275
əyaləti olmalı idi. M.Ə.Rəsulzadə Hitlerin Azərbaycan haqqında
niyyətlərini başa düşdükdən sonra onu öz çıxışlarında ifşa etdi. An-
tifaşist çıxışlarına görə M.Ə.Rəsulzadə Almaniyadan
getməyə məc-
bur oldu. Lakin bəziləri hələ də Almaniyaya inanırdı. 1943-cü il
noyabrın 6-da Berlində azərbaycanlıların milli qurultayı keçirildi.
1943-cü ilin payızında Berlində mühacir Azərbaycan Parlamenti və
hökuməti yaradıldı. Başçı Ə.Fətəlibəyli-Düdənginski idi. Alman
hökuməti “Mühacir Azərbaycan hökuməti”ni tanıdı. Bu “hökumət”
1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.
Azərbaycan milli legionu Fransanın cənubunda almanlarla
birlikdə müttəfiqlərin qoşunlarına qarşı vuruşurdular. Məğlub ola-
raq İtaliyanın şimalına çəkildi. Mühaibə qurtarandan sonra bitərəf
ölkələrin ərazilərinə köçdülər. Çox hissəsi Türkiyədə məskunlaşdı.
Vətənə qayıdanlar isə təqib və sürgünə məruz qaldılar.
3. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan
neftinin həlledici rolu
1942-ci il sentyabrın 9-da Cənubi Qafqaz respublikalarında, o
cümlədən Azərbaycanda hərbi vəziyyət elan edildi. 1941-ci il iyu-
nun 28-dən etibarən Azərbaycanda bütün
işlər müharibənin tələbl-
ərinə uyğun quruldu. İş günü 11 saat, özbaşına işdən getmək 5-8 il
həbs cəzası ilə müəyyən edildi. Məzuniyyətlər ləğv edildi. Ərzaq və
sənaye məhsullarınin satışı üzrə kartoçka sistemi tətbiq edildi.
Azərbaycan müharibə dövründə ölkəyə 75 mln. ton neft, 22 mln.ton
benzin vermişdir. Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-
ni vermişdi (102, v. 5). Azərbaycanın neft emalçıları 1941-ci ildə
neft emalı planını 102,4 faiz, yeni növ benzin istehsalını 118 faiz
yerinə yetirmişdilər. Cəbhə 1339 cəbhəyə
min ton benzin, o cüm-
lədən 218169 ton B-78, 203996 ton B-74, 325148 ton B-70 markalı
benzin almışdır (102, v. 1-4).
1942-ci ildə Bakı neft emalçıları
aviabenzin planını 114,4 faiz odənilmişdir. Cəbhəyə 340,1 min ton
aviabenzin gondərilmişdi (102, v. 1-4).
1943-cü ildə hasil olunmuş
11839 min ton neftdən 5 milyon ton neft məhsulları, o cümlədən
276
795 min ton benzin, 3332 min ton liqroin, ağ neft, dizel yanacağı,
640 min ton donanma mazutu və solyar yağı, 420 min ton aviayağ
və avtol alınmışdı. 1944-cü ildə plandan əlavə 450 ton neft məh-
sulları istehsal olunmuşdu. 1941-1945-ci illərdə
Bakının neft emalı
zavodları bir milyon ton və ya 20540-dan çox sistern B-78 avia-
benzini göndərmişdir.
Demək olar ki, müharibədə ordunun döyüş
texnikasının 75-80 faizi Azərbaycan neftçilərinin qəhrəman əməyi
nəticəsində hərəkətə gətirilmişdir (7, s. 19-20)
. Bakıda “Katyuşa”
raketi, “Şnakin” pulemyotu, “YAK-3” qırıcı təyyarəsi, 130-dan çox
silah
növü və hə
277
oyanış və aşkar mədəni dirçəliş 1946-cı ildə Milli hökumətin qısa-
müddətli fəaliyyəti dövründə milli mədəniyyətin tərəqqisinə möh-
kəm zəmin vermişdi.
4. Cənubi Azərbaycan II
Dünya müharibəsi illərində
Müharibənin əvvəllərində İran hökuməti öz bitərəfliyini elan
etsə də, Rza şah və onun dairələri açıq nasistpərəst mövqe tutmuş,
ölkəni Almaniya kəşfiyyatının fəaliyyət meydanına çevirmişdilər.
Buna görə də 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı maddəsinə
görə, 1941-ci il avqustun 25-də SSRİ,
az sonra Böyük Britaniya,
1942-ci ilin dekabrında ABŞ İrana qoşun yeritdilər. Bütövlükdə
İran, habelə Cənubi Azərbaycan, müttəfiqlərin Sovet İttifaqını hərbi
sursat və texnika, ərzaqla təmin edən ən mühüm nəqliyyat arteri-
yasına çevrildi.
Rza şahın hərbi-polis rejimi iflasa uğradı. 1941-ci ilin sent-
yabr-oktyabr aylarından burada geniş xalq
kütlələrinin mitinq və
nümayişləri genişləndi. Demokratik hərəkatın 1941-1945-ci illəri
əhatə edən I mərhələsində dərketmənin, milli şüurun misilsiz in-
kişafı oldu. Xalq kütlələri ana dilində danışmağa, yazıb-oxumağa,
yaratmağa başladılar. 1945-ci ilin yayından başlayan II mərhələdə
İranın hakim təbəqələri demokratik hərəkatın qarşısını almaq üçün
vəziyyəti hər vasitə ilə gərginləşdirməyə, etnik toqquşmaları qızış-
dırmağa çalışır, vətəndaş müharibəsi salmaqdan çəkinmirdilər.
278
XVIII FƏSİL
MÜHARİBƏDƏN SONRA AZƏRBAYCANIN
SOSİAL-İQTİSADİ VƏ SİYASİ İNKİŞAFI
(1945-1991-ci illər)
I BƏND:
XX əsrin 40-60-cı illərində Azərbaycanda sosial-iqtisadi
və siyasi vəziyyət. Milli meyllərin güclənməsi
Plan:
1. 40-60-cı illərdə Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət.
2. Azərbaycanlıların Ermənistandan-tarixi etnik torpaqlarından
kütləvi surətdə deportasiyası.
3. Cənubi Azərbaycanda 21 Azər hərəkatı. Milli hökumətin
yaradılması.
1. 40-60-cı illərdə Azərbaycanda sosial-iqtisadi
və siyasi vəziyyət
Müharibədən sonra Sovet rejimi dünyada
öz nüfuzunu daha
da artırdı. Mərkəzdə bütün siyasi hakimiyyət Stalinin, respublika-
larda isə Kommunist Partiyası Mərkəzi Komitələri Birinci katiblə-
rinin əlində cəmləşdirildi. Azərbaycanda totalitar rejimin təmin
olunmasında M.C.Bağırovun şəxsi nəzarəti altında işləyən Dövlət
Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin rolu gücləndi. Mühari-
bədən sonrakı dövrdə Azərbaycan xalqının tarixinin saxtalaşdırıl-
ması, xalqın soykökünün öyrənilməsində qəsdən dolaşıqlıq yaradıl-
ması, Şimali Azərbaycanın Rusiya
tərəfindən işğal edilməsi, Azər-
baycan Cümhuriyyəti tarixinin və digər tarixi proseslərin ciddi təh-
rif olunması ən yüksək mərhələyə çatdı. 1949-cu ildə “XIX əsr
Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərində Şeyx Şa-
mil hərəkatını Rusiyanın müstəmkəkəçilik siyasətinə qarşı mübarizə