282
başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə bu
şərtlə razılığını bildirdi ki, müxtəlif dövlərdə Ermənistana və digər
qonşu respublikalara verilmiş tarixi Azərbaycan torpaqları
Azərbaycana qaytarılsın. Buna heç kəs razı olmadı, çünki Türkiyə ilə
Azərbaycanın arasında yaradılmış “erməni ərazisi” bununla ləğv
edilərdi. Bu problem bütün ölkə üçün fəlakət gətirə bilər. Ona görə də
ermənilərin ərazi iddiaları rədd edildi (7, s. 135).
Moskva əks tədbirlər görməyə başladı. 1946-cı ilin oktyab-
rında xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi haq-
qında qərar qəbul etdi (17, s. 42). Bu köçürmə azərbaycanlıların
yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi.
Buna görə də SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də
“Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi
haqqında” qərar qəbul etdi (7, s. 135). 1948-ci il 10 mart tarixli
daha bir qərarla bu işi həyata keçirmək üçün tədbirlər planı
müəyyən olundu. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan
300 min azərbaycanlı zorla Saatlı, İmişli, Göyçay, Kürdəmir,
Sabirabad kimi aran rayonlarına köçürüldü. Minlərlə adam kəskin
iqlim dəyişikliyinə dözməyərək həlak oldular.
Stalin-Beriya-Mikoyan üçlüyünün siyasəti nəticəsində Ermə-
nistanda azəbaycanlıların sayı azaldı, Azərbaycanda isə ermənilərin
sayı artırıldı. Yeni yaradılan sənaye mərkəzlərində-Sumqayıt, Əli
Bayramlı, Mingəçevir, Daşkəsən və b. şəhərlərə minlərlə erməni kö-
çürüldü. Yuxarı Qarabağda, Gəncədə, Bakıda erməni lobbisi güc-
ləndi. 40 il sonra 80-ci illərin sonunda isə azərbaycanlılar Ermənis-
tandan zorla çıxarıldı. Demək olar ki, azərbaycanlıların Ermənistan
ərazisindən məqsədyönlü, kütləvi şəkildə deportasiyası prosesı
1980-ci illərin sonunda başa çatdırıldı. Bütün bunlara real siyasi
qiymət ilk dəfə Azərbaycan Respublikası Prezidenti H.Əliyev tə-
rəfindən 1997-ci il dekabrın 18-də imzaladığı “1948-53-cü illərdə
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik tor-
paqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanla
verdi. Bu sənədlə son iki əsr ərzində azərbaycanlılara qarşı tətbiq
283
edilən etnik təmizləmə və soyqırım siyasətinin mürtəce mahiyyəti
dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycan SSR Ali Sovetinin
Rəyasət Heyəti 1969-cü il mayın 7-də sərhəd rayonlarında 2 min
ha çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ
1938-ci il mayın 5-də verilmiş qərarı təsdiq etdi. Lakin 1969-cu ilin
iyulunda hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına
imkan vermədi.
1953-cü il martın 5-də İ.V.Stalin vəfat etdi və 1953-cü ilin
sentyabrında N.S.Xruşşov Sov. İKP MK-nın Birinci katibi seçildi.
Xruşşov Stalinin yaxın adamlarını, o cümlədən M.C.Bağırovu da
1953-cü ilin iyulunda vəzifədən azad etdi. M.C.Bağırov 1956-cı ilin
aprelində xalq düşməni kimi ölüm cəzasına məhkum edildi. 1954-
cü ildə Azərbaycan KP Mk-nın Birinci katibi İmam Mustafayev
oldu. O, respublikanın iqtisadi müstəqilliyinin təmin olunmasına ça-
lışdı. Sənayenin sürətli inkişafı nəticəsində Bakıda azərbaycanlıların
sayı xeyli artdı. Xruşşovun Bakını Azərbaycanın tərkibindən çıxarıb
birbaşa Moskvaya tabe etmək planı pozuldu.
İ.Mustafayev Azərbaycan dilinin rəsmi dövlət dili statusu
almasına çalışdı, kargüzarlıq işlərinin ana dilində aparılması üçün
tədbirlər gördü. 1956-cı ildə Konstitusiyaya dövlət dilinin Azərbay-
can dili olması haqqında yeni maddə əlavə edildi (123, v. 12 ). 1956-
cı ilin mayından məhkəmə quruculuğu, mülki sinayət və məhkəmə
məcəllələrinin qəbulu Respublikanın ixtiyarına verildi. Siyasi məh-
bus saxlanılan düşərgələrə rəhbərlik edən İslak Əmək Düşərgələri
Baş İdarəsi (QULAQ) ləğv edildi. Repressiyaya məruz qalmış yüz-
lərlə azərbaycanlıya bəraət verildi. Onların üzərindən “xalq düş-
məni” damğası götürüldü. Lakin xaricə mühacirət etməyə %
284
nikumu Azərbaycanın Xanlar rayonuna köçürüldü. Erməni Pedaqoji
İnstitutundakı Azərbaycan şöbəsi bağlandı. Ermənistanda Azərbay-
can dilində çıxan qəzetlər, C.Cabbarlı adına İrəvan Azərbaycan
Dram Teatrı bağlandı.
1958-ci ildə bütün ermənilərin katalikosu II Vazgen Bakıya
səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda
erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsin-
dən hər səhər zəng vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı.
1959-cu ildə İ.Mustafayev millətçilikdə təqsirləndirilərək vəzifədən
azad edildi, onun yerinə Vəli Axundov təyin edildi (12, s. 203).
1962-ci ildə gizli yığıncaqda “Milli Azərbaycan Qərargahı”
(MAQ) yaradıldı. Oqtay Rəfili onun sədri, Xudu Məmmədov isə
sədr müavini seçildi. Onlar bir neçə mühüm vəzifəyə milli kadrların
təyin edilməsinə nail oldular.
1965-ci ildə uydurma “erməni soyqırımı”nın 50 illiyi qeyd
edildi. “Qarabağ Komitəsi” açıq fəaliyyətə başladı. 1967-ci ildə
Xankəndində bir neçə azərbaycanlı qətlə yetirildi. Respublika rəh-
bərliyi isə seyrçi mövqe tuturdu.
3. Cənubi Azərbaycanda 21 Azər hərəkatı.
Milli hökumətin yaradılması
1945-ci ilin iyun-sentyabr aylarında silahlı fədai dəstələri ya-
ranmağa başladı. 1945-ci ilin sentyabrda bir qrup demokatlar başda
Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycan Demokratik Firqəsinin
(ADF) yaradılması haqqında bəyanat verdi. Sentyabrın 13-də ADF
təsisçilərin ilk konfransı keçirildi. Konfrans 11 nəfərdən ibarət Mü-
vəqqəti Komitə seçdi. 1945-ci il oktyabrın 2-4-də ADF I qurultayı
keçirildi. Qurultay 3 sentyabr tarixli bəyanatın əsas müddəalarını
partiyanın proqram və nizamnaməsi kimi qəbul etdi və başda
S.C.Pişəvəri olmaqla, partiyanın Mərkəzi Komitəsini seçdi (58, s.
92-93).
Noyabrın 21-də Azərbaycan Xalq Konqresi çağırıldı və özünü
Müəssislər Məclisi elan etdi. Müəssislər Məclisinin qərarında deyi-
Dostları ilə paylaş: |