Microsoft Word Azerb tarixi derslik doc


başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə bu



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə90/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   86   87   88   89   90   91   92   93   ...   104

 
282
başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə bu 
şərtlə razılığını bildirdi ki, müxtəlif dövlərdə Ermənistana və digər 
qonşu respublikalara verilmiş tarixi Azərbaycan torpaqları 
Azərbaycana qaytarılsın. Buna heç kəs razı olmadı, çünki Türkiyə ilə 
Azərbaycanın arasında yaradılmış “erməni  ərazisi” bununla ləğv 
edilərdi. Bu problem bütün ölkə üçün fəlakət gətirə bilər. Ona görə də 
ermənilərin ərazi iddiaları rədd edildi (7, s. 135). 
Moskva  əks tədbirlər görməyə başladı.  1946-cı ilin oktyab-
rında xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi haq-
qında qərar qəbul etdi (17, s. 42). Bu köçürmə azərbaycanlıların 
yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi. 
Buna görə  də SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də 
“Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı 
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi 
haqqında” qərar qəbul etdi (7, s. 135). 1948-ci il 10 mart tarixli 
daha bir qərarla bu işi həyata keçirmək üçün tədbirlər planı 
müəyyən olundu. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan 
300 min azərbaycanlı zorla Saatlı,  İmişli, Göyçay, Kürdəmir, 
Sabirabad kimi aran rayonlarına köçürüldü. Minlərlə adam kəskin 
iqlim dəyişikliyinə dözməyərək həlak oldular. 
Stalin-Beriya-Mikoyan üçlüyünün siyasəti nəticəsində Ermə-
nistanda azəbaycanlıların sayı azaldı, Azərbaycanda isə ermənilərin 
sayı artırıldı. Yeni yaradılan sənaye mərkəzlərində-Sumqayıt,  Əli 
Bayramlı, Mingəçevir, Daşkəsən və b. şəhərlərə minlərlə erməni kö-
çürüldü. Yuxarı Qarabağda, Gəncədə, Bakıda erməni lobbisi güc-
ləndi. 40 il sonra 80-ci illərin sonunda isə azərbaycanlılar Ermənis-
tandan zorla çıxarıldı. Demək olar ki, azərbaycanlıların Ermənistan 
ərazisindən məqsədyönlü, kütləvi  şəkildə deportasiyası prosesı 
1980-ci illərin sonunda başa çatdırıldı. Bütün bunlara real siyasi 
qiymət ilk dəfə Azərbaycan Respublikası Prezidenti H.Əliyev  tə-
rəfindən 1997-ci il dekabrın 18-də imzaladığı “1948-53-cü illərdə 
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik tor-
paqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanla 
verdi. Bu sənədlə son iki əsr  ərzində azərbaycanlılara qarşı  tətbiq 


 
283 
edilən etnik təmizləmə və soyqırım siyasətinin mürtəce mahiyyəti 
dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycan SSR Ali Sovetinin 
Rəyasət Heyəti 1969-cü il mayın 7-də sərhəd rayonlarında 2 min 
ha çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ 
1938-ci il mayın 5-də verilmiş qərarı təsdiq etdi. Lakin 1969-cu ilin 
iyulunda hakimiyyətə  gələn  Heydər  Əliyev bu qərarın icrasına 
imkan vermədi. 
1953-cü il martın 5-də  İ.V.Stalin vəfat etdi və 1953-cü ilin 
sentyabrında N.S.Xruşşov Sov. İKP MK-nın Birinci katibi seçildi. 
Xruşşov Stalinin yaxın adamlarını, o cümlədən M.C.Bağırovu da 
1953-cü ilin iyulunda vəzifədən azad etdi. M.C.Bağırov 1956-cı ilin 
aprelində xalq düşməni kimi ölüm cəzasına məhkum edildi. 1954-
cü ildə Azərbaycan KP Mk-nın Birinci katibi İmam Mustafayev 
oldu. O, respublikanın iqtisadi müstəqilliyinin təmin olunmasına ça-
lışdı. Sənayenin sürətli inkişafı nəticəsində Bakıda azərbaycanlıların 
sayı xeyli artdı. Xruşşovun Bakını Azərbaycanın tərkibindən çıxarıb 
birbaşa Moskvaya tabe etmək planı pozuldu. 
İ.Mustafayev Azərbaycan dilinin rəsmi dövlət dili statusu 
almasına çalışdı, kargüzarlıq işlərinin ana dilində aparılması üçün 
tədbirlər gördü. 1956-cı ildə Konstitusiyaya dövlət dilinin Azərbay-
can dili olması haqqında yeni maddə əlavə edildi (123, v. 12). 1956-
cı ilin mayından məhkəmə quruculuğu, mülki sinayət və məhkəmə 
məcəllələrinin qəbulu Respublikanın ixtiyarına verildi. Siyasi məh-
bus saxlanılan düşərgələrə  rəhbərlik edən  İslak  Əmək Düşərgələri 
Baş İdarəsi (QULAQ) ləğv edildi. Repressiyaya məruz qalmış yüz-
lərlə azərbaycanlıya bəraət verildi. Onların üzərindən “xalq düş-
məni” damğası götürüldü. Lakin xaricə mühacirət etməyə %


 
284
nikumu Azərbaycanın Xanlar rayonuna köçürüldü. Erməni Pedaqoji 
İnstitutundakı Azərbaycan şöbəsi bağlandı. Ermənistanda Azərbay-
can dilində  çıxan qəzetlər, C.Cabbarlı adına  İrəvan Azərbaycan 
Dram Teatrı bağlandı. 
1958-ci ildə bütün ermənilərin katalikosu II Vazgen Bakıya 
səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda 
erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsin-
dən hər səhər zəng vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı. 
1959-cu ildə İ.Mustafayev millətçilikdə təqsirləndirilərək vəzifədən 
azad edildi, onun yerinə Vəli Axundov təyin edildi (12, s. 203). 
1962-ci ildə gizli yığıncaqda “Milli Azərbaycan Qərargahı” 
(MAQ) yaradıldı. Oqtay Rəfili onun sədri, Xudu Məmmədov isə 
sədr müavini seçildi. Onlar bir neçə mühüm vəzifəyə milli kadrların 
təyin edilməsinə nail oldular. 
1965-ci ildə uydurma “erməni soyqırımı”nın 50 illiyi qeyd 
edildi. “Qarabağ Komitəsi” açıq fəaliyyətə başladı. 1967-ci ildə 
Xankəndində bir neçə azərbaycanlı  qətlə yetirildi. Respublika rəh-
bərliyi isə seyrçi mövqe tuturdu. 
 
3. Cənubi Azərbaycanda 21 Azər hərəkatı.  
Milli hökumətin yaradılması 
 
1945-ci ilin iyun-sentyabr aylarında silahlı fədai dəstələri ya-
ranmağa başladı. 1945-ci ilin sentyabrda bir qrup demokatlar başda 
Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycan Demokratik Firqəsinin 
(ADF) yaradılması haqqında bəyanat verdi. Sentyabrın 13-də ADF 
təsisçilərin ilk konfransı keçirildi. Konfrans 11 nəfərdən ibarət Mü-
vəqqəti Komitə seçdi. 1945-ci il oktyabrın 2-4-də ADF I qurultayı 
keçirildi. Qurultay 3 sentyabr tarixli bəyanatın  əsas müddəalarını 
partiyanın proqram və nizamnaməsi kimi qəbul etdi və başda 
S.C.Pişəvəri olmaqla, partiyanın Mərkəzi Komitəsini seçdi (58, s. 
92-93). 
Noyabrın 21-də Azərbaycan Xalq Konqresi çağırıldı və özünü 
Müəssislər Məclisi elan etdi. Müəssislər Məclisinin qərarında deyi-


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə