Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə82/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   78   79   80   81   82   83   84   85   ...   104

 
254
məti arasında mübarizə rus xalqının daxili işidir və Azərbaycan 
hökuməti Rusiyanın daxili işlərinə qarışmaq niyyətində deyil. 
Q.V.Çiçerin 1920-ci il 23 yanvar tarixli II notasında Azərbaycan 
hökumətini Denikinə qarşı mübarizə aparmaqdan imtina etməkdə 
günahlandırdı.F.X.Xoyski bir daha təsdiq etdi ki, Azərbaycan ilə 
Sovet Rusiyası arasında hər hansı danışıqlar yalnız Azərbaycanın 
istiqlaliyyətinin Sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınma-
sından sonra başlaya bilər. 1920-ci il martın 7-də Azərbaycan 
hökumətinə göndərdiyi notada Q.V.Çiçerin bildirirdi ki, “Azər-
baycanın istiqlaliyyəti yalnız Sovet Rusiyası ilə Azərbaycan 
arasında münasibətlər kompleksinə daxil olan müxtəlif məsələlər 
barəsində mürəkkəb danışıqların nəticəsi olaraq tanına bilər” (9, s. 
261). Q.V.Çiçerin Azərbaycan hökumətinin təkliflərinə konkret 
cavab verməyərək, bilərəkdən F.X.Xoyski ilə yazışmanı uzadırdı. 
Rusiyanın bu diplomatik manevrləri Azərbaycana qarşı hazırlanan 
hərbi müdaxiləni pərdələmək və Azərbaycan hökumətinin 
sayıqlığını azaltmaq məqsədi güdür. V.İ.Leninin 1920-ci il martın 
17-də  İ.T.Smilqa və Q.K.Orconikidzeyə göndərdiyi teleqram bunu 
təsdiq edirdi: “Bakını tutmaq olduqca və olduqca zəruridir. Bütün 
qüvvələri buna yönəldin” (47, s. 16). 
 
4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu  
və tarixdə yeri 
 
Bolşeviklər 2 dəfə-1918-ci ilin dekabrında və 1919-cu ilin 
mayında Bakıda siyasi tətillər təşkil etməyə cəhd göstərdilər. Lakin 
azərbaycanlı  fəhlələrin həmin tətilləri boykot etməsi nəticəsində 
onlar tam iflasa uğradılar. Bakı bolşevikləri gözdən pərdə asmaq 
məqsədilə “müstəqil” Azərbaycan Kommunist Partiyasının yaradıl-
ması ideyasını irəli sürdülər. Bu RK(b)P-nin yerli təşkilatı olaraq 
onun bütün qərarlarını yerinə yetirməli idi. Uzun sürən mübahisə-
lərdən sonra RK(b)P Siyasi bürosu 1920-ci il yanvarın 3-də “müs-
təqil” Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının yaradıl-
masına icazə verdi və fevralın 11-12-də AK(b)P-nin təsis qurultayı 


 
255 
keçirildi. M.D.Hüseynov AK(b)P Rəyasət Heyətinin sədri seçilsə 
də, “partiya”nın faktiki rəhbəri A.İ.Mikoyan idi. AK(b)P Sovet 
Rusiyasının Azərbaycandakı “beşinci kolonnası” idi. Azərbaycan 
tarixinin belə  məsuliyyətli dövründə hökumət daxilində birliyi 
qoruyub saxlamaq mümkün olmadı. Sovet Rusiyasına münasibət 
məsələsində F.X.Xoyski ilə M.H.Hacınski arasında qızğın mübarizə 
başladı. F.X.Xoyski Rusiyaya münasibətdə  sərt xətt tərəfdarı idi. 
F.X.Xoyski və  tərəfdarları M.H.Hacınskinin daxili işlər naziri və-
zifəsindən istefasına nail olsalar da,o, ticarət naziri kimi hökumətin 
tərkibində qala bildi və cavab zərbəsi üçün əlverişli imkan gözlə-
məyə başladı. Qarabağdakı daşnak qiyamından istifadə edən Rusiya 
təmayüllü qüvvələr N.Usubbəyov hökumətini ölkədə qayda-qanun 
yaratmaq iqtidarında olmamaqda günahlandıraraq, onu istefa 
verməyə məcbur etdilər. Yeni hökumət kabinetinin təşkili M.H.Ha-
cınskiyə tapşırıldı. Dərhal M.H.Hacınski öz şəxsi təhlükəsizliyini 
təmin etmək üçün bolşeviklərə öz hökumətində nazir vəzifələri 
təklif etdi və hətta, bolşeviklər partiyasına daxil olmağa hazır oldu-
ğunu bildirdi. Bolşeviklər M.H.Hacınskinin təşkil etdiyi hökumətə 
daxil olmaqdaq imtina etsələr də, ona bildirdilər ki, əgər Azərbay-
candakı kommunist təşkilatlarına loyal münasibət bəsləsəniz, yaxın 
müddətdə sizin kabinetə qarşı çıxış etməyəcəyik. Mövcud hakimiy-
yətə qarşı daimi müxalifətdə olan və  nəyin bahasına olursa-olsun 
“Müsavat”ın başçılıq etdiyi hökuməti devirməyə çalışan “İttihad” 
Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdi. Moskvanın təhriki ilə 
daşnaklar 1920-ci il martın sonunda Qarabağ  və  Gəncəbasarda qi-
yam qaldırdılar. Bu qiyam 2 məqsədə xidmət edirdi: I, Azərbaycan 
hökuməti özünün bütün qüvvələrini qiyamçılara qarşı göndərməli 
oldu ki, bununla da XI Qızıl Ordunun hücumu ərəfəsində Azərbay-
canın  şimal sərhədləri demək olar ki, müdafiəsiz qaldı. Digər 
tərəfdən isə, bolşeviklər daşnak qiyamından istifadə edərək ölkənin 
daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını 
daha da gücləndirir və hökuməti Qarabağda milli münaqişəni həll 
etməkdə acizlikdə günahlandırırdılar. Bolşeviklər guya ölkədə qay-
da-qanun yaratmaq məqsədi ilə XI Qızıl Ordunu Azərbaycana dəvət 


 
256
etməyə çağırırdılar. 1920-ci ilin aprelində Denikin qoşunlarının tör-
töküntülərini darmadağın edən XI Qızıl Ordu hissələri bilavasitə 
Azərbaycan sərhədlərinə çıxdılar. A.İ.Mikoyan başçılıq etdiyi Bakı 
bolşevikləri Azərbaycan xalqı adından XI Qızıl Ordunu Azərbay-
cana dəvət etmişdi. XI Qızıl Ordu plana görə Bakıda bolşevik 
qiyamından 1-2 gün sonra Azərbaycana soxulmalı idi və beləliklə
Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiya-
mın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlamamışdı  və 
aprelin 27-də XI Qızıl Ordu hissələri Azərbaycana daxil olub 
Bakıya doğru irəliləməyə başladılar. 
XI Qızıl Ordunun hücumu ilə eyni vaxtda, aprelin 27-si 
gündüz saat 12-də Azərbaycan parlamentinə AK(b)P MK və 
RK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından haki-
miyyəti təhvil vermək haqqında ultimatum verildi. Qan tökülməsinə 
yol verməmək üçün Azərbaycan parlamenti həmin gün axşam saat 
11-də hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə 
qərar çıxardı. Bu şərtlə ki: 
1) rus ordusu Bakıya daxil olmadan dəmiryolu ilə birbaşa 
Anadolunun köməyinə gedəcək; 
2) Azərbaycanın istiqlalı  və  ərazi bütövlüyü hər cür təcavüz 
və ilhaqdan qorunacaq; 
3) Azərbaycan ordusu olduğu kimi saxlanacaq; 
4) Azərbaycan siyasi partiyaları üçün fəaliyyət sərbəstliyi 
təmin olunacaq; 
5) keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət və-
killəri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri 
saxlanılacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək; 
6) azad həraitdə toplanacaq Azərbaycan şuraları hakimiyyətin 
idarə şəklini təyin edəcək (9, s. 265). 
Yalnız aprelin 29-da Azərbaycan  İnqilab Komitəsi hərbi 
yardım göstərmək xahişi ilə Sovet hökumətinə  rəsmi surətdə 
müraciət etdi. Bu xahişə ehtiyac yox idi, çünki artıq 2 gün idi ki, rus 
ordusu Azərbaycanın hüdudları daxilində idi. Bu sübut edirdi ki
Azərbaycan Demokratik Respublikasının qanuni hökuməti Rusi-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə