Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə83/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   79   80   81   82   83   84   85   86   ...   104

 
257 
yanın hərbi təcavüzü nəticəsində devrilmişdir. Digər tərəfdən, bey-
nəlxalq hüquq normalarına görə xaricdən hərbi kömək göstərilməsi 
xahişi ilə yalnız ölkənin qanuni hökuməti çıxış edə bilər. Nə Azər-
baycan parlamenti, nə  də Azərbaycan hökuməti belə bir xahişlə 
müraciət etməmişdi. 
 
5. Erməni təcavüzünə qarşı mübarizə 
 
Cənubi Qafqaz Seymi dağıldıqdan sonra yeni yaranmış döv-
lətlərin sərhədlərini müəyyənləşdirmək zərurəti yaranmışdı. Erməni 
numayəndəliyi Azərbaycan şəhəri olan İrəvanın Ermənistanın pay-
taxtına çevrilməsinə razılıq verilməsi üçün Azərbaycan hökumətinə 
müraciət etdi. 1918-ci il may ayının 29-da Milli Şura uzun 
müzakirələrdən sonra güzəştə getdi. Batumda tərəflər arasında olan 
razılığa görə,  İrəvan  şəhəri ermənilərə o şərtlə güzəştə gedildi ki, 
onlar Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəksinlər (93, 
v. 51). Bu güzəşt böyük bir səhv idi. 
1918-ci ilin yayında Andranik 8 min nəfərlik hərbi qüvvə ilə 
Zəngəzura soxuldu. Daşnaklar Azərbaycanın digər bölgələrindən 
ayrı salınmış Zəngəzurda 115 (25, s. 151), Cavanşir, Cəbrayıl, Şuşa 
qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan 
kəndini dağıtdılar. Andranikin dəstələrinin Zəngəzur və Qarabağda 
quldurluq hərəkətinin qarşısını almaq üçün 1919-cu ilin yanvarın 
15-də Qarabağ general-qubernatorluğu yaradıldı. Xosrovpaşa bəy 
Sultanov Qarabağ general-qubernatoru təyin edildi (98, v. 27). Nəti-
cədə  Şuşanı tutmağa çalışan Andranikin quldur dəstələri darma-
dağın edildi. X.Sultanov erməni milli şurası üzvlərinin Azərbaycanı 
tərk etməsinə nail oldu. Avqust ayında Qarabağ erməniləri Azər-
baycanın suverenliyini qəbul etməyə razılıq verdilər. 1918-ci il 
may-avqust aylarında Andranik 8 min nəfərlik silahlı  dəstə ilə 
Naxçıvana soxulub, “etnik təmizləmə” adı ilə yerli əhalini vəhşi-
cəsinə  qətlə yetirdi. K.Qarabəkir paşanın başçılığı ilə türk ordusu-
nun Naxçıvana daxil olması Andranikin vəhşiliklərinin qarşısını 
aldı. Türkiyə I Dünya müharibəsində məğlub olduğuna görə noyab-


 
258
rın 1-də türk qoşunları Naxçıvanı  tərk etdilər. 1918-ci il noyabr 
ayında Naxçıvan bölgəsində Araz-Türk Respublikası yaradıldı. 
Ölkəni ermənilərdən müdafiə etmək üçün silahlı qüvvələr təşkil 
edildi. 1918-ci il noyabr ayından 1919-cu ilin mart ayınadək fəaliy-
yət göstərmiş Araz-Türk Respublikası bu bölgənin ermənilərin əlinə 
keçməsinə imkan vermədi, Azərbaycanın  ərazi bütövlüyünü təmin 
etdi. Azərbaycan hökuməti Naxçıvanın müdafiəsini təmin etmək 
üçün 1919-cu ilin fevralında Naxçıvan general-qubernatorluğunu 
yaratdı (99, v. 2). Bəhram xan Naxçıvanski general-qubernator təyin 
edildi. 1919-cu ilin may-iyul aylarında Naxçıvan bölgəsində 
ingilislərin iştirakı ilə yaradılan “erməni idarəçiliyi” yerli əhalinin 
ciddi müqaviməti nəticəsində iflasa uğradı, erməni qoşunları Naxçı-
vandan çıxmağa məcbur oldu. 1919-cu il noyabrın 23-də Tiflisdə 
Azərbaycanla Ermənistan arasında silahlı toqquşmanı dayandırmaq, 
mübahisələri dinc yolla həll etmək haqqında saziş imzalandı. Lakin 
sazişin  şərtlərini pozan ermənilər yenidən hücuma keçərək 50-dən 
çox Azərbaycan kəndini dağıtdılar. 1920-ci ilin fevralında Zən-
gəzurda qısamuddətli saziş  əldə edildi. Ərazi məsələlərinin qalib 
dövlətlərin köməyi ilə  həll ediləcəyinə ümid bəsləyən erməni rəh-
bərliyinin Paris sülh konfransında Türkiyənin 7 vilayətinə, Azər-
baycanın Zəngəzur və Naxçıvan bölgələrinə, Qarabağın dağlıq his-
səsinə  ərazi iddiaları Azərbaycan nümayəndəliyi tərəfindən qətiy-
yətlə rədd edildi və ermənilərin planları iflasa uğradı. 
 


 
259 
 
XVI FƏSİL 
AZƏRBAYCAN SOVET REJİMİ ŞƏRAİTİNDƏ 
(1920-1939-cu illər) 
 
Plan: 
1. Azərbaycan sovet rejiminin bərqərar olması və ona qarşı 
üsyanlar. 
2. Azərbaycanda sovet milli siyasəti. DQMV-nin və Naxçıvan 
MSSR-in təşkili. 
3. Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri. 
Kütləvi siyasi represiyalar. 
4. Azərbaycanda mədəni quruculuq. 
 
1. Azərbaycan sovet rejiminin bərqərar olması  
və ona qarşı üsyanlar 
 
1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist 
Respublikasının yaradıldığı elan edildi. Hakimiyyət Müvəqqəti  İn-
qilab Komitəsinə verildi və Azərbaycan SSR Xalq Komissarları So-
veti yaradıldı (N.Nərimanov-sədr, H.Sultanov, Ə.H.Qarayev, 
Q.Musabəyov, M.D.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Və-
zirov). Qırmızı ordu hissələri aprelin 28-30-da Lənkəranı, Salyanı, 
Şuşanı, Ağdamı və b., mayın əvvəllərində Gəncəni, Şamaxını, Goy-
çayı, Şəkini, Zaqatalanı və Balakəni zəbt etdilər, mayın ortalarında 
isə Qarabağ bölgəsini öz nəzarətləri altına aldılar. Rusiyanın hərbi 
donanması  Lənkəran və Astaraya desant çıxardı.  İnqilab Komi-
təsinin 1920-ci il 3 may tarixli dekreti ilə yerlərdə  qəza, mahal və 
kənd inqilab komitələri yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli 
milisi təşkil olundu. Torpaq haqqında 1920-ci il 5 may tarixli dek-
reti ilə bütün xan, bəy torpaqları müsadirə edildi və ödənişsiz 
kəndlilərin istifadəsinə verildi (6, s. 18). 1920-ci il mayın 7-də ordu 
və donanmanın yenidən təşkili barədə dekret verildi. Digər bir dek-
retlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər 


 
260
milliləşdirilərək, dövlət mülkiyyətinə verildi. 1920-ci il 12 may ta-
rixli dekreti ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan, 
knyaz və s.) ləğv edildi. Xalq Maarif Komissarlığının 15 may tarixli 
qərarı ilə vicdan azadlığı elan olundu, hər cür dini ayinlərin icra 
olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. Föv-
qəladə Komissiya (ÇK) və Ali İnqilabi Tribunal təşkil olundu (12, s. 
119-120). 1920-ci il sentyabr tarixli fərman ilə kəndlərdə yaradılan 
yoxsul komitələri 1921-ci ilin yayından etibarən kənd sovetləri ilə 
əvəz olundu. 1920-ci il 24 may tarixli dekret ilə neft sənayesi 
milliləşdirildi, onu idarə etmək üçün V.İ.Lenin tərəfindən göndə-
rilmiş A.P.Serebrovskinin başçılığı ilə Azərbaycan Neft Komitəsi 
(sonralar “Azneft”) təşkil olundu və neft faktiki olaraq Sovet 
Rusiyasının ixtiyarına keçdi. 
1920-ci ilin iyununda Xəzər Ticarət Donanması, banklar və 
balıq sənayesi milliləşdirildi. 1920-ci ilən sonuna kimi Azərbay-
candan Rusiyaya 3 mln. ton neft daşınmışdı, bu da Bakıda istehsal 
olunan neftin 90%-dən çoxu idi. 1921-ci il mayın 6-da Bakıda 
keçirilən Azərbaycan SSR-in I sovetlər qurultayı Azərbaycan SSR-
in ilk Konstitusiyasını qəbul etdi. Azərbaycan İnqilab Komitəsi ləğv 
edildi və qurultaylararası dövrlərdə respublikada ali qanunverici 
orqan olan Azərbaycan Mərkəzi  İcraiyyə Komitəsi (Az. MİK) se-
çildi. MİK sədri Muxtar Hacıyev, sədrin müavini Səmədağa Ağa-
malıoğlu seçildilər. Az. MİK qarşısında məsuliyyət daşıyan ali icra-
edici hakimiyyət orqanı-Azərbaycan SSR Xalq Komissarları Soveti 
(sədri N.Nərimanov) yenidən təşkil olundu. 
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşe-
viklər ziyalıları, din xadimlərini, Azərbaycan ordusunun yüksək 
rütbəli hərbiçilərini həbs edərək Nargin adasında güllələdilər. 1920-
1921-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin 
keçmiş  sədrləri F.X.Xoyski və N.Yusifbəyli, parlamentin sədr 
müavini H.Ağayev, hökumət üzvləri X.Rəfibəyli, İ.Ziyadxanlı və b. 
öldürüldülər. 1920-ci il aprelin 28-dən-1921-ci ilin avqustunadək 
Azərbaycanda 48 min adam öldürüldü. M.Ə.Rəsulzadə  Şamaxı 
qəzasında həbs edilərək Bakıya gətirilmiş, lakin Stalin tərəfindən 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə