Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə77/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   73   74   75   76   77   78   79   80   ...   104

 
239 
Leyla” kimi bir sıra operalar yaratdı. İlk dəfə 1913-cü il oktyabrın 
25-də milli musiqili teatr səhnəsində göstərilən “Arşın mal alan” 
musiqili komediyası böyük müvəffəqiyyət qazandı. 1916-cı ildə 
M.Maqomayev Azərbaycan opera sənətinin qızıl fonduna daxil 
olmuş “Şah İsmayıl” operasını yaratdı. Azərbaycanda ilk film XİX 
əsrin sonunda çəkilib. 1916-cı ildə isə “Neft və milyonlar səltə-
nətində” adlı Azərbaycan filmi çəkildi, həmin ildə “Ölülər” pyesi, 
M.Maqomayevin “Şah  İsmayıl” operası, Z.Hacıbəyovun “Aşıq 
Qərib” operası tamaşaya qoyuldu. Rəssam Əzim Əzimzadə, Bəhruz 
Kəngərli ilk azərbaycanlı  rəssamlar idilər. Azərbaycan memarlıq 
incəsənəti də inkişaf etmişdir. O zaman salınmış ictimai binalar içə-
risində  İsmailiyyə (1910) (indiki Azərbaycan Elmlər Akade-
miyasının binası), Mayılov qardaşları teatrı (1911) (indiki 
M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet 
Teatrının binası) xüsusilə seçilirdi. 
 
5. Cənubi Azərbaycanda Ş.M.Xiyabani başçılığı ilə 
demokratik və milli-azadlıq hərəkatı 
 
İran Məşrutə inqilabı  məğlub edildikdən sonra, 1912-ci ilin 
əvvəllərində imperialistlər 1907-ci il ingilis-rus sazişinin  İran 
hökuməti tərəfindən rəsmən qəbul edilməsinə nail oldular. Sazişə 
əsasən  İranın Qəsri-Şirin-İsfahan-Yəzd-Zülfüqar xəttindən  şimal-
dakı 790 min kv. km sahəsi Rusiyanın nüfuz dairəsi, İranın Bəndər 
Abbas-Kirman-Bircəd-Qazik xəttindən cənub-şərqindəki 355 min 
kv. km hissəsi  İngiltərənin,  İranın bu xətlər arasındakı  ərazisi isə 
“bitərəf” zona elan edildi. I dünya müharibəsi başlayanda  İranın 
rəsmi surətdə öz bitərəfliyini kobudcasına pozaraq ərazisində hərbi 
əməliyyatlıra başladılar. Cənubi Azərbaycan 1914-cü il dekabrın 
axırlarında türk ordusu, 1915-ci il yanvarın 15-də Rusiya qoşunları 
tərəfindən işğal edilərək hərb və zorakılıq meydanına çevrildi, yerli 
əhalinin 15% həlak oldu (68, s. 63). Bu zaman İran Demokrat 
partiyasının Təbriz təşkilatı xalq kütlələrinin mübarizəsinə başçılıq 
edirdi. 1917-ci ildə Rusiyada baş verən fevral burjua-demokratik 


 
240
inqilabının təsiri ilə  İran Demokrat partiyası  (İDP) və onun Azər-
baycan  əyalət komitəsinin fəaliyyəti xeyli canlandı. Azərbaycan 
demokratları ölkədə bir sıra dəyişikliklərin yerinə yetirilməsini, o 
cümlədən məclisə seçkilər keçirilməsini, Azərbaycan  əyalətinin 
irticaçı valisi Sərdar Rəşidin işdən götürülməsini, xarici qoşunların 
İrandan çıxarılmasını  tələb edirdilər, Azərbaycana muxtariyyət 
almaq uğrunda mübarizəyə çağırırdı. Təbrizdə “Azərbaycan himni” 
yaradılmışdı.  Müharibənin Cənubi Azərbaycanda yaratdığı qarışıq-
lıqdan istifadə edən erməni silahlı dəstələri aysorlarla birlikdə Xoy, 
Salmas, Urmiya, Soucbulaq və s. başqa  şəhərlərdə azərbaycanlı 
əhaliyə qarşı görünməmiş vəhşiliklər etdilər. Yalnız türk ordusunun 
bölgəyə daxil olması Azərbaycanlı  əhalinin kütləvi  şəkildə  qətlə 
yetirilməsinin qarşısını aldı. Lakin türk qoşunları bölgəni tərk 
etdikdən sonra erməni, aysor və kurd hərbi dəstələri azərbaycanlıları 
yenidən qırmağa başladılar. Bu qırğınlar rus hərbi hissələrinin 
1918-ci ilin əvvəllərində  İrandan çıxarıldığı vaxt daha faciəli  şəkil 
aldı. 1917-ci ilin mayından başlayaraq Cənubi Azərbaycan  Əyalət 
Komitəsi müstəqil hərəkət etməyi və bir partiya (İran Demokratik 
Partiyası) halında birləşməyi qərara aldı, bunda “Təcəddüd” 
qəzetinin mühüm rolu oldu. 1917-ci il avqust ayının 24-də  Əyalət 
Komitəsinin geniş konfransı oldu, Azərbaycan Demokratik Firqəsi 
(ADF) müstəqil elan edildi və  Şeyx Məhəmməd Xiyabani başda 
olmaqla ADF-nin MK-sı seçildi, qətnamələr qəbul edildi. Rusiyada 
oktyabr hadisələri İran dövlət müstəqilliyinə və suverenliyinə ciddi 
dərəcədə ziyan vurdu. 1917-ci il dekabrın 15-də Brestdə Rusiya 
hökuməti, Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan 
xarici qoşunların çıxarılması barədə sülh müqaviləsi imzalanması 
haqqında danışıqlar başlandı. 1918-ci il yanvarın 5-də rus qoşunl-
arının İrandan çıxarılması barədə proqram elan edildi. Bununla belə, 
1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi Azərbaycanın 
Zəncan, Miyane, Urmiya və Xoy şəhərlərinə daxil oldu. Bu vaxt 
Cənubi Azərbaycanın şimal-qərbində erməni, aysor və kürd quldur 
dəstələri azərbaycanlılara qarşı əsl soyqırım törətdilər. Cənubi Azər-
baycanın çox hissəsi osmanlı Türkiyəsinin qoşunları  tərəfindən 


 
241 
işğal edildi. ADF belə vəziyyətdə ingilis və türk qoşunlarına, yerli 
irtica hökumətinə qarşı mübarizə aparırdı. ADF-nin rəhbərləri, o 
cümlədən Xiyabani dinc yolla mübarizə taktikasının lazımi nəticə 
verməyəcəyini yəqin edərək, silahlı üsyana başladılar.  Şimaldakı 
hadisələr cənubda da öz əks-sədasını tapmışdı. Təbriz, Urmiya və 
Ərdəbildə dövlət məmurlarının özbaşınalığına qarşı  çıxışlar baş 
verirdi. Çıxışlara  Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə  İran 
Demokratik Partiyasının (İDP) Azərbaycan  Əyalət Komitəsi 
istiqamət verirdi. 1917-ci ilin payızında Təbriz,  Ərdəbil, Xoy, Ur-
miya, Sərab, Zəncan və b. şəhərlərdə keçirilən mitinqlərdə  əhali 
hökumətin istefa verməsini, İranda demokratik hökumət təşkil olun-
masını  tələb edirdi. 1917-ci ilin sonunda Vüsuqüddövlə hökuməti 
istefa verməyə məcbur oldu, lakin o, tezliklə ingilislərin köməyi ilə 
hakimiyyətə  gətirildi. 1919-cu il avqustun 9-da ingilislərin  İran 
hökuməti ilə imzaladıqları saziş  İranı siyasi və iqtisadi cəhətdən 
Böyük Britaniyadan asılı  vəziyyətə salırdı. Bu, Cənubi Azər-
baycanda genişlənən milli-azadlıq hərəkatına yeni təkan verdi (12, 
s. 109). İran hökuməti demokratik qüvvələrə qarşı şiddətli tədbirlərə 
əl atdı. ADF gizli fəaliyyətə keçdi. Lakin, çıxışlar 1920-ci ilin 
əvvəllərinədək davam etmişdi. Təbrizdəki ingilis komandanlığı 
nümayişçilərin tələbi ilə hərbi hissələri Təbrizdən çıxarmalı olmuş-
du. 1920-ci ilin aprel ayının ilk günlərində ADF-nin üzvlərindən bir 
neçəsinin həbs edilməsi dinc çıxışların üsyana çevrilməsinə  təkan 
verdi. 1920-ci il aprelin 7-də  Təbrizdə üsyanın başlanması ilə 
Cənubi Azərbaycan milli-azadlıq hərəkatı silahlı üsyan xarakteri 
aldı. Üsyana rəhbərlik etmək üçün Xiyabaninin başçılığı ilə İctimai 
İdarə Heyəti (İİH) təşkil olundu. 2 gün müddətində bütün dövlət 
idarələrini ələ keçirdilər, polis dəstələri şəhəri tərk etməyə məcbur 
oldular. Üsyan dinc yolla qələbə çaldı. Aprelin 7-də Xiyabani Təb-
riz  əhalisi qarşısında söylədiyi nitqində bildirdi ki, “Azərbaycanın 
adını Azadıstana dəyişərək, bu gündən bu adı  rəsmi ad kimi elan 
edirik” (12, s. 110). O, bu adın rəsmən tanınmasını İran dövlətindən 
tələb etdi. Azərbaycan əyalətinə vali göndərilən və Təbrizə gəlməyə 
cəsarət etməyən Eynüddövlə, İİH-nin 8 maddədən ibarət tələblərini 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə