Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə79/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   75   76   77   78   79   80   81   82   ...   104

 
245 
yaradılması ilə kifayətlənməyi təklif etdi. Mübahisələrdən sonra 
Milli  Şura 24 səslə (2 nəfər-S.M.Qəniyev və C.Axundov bitərəf 
qaldılar) Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haq-
qında qərar qəbul etdi və  “İstiqlal bəyannaməsi”nin mətnini 
təsdiqlədi. Daha sonra Milli Şura Azərbaycan Demokratik Res-
publikasının ilk hökumətini təşkil etməyi F.X.Xoyskiyə tapşırdı. 
Müstəqil Azərbaycanın I hökumətinin tərkibi: Nazirlər  Şurasının 
sədri və daxili işlər naziri-F.X.Xoyski; Hərbi nazir-X.Sultanov; 
Maliyyə  və xalq maarifi naziri-N.Usubbəyov; Xarici işlər naziri-
M.H.Hacınski; Yollar, poçt və teleqraf naziri -X.Məlikaslanov; 
Ədliyyə naziri-X.Xasməmmədov;  Əkinçilik və  əmək naziri-
Ə.Şeyxülislamov; Ticarət və  sənaye naziri-M.Y.Cəfərov; Dövlət 
nəzarəti naziri-C.Hacınski. 1918-ci il mayın 30-da böyük dünya 
dövlətlərinin xarici işlər nazirlərinə Azərbaycan istiqlaliyyətinin 
elan olunması haqqında F.X.Xoyskinin imzası ilə teleqram 
göndərildi.  İyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı 
imperiyası arasında Batumda Sülh və dostluq müqaviləsi imzalandı. 
Müqavilənin 4-cü bəndinə görə Türkiyə hökuməti Azərbaycana 
hərbi yardım göstərməyi öz öhdəsinə götürdü. İyunun ortalarında 
Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti ciddi daxili və 
xarici problemlərlə üzləşdi. Bu vaxt artıq Nuru paşanın hərbi di-
viziyası  Gəncədə idi. Gəncədə Milli Şura güclü müxalifətlə rast-
laşdı. “İlhaq”-Azərbaycanın Türkiyəyə birləşdirilməsini istəyən bu 
dairələr Nuru paşanı öz tərəflərinə çəkərək onun nüfuzundan Milli 
Şuraya qarşı mübarizədə istifadə edirdilər. Məhz onların təkidi ilə 
Nuru paşa Milli Şura üzvlərini qəbul etmədi. Həmin günlərdə 
Azərbaycanın istiqlaliyyətinin müqəddəratı  həll olunurdu, çünki 
“ilhaqçı”lar ictimaiyyət arasında nüfuza malik idilər. Yalnız 
M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın qətiyyətli mövqeyi 
kompromis əldə etməyə imkan verdi. 1918-ci il iyunun 17-də top-
lanmış Milli Şura 2 qətnamə  qəbul etdi: 1.“Müvəqqəti hökumətin 
hüquq və  vəzifələri haqqında”; 2.“Milli Şuranın buraxılması 
haqqında” (9, s. 247). M.Ə.Rəsulzadə  Şuranın buraxılmasını 
demokratiyanın geri çəkilməsi və irticanın müvəffəqiyyəti kimi qiy-


 
246
mətləndirdi.  İyun hadisələri Azərbaycanın siyasi həyatında sağa 
dönüşün başlanğıcı demək idi. Bu hadisələrdən sonra sol partiyalar, 
“Müsavat” da öz fəaliyyətlərini faktiki olaraq dayandırmalı oldular. 
M.Ə.Rəsulzadə, X.Xasməmmədov, A.Səfikürdski və b. siyasi fə-
aliyyətdən uzaqlaşdırılaraq danışıqlar bəhanəsi ilə  İstanbula gön-
dərildilər. Lakin irtica Milli Şuranın buraxılmasına nail olsa da, 
demokratik qüvvələr Azərbaycanın dövlət müstəqilliyini qoruyub 
saxlaya bildilər. 1918-ci il iyunun 12-də S.Q.Şaumyanın  əmri ilə 
Bakı Soveti hərbi qüvvələri Gəncə üzərinə hücuma başladı. Yalnız 
1918 il 4 iyun tarixli Azərbaycan-türk müqaviləsinin 4-cü bəndinə 
əsasən birləşmiş Azərbaycan-türk qüvvələri Göyçay ətrafında 
iyunun 27-dən iyulun 1-dək davam etmiş 4 günlük döyüşdə Bakı 
Sovetinin qoşunlarını  ağır məğlubiyyətə  uğradaraq, onların Gəncə 
üzərinə yürüşünün qarşısını almaq mümkün oldu. Lakin Bakını 
azad etmək üçün ordunun yaradılmasında hərbi səriştəli adamların 
və zabitlərin çox az olması  çətinlik törətsə  də, hökumət müəyyən 
tədbirlər görürdü: iyunun 26-da keçmiş müsəlman korpusu “Əla-
hiddə Azərbaycan korpus”una çevrildi, avqustun 11-də ümumi 
hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdlü bütün 
Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də 
hərbi nazirliyin yaradılması haqqında qərar qəbul olundu. Baş nazir 
F.X.Xoyski həm də müdafiə naziri, general Mehmandarov isə onun 
müavini təyin olundu. İyulun 31-də Bakı XKS-nin istefasından 
sonra şəhərdə hakimiyyəti “Sentrokaspi diktaturası” ələ keçirmişdi. 
Azərbaycan-türk qoşunları sentyabrın 15-də Bakını azad etdilər. 
Sentyabrın 17-də Milli hökumət Gəncədən Bakıya köçdü. 
1919-cu ildə  Cənub bölgəsində  də separatçı qüvvələrin mü-
qaviməti qırıldı. Hələ, 1918-ci ilin aprelindən etibarən burada rus 
zabitləri və bolşevik-daşnak qüvvələri ağalıq edirdilər. Hətta, 1919-
cu ilin mayında bölgədə mərkəzi Lənkəran şəhəri olmaqla “Muğan 
Sovet Respublikası” yaradılmışdı. 1919-cu ilin avqustunda general 
H.Səlimovun başçılığı ilə keçirilən hərbi  əməliyyatlar nəticəsində 
bu qondarma respublika da ləğv olundu və  nəzarət AXC-nin əlinə 
keçdi. 


 
247 
Şimal bölgəsində də mübahisəli ərazi məsələləri həll olundu. 
Gürcüstan Respublikası ilə razılıq (1919-cu il 16 iyun müqaviləsi) 
91,9 % müsəlmanlardan ibarət olan Zaqatala-Balakən  ərazisi Xalq 
Cümhuriyyətinin tərkibinə daxil edildi. Zaqatala, Qax və Balakən 
ərazisini əhatə edən Zaqatala quberniyası təsis olundu. Məmmədağa 
Şahmalıyev qubernator təyin edildi. Quba-Xaçmaz bolgəsində sepa-
ratçiliq meyllərinə son qoyuldu. Bununla da Azərbaycan Cümhu-
riyyəti öz hakimiyyətini bütün respublika ərazisində  bərqərar etdi. 
Demək olar ki, Azərbaycan ərazisinin azad olunmasında Qafqaz və 
İslam ordusunun 2 min əsgəri və zabiti şəhid olmuşdu. 
 
2. Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu. 
Azərbaycan parlamenti və onun fəaliyyəti 
 
Azərbaycan Cümhuriyyətinin dövlət quruluşu parlamentli res-
publika idi. “İstiqlal Bəyannaməsi”nə görə, Azərbaycanda ali 
hakimiyyət xalqa məxsus idi. Qanunverici hakimiyyət-parlamentə, 
icraedici hakimiyyət isə parlament qarşısında məsuliyyət daşıyan 
hökumətə məxsus idi. 
Hərbi quruculuqdan başqa, 1918-ci il 17 iyun tarixli intibah-
naməsinə görə dövlət idarələri, məhkəmə  və  məktəb sisteminin 
milliliəşdirilməsi  əsas vəzifələrdən biri idi. İyunun 26-da Azər-
baycan Milli ordusunun yaradılması haqqında fərman verildi. İyu-
nun 27-də Azərbaycan dili dövlət dili elan edildi. 1918-ci il 24 iyun 
tarixli qərarı ilə üzərində  ağ  rəngli aypara və  səkkizguşəli ulduz 
olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Noyabrın 9-da 
isə həmin bayraq üçrəngli-yaşıl, qırmızı və mavi zolaqlardan ibarət 
olan bayraqla əvəz olundu. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi 
Azərbaycanın dövlət bayrağındakı bu 3 rəng “türk milli mədəniy-
yətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının 
simvoludur” (9, s. 248). 
I dünya müharibəsində məğlub olmuş Türkiyə ilə Böyük Bri-
taniya arasında 1918-ci il oktyabrın 30-da bağlanmış Mudros 
barışığına görə Türkiyə Cənubi Qafqaz, o cümlədən Azərbaycandan 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə