Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə84/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   80   81   82   83   84   85   86   87   ...   104

 
261 
azad edilərək Moskvaya aparılmış  və 1922-ci ildə Finlandiyaya
oradan Türkiyəyə mühacirət etmişdir. 
1921-ci ildə “Müsavat”, “İttihad”, “Əhrar” partiyalarının qa-
nundankənar olması  və  fəaliyyətlərinin qadağan olunması barədə 
rəsmi qərar verildi. Xalqın Sovet rejimindən narazılığı getdikcə ar-
tırdı. İlk güclü silahlı çıxış 1920-ci il may ayının 25-26-da Gəncədə 
Azərbaycan Milli Ordusunun bölmələri tərəfindən baş verdi, üs-
yançıların sayı 10-12 minə çatırdı. Üsyana general Cavad bəy Şıx-
linski, general Məmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Ka-
zımbəyov və b. ibarət Hərbi  Şura rəhbərlik edirdi. Mayın 26-da 
üsyançılar dəmiryol stansiyasını  ələ keçirdilər. Bolşevik hökuməti 
Gəncə üzərinə güclü hərbi qüvvə göndərdi, erməni  əhalisi isə 
arxadan zərbə vuraraq, Qırmızı orduya köməklik göstərirdi. Mayın 
31-də  şəhər XI Qırmızı ordu hissələrinin nəzarətinə keçdi. Üsyan-
çılardan 13 min nəfər həlak oldu, 76 nəfər zabit və  əsgər Nargin 
adasında güllələndi. 
Türk generalı Nuru paşanın başçılıq etdiyi və 1920-ci il iyu-
nun  əvvəllərində başlamış Qarabağ üsyanının başlıca qüvvəsini 
Azərbaycan Milli Ordusunun Qarabağın müxtəlif yerlərində yerlə-
şən hissələri,  Şəki, Cavanşir, Ağdam süvari, Bakı


 
262
ci ilin yayında Şəmkir qəzasının Müşkürlü kəndi ətrafında, avqustda 
Quba qəzasının Dəvəçi və Qusar dairələrində kəndlilərin silahlı dəs-
təsi ilə Qırmızı ordu hissələri arasında toqquşmalar baş verdi. 1920-
1924-cü illərdə Lənkəran, Cavanşir, Ordubad və Şərur qəzalarında, 
Qəbələ  və Xaçmazda da sovet rejimi əleyhinə kütləvi çıxışlar baş 
vermişdi. “İttihad” partiyasının Sovet hakimiyyətini devirmək üçün 
hazırladıqları üsyan planı baş tutmadı. Beləki, partiyanın sədri Qa-
rabəy Qarabəyov başda olmaqla 155 nəfər üzvü xüsusi şöbə  tərə-
findən həbs olunmuşdu. 
1920-ci il aprel çevrilişindən sonra da Ermənistan Naxçıvan, 
Zəngəzur, Dağlıq Qarabağ  və  Şərur-Dərələyəz torpaqlarını  ələ 
keçirmək niyyətində idi. Erməni hərbi hissələri 1920-ci ilin yayında 
Zərgəzuru dağıdıb Naxçıvana hücum etdilər.  Əhalinin tələbi ilə 
Naxçıvanı müdafiə etmək üçün Veysəl bəyin başçılığı ilə köməyə 
gələn türk qoşun hissələri Naxçıvanı nəzarət altına aldılar. 1920-ci 
ilin iyulunda XI Qırmızı ordu hissələri də Naxçıvana girdi. 1920-ci 
ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış 
müvəqqəti sazişə görə,  Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana 
verilir, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan 
mübahisəli  ərazilər elan olunur. 1920-ci il oktyabrın  əvvəllərində 
təcili olaraq Naxçıvanda fövqəladə komissarlığın yaradılması fak-
tiki olaraq Naxçıvanı Ermənistan idarəçiliyinə vermək məqsədi gü-
dürdü. Ermənistan sovetləşdikdən (29 noyabr 1920) sonra AK(b)P 
MK Siyasi və Təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixli qəra-
rına müvafiq olaraq dekabrın 1-də Nərimanovun “…Sovet Azərbay-
canı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyil-
dir…” bəyanatı erməniləri Azərbaycandan yeni ərazilər qoparmaq 
iddialarını daha da artırdı (12, s. 133). 
1921-ci il fevral-mart aylarında keçirilən Moskva danışıq-
larının  əsas obyektlərindən biri Atatürkün “Türk qapısı” adlan-
dırdığı Naxçıvanın statusu məsələsi idi. Türkiyə nümayəndəsi bil-
dirdi ki, Azərbaycanın Naxçıvan üzərində himayəsi o zaman təmin 
olunar ki, o bu himayəni 3-cü bir dövlətə güzəştə getməyəcəyinə 
dair öhdəlik götürsün. Rusiya isə Azərbaycanın himayəsi altında 


 
263 
Naxçıvana muxtariyyət verilməsini və onun sərhədlərinin müəyyən-
ləşdirilməsini ön plana çəkirdi. 1921-ci il martın 16-da RSFSR ilə 
Türkiyə arasında Moskvada müqavilə imzalandı. Müqavilənin 3-
maddəsində göstərilirdi ki, tərəflər müqaviləyə  əlavədə nəzərdə 
tutulan sərhədləri ilə Azərbaycanın himayəçiliyi altında Naxçıvanın 
muxtar  ərazi olmasına razılıq verirlər və Azərbaycan onu 3-cü 
dövlətə güzəştə getməməlidir (73, s. 598-599). 1921-ci il oktyabrın 
13-də Qarsda imzalanmış müqavilədə Naxçıvanın Azərbaycan əra-
zisi olması bir daha təsdiqləndi, onun sərhədləri və gələcək statusu 
qəti olaraq müəyyənləşdirildi (49, s. 35). 1929-1931-ci illərdə 
Ordubad və Zəngilan rayonlarının bir sıra kəndləri Ermənistana 
verildi və bu ərazi Mehri rayonu adlandırıldı. Nəticədə Naxçıvanla 
Azərbaycanın digər torpaqları arasında olan sərhəd bağlandı. Nax-
çıvan barədə 1922-ci ilin yazında təsdiq olunmuş Əsasnamədə Nax-
çıvan Sovet Sosialist Respublikası (NSSR) adı ilə Azərbaycan SSR 
himaysində muxtar respublika elan olundu. 1923-cü ilin fevra-
lından dekabrına kimi o, Azərbaycan SSR tərkibinə muxtar 
ölkə kimi, dekabrın 31-də  qəbul olunmuş  qərara görə Naxçıvan 
ölkəsi Naxçıvan SSR,  1924-cü il fevralın 9-da Naxçıvan MSSR 
kimi daxil oldu (6, s. 194-199; 40, s. 135). 
1921-ci ilin yayında  Əlahiddə Qafqaz ordusunun hissələri 
hücum etdi və Yuxarı Zəngəzur Ermənistana birləşdirildi. 1921-ci 
ilin yayında Ermənistan SSR XKS sədri A.Myasnikov tərəfindən 
Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsi elan olundu. 
Dağlıq Qarabağda fövqəladə nümayəndə  təyin olunan A.Mravyan 
N.Nərimanovun təkidi ilə iyunun 27-də geri çağırıldı.  1920-ci ilin 
dekabrında Türkiyə ilə Ermənistan arasında imzalanmış  Gümrü 
(Aleksandropol) sülh müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə 
gölü istisna olmaqla, bütün Ermənistan  ərazisi təxminən 10 min 
kv.km hüdudlarında müəyyənləşdirilmişdi. Lakin Rusiya bir 
müddətdən sonra Gümrü sülh müqaviləsini tanımaqdan imtina etdi. 
RK(b)P-nin Qafqaz bürosu 1921-ci il iyulun 4-də toplanmış 
plenumunda Qarabağ  məsələsini müzakirə etdi. Müzakirələrdə 2 
fikir irəli sürüldü: I, Qarabağın Azərbaycanın tərkibində saxlanıl-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə