Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə81/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   77   78   79   80   81   82   83   84   ...   104

 
251 
deyilən oyuncaq bir qurum yaratdılar. Lakin ingilis komandanlığı 
bunu qəbul etmədi, əksinə, 1919-cu il yanvarın 22-də Bakıya gəlmiş 
Cənubi Qafqazdakı müttəfiq qoşunlarının baş komandanı general 
C.Milton Nazirlər Şurasının sədri F.X.Xoyski ilə görüşü zamanı bir 
daha bildirdi ki, ingilislər Azərbaycan hökumətini Azərbaycan 
Respublikası ərazisində yeganə leqal hakimiyyət kimi qəbul edir və 
ona müttəfiq komandanlığı  tərəfindən hərtərəfli yardım göstəri-
ləcəkdir və müttəfiq komandanlığı yenicə yaradılmış Cənubi Qafqaz 
dövlətlərinin daxili işlərinə qarışmayacaqdır. 1919-cu il fevralın 28-
də Azərbaycan hökuməti müttəfiq komandanlığına təqdim etdiyi 
notada tələb olunurdu ki, Bakıda asayişin bərqərar edilməsinə mane 
olan L.Biçeraxovun qoşunları  şəhərdən çıxarılsın və erməni silahlı 
birləşmələri tərk-silah edilsin. İngilislər bu tələbi müdafiə etdilər və 
24 saat ərzində Biçeraxovun qoşunları Bakıdan çıxarıldı, erməni 
dəstələri isə tərk-silah olundu. Azərbaycan hökumətinin polis, ma-
liyyə idarələri, mətbuat, Bakı  dəniz limanının fəaliyyəti üzərində 
tam nəzarəti bərpa edildi. General Tomsonun tutduğu Bakı general-
qubernatoru vəzifəsi ləğv olundu. General Tomsonun noyabr bəyən-
naməsinə  əsasən Azərbaycan hökumətinə Bakıda ordu saxlamaq 
qadağasına görə 1918-ci ilin noyabrından 1919-cu ilin aprelinədək 
Azərbaycan Respublikasının hərbi nazirliyinin Gəncədəki fəaliyyəti 
ləğv edildi və ordu Bakıya daxil oldu. M.Ə.Rəsulzadə göstərirdi ki, 
“burada siyasi və iqtisadi mənfəətlər vardır. Bakı neftinin müstəqil 
Qafqasiyalı bir hökumət  əlində olması  və ümumiyyətlə, Qafqa-
siyanın Rusiyadan ayrılması ingilislərə sərfəli idi. Azərbaycan da bu 
keyfiyyətdən istifadə etməliydi” (57, s. 50). “İstiqlal bəyənna-
məsi”nin qəti olaraq həyata keçirilməsi xeyli dərəcədə Azərbaycan 
Respublikasının dünya dövlətləri tərəfindən hüquqi cəhətdən 
tanınmasından asılı idi. Paris sülh konfransında Azərbaycanın taleyi 
həll olunmalı idi. 1919-cu il yanvarın 8-də Bakıdan yola düşən və 
İstanbulda bir qədər ləngidikdən sonra mayın  əvvələrində Parisə 
gəlib çıxan Azərbaycan nümayəndə heyətinin məqsədi Paris sülh 
konfransı  tərəfindən Azərbaycanın istiqlaliyyətinin tamamilə  və 
qeyd-şərtsiz tanınmasına nail olmaqdı. 


 
252
1919-cu ilin martında Xoyski hökuməti istefa verdi və aprelin 
14-də N.Usubbəyovun başçılığı ilə yeni hökumət kabinetinin tərkibi 
parlament tərəfindən təsdiq edildi. 1919-cü il aprelin 25-də Tiflisdə 
siyasi, iqtisadi, maliyyə  və  ərazi mübahisələrini həll etmək üçün 
Cənubi Qafqaz dövlətlərinin konfransı açıldı. Konfransda Ermə-
nistan ilk növbədə  ərazi mübahisələrinin həll edilməsini tələb 
edirdi. Denikin ordusunun Dağıstan və Gürcüstan üzərinə hücu-
munun başlanması ilə əlaqədar olaraq konfransın işi yarımçıq qaldı. 
Bununla  əlaqədar olaraq, mayın 26-sı  və iyunun 5-də parlamentin 
fövqəladə iclasları keçirildi. Fövqəladə  səlahiyyətlərə malik olan 
xüsusi orqan-Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. DMK 
1919-cu il iyunun 11-də Azərbaycanın bütün ərazisində  hərbi 
vəziyyət elan etdi. 1919-cu il iyunun 11-də ingilis qoşunlarının 
komandanı vəzifəsində Tomsonu əvəz etmiş general Kori N.Usub-
bəyova məlumat verdi ki, Azərbaycanla Denikin qüvvələri arasında 
Petrovskin beş mil cənubundan keçən demarkasiya xətti (sərhəd 
çəkilməsi, təyin edilməsi) müəyyən edilmiş  və Denikinə bu xətti 
keçmək qadağan olunmuşdur. 1919-cu il iyunun 27-də 3 il müd-
dətinə Azərbaycan-Gürcüstan hərbi-müdafiə paktının imzalan-
masına cavab olaraq Denikin hər iki respublikaya qarşı iqtisadi 
blokada elan etdi. Daşnak hökuməti açıqca bildirdi ki, Azərbaycana 
qarşı mübarizədə Ermənistan və onun ordusu Denikin qoşunlarının 
avanqardı rolunu oynayır. 
Türkmənçay müqaviləsinin 8-ci bəndini (yalnız Rusiyanın 
Xəzər dənizində hərbi donanma saxlamaq hüququ var) bəhanə edən 
Denikin Azərbaycan donanmasının milli dövlət bayrağı altında 
Xəzər dənizində üzməsinin qarşısını almağa cəhd etdi. Azərbaycan 
xarici işlər naziri M.Y.Cəfərov Denikinə göndərdiyi notada bunu 
rədd etdi: “1828-ci il Türkmənçay müqaviləsi Rusiya ilə  İran 
arasında bağlanmışdər və Azərbaycan üçün heç bir qüvvəyə malik 
deyildir. Nəzərinizə çatdırmaq lazım bilirəm ki, Azərbaycan do-
nanması indiyə qədər olduğu kimi bundan sonra da öz milli bayrağı 
altında üzəcəkdir” (94, s. 6). 


 
253 
İstiqlal günü, 1919-cu il mayın 28-də Paris sülh konfransın-
dakı Azərbaycan nümayəndə heyətini ABŞ prezidenti V.Vilson 
qəbul etdi. Azərbaycan Respublikasının bütün ərazisinə qarşı iddia 
irəli sürmüş İranın Paris konfransındakı mövqeyi gözlənilməz oldu. 
1919-cu il 9 avqust tarixli ingilis-İran sazişinin imzalanmasından 
sonra iranlılar konfransın işindən uzaqlaşdırıldılar. 1919-cu il 
avqustun 2-ci yarısında ingilis qoşunları Azərbaycan  ərazisini 
tamamilə  tərk etdilər və Azərbaycan tam müstəqil dövlət kimi ya-
şamağa başladı. 1919-cu il iyulun 21-də parlament “Azərbaycan 
Respublikasının Müəssisələr Məclisinə seçkilər haqqında  Əsas-
namə”ni təsdiq etdi. 1919-cu il avqustun 11-də “Azərbaycan vətən-
daşlığı haqqında Qanun”, 1919-cu il sentyabrın 30-da “Mətbuat 
haqqında Nizamnamə” qəbul olundu. Ümumiyyətlə, Azərbaycan 
parlamenti fəaliyyət göstərdiyi 17 ay ərzində 134 iclas keçirmişdi. 
Parlamentə 270-dən çox qanun layihəsi təqdim olunmuşdu. Onlar-
dan 230-a yaxını müzakirə edilib təsdiq olunmuşdu. Müzakirə 
olunan qanun layihələrinin üçdə ikisi maliyyə,  ədliyyə, daxili və 
hərbi, 30-dan çoxu xalq maarifi, səhiyyə  və  əmək, 12-si əkinçilik 
məsələlərinə həsr olunmuşdu. 
1919-cu il dekabrın 2-dən 11-dək Bakıda “Müsavat” partiya-
sının II qurultayı keçirildi. Qurultay partiyanın Mərkəzi Komitə-
sinin yeni tərkibini seçdi: M.Ə.Rəsulzadə, N.Usubbəyov, M.H.Ha-
cınski, H.Ağayev, Ş.Rüstəmbəyov, M.Vəkilov və M.Hacınski. 
1920-ci il yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurası 
Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yek-
dilliklə  qərar qəbul etdi. RSFSR xarici işlər naziri Q.V.Çiçerin 
1920-ci il yanvarın əvvəllərində Azərbaycan hökumətinə göndərdiyi 
notada Sovet Resiyasının xalqların öz müqəddəratını  təyin etmək 
hüququna hörmət etməsindən dəm vurur və Azərbaycana Denikin 
əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan hökuməti 
başa düşürdü ki, bu təklifdə  əsas məqsəd Azərbaycanı Denikinlə 
qeyri-bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək, sonra isə onun 
istiqlaliyyətinə son qoymaqdır. Azərbaycanın xarici işlər naziri 
F.X.Xoyski cavab notasında göstərirdi ki, Denikinlə Sovet höku-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə