224
“Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün daimi yeri Bakı olan
Mərkəzi Komitə yaratmaq qərara alındı. Qurultayda siyasi prob-
lemlərlə yanaşı, türklər yaşayan bölgələrdə yeni tipli məktəblərin
yaradılması, ibtidai icbari təhsilə keçirilməsi, təhsilin ana dilində
aparılması, milli kadrların hazırlanması üçün Bakıda, Kazanda,
Baxçasarayda pedaqoji institutların açılması qərara alındı. Məhz bu
qurultayın təsiri ilə sonralar türklərin yaşadığı bölgələrdə məktəblər
şəbəkəsi genişləndirildi. Milli mətbuat çoxaldı. Milli burjuaziyanın
H.Z.Tağıyev kimi nümayəndələri öz xərcləri hesabına istedadlı
gəncləri Rusiya və Avropanın ali məktəblərinə oxumağa göndər-
dilər. 1905-ci ilin payızında “Müsəlman cəmiyyəti xeyriy-yəsi”,
”Müdafiə və müsəlman kadrları və ziyalılarının ittifaqı cəmiyyəti”
(83, s. 116), 1906-cı ildə “Nəşri maarif” və “Nicat” cəmiyyətləri
(H.Z.Tağıyevin və M.Muxtarovun xeyriyyəçiliyi ilə) təşkil edildi.
1906-cı ilin avqustunda keçirilən Azərbaycan müəllimlərinin I qu-
rultayının əsas qayəsini milli dilin azad inkişafı və təhsilin ana di-
lində olması təşkil edirdi.
Şimali Azərbaycanda milli partiyaların yaradılması. XX
əsrin əvvəllərində Azərbaycanda müxtəlif təşkilat və partiyalar
yaradılmışdı:
1.1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə ilk gizli təş-
kilat olan “Müsəlman gənclik təşkilatı” yaradıldı.
2.1904-cü ilin payızında Mir Həsən Mövsümov, Məmməd
Həsən Hacınski və Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə
“Hümmət” təşkilatı yaradıldı. Bu təşkilat RSDFP Bakı Kömitəsinin
nəzdində fəaliyyət göstərirdi. 1904-1905-ci iilərdə “Hümmət” təşki-
latının “Hümmət” adlı qəzeti nəşrə başladı. Tədricən bolşeviklərin
təsiri altına keçən bu təşkilat əvvəlki qayəsini itirdi. M.Ə.Rəsulzadə
və onun ideya dostları tədricən bu təşkilatdan uzaqlaşdılar.
M.Ə.Rəsulzadə Rusiyanın müstəmləkə idarə üsuluna qarşı Azər-
baycan istiqlal hərəkatının təməlini qoydu.
3.1906-ci ildə Əhməd bəy Ağayev vahid milli təşkilat-“Difai”
(“Müdafiə”) Partiyasını yaratdı (77). Partiyanın yaradılmasında əsas
məqsəd azərbaycanlılara qarşı törədilən milli qırğınların qarşısını
225
almaq, maarifçiliyi genişləndirmək və s. idi. “Difai”nin Qarabağ
şöbəsinin 400 nəfərlik hərbi dəstəsi var idi (97, v. 81-110).
4.1907-ci ildə Gəncədə İsmayıl xan Ziyadxanlının rəhbərliyi
ilə yaradılan “Müdafifə” təşkilatının (122) qarşısında duran əsas
məqsəd əhali içərisində maarifi yaymaq, onların hüquq və məna-
felərini qorumaq idi (5, s. 157).
5.1907-ci ildə Bakıda Şərifzadə və Cuvarlinskinin rəhbərliyi
ilə yaradılan “İttifaq” təşkilatının qarşıya qoyduğu əsas məqsəd
müsəlman əhalini erməni-rus silahlı birləşmələrinin soyqırımından
qorumaq idi.
6.1911-ci ildə “Müsavat” (“Bərabərlik”) Partiyası yaradıldı.
Onun 1912-ci ildə çap edilmiş proqramında müsəlman xalqlarının
birliyinə, müstəqilliyinə və dövlətçiliyinin bərpasına nail olmaq əsas
vəzifə kimi irəli sürülürdü. Partiyanın əsas şüarı “türkləşmək,
islamlaşmaq və müasirləşmək” idi (12, s. 39). 1913-cü ildə fəaliy-
yətini dayandıran bu siyasi təşkilat 1917-ci ildə fəaliyyətini bərpa
etdi. “Müsavat” Partiyası Azərbaycan Cümhuriyyətinin yaranma-
sında mühüm rol oynadı.
Fəhlələrin ağır vəziyyəti 1910-1911-ci illərdə Bakida bir sıra
pərakəndə çıxışların baş verməsinə səbəb oldu. 1912-ci il aprelin 4-
də Sibirdə Lena mədənlərində fəhlələrin dinc nümayişinin güllə-
bəran edilməsi Azərbaycanda tətil hərəkatına təkan verdi. Mayın 7-
də Nuxada başlayan tətil ayın 12-də ümumi xarakter aldı. Bu tətil
mayın 15-də sahibkarlarla fəhlələr arasında müştərək müqavilənin
bağlanması ilə nəticələndi. Müqaviləyə görə, iş günü qısaldıldı,
əmək haqqı qismən artırıldı.
1913-1914-cü illərdə tətil və nümayişlərin sayı çoxaldı. 1911-
1912-ci illərdə Azərbaycan qəzalarında çıxışlar da genişləndi,
silahlı qaçaq dəstələri təşkil etmiş kəndlilər mülkədar, qolçomaq
malikanələrinə basqınlar edirdilər. Yelizavetpol qəzasında bu hərə-
kat daha güclü idi. Burada Qatır Məmmədin silahlı qaçaq dəstəsi
fəaliyyət göstərirdi. O, 1909-cu ildə Goranboy-Əhmədli kəndli-
lərinin çıxışına başçılıq edirdi. Bu çıxış tezliklə silah gücünə yatı-
rıldı. 1910-cu ildə Rusiyada, o cümlədən Azərbaycanda fəhlə hərə-
226
katı, kəndli çıxışları genişləndi. 1910-cu ildə Yelizavetpol quber-
niyasında kəndli çıxışlarından birinə başçılıq edən Kərbəlayi Əs-
gərin silahlı dəstəsi çar hakimiyyət orqanları və mülkədarlara qarşı
amansız idi. Digər qaçaq dəstəsinə Məşədi Yolçu başçılıq edirdi.
1912-ci ilin sentyabr-oktyabr aylarında, ölkədə inqilabi yük-
səliş dövründə IV Dövlət Dumasına seçkilər keçirildi. Gərgin
mübarizədən sonra azərbaycanlı əhali üçün ayrılmış yeganə yerə
kadet partiyasının üzvü, hüquqsünas Məmmədyusif Cəfərov deputat
seçildi.
1913-cü ilin iyulunda Bakıda tətil hərəkatı xeyli genişlənərək
iyulun 25-də ümumi tətilə çevrildi. 1914-cü il iyunun əvvəlində
artıq 40 min fəhlə tətilə qoşulmuşdu. Yeni inqilabi yüksəliş illərində
Azərbaycanda milli azadlıq hərəkatı da xeyli genişlənmişdi.
Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəs-
sisələrin meydana çıxması, doğma dildə qəzet və jurnalların nəşri və
s. xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclən-
məsinə, milli azadlıq hərəkatının genişlənməsinə səbəb olurdu.
Azərbaycan burjuaziyası Rusiyanın hakim sinifləri ilə bərabər hü-
quqlar, müxtəlif məhdudiyyətlərin ləğv olunmasını, ana dilində
ibtidai təhsilin hər yerdə həyata keçirilməsini, Zemstvo sistemi
yaradılması və şəhər özünüidarəsində islahat keçirilməsi qanunu
verilməsini və s. tələb edirdi. İri torpaq sahibləri-bəylər də öz sinfi
hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan
burjuaziyasının milli azadlıq ideyaları “Yeni füyuzat”, “Şəlalə”
jurnallarında, “İqbal”, “Günəş”, “Yeni Həyat” və b. qəzetlərdə geniş
təbdiğ olunurdu. M.Ə.Rəsulzadənin, Q.R.Şərifzadənin, A.K.Kazım-
zadənin və b. 1911-ci ilin sonunda təsis etdiyi müsəlman demokrat
partiyası “Müsavat” yaranandan sonra burjuaziyanı öz ətrafında
cəmləşdirmiş bu partiyanın başçılığı altında milli azadlıq hərəkatını
istiqamətləndirməyə səy göstərirdi. Bu istiqamətdə “Molla
Nəsrəddin” jurnalı və onun naşirləri C.Məmmədquluzadə, M.S.Or-
dubadi, N.B.Vəzirov, Ə.Haqverdiyev, Ə.Rəhimzadə, F.Köçərli,
həmçinin M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b. mühüm
rol oynayırdılar, demokratik ziyalı nümayəndələrindən Q.Mina-
Dostları ilə paylaş: |