyam təşkil etməyə çalışırdı. Lakin həmin planı 
həyata keçirməyə çalışan  şəxslər demokratlar tərəfindən həbs 
edildilər. Xoy mahalında,  Ərdəbildə, Astarada, Marağada,  Əhərdə, 
Zəncanda da üsyanlar baş verdi. 1920-ci ilin iyunun 23-də ADF İİH 
əsasında Milli Hökumət (MH) yaratdı. MH–in tələbi ilə vali 
Eynuddövlə  və onun aparatı  Təbrizi tərk etdi. Hərəkat rəhbərləri 
İranda  şahlığın ləğvinə  və respublika yaradılmasına çalışırdılar. 
Milli hökumət sənaye, kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, 
ədliyyə, və s. sahələrdə islahatlar həyata keçirməyə başladı. MH-in 
bir sıra sahələr üzrə idarə  və nazirlikləri yaradılmışdı. Təbrizdə 
pulsuz qız məktəbi açıldı. Milli müdafiə qüvvələrinin təşkili üçün 
də layihə hazırlandı. Bu layihəyə əsasən şəhər əhalisində və Təbrizə 
gəlmiş kəndlilərdən ümumi sayı 12 minə çatdırılacaq milli qvardiya 
təşkilinə başlanıldı, eyni zamanda şəhər əhalisindən yeni jandarm və 
polis dəstələri təşkil etdi. Təlim üçün xüsusi polis məktəbləri açıldı. 
İranın yeni Baş naziri Müşirüddövlə ingilislərin köməyi ilə 
üsyançılara hücum etmək üçün hazırlığa başladı. Hidayət Müxbi-
rüssəltənə sentyabrın ilk günlərində vali sifətilə  Təbrizə  gəldi və 
Baş nazirin məktubunu Xiyabaniyə çatdırıb onunla “danışığa” 
başladı. O, Təbrizin kənarında düşərgə salaraq, tərk-silah edilməmiş 
İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə 
çəkdi, Təbrizə süvari dəstələr çağırıldı. Jandarm dəstəsinin rəhbəri 
Mir Hüseyn Haşimi  ələ alındı. O ətrafdakı quldur dəstələri ilə 
mübarizə aparmaq bəhanəsilə MH razılığını almadan silahlı qüv-
vələri  şəhərdən çıxardı. Sentyabrın 12-də  əksinqilabi qüvvələr 
üsyançılar üzərinə hücuma keçdilər. Üsyançılar sentyabrın 14-dək 
son damla qanlarına qədər vuruşdular, Xiyabani öldürüldü, üs-
yançılara divan tutduruldu. Beləliklə, bütün Cənubi Azərbaycandakı 
azadlıq hərəkatı ingilis qüvvələrinin köməyi ilə  İran irticası 
tərəfindən yatırıldı.Təbriz üsyanının nəticəsi olaraq 1920-ci il iyu-
nun 25-də Vüsuquddövlə istefaya çıxdı, 1919-cu ildə imzalanan 
İngiltərə-İran sazişi 1921-ci ildə ləğv edildi (12, s. 115-116). 


 
243 
 
XV FƏSİL 
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ 
(1918-1920-ci illər) 
 
Plan: 
1. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və onun 
Azərbaycanın bütün ərazisində bərqərar olması. 
2. Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu. 
Azərbaycan parlamenti və onun fəaliyyəti. 
3. Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti. 
4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri. 
5. Erməni təcavüzünə qarşı mübarizə. 
 
1. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi  
və onun Azərbaycanın bütün ərazisində bərqərar olması 
 
Fevral inqilabının qələbəsindən sonra “Müsavat” partiyası 
gizli iş  şəraitindən çıxaraq ilk dəfə olaraq açıq fəaliyyətə başladı. 
1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə Ba-
kıda “Müsavat” səslərin 40% topladı və qələbə qazandı (9, s. 243). 
Ümumrusiya Müəssisələr Məclisi bolşeviklər tərəfindən qovulan-
dan sonra, onun Cənubi Qafqazdan olan üzvləri Zaqafqaziya 
Seymini yaratmaq qərarına gəldilər. 1918-ci il fevralın 23-də yara-
dılmış Seym Cənubi Qafqazın ali hakimiyyət orqanı kimi düşü-
nülmüşdü. Zaqafqaziya Seymi öz fəaliyyətinə Türkiyə ilə sülh 
danışıqlarının müzakirəsi ilə başladı. Mart ayının 3-də Sovet Rusi-
yası Almaniya ilə Brest-Litovsk sülh müqaviləsini imzaladı. Mü-
qavilənin şərtlərinə görə:1)1877-1878-ci illər rus-türk müharibəsinə 
qədərki sərhəd xətti bərpa edilməli idi; 2)Qars, Ərdəhan və Batum 
vilayətləri Türkiyəyə verilməli idi; 3)rus əsgərləri türk ərazilərində 
və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməli 
idilər. 1918-ci il mart ayında fəaliyyətə başlayan və bir ay davam 
edən Trabzon konfransında Cənubi Qafqaz nümayəndə heyəti 


 
244
Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz 
etdi. Türkiyə hökuməti isə bu etiraza münasibətini bildirərək qeyd 
etdi ki, əgər Cənubi Qafqaz hökuməti müstəqil dövlət kimi 
tanınmaq istəyirsə, ilk növbədə Rusiyadan ayrıldığını rəsmən bildir-
məli və öz istiqlaliyyətini elan etməlidir. Aprelin 13-də Azərbaycan 
fraksiyasının etirazına baxmayaraq erməni və gürcü fraksiyasının 
tələbi ilə Seym Türkiyə ilə müharibə haqqında qərar qəbul etdi. 
Lakin son nəticədə Seym Türkiyənin tələbinə əsasən Brest-Litovsk 
müqaviləsinin  şərtlərini qəbul etdi. Yarandığı andan Seymin tər-
kibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında 
mövcud olan ciddi fikir ixtilaflarını 1918-ci il aprelin 22-də Cənubi 
Qafqazın müstəqil federativ respublika elan edilməsi də yumşalda 
bilmədi. Seymin fəaliyyəti iflic vəziyyətinə düşdü. Gürcülər Cənubi 
Qafqaz federasiyasının tərkibindən çıxıb Gürcüstanın müstəqilliyini 
elan etmək qərarına gəldilər. 1918-ci il mayın 26-da Zaqafqaziya 
Seymi buraxıldığını elan etdi və elə  həmin gün də Gürcüstanın 
müstəqilliyi bəyan edildi. Ertəsi gün, mayın 27-də yaranmış vəziy-
yətlə əlaqədar olaraq keçmiş Seymin Azərbaycan fraksiyasının föv-
qəladə iclası keçirildi və Azərbaycan Milli Şurasının yaradılması 
haqqında qərar qəbul edildu. Milli Şura Azərbaycanın idarə olun-
masının tam məsuliyyətini öz üzərinə götürdüyünü bildirdi. 
M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov onun 
müavinləri seçildilər. Daha sonra Milli Şuranın icra orqanı-9 nəfər-
dən ibarət  İdarə Heyətinin təşkil olunmasına başlandı. F.X.Xoy-
skinin yekdilliklə sədr seçildiyi icra orqanına aşağıdakı partiyaların 
nümayəndələri daxil oldular:-“Müsavat” partiyasından M.H.Ha-
cınski, N.Usubbəyov, X.Xasməmmədov, M.Y.Cəfərov;-“Müsəlman 
sosialist bloku”ndan X.Məlikaslanov, C.Hacınski;-“Hümmət”dən 
Ə.Şeyxülislamov; -“İttihad” partiyasından X.Sultanov. Mayın 28-də 
Azərbaycan Milli Şurasının ilk iclası oldu. X.Xasməmmədovun 
Azərbaycanın müstəqilliyinin elan edilməsi təklifinə  tərəfdar 
çıxanlar olsa da, F.X.Xoyski yerlərdə vəziyyət aydınlaşmayana kimi 
Azərbaycanın istiqlaliyyətinin elan olunması  məsələsində  tələsmə-
məyi və  hələlik, yalnız tamhüquqlu Azərbaycan hökumətinin 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə