Microsoft Word Azerb tarixi derslik doc


-1918-ci ilin əvvəlində Azərbaycanda



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə75/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   71   72   73   74   75   76   77   78   ...   104

 
233 
 
2. 1917-1918-ci ilin əvvəlində Azərbaycanda  
ictimai-siyasi vəziyyət.  
Azərbaycanlıların soyqırımı 
 
1916-cı ilin sonu-1917-ci ilin əvvəllərində Rusiyada inqilabi 
şərait yetişdi. Burjuaziyanın çar II Nikolayla uzun-uzadı danışıqları 
nəticə vermədi. Bolşeviklər zəhmətkeşləri çarizmə qarşı silahlı 
üsyana çağırırdılar. Petroqrad fəhlələrinin üsyanı fevralın 27-də 
qələbə çaldı, çar hökuməti devrildi. Çarizmin yıxılması xəbəri Ba-
kıya martın 2-də çatdı,  şəhərdə, mədən rayonlarında çoxminli 
mitinqlər keçirildi. Martın 7-də 52 nəfərdən ibarət Bakı Soveti 
yaradıldı, çoxluğu menşeviklər və eserlər təşkil edirdilər. Martın 17-
də Müvəqqəti hökumətin orqanı olan İctimai Təşkilatların  İcrayə 
Komitəsi təşkil edildi. Tərkibi burjuaziyadan ibarət idi. Bu orqan 
1917-ci ilin martında Müvəqqəti hökumətin yaratdığı Xüsusi 
Cənubi Qafqaz Komitəsinə tabe edildi. Beləliklə, Bakıda 2 haki-
miyyət orqanı yaradıldı: bir tərəfdən fəhlə deputatları Soveti, digər 
tərəfdən isə Ictimai Təşkilatların Icraiyyə Komitəsi. Azərbaycanın 
qəza və  şəhərlərinin bir çoxunda ikihakimiyyətlilik meydana çıxsa 
da, bəzilərində fəhlə və əsgər deputatları Sovetləri yaradıldı. 1917-
ci il martın 9-da RSDFP-nin 5 nəfərdən ibarət Xüsusi Cənubi 
Qafqaz Komitəsi (2 bolşevik və 3 menşevik) və “Hümmət”in 
müvəqqəti Komitəsi seçildi. Martın 27-də müsəlman ictimai təşki-
latlarının yığıncağında Bakı müsəlman ictimai təşkilatları Sovetinin 
müvəqqəti Komitəsi təşkil edildi (neft sənayeçisi  Ş.Əsədullayev, 
müsavatçıların rəhbərlərindən M.Ə.Rəsulzadə  və b.). Cənubi Qaf-
qazdakı milli şuralar içərisində ən nüfuzlusu Bakı Müsəlman Milli 
Şurası idi. 
Fevral inqilabından sonra Azərbaycanda başlanan milli-
azadlıq hərəkatının əsas cəhətləri: 
1)
 
milli hərəkatın daha kütləvi səciyyə alması, 
2)
 
hərakata milli ziyalıların rəhbərlik etməsi; 


 
234
3)
 
əhalinin bütün təbəqələrinin milli dövlətçilik ideyası 
ətrafında birləşməsi (5, s. 311). 
1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz 
müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının birləşdirilməsi 
şüarı altında keçdi. Bu qurultayda yaranmış zəmin əsasında 1917-ci 
ilin iyun ayının ikinci yarısında federalistlər (Türk Ədəmi 
Mərkəziyyət Partiyası) Müsavatla birləşdi və Türk Federalist Müsa-
vat Partiyası adlandı. 1917-ci il mayın 1-də Ümumrusiya müsəl-
manlarının qurultayı  Şəmsi  Əsədullayevin Moskvada tikdirdiyi və 
müsəlmanların sərəncamına verdiyi binada açıldı. Qurultayın gün-
dəliyinə milli-məhəlli muxtariyyət, maarif, mədəniyyət, müəssislər 
məclisi, siyasi təşkilatlar və s. məsələlər daxil edilmişdi (44). 1917-
ci ilin martında Bakıda bolşeviklərin “Ədalət” təşkilatı yaradıldı. Bu 
təşkilat Azərbaycanın cənubundan  şimala kəsbkarlığa gəlmiş 
fəhlələr arasında inqilabi iş görmək və  İranın inqilabi-demokratik 
qüvvələri ilə  əlaqə yaratmaq məramına xidmət edirdi. 1917-ci ilin 
avqustunda “Birlik” təşkilatı yaradıldı. 1917-ci il oktyabrın 26-da 
Müsavat Partiyasının I qurultayı oldu. 1917-ci ildə Azərbaycanda 
milli-azadlıq uğrunda mübarizə 3 istiqamətdə aparılırdı: 
1) müvəqqəti hökumətin əsarət altında olan xalqlar barəsində 
yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı; 
2) Sovetlərə qarşı; 
3)ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın 
qarşısının alınması. 
1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik çevrilişi nəti-
cəsində Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da V.İ.Lenin 
başda olmaqla sovet diktaturasının  əsası qoyuldu (5, s. 312). 
Bundan sonra Azərbaycanda başlayan istiqlaliyyət uğrunda mü-
barizə 1918-ci ilin may ayında milli dövlətçiliyin bərpası ilə  nəti-
cələndi. 
1918-ci il mart soyqırımı.  Müsavatın sosial bazasını  məhv 
etmək, Azərbaycan milli hərəkatına divan tutmaq üçün bolşeviklər 
milli qırğından istifadə etdilər. Bakı Sovetinin 1918-ci il martın 15-
də keçirilən iclasında S.Şaumyan azərbaycanlıların soyqırımına 


 
235 
göstəriş verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” 
gəmisinin tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə 
oldu. Daşnaksütyun Partiyası  və erməni milli şurası bolşeviklərin 
tərəfinə keçdi. Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat 
16:00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya 
İçərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına inanan rus 
matrosları da azərbaycanlılara qarşı  çıxaraq onları atəşə tutdular. 
Martın 31-də “Kərpicxana”, “Məmmədli” və s. azərbaycanlı məhəl-
lələrinə bolşevik-erməni hərbi dəstələrinin hücumları başladı. -
Qeyri-bərabər döyüşdə soyqırıma məruz qalan müsəlmanlar martın 
31-də müqaviməti dayandırdılar.  Şəhərin dinc, silahsız müsəlman 
əhalisinə qanlı divan tutuldu. Aprelin 2-də gecə keçənədək minlərlə 
azərbaycanlı öldürüldü. Mart soyqırımında təkcə Bakıda 12 mindən 
çox azərbaycanlı  qətlə yetirildi (16, s. 173). Şamaxı, Quba, Kür-
dəmir, Salyan və  Lənkəran qəzalarında azərbaycanlı  əhaliyə qanlı 
divan tutuldu. Şamaxıda 7 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 
72 kənd dağıdılmışdı (31). Quba qəzasında 122 kənd yandırılmışdı 
(96, v. 5-8). 1918-ci ilin sentyabrınadək Bakı quberniyasında 20 
mindən çox azərbaycanlı öldürülmüşdü. Ümumiyyətlə bu soyqırım 
zamanı Azərbaycanda 50 minə  qədər azərbaycanlı  qətlə yetiril-
mişdir. 
 
3. Bakı Xalq Komissarları Soveti  
və onun antiazərbaycan siyasəti 
 
Mart soyqırımı Baki Sovetinin antiazərbaycan siyasətini xalqa 
göstərdi. Mart faciəsindən sonra bolşeviklər Bakıda siyasi hakimiy-
yətlərini möhkəmləndirmək üçün: 
1) azərbaycanlılara məxsus bütün qəzet və jurnalları bağla-
dılar; 
2)  şəhər təsərrüfatını Bakı Sovetinin-bolşeviklərin ixtiyarına 
keçirdilər; 
3) aprelin 20-də  Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı 
şəhər Dumasını buraxdılar; 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə