279
kimi qiymətləndirdiyinə görə görkəmli filosof, akademik Heydər
Hüseynov ona verilən “Stalin” mükafatının geri alınmasına və haq-
sız təzyiqlərə məruz qalmasına dözməyərək intihar etdi. Bu dövrdə
bir çox Azərbaycan alimləri və ədəbiyyat xadimləri də haqsız
təqiblərin qurbanı oldular. İnzibati amirlik idarə forması mövcud
quruluşa qarşı gizli siyasi mübarizə cəhdlərinə gətirib çıxarmışdı.
Ali məktəb tələbələrindən Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhi-
mov, Hacı Zeynalovun başçılığı ilə “İldırım” adlı gənclər təşkilatı
yaradılmışdı.
1945-1954-cü illərdə Almaniyanın Münhen şəhərində fəaliy-
yət göstərən “Azadlıq” radiosunda Azərbaycan şöbəsinin redaktoru
Əbdürəhman Fətəlibəyli-Düdənginski də sovet rejiminə qarşı ideo-
loji mübarizə aparmışdı. O, 1954-cü ildə Sovet casusu tərəfindən
öldürülmüşdü. Daxildə Sovet hakimiyyətinə qarşı “gizli” mübarizə
cəhdləri göstərilsə də, heç bir nəticə verməmişdi. Xaricdə isə azər-
baycanlı mühacirlər Sovet rejimi əleyhinə ideoloji mübarizəni
maarifçilik vasitəsilə davam etdirdilər. M.Ə.Rəsulzadə 1949-cu ildə
Ankarada istiqlal ideyalarını təbliğ edən “Azərbaycan Kültür dər-
nəyi”ni yaratmışdı-əsas məqsəd xalqı maarifləndirmək idi.
İqtisadi və sosial həyat. Müharibə Azərbaycana, onun təsər-
rüfatına ciddi ziyan vurmuşdu. İndi vəzifə təsərrüfatı bərpa və inki-
şaf etdirməkdən ibarətdir. Son 10 ildə 108 yeni sənaye müəssisəsi
tikildi. 1948-ci ildə dünyada ilk dəfə açıq dənizə neft-mədən esta-
kadaları quruldu. Neft daşlarında 1949-cu il noyabrın 7-də ilk dəniz
neft quyusu fontan vurdu. 50-60-cı illərdə Yeni Bakı Neftayırma,
1961-ci ildə Qaz emalı zavodları isə salındı. Sumqayıtda kimya,
boru prokatı, sintetik kauçuk zavodları istifadəyə verildi. 1945-
1950-ci illərdə ölkədə 7 istilik və su-elektrik stansiyaları inşa olun-
du. 1954-cü ildə Abşeron DRES (Dövlət rayon elektrik stansiyası)
və Mingəçevir su-elektrik stansiyası, Daşkəsəndə dəmir filizi üçün
saflaşdırma kombinatı istifadəyə verildi. 1951-ci ildə Qaradağ se-
ment zavodu işə düşdü. 1958-1966-cı illərdə Mingəçevirdə kabel,
Bakıda poladəritmə, soyuducu və şin, Sumqayıtda super fosfat və
kimya kombinatı, Gəncədə alüminium zavodları işə salındı. 60-cı
280
illərdə Əli Bayramlı istilik-elektrik stansiyası işə düşdü. 1964-cü il-
də Naxçıvanda Bakı radio zavodunun filialı açıldı. 50-60-cı illərdə
Azərbaycanda onlarla yeni yüngül sənaye müəssisələri yaradıldı.
1962-ci ildə Bakı-Krasnovodsk gəmi-bərə yolu istifadəyə verilmiş-
di. 1967-ci ildə Yevlax-Bərdə-Ağdam dəmir yolu işə salındı.
Bu dövrdə Yuxarı Qarabağ, Samur-Abşeron kanalları işə sa-
lındı. 50-60-cı illərdə Azərbaycan SSR-in iqtisadiyyatında müəyyən
irəliləyiş baş versə də, xalq təsərrüfatında mövcud olan mənfi pro-
seslər getdikcə dərinləşirdi, dövlətin keçirdiyi iqtisadi islahatlar
səmərə vermirdi. 1947-ci ildə kartoçka sistemi ləğv edildi. 1947-
1952-ci illərdə istehlak mallarının satış qiyməti aşağı endirilsə də,
əhalinin alıcılıq qabiliyyəti aşağı idi. Kəndlilərin maddi vəziyyəti
daha pis, kənd təsərrüfatı məhsullarının qiyməti ucuz, kənddə
satılan malların qiyməti isə baha idi.
50-ci illərin sonlarında respublikada əhalinin sayı müharibə-
dən əvvəlki səviyyəyə çatmışdı. 60-cı illərin sonunda isə 5 milyonu
ötüb keçmişdi. 1961-ci ildə növbəti pul islahatı keçirildi. 50-60-cı
illərdə respublika əhalisinin məişət şəraitində müəyyən dəyişiklik
baş verdi. Mənzil tikintisi xeyli genişləndirildi. Bakıda indiki Şəh-
riyar adına klub, Hökumət evi, Respublika stadionu, Akademiya
şəhərciyi, Bakı hava limanı, Dövlət sirki və s. tikildi. 1956-cı il
fevralın 14-də Azərbaycan televiziyası fəaliyyətə başladı. 1967-ci
ildə Bakı metropoliteninin 6 stansiyası istifadəyə verildi.
1945-ci ildə ümumtəhsil məktəblərində buraxılış imtahanları
müəyyən olundu. Ən yaxşı şagirdlərə qızıl və gümüş medalları təsis
edildi. 1959-cu ildən icbari səkkizillik təhsil müəyyən edildi. 1966-
cı ildə məcburi onillik təhsilə keçildi. Texniki peşə məktəblərinin
şəbəkəsi genişləndirildi. Teatr, Xarici dillər, Politexnik və Rus Dili
və Ədəbiyyatı institutları bu dövrdə açılmışdı. Azərbaycan SSR-in
güclü elmi patensialı var idi. Akademiyada onun ilk prezidenti
Mirəsədulla Mirqasımov, M.Topçubaşov, Y.Məmmmədəliyev kimi
görkəmli alimlər çalışırdı. Ü.Hacıbayovun, Heydər Hüseynovun,
Əbülfəz Dəmirçizadənin, Feyzulla Qasımzadənin, Həmid Araslının,
Ziya Bünyadovun tariximizə dair qiymətli tədqiqatları xalqın mənə-
281
vi sərvətinə çevrildi. Qobustan qayaüstü təsvirlərinin, Azıx mağara-
sında qədim insan izlərinin aşkar və tətdiq edilməsi tarix elminə ən
dəyərli töhfə idi. Müharibədən sonrakı illərdə Respublikada 100-
dən çox qəzet və jurnal nəşr edilirdi. Bu illərdə Azərbaycan musi-
qisi də xeyli inkişaf etmişdi. Ü.Hacıbəyovun, Q.Qarayevin, A.Məli-
kovun, C.Cahangirovun, Niyazinin musiqimizin inkişafında mühüm
rolu olmuşdu. Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Sara
Qədimovanın, Şövkət Ələkbərovanın ifaçılıq sənətinin yüksəlmə-
sində boyük rolu olmuşdur. Teatr sənəti, Azərbaycan kinosu, rəs-
samlıq, heykəltəraşlıq və s. yüksəliş dövrünü keçirirdi. Görkəmli
aktyorlardan Ələsgər Ələkbərov, Mərziyə Davudova, Leyla Bədir-
bəyli, Möhsün Sənani, Nəsibə Zeynalova və b. Azərbaycan səhnə-
sində yadda qalan obrazlar yaratmışlar. 1945-ci ildə çəkilmiş “Arşın
mal alan”, 1956-cı ildə “O olmasın, bu olsun”, 1958-ci ildə “Uzaq
sahillərdə” filmləri kino sənətimizin uğurlu əsərləri idi. Məşhur rəs-
samlardan Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev,
Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, xalçaçı rəssam Lətif
Kərimov və b., heykəltəraşlardan Fuad Əbdürrəhmanov, Cəlal Qar-
yağdı oğlu, Ömər Eldarov və Tokay Məmmədov öz möhtəşəm əsər-
lərini yaratmışlar.
2. Azərbaycanlıların Ermənistandan-tarixi etnik
torpaqlarından kütləvi surətdə deportasiyası
Sovet dövlətinin xalqlar arasında münaqişə ocaqlarını saxla-
maq siyasəti çar Rusiyasının uzun illər yeritdiyi müstəmləkəçilik
siyasətinin davamı idi. Münaqişə ocaqlarından ən ziddiyyətlisi
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində idi.
Hələ 40-cı illərin ortalarında Moskvadakı erməni lobbisinin
başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ
komitəsi” yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi
tərəfindən növbəti dəfə Dağlıq Qarabağı onlara vermək haqqında
Sovet hökuməti qarşısında məsələ qaldırıldı. M.C.Bağırov əhalisinin
əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan
Dostları ilə paylaş: |