Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə72/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   68   69   70   71   72   73   74   75   ...   104

 
224
“Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün daimi yeri Bakı olan 
Mərkəzi Komitə yaratmaq qərara alındı. Qurultayda siyasi prob-
lemlərlə yanaşı, türklər yaşayan bölgələrdə yeni tipli məktəblərin 
yaradılması, ibtidai icbari təhsilə keçirilməsi, təhsilin ana dilində 
aparılması, milli kadrların hazırlanması üçün Bakıda, Kazanda, 
Baxçasarayda pedaqoji institutların açılması qərara alındı. Məhz bu 
qurultayın təsiri ilə sonralar türklərin yaşadığı bölgələrdə məktəblər 
şəbəkəsi genişləndirildi. Milli mətbuat çoxaldı. Milli burjuaziyanın 
H.Z.Tağıyev kimi nümayəndələri öz xərcləri hesabına istedadlı 
gəncləri Rusiya və Avropanın ali məktəblərinə oxumağa göndər-
dilər. 1905-ci ilin payızında “Müsəlman cəmiyyəti xeyriy-yəsi”, 
”Müdafiə  və müsəlman kadrları  və ziyalılarının ittifaqı  cəmiyyəti” 
(83, s. 116), 1906-cı ildə “Nəşri maarif” və “Nicat” cəmiyyətləri 
(H.Z.Tağıyevin və M.Muxtarovun xeyriyyəçiliyi ilə) təşkil edildi. 
1906-cı ilin avqustunda keçirilən Azərbaycan müəllimlərinin I qu-
rultayının əsas qayəsini milli dilin azad inkişafı və təhsilin ana di-
lində olması təşkil edirdi. 
Şimali Azərbaycanda milli partiyaların yaradılması.  XX 
əsrin  əvvəllərində Azərbaycanda müxtəlif təşkilat və partiyalar 
yaradılmışdı: 
1.1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə ilk gizli təş-
kilat olan “Müsəlman gənclik təşkilatı” yaradıldı. 
2.1904-cü ilin payızında Mir Həsən Mövsümov, Məmməd 
Həsən Hacınski və  Məmməd  Əmin Rəsulzadənin təşəbbüsü ilə 
“Hümmət” təşkilatı yaradıldı. Bu təşkilat RSDFP Bakı Kömitəsinin 
nəzdində fəaliyyət göstərirdi. 1904-1905-ci iilərdə “Hümmət” təşki-
latının “Hümmət” adlı  qəzeti nəşrə başladı. Tədricən bolşeviklərin 
təsiri altına keçən bu təşkilat əvvəlki qayəsini itirdi. M.Ə.Rəsulzadə 
və onun ideya dostları  tədricən bu təşkilatdan uzaqlaşdılar. 
M.Ə.Rəsulzadə Rusiyanın müstəmləkə idarə üsuluna qarşı Azər-
baycan istiqlal hərəkatının təməlini qoydu. 
3.1906-ci ildə Əhməd bəy Ağayev vahid milli təşkilat-“Difai” 
(“Müdafiə”) Partiyasını yaratdı (77). Partiyanın yaradılmasında əsas 
məqsəd azərbaycanlılara qarşı törədilən milli qırğınların qarşısını 


 
225 
almaq, maarifçiliyi genişləndirmək və s. idi. “Difai”nin Qarabağ 
şöbəsinin 400 nəfərlik hərbi dəstəsi var idi (97, v. 81-110). 
4.1907-ci ildə  Gəncədə  İsmayıl xan Ziyadxanlının rəhbərliyi 
ilə yaradılan “Müdafifə” təşkilatının (122) qarşısında duran əsas 
məqsəd  əhali içərisində maarifi yaymaq, onların hüquq və  məna-
felərini qorumaq idi (5, s. 157). 
5.1907-ci ildə Bakıda  Şərifzadə  və Cuvarlinskinin rəhbərliyi 
ilə yaradılan “İttifaq” təşkilatının qarşıya qoyduğu  əsas məqsəd 
müsəlman  əhalini erməni-rus silahlı birləşmələrinin soyqırımından 
qorumaq idi. 
6.1911-ci ildə “Müsavat” (“Bərabərlik”) Partiyası yaradıldı. 
Onun 1912-ci ildə çap edilmiş proqramında müsəlman xalqlarının 
birliyinə, müstəqilliyinə və dövlətçiliyinin bərpasına nail olmaq əsas 
vəzifə kimi irəli sürülürdü. Partiyanın  əsas  şüarı “türkləşmək, 
islamlaşmaq və müasirləşmək” idi (12, s. 39). 1913-cü ildə fəaliy-
yətini dayandıran bu siyasi təşkilat 1917-ci ildə  fəaliyyətini bərpa 
etdi. “Müsavat” Partiyası Azərbaycan Cümhuriyyətinin yaranma-
sında mühüm rol oynadı. 
Fəhlələrin ağır vəziyyəti 1910-1911-ci illərdə Bakida bir sıra 
pərakəndə çıxışların baş verməsinə səbəb oldu. 1912-ci il aprelin 4-
də Sibirdə Lena mədənlərində  fəhlələrin dinc nümayişinin güllə-
bəran edilməsi Azərbaycanda tətil hərəkatına təkan verdi. Mayın 7-
də Nuxada başlayan tətil ayın 12-də ümumi xarakter aldı. Bu tətil 
mayın 15-də sahibkarlarla fəhlələr arasında müştərək müqavilənin 
bağlanması ilə  nəticələndi. Müqaviləyə görə, iş günü qısaldıldı, 
əmək haqqı qismən artırıldı. 
1913-1914-cü illərdə tətil və nümayişlərin sayı çoxaldı. 1911-
1912-ci illərdə Azərbaycan qəzalarında çıxışlar da genişləndi, 
silahlı qaçaq dəstələri təşkil etmiş  kəndlilər mülkədar, qolçomaq 
malikanələrinə basqınlar edirdilər. Yelizavetpol qəzasında bu hərə-
kat daha güclü idi. Burada Qatır Məmmədin silahlı qaçaq dəstəsi 
fəaliyyət göstərirdi. O, 1909-cu ildə Goranboy-Əhmədli kəndli-
lərinin çıxışına başçılıq edirdi. Bu çıxış tezliklə silah gücünə yatı-
rıldı. 1910-cu ildə Rusiyada, o cümlədən Azərbaycanda fəhlə hərə-


 
226
katı, kəndli çıxışları genişləndi. 1910-cu ildə Yelizavetpol quber-
niyasında kəndli çıxışlarından birinə başçılıq edən Kərbəlayi  Əs-
gərin silahlı dəstəsi çar hakimiyyət orqanları və mülkədarlara qarşı 
amansız idi. Digər qaçaq dəstəsinə Məşədi Yolçu başçılıq edirdi. 
1912-ci ilin sentyabr-oktyabr aylarında, ölkədə inqilabi yük-
səliş dövründə IV Dövlət Dumasına seçkilər keçirildi. Gərgin 
mübarizədən sonra azərbaycanlı  əhali üçün ayrılmış yeganə yerə 
kadet partiyasının üzvü, hüquqsünas Məmmədyusif Cəfərov deputat 
seçildi. 
1913-cü ilin iyulunda Bakıda tətil hərəkatı xeyli genişlənərək 
iyulun 25-də  ümumi tətilə çevrildi. 1914-cü il iyunun əvvəlində 
artıq 40 min fəhlə tətilə qoşulmuşdu. Yeni inqilabi yüksəliş illərində 
Azərbaycanda milli azadlıq hərəkatı da xeyli genişlənmişdi. 
Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəs-
sisələrin meydana çıxması, doğma dildə qəzet və jurnalların nəşri və 
s. xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclən-
məsinə, milli azadlıq hərəkatının genişlənməsinə  səbəb olurdu. 
Azərbaycan burjuaziyası Rusiyanın hakim sinifləri ilə  bərabər hü-
quqlar, müxtəlif məhdudiyyətlərin ləğv olunmasını, ana dilində 
ibtidai təhsilin hər yerdə  həyata keçirilməsini, Zemstvo sistemi 
yaradılması  və  şəhər özünüidarəsində islahat keçirilməsi qanunu 
verilməsini və s. tələb edirdi. İri torpaq sahibləri-bəylər də öz sinfi 
hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan 
burjuaziyasının milli azadlıq ideyaları “Yeni füyuzat”, “Şəlalə” 
jurnallarında, “İqbal”, “Günəş”, “Yeni Həyat” və b. qəzetlərdə geniş 
təbdiğ olunurdu. M.Ə.Rəsulzadənin, Q.R.Şərifzadənin, A.K.Kazım-
zadənin və b. 1911-ci ilin sonunda təsis etdiyi müsəlman demokrat 
partiyası “Müsavat” yaranandan sonra burjuaziyanı öz ətrafında 
cəmləşdirmiş bu partiyanın başçılığı altında milli azadlıq hərəkatını 
istiqamətləndirməyə  səy göstərirdi. Bu istiqamətdə “Molla 
Nəsrəddin” jurnalı və onun naşirləri C.Məmmədquluzadə, M.S.Or-
dubadi, N.B.Vəzirov,  Ə.Haqverdiyev,  Ə.Rəhimzadə, F.Köçərli, 
həmçinin M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b. mühüm 
rol oynayırdılar, demokratik ziyalı nümayəndələrindən Q.Mina-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə