285
lirdi ki, Milli hökumət İran dövlətçiliyi
çərçivəsində fəaliyyət gös-
tərərək Azərbaycanın milli-mədəni muxtariyyətini təmin etməlidir.
Noyabrın 27-dən dekabryn 1-dək Azərbaycanın hər yerində seçkilər
keçirildi. Dekabrın 12-də toplanmış Milli Məclis Seyid Cəfər Pişə-
vərinin başçılığı ilə Milli hökumət yaratdı. Hökumət 10 nazirlik, ali
məhkəmə və baş prokurorluqdan ibarət idi. Bu
21 Azər hərəkatı
adlanırdı. 1946-cı ilin yanvar-fevral aylarında seçkilər keçirildi və
müvafiq strukturların yaradılmasına başlandı.
Milli hökumət 1946-cı ilin fevralında aqrar qanun verdi. Qa-
nuna görə mülkədarların və digər sahibkarların torpaqları kəndlilər
arasında bölüşdürülürdü. Mayın 12-də “Əmək haqqında qanun”
verildi. 1946-cı il yanvarın 6-da Milli Məclis “Dil haqqında” qanun
qəbul etdi. 1946-cı ilin iyununda Təbriz Universiteti təsis olundu
(35, s. 44; 12, s. 197).
Cənubi Azərbaycanda milli-demokratik hərəkatın uğurları
Tehranın hakim dairələrini təşvişə saldı. Yanvar ayından
hökumətə
başçılıq edən Əhməd Qəvam ən əvvəl xalqı aldatmaq məqsədilə
Milli Hökumətlə danışıqlara başladı. 1946-cı ilin iyununda Təbrizdə
onların arasında müqavilə imzalandı. O, ABŞ, İngiltərə və SSRİ
arasındakı ziddiyyətlərdən istifadə edərək “İran məsələsi”nin BMT-
də baxılmasına nail oldu. ABŞ və İngiltərənin İrana siyasi-hərbi
yardım göstərmələri razılığını aldı. Sovet hökumətinin “bitərəf-
liyini” əldə etmək üçün Əhməd Qəvam Moskvaya gedərək Stalinlə
görüşdü.
Bunun ardınca Sovet dövlə
286
1946-cı il dekabrın 11-də səhər xalqa “Öldü var, döndü yox”
deyə müraciət edən Pişəvəri axşamüstü yaxın silahdaşları ilə bir-
likdə zor gücünə Sovet İttifaqına gətirildi. İrana qayıtmaqda israrlı
olan Pişəvəri 1947-ci il iyulun 12-də Azərbaycanda avtomobil qəza-
sında həlak oldu.
II BƏND:
Azərbaycanda sosial-iqtisad
və siyasi inkişafında yeni mərhələ
Plan:
1. XX əsrin 70-80-ci illərində Azərbaycanda sosial-iqtisadi və
mədəni inkişaf.
2. Azərbaycan “yenidənqurma” şəraitində. Milli münasibətlərin
kəskinləşməsi.
3. Güney Azərbaycanı İran İslam inqilabı və ondan sonrakı dövrdə.
1. XX əsrin 70-80-ci illərində Azərbaycanda
social-iqtisadi və mədəni inkişaf
Respublikada idarəçiliyin gücləndirilməsi. İqtisadi və sosi-
al yüksəliş. Azərbaycan
SSR-ə rəhbərlik 1969-cu ilin iyulunda
Heydər Əlirza oğlu Əliyevə tapşırıldı. H.Əliyev 1923-cü ilin ma-
yın 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdu.
1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər və Xalq Komissar-
ları Sovetində şöbə müdiri, 1944-cü ildən Dövlət Təhlükəsizlik Ko-
mitəsində işləməyə başlamışdı. 1964-cü
ildə Azərbaycan SSR Döv-
lət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri
təyin edilmişdir. 1976-cı ildə Sov. İKP MK Siyasi Bürosunun üzv-
lüyünə namizəd seçildi.
H.Əliyevin 1969-1982-ci illərdə Respublikaya birinci rəhbər-
liyi dövründə 250-dən çox zavod, fabrik,
istehsal sexləri istifadəyə
verildi, 630 min nəfərlik yeni iş yerləri açıldı. H.Əliyev 1975-ci ildə
287
Bakıda Məişət Kondisionerlər zavodunun tikilməsinə nail oldu.
1973-cü ildə Xankəndində Azərbaycan Pedaqoji İnstitutunun filialı
əsasında müstəqil pedaqoji institut açıldı. 1979-cü ildə Ağdamdan
bura dəmiryolu çəkildi. Əsgəran rayonu təşkil olundu. 1977-ci ildə
Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq cəhdinin qarşısı alın-
dı. 70-ci illərdə mərkəz, ermənilərin təhriki ilə Kəlbəcər rayonunun
perspektivsizliyi bəhanəsi ilə oradan əhalinin köçürülməsi və rayon
ərazisinin yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haq-
qında məsələ qaldırdı. Lakin H.Əliyev bölgənin iqtisadiyyatını qısa
müddətdə canlandırmaqla mərkəzin və erməni
millətçilərinin niy-
yətlərini puça çıxardı. Kəlbəcərə “Muğan yolu” çəkildi.
60-cı illərdə Azərbaycan Dövlət Universitetinin bir qrup tə-
ləbəsi Ə.Əliyevin (Elçibəy) rəhbərliyi ilə gənclər arasında siyasi-
təbliğat işi aparmaqla onlarda milli şüurun oyanmasına xidmət gös-
tərmişdi.
1978-ci ilin aprelində Azərbaycan SSR-in, mayında isə
Naxçıvan MSSR-in yeni Konstitusiyası qəbul edildi. Azərbaycan
SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması öz ək-
sini tapdı. H.Əliyev 1982-ci ilin dekabrında Sov. İKP MK Siyasi
Bürosuna
üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
təyin edildi və bu imkanlardan da Azərbaycan%
288
Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu. Bakıda “Ulduz”
elektrik cihazqayırma, “Ozon”, Sumqayıtda məişət kompressorları
zavodları istifadəyə verildi.
Bakıda 2 evtikmə kombinatı, Sumqayıt və Mingəçevirdə ev-
tikmə zavodları, Sumqayıtda şüşə zavodu, Ələt ağac emalı kombi-
natı və s. işə düşdü. 1971-ci ildə Naxçıvan MSSR-də Araz, 70-ci
illərin ortalarında Tərtər, 1981-1984-cü illərdə Şəmkir su-elektrik
stansiyaları işə salındı.
Respublikada kənd təsərrüfatının, pambıqçılığın, tərəvəzçili-
yin, tütünçülüyün, 70-ci illərin sonlarından
isə həm də üzümçülüyün
inkişafına diqqət artırılmışdı. Lakin 80-ci illərin II yarısında Sovet
imperiyasında alkoqolizmə qarşı mübarizə komponiyası başlanan-
dan sonra 100 min ha çox üzümlük məhv edilmişdi.
70-ci illərdə Bakıda Dəniz vağzalı, indiki H.Əliyev adına
Respublika sarayı, “Moskva” mehmanxanası, 80-ci illərdə Gülüstan
sarayı, yeni zoopark, örtülü idman kompleksi tikilmişdi. 1990-cı
ildə əhaliyə 18 metro stansiyası xidmət göstərirdi (12, s. 211). 1971-
ci ilin sentyabrında Kür su kəməri işə salınmış, Kür suyu Bakıya
gətirilmişdi. 1982-ci ildə Sabirabadda iri su təchizatı kompleksi isti-
fadəyə verildi. 1990-cı ildə Respublikada 150-ə qədər telestansiya,
846 xəstəxana fəaliyyət göstərirdi.
90-cı iilərin əvvəllərində Azərbaycanda 17 ali, 77 orta ixtisas
məktəbi var idi. 1970-1982-ci illərdə SSRİ-nin ən mühüm ali mək-
təblərində 17 mindən çox azərbaycanlı mütəxəssis hazırlanmışdı.
1990-cı ildə 4500-dən artıq ümumtəhsil məktəbi, 182
texniki-peşə
məktəbi var idi. 1971-ci ildə C.Naxçıvanski adına Respublika orta
ixtisaslaşdırılmış internat məktəbi açıldı.
1990-cı ildə respublikada 23 mindən çox elmi işçi çalışırdı.
1987-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi fə-
aliyyətə başladı. Lakin elmlərin, xüsusən ictimai elmlərin inkişafına
kommunist ideologiyasının güclü təzyiqi ləngidici təsir göstərirdi.
1990-cı ildə 168 qəzet, 91 jurnal çap olunurdu.