Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə85/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   81   82   83   84   85   86   87   88   ...   104

 
264
ması və bütün əhalisi arasında rəy sorğusu keçirilməsi; II, Qaraba-
ğın dağlıq hissəsinin Ermənistanın tərkibinə qatılması  və  rəy sor-
ğusunun yalnız ermənilər arasında keçirilməsi.  İclasda  əksəriyyət 
(Orcanikidze, Myasnikov, Kirov) 2-ci təklifə səs verdi (41, s. 171). 
Lakin N.Nərimanovun qəti etirazı, kəskin narazılıq yarandığını 
nəzərə alaraq Qafqaz Bürosu son qərar üçün məsələni RK(b)P MK-
nın müzakirəsinə verməyi tövsiyə etdi. Məsələ iyulun 5-də Qafqaz 
bürosunun  plenumunda yenidən müzakirə olundu (40, s. 125-
126). Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq Dağlıq Qara-
bağın Azəraycan SSR-in tərkibində saxlanılması qərarını qəbul etdi, 
paytaxtı  Şuşa  şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi 
bəndi salında  (41, s. 176). Bu məsələdə Stalinin, Çiçerinin, Or-
conikidzenin və Kirovun həlledici rolu olmuşdu. Lakin bu qərar 
Azərbaycan rəhbərliyini qane etmirdi. Buna baxmayaraq, 1923-cü il 
iyunun 27-də RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin plenumunda 
bu qərar təsdiq olundu (100, v. 110). S.Orconikidzenin təkidi ilə 
Azərbaycan MİK-i 1923-cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan 
SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) 
yaradıldığını elin etdi (6, s. 213). 
“RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq 
haqqında” 1920 il sentyabrın 30-da bağlanmış müqavilə, Cənubi 
Qafqaz respublikalarını Federativ Respublika kimi birləşdirmək 
siyasəti və 1921-ci ilin noyabrında RP(b)P MK Qafqaz bürosu və 
RK(b)P MK-nın Siyasi Bürosu tərəfindən Zaqafqaziya Federasiya-
sının yaradılması barədə qərarlar qəbul etməsi Azərbaycanın formal 
müstəqilliyinin ləğv olunması demək idi. 1922-ci ilin martında 
Azərbaycan, Gürcüstan və Ermənistan Mərkəzi İcraiyyə Komitələ-
rinin səlahiyyətli nümayəndələri müqaviləni təsdiq etdilər və Zaqaf-
qaziya Sovet Federativ Sosialist Respublikası - ZSFSR yaradıldı. 
Cənubi Qafqaz Respublikalarının 1922-ci il dekabrın 10-da toplan-
mış I Sovetlər qurultayında Ali orqan-Zaqafqaziya Mərkəzi İcra-
iyyə Komitəsi seçildi. Bununla Azərbaycanın bütün yeraltı və yer-
üstü sərvətləri, xüsusən nefti digər Cənubi Qafqaz respublikalarının 
ixtiyarına verildi. 1922-ci il fevralın 22-də Sovet respublikalarının 


 
265 
RSFSR ilə bağladıqları sazişə görə bütün respublikalar, o cümlədən 
Azərbaycan beynəlxalq münasibətlərdə öz mənafeyini təmsil və 
müdafiə etməyi RSFSR-ə tapşırırdılar. 1922-ci il dekabrın 30-da I 
Sovetlər qurultayı SSRİ-nin yaradılmasına nail oldu. SSRİ-nin tər-
kibinə 4 respublika-RSFSR, Ukrayna, Belorusiya və ZSFSR daxil 
idi. Qurultayda sədrlərindən biri N.Nərimanov olan SSRİ-nin ali 
orqanı-Mərkəzi İcraiyyə Komitəsi seçildi. 1924-cü ilin yanvarında 
SSRİ-nin ilk Konstitusiyası qəbul edildi. 
Azəraycanda sovet milli siyasətinin bir istiqaməti milli adət-
ənənələri yasaq etmək,  İslam dininə,  İslam mədəniyyətinə qadağa 
qoymaq, məscidləri dağıtmaq, rus dilini dövlət dili səviyyəsinə çat-
dırmaq, milli kadr qıtlığı  bəhanəsilə qeyri millətlərin nümayən-
dələrini Azərbaycana gətirmək, “beynəlmiləl” şəhər elan edilən Ba-
kıda əhalinin milli tərkibinin köklü surətdə dəyişdirmək, rəhbərlikdə 
olan milli kadrlar arasında süni olaraq qarşıdurma yaratmaq, 
Azərbaycanın milli sərvətlərini hərraca qoymaq, onun əzəli torpaq-
larını zaman-zaman qonşulara bəxşiş etmək idi. “Sağlar” və “sol-
lar”, “qocalar və cavanlar” arasında aparılan bu qarşıdurmalar 
N.Nərimanovun Azərbaycan rəhbərliyindən uzaqlaşdırılması ilə nə-
ticələndi. Sovet milli siyasətində Azərbaycanın müsəlman Şərqinə, 
Türk dünyasına nüfuzedici amil olması kimi baxılması da mühüm 
yer tuturdu. Təsadüfi deyildi ki, bu dövrdə  Şərq xalqlarının və 
türkoloqların nüfuzlu yığıncaqları  məhz Azərbaycanda-Bakıda 
keçirilmişdi-1920-ci il sentyabrın 1-7-də Şərq xalqlarının nüma-
yəndələrinin birinci qurultayı. Qurultayda 37 millətin nümayən-
dəsi iştirak etmişdi. 
 
3. Azərbaycanda sosialist yenidənqurmaları  
və onların nəticələri. Kütləvi siyasi represiyalar 
 
1920-ci ilin yayında Azərbaycanda hərbi kommunizm siyasəti 
tətbiq olundu. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 26 avqust 
tarixli fərmanı ilə taxıl ticarəti inhisara alındı, sentyabrda ərzaq sa-
palağı  tətbiq olundu, bunun üçün ərzaq dəstələri kəndlərə göndə-


 
266
rildi, “İşləməyən dişləməz” prinsipi həyata keçirilməyə başladı, kar-
toçka sistemi yaradıldı. Sovet ordusu hissələrinin  ərzaqla təmin 
edilməsi kəndlilərin vəziyyətini ağırlaşdırdığına görə hökumət Quba 
və Cavad qəzaları müstəsna olmaqla, Azərbaycanın bütün bölgə-
lərində taxıl tədarükünü dayandırdı. “Bütün növ ərzaq inhisarının 
ləğv edilməsi haqqında” 1921-ci il 17 may tarixli dekreti ilə ərzaq 
sapalağı  ləğv olundu. Onun əvəzinə könüllü məhsul rüsumu -
çanaq” (20 girvənkə) vergisi qoyuldu. 1922-ci ilin yazından eti-
barən  ərzaq vergisi tətbiq olunmağa başlandı (6, s. 101). Yeni 
iqtisadi siyasət dövründə neft sənayesini öz himayəsində saxlayan 
mərkəz onun inkişafı naminə respublika orqanlarına xarici şirkətlər 
ilə əlaqə yaratmaq səlahiyyətləri vermişdi. Bu, neft sənayesini yeni 
texnika ilə təmin olunmasına kömək edirdi. ABŞ-ın “Standart-Oyl” 
şirkəti ilə bağlanmış müqaviləyə görə “Azərneft” texniki avadanlıq 
və s., “Gikkers Limited” ingilis firması ilə bağlanmış müqaviləyə 
görə Azərbaycan ilk krekinq qurğuşununun texniki avadanlığını 
istehsal etmək üçün lisenziya aldı. “Azərneft” London, Paris, Ber-
lin, Nyu-York və s. şəhərlərdə öz nümayəndəliklərini açdı. 1924-cü 
ildə Suraxanıda turbobur vasitəsilə ilk quyu qazıldı. Balaxanı-
Sabunçu, Bayıl buxtasında neft mədənləri aşkar edildi və işə salındı. 
1925-ci ildə neft hasilatı 1921-ci ilə nisbətən 2 dəfə artdı. Neft-
maşınqayırma sənayesi inkişaf etməyə başladı (leytenant Şmidt-
indiki Səttarxan zavodu). 
1925-ci ildə Bakıda və Tovuzda sement, Gədəbəydə misərit-
mə zavodları, Gəncədə mahud favriki işə salındı, Şərur və Yevlaxda 
yeni pambıqtəmizləmə zavodları tikildi, Şəkidə, Ordubadda və Dağ-
lıq Qarabağda baramaaçan fabrikləri fəaliyyətə başladı. Kənd təsər-
rüfatında da əkin sahələri artdı, sosial təbəqələşmə gücləndi, 1925-
ci ildə ortabablar 54% təşkil edirdi. 1925-ci ildə Azərbaycanın iqti-
sadiyyatında canlanma başlanmışdı, lakin 1926-cı ildən etibarən 
YİS  prinsiplərindən imtina etməyə başlandı və iqtisadiyyatda inzi-
bati amirlik metodlarının tətbiq edilməsinə keçildi. 
XX  əsrin 20-ci illərinin ikinci yarısından etibarən Azərbay-
canda da xalq təsərrüfatının bütün sahələrinin sosialistcəsinə yeni-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə