Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə86/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   82   83   84   85   86   87   88   89   ...   104

 
267 
dən qurulmasına başlanıldı. Onun əsas istiqamətləri: sosialist səna-
yeləşdirilməsi, kənd təsərrüfatlarının kollektivləşdirilməsi, bolşevik 
ideologiyasına xidmət edən mədəni quruculuq, kommunist parti-
yasının bölünməz və  şəriksiz ağalığının təmin olunması, planlaş-
mada və idarəçilikdə  sərt mərkəzləşmə  təşkil edirdi. 1925-ci ilin 
dekabrında ölkənin sosialist sənayeləşdirilməsi xətti irəli sürüldü. 
Azərbaycanda əsas üstünlük neft sənayesinin inkişafına və elektrik 
istehsalına yönəldilmişdi. Yüngül sənaye müəssisələrinin və ilkin 
xammal emalı (pambıqtəmizləmə, ipəkçilik və s.) obyektlərinin 
yaradılması da Azərbaycanda sənayeləşdirmənin tərkib hissələ-
rindən idi. Sənayeləşdirmə xalqın, xüsusən o zaman əhalinin əksə-
riyyətini təşkil edən kəndlilərin istismarı, ağır vergilər qoymaq, mü-
sadirələr, “sənayeləşdirmə istiqrazları” yolu ilə toplanan kapitalı 
hesabına aparılırdı. Sənayeləşdirmə illərində Bakıda neftayırma və 
neftmaşınqayırma zavodları  (İ.Şmidt, Suraxanı mexaniki zavodu), 
ilk krekinq qurğusu, sürtkü yağları, ağ neft, benzin, gəmi təmiri, 
karbid zavodları, Gəncədə  əyirici-toxuculuq kombinatı, Gəncə, 
Ucar və Yevlaxda pambıqtəmizləmə zavodları, Lənkəranda və Or-
dubadda konserv zavodları, Şəkidə, Xankəndində, Zaqatalada, Sal-
yanda və Füzulidə istilik və su-elektrik stansiyaları tikilib işə sa-
lındı. 1937-ci ildə SSRİ-də hasil edilən neftin 76%-ni Azərbaycan 
verirdi və dünyada 2-ci yerə çıxmışdı. Bu illərdə 822 km. Bakı-Ba-
tum neft kəmərinin,  Ələt-Culfa dəmiryol xəttinin çəkilməsi başa 
çatdırıldı.  İlk dəfə Azərbaycanda  elektrik dəmir yolu xətti istifa-
dəyə verildi. Sənayeləşdirmə öz çətinlikləri və  mənfi nəticələri ilə 
bərabər Azərbaycanın ümumi inkişafına xeyli təkan verdi. Onun 
həyata keçirilməsi sayəsində Azərbaycan aqrar-sənaye ölkəsinə 
çevrildi. 
Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasəti  1929-cu 
ilin ikinci yarısından etibarən Azərbaycanda həyata keçirilməyə 
başlandı. Bu məqsədlə inzibati və zorakılıq yolu ilə kəndliləri kol-
xozlara yazmağa başlamışdılar. 1928-ci ildən sonra qolçomaqları 
məhdudlaşdırmaq və sıxışdırmaq siyasəti yürüdülürdü: onlara yük-
sək vergilər qoyulur, artıq taxılları zorla müsadirə edilir, muzdur 


 
268
saxlamaq, torpağını  və texnikasını icarəyə vermək məhdudlaşdırı-
lırdı l1 Tf0.5 0 Td(1265)Tj/TT1 68udlaə


 
269 
Konstitusiyaya görə Azərbaycanın daxil olduğu Zaqafqaziya Fede-
rasiyası  ləğv olündu. Azərbaycan birbaşa SSRİ  tərkibinə daxil 
edildi. 1937-ci il martın 10-da Azərbaycan SSR-nin yeni Kons-
titusiyası qəbul olundu (49, s. 60). 
Kütləvi repressiyalar başlandı. 1937-ci ildə xalqa “xəya-
nətdə”, “əksinqilabi” və “casusluq” damğaları ilə partiya rəhbərləri-
R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, Q.Vəzirov, 
D.Bünyadzadə güllələndi. Təkcə 1937-ci ildə Azərbaycanda 29 min 
“xalq düşməni” gullələndi və ya Sibirə sürgün edildi. 1937-38-ci 
illərdə Azərbaycanın məşhur ziyalılarından H.Cavid, M.Müşfiq, 
Ə.Nəzmi, Ə.Cavad, T.Şahbazi, S.Mümtaz, S.Hüseyn, B.Talıblı və s. 
repressiya qurbanları oldular. Kütləvi repressiyaların təşkilində 
türklərin genetik düşmənləri olan ermənilər, xüsusən Daxili İşlər 
orqanlarında rəhbər vəzifə tutan Sumbatov-Topuridze, Qriqoryan, 
Markaryan və b. mühüm rol oynamışdılar (40, s. 83). Azərbaycanın 
51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığının rayon 
şöbələrinin rəisləri erməni idi (6, s. 419). 1938-40-cı illərdə vaxtilə 
Azərbaycanın Cənub hissəsindən gəlmiş azərbaycanlıların zorla 
deportasiya olunması idi. 
Siyasi mühacirət. XX əsrin 20-30-cu illərində minlərlə adam 
siyasi motivlər üzündən xaricə getməyə  məcbur olmuşdu. Onların 
əksəriyyəti 1920-ci il aprel işğalından sonra, dəhşətli kollektivləşmə 
illəri və 1937-1940-cı illərdəki kütləvi repressiyalar zamanı xaricə 
pənah aparmışdılar. 1919-cu ildə başda  Ə.M.Topçubaşov olmaqla 
Paris sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyə-
tinin üzvləri-M.Ə.Mehdiyev, C.Hacıbəyov, M.Məhərrəmov, Ə.Şey-
xülislamov, A.Ataməlibəyov Avropada qalmışdılar. Təqribi hesab-
lamalara görə II Dünya müharibəsinə kimi müəyyən vaxtlarda 
Azərbaycandan 50 mindən çox siyasi mühacir olmuşdu (49, s. 44). 
Çoxu Türkiyədə  məskunlaşmışdı. M.Ə.Rəsulzadənin təşəbbüsü ilə 
1923-cü ildə “Müsavat” partiyasının Xarici Bürosu yaradılmışdı. 
Onun işində X.Xasməmmədov və M.S.Axundzadə  fəal iştirak 
etmişdilər. M.Ə.Rəsulzadənin başçılığı ilə bütün müsəlmanları bir-
ləşdirmək məqsədilə 1924-cü ildə İstanbulda gizli fəaliyyət göstərən 


 
270
Azərbaycan Milli Mərkəzi yaradılmışdı. Azərbaycan mühacirləri 
Avropada fəaliyyət göstərmək məqsədilə 1924-cü ildə “Azərbaycan 
İstiqlal Komitəsi” təşkilatını yaratmışdı. Onların başlıca amalı 
Azərbaycanın müstəqilliyini bərpa etmək, vahid müstəqil Azərbay-
can yaratmaq idi. 
 
4. Azərbaycanda mədəni quruculuq 
 
1923-cü ildə savadsızlıqla mübarizə üçün Xüsusi Komitə 
yaradılmışdı. 30-cu illərin sonlarında Azərbaycanda 4500-ə  qədər 
ümumtəhsil məktəbi fəaliyyət göstərirdi–695 min şagird təhsil alır-
dı. 1921-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan 
Politexnik  İnstitutu,  Şərq dünyasında ilk Konservatoriya, Ali Rəs-
samlıq Məktəbi, 1929-cu ildən Gəncədə Azərbaycan Kənd Təsər-
rüfatı  İnstitutu fəaliyyət göstərirdi. 1930-cu ildə Azərbaycan Tibb 
İnstitutu açıldı. Politexnik İnstitutu Neft İnstutuna çevrildi. 1934-cü 
ildə Sənaye İnstitutu və Xalq Təsərrüfatı İnstitutu yaradıldı. 1938-ci 
ildə Gəncədə və Şəkidə müəllimlər institutları işə başladı. 
1923-cü ildə “Azərbaycanı Öyrənən Cəmiyyət” yaradıldı, 
1929-cu ildə bu Dövlət Elmi Tədqiqat İnstitutuna çevrildi. Sonralar 
bunun əsasında SSRİ Elmlər Akademiyası Cənubi Qafqaz Filialının 
Azərbaycan  şöbəsi təşkil edildi. 1935-ci ildə bu şöbə SSRİ EA 
Azərbaycan filialına çevrildi. 1922-ci ildə Azərbaycan Arxeologiya 
cəmiyyəti yaradıldı, 1923-cü ildə bu cəmiyyət Arxeologiya Komitə-
sinə, 1927-ci ildə isə Tarix, İncəsənət və  Təbiət Abidələrinin 
Mühafizəsi Komitəsinə çevrildi. 
1926-cı ildə Bakıda I Ümumiittifaq Türkoloji qurultayı ke-
çirildi. 20-30-cu illərdə Respublikada “Kommunist”, “Bakinski 
raboçi” qəzetləri, “Molla Nəsrəddin”, “Şərq qadını” və s. jurnallar 
nəşr edilirdi. 1924-cü ildə Bakıda ilk dəfə radio qurğusu qu-
raşdırıldı. 1926-cı ildən radiostansiya fəaliyyətə başladı. 1926-cı 
ildə “Qızıl qələmlər” ittifaqı, 1932-ci ildə Azərbaycan Yazıçılar 
İttifaqı yaradıldı. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə