239
Leyla” kimi bir sıra operalar yaratdı. İlk dəfə 1913-cü il oktyabrın
25-də milli musiqili teatr səhnəsində göstərilən “Arşın mal alan”
musiqili komediyası böyük müvəffəqiyyət qazandı. 1916-cı ildə
M.Maqomayev Azərbaycan opera sənətinin qızıl fonduna daxil
olmuş “Şah İsmayıl” operasını yaratdı. Azərbaycanda ilk film XİX
əsrin sonunda çəkilib. 1916-cı ildə isə “Neft və milyonlar səltə-
nətində” adlı Azərbaycan filmi çəkildi, həmin ildə “Ölülər” pyesi,
M.Maqomayevin “Şah İsmayıl” operası, Z.Hacıbəyovun “Aşıq
Qərib” operası tamaşaya qoyuldu. Rəssam Əzim Əzimzadə, Bəhruz
Kəngərli ilk azərbaycanlı rəssamlar idilər. Azərbaycan memarlıq
incəsənəti də inkişaf etmişdir. O zaman salınmış ictimai binalar içə-
risində İsmailiyyə (1910) (indiki Azərbaycan Elmlər Akade-
miyasının binası), Mayılov qardaşları teatrı (1911) (indiki
M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının binası) xüsusilə seçilirdi.
5. Cənubi Azərbaycanda Ş.M.Xiyabani başçılığı ilə
demokratik və milli-azadlıq hərəkatı
İran Məşrutə inqilabı məğlub edildikdən sonra, 1912-ci ilin
əvvəllərində imperialistlər 1907-ci il ingilis-rus sazişinin İran
hökuməti tərəfindən rəsmən qəbul edilməsinə nail oldular. Sazişə
əsasən İranın Qəsri-Şirin-İsfahan-Yəzd-Zülfüqar xəttindən şimal-
dakı 790 min kv. km sahəsi Rusiyanın nüfuz dairəsi, İranın Bəndər
Abbas-Kirman-Bircəd-Qazik xəttindən cənub-şərqindəki 355 min
kv. km hissəsi İngiltərənin, İranın bu xətlər arasındakı ərazisi isə
“bitərəf” zona elan edildi. I dünya müharibəsi başlayanda İranın
rəsmi surətdə öz bitərəfliyini kobudcasına pozaraq ərazisində hərbi
əməliyyatlıra başladılar. Cənubi Azərbaycan 1914-cü il dekabrın
axırlarında türk ordusu, 1915-ci il yanvarın 15-də Rusiya qoşunları
tərəfindən işğal edilərək hərb və zorakılıq meydanına çevrildi, yerli
əhalinin 15% həlak oldu (68, s. 63). Bu zaman İran Demokrat
partiyasının Təbriz təşkilatı xalq kütlələrinin mübarizəsinə başçılıq
edirdi. 1917-ci ildə Rusiyada baş verən fevral burjua-demokratik
240
inqilabının təsiri ilə İran Demokrat partiyası (İDP) və onun Azər-
baycan əyalət komitəsinin fəaliyyəti xeyli canlandı. Azərbaycan
demokratları ölkədə bir sıra dəyişikliklərin yerinə yetirilməsini, o
cümlədən məclisə seçkilər keçirilməsini, Azərbaycan əyalətinin
irticaçı valisi Sərdar Rəşidin işdən götürülməsini, xarici qoşunların
İrandan çıxarılmasını tələb edirdilər, Azərbaycana muxtariyyət
almaq uğrunda mübarizəyə çağırırdı. Təbrizdə “Azərbaycan himni”
yaradılmışdı. Müharibənin Cənubi Azərbaycanda yaratdığı qarışıq-
lıqdan istifadə edən erməni silahlı dəstələri aysorlarla birlikdə Xoy,
Salmas, Urmiya, Soucbulaq və s. başqa şəhərlərdə azərbaycanlı
əhaliyə qarşı görünməmiş vəhşiliklər etdilər. Yalnız türk ordusunun
bölgəyə daxil olması Azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə
yetirilməsinin qarşısını aldı. Lakin türk qoşunları bölgəni tərk
etdikdən sonra erməni, aysor və kurd hərbi dəstələri azərbaycanlıları
yenidən qırmağa başladılar. Bu qırğınlar rus hərbi hissələrinin
1918-ci ilin əvvəllərində İrandan çıxarıldığı vaxt daha faciəli şəkil
aldı. 1917-ci ilin mayından başlayaraq Cənubi Azərbaycan Əyalət
Komitəsi müstəqil hərəkət etməyi və bir partiya (İran Demokratik
Partiyası) halında birləşməyi qərara aldı, bunda “Təcəddüd”
qəzetinin mühüm rolu oldu. 1917-ci il avqust ayının 24-də Əyalət
Komitəsinin geniş konfransı oldu, Azərbaycan Demokratik Firqəsi
(ADF) müstəqil elan edildi və Şeyx Məhəmməd Xiyabani başda
olmaqla ADF-nin MK-sı seçildi, qətnamələr qəbul edildi. Rusiyada
oktyabr hadisələri İran dövlət müstəqilliyinə və suverenliyinə ciddi
dərəcədə ziyan vurdu. 1917-ci il dekabrın 15-də Brestdə Rusiya
hökuməti, Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan
xarici qoşunların çıxarılması barədə sülh müqaviləsi imzalanması
haqqında danışıqlar başlandı. 1918-ci il yanvarın 5-də rus qoşunl-
arının İrandan çıxarılması barədə proqram elan edildi. Bununla belə,
1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi Azərbaycanın
Zəncan, Miyane, Urmiya və Xoy şəhərlərinə daxil oldu. Bu vaxt
Cənubi Azərbaycanın şimal-qərbində erməni, aysor və kürd quldur
dəstələri azərbaycanlılara qarşı əsl soyqırım törətdilər. Cənubi Azər-
baycanın çox hissəsi osmanlı Türkiyəsinin qoşunları tərəfindən
241
işğal edildi. ADF belə vəziyyətdə ingilis və türk qoşunlarına, yerli
irtica hökumətinə qarşı mübarizə aparırdı. ADF-nin rəhbərləri, o
cümlədən Xiyabani dinc yolla mübarizə taktikasının lazımi nəticə
verməyəcəyini yəqin edərək, silahlı üsyana başladılar. Şimaldakı
hadisələr cənubda da öz əks-sədasını tapmışdı. Təbriz, Urmiya və
Ərdəbildə dövlət məmurlarının özbaşınalığına qarşı çıxışlar baş
verirdi. Çıxışlara Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə İran
Demokratik Partiyasının (İDP) Azərbaycan Əyalət Komitəsi
istiqamət verirdi. 1917-ci ilin payızında Təbriz, Ərdəbil, Xoy, Ur-
miya, Sərab, Zəncan və b. şəhərlərdə keçirilən mitinqlərdə əhali
hökumətin istefa verməsini, İranda demokratik hökumət təşkil olun-
masını tələb edirdi. 1917-ci ilin sonunda Vüsuqüddövlə hökuməti
istefa verməyə məcbur oldu, lakin o, tezliklə ingilislərin köməyi ilə
hakimiyyətə gətirildi. 1919-cu il avqustun 9-da ingilislərin İran
hökuməti ilə imzaladıqları saziş İranı siyasi və iqtisadi cəhətdən
Böyük Britaniyadan asılı vəziyyətə salırdı. Bu, Cənubi Azər-
baycanda genişlənən milli-azadlıq hərəkatına yeni təkan verdi (12,
s. 109). İran hökuməti demokratik qüvvələrə qarşı şiddətli tədbirlərə
əl atdı. ADF gizli fəaliyyətə keçdi. Lakin, çıxışlar 1920-ci ilin
əvvəllərinədək davam etmişdi. Təbrizdəki ingilis komandanlığı
nümayişçilərin tələbi ilə hərbi hissələri Təbrizdən çıxarmalı olmuş-
du. 1920-ci ilin aprel ayının ilk günlərində ADF-nin üzvlərindən bir
neçəsinin həbs edilməsi dinc çıxışların üsyana çevrilməsinə təkan
verdi. 1920-ci il aprelin 7-də Təbrizdə üsyanın başlanması ilə
Cənubi Azərbaycan milli-azadlıq hərəkatı silahlı üsyan xarakteri
aldı. Üsyana rəhbərlik etmək üçün Xiyabaninin başçılığı ilə İctimai
İdarə Heyəti (İİH) təşkil olundu. 2 gün müddətində bütün dövlət
idarələrini ələ keçirdilər, polis dəstələri şəhəri tərk etməyə məcbur
oldular. Üsyan dinc yolla qələbə çaldı. Aprelin 7-də Xiyabani Təb-
riz əhalisi qarşısında söylədiyi nitqində bildirdi ki, “Azərbaycanın
adını Azadıstana dəyişərək, bu gündən bu adı rəsmi ad kimi elan
edirik” (12, s. 110). O, bu adın rəsmən tanınmasını İran dövlətindən
tələb etdi. Azərbaycan əyalətinə vali göndərilən və Təbrizə gəlməyə
cəsarət etməyən Eynüddövlə, İİH-nin 8 maddədən ibarət tələblərini
Dostları ilə paylaş: |