Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə80/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   76   77   78   79   80   81   82   83   ...   104

 
248
hərbi hissələrini çıxarmalı idi, Cənubi Qafqaz Böyük Britaniyanın 
nüfuz dairəsi elan olunur və Bakıya ingilis qoşunları yeridilir. 
M.Ə.Rəsulzadənin təsvirinə görə 1500 əsgərlik Azərbaycan ordusu 
ölkənin müxtəlif yerlərinə səpələndiyinə və Bakıda 500 nəfər milis 
(polis) qaldığına görə  məsələ yalnız diplomatik yolla həll olun-
malıydı. N.Usubbəyov,  Ə.Ağayev və M.Rəfiyevdən ibarət Azər-
baycan nümayəndə heyətinin  İrandakı ingilis qoşunlarının koman-
danı general Tomsonla Ənzəlidə apardığı danışıqlar səmərəsiz oldu. 
General Tomson Ənzəlidən Bakıya yola düşməzdən  əvvəl 
bəyənnamə ilə çıxış etdi: 
“I. Noyabrın 17-si saat 10-na kimi Bakı  həm türk, həm də 
Azərbaycan qoşunlarından təmizlənməlidir; 
II. Bakı  şəhəri neft mədənləri ilə birlikdə  işğal olunacaq
ölkənin qalan hissəsi isə Azərbaycan hökuməti və qoşunlarının nə-
zarəti altında qalacaqdır; 
III. Azərbaycan Respublikası  rəsmi olaraq tanınmır, lakin 
İngiltərə, Fransa və ABŞ nümayəndələri Azərbaycan hökuməti ilə 
de-fakto (faktik surətdə, işdə, həqiqətdə) əlaqələr yaradacaqlar; 
IV. Aşağıdakı dəyişikliklər istisna olmaqla bütün müəssisə və 
təşkilatlar öz adi fəaliyyətlərini davam etdirirlər: 
A) general Tomson Bakının general-qubernatoru təyin olunur; 
B)  şəhər polisinə ingilis komandanlığının nümayəndəsi baş-
çılıq edir; 
V)  şəhər Dumasına yenidən  əvvəlki fəaliyyət sərbəstliyi 
verilir; 
Q) Paris sülh konfransında millətlərin öz müqəddəratini tə-
yinetmə prinsipi ətrafında gedən diskussiyalardan Azərbaycan 
kənarlaşdırılmayacaq; 
D) silahlı ermənilər Bakıya buraxılmırlar” (95, v. 1). 
1918-ci il noyabrın 17-də ingilis qoşunları Biçeraxovun 
dəstələri ilə birlikdə Bakıya daxil oldular. Noyabrın 16-da Azərbay-
can Milli Şurası 5 aylıq fasilədən sonra Bakıda yenidən fəaliyyətə 
başladı. Noyabrın 19-da Milli Şura ikinci iclasında “Azərbaycan 
parlamentinin yaradılması haqqında qanun” qəbul etdi. Yaranmış 


 
249 
fövqəladə  şəraitdə Ümumazərbaycan Müəssisələr Məclisini çağır-
maq mümkün olmadığı üçün Milli Şuranı ali qanunvericilik orqa-
nına-Azərbaycan Parlamentinə çevirmək qərara alındı  (64,  s.  13-
16).  Qanuna  əsasən Azərbaycanda yaşayan bütün millətlər parla-
mentdə təmsil olunmalıdırlar. 120 nəfərdən ibarət olan Azərbaycan 
parlamentində Azərbaycan türklərinə-80, etmənilərə-21, ruslara-10, 
alman, yəhudi, gürcü və polyakların hərəsinə 1 yer ayrılmışdı. Qa-
lan 5 yerdən 3-ü Bakı  həmkarlar təşkilatı, 2-si isə Bakı neft səna-
yeçiləri  şurası  və Ticarət-sənaye ittifaqı üçün nəzərdə tutulmuşdu 
(5, s. 377). Azərbaycan Milli Şurası Rus Milli Şurasının nüma-
yəndələrini parlamentin işinə  cəlb etmək məqsədi ilə kompromis 
variant irəli sürdü. 1918-ci il noyabrın 24-də Azərbaycan Milli Şu-
rası bildirdi ki, 28 may tarixli “İstiqlal bəyənnaməsinin” möv-
cudluğuna baxmayaraq, o, Azərbaycanın müstəqilliyinin Rus Milli 
Şurası tərəfindən dərhal tanınmasını tələb etmir. Lakin Azərbaycanı 
Rusiyanın mülkiyyəti hesab edən və buna görə  də Azərbaycan 
xalqının öz müqəddəratını  təyin etmək hüququnu inkar edən Rus 
Milli  Şurası parlamentə nümayəndələrini göndərməkdən imtina 
etdi. Rus Milli Şurası Azərbaycan hökumətindən tələb etdi ki, ağ-
qvardiyaçıların təşkil etdikləri Ufa direktoriyasının ali hakimiy-
yətini tanısın. Hətta general Tomson belə bu tələbin  əsassız oldu-
ğunu bildirdi. Bu hadisələr ingilis komandanlığı ilə Azərbaycan 
hökuməti arasında yaxınlaşma prosesinə  təkan vermiş oldu. Azər-
baycanın dövlət müstəqilliyinin müdafiəsində “Müsavat” partiyası 
və digər sol təşkilatların göstərdikləri qətiyyət Rus Milli Şurası 
daxilində ziddiyyətlərin yaranmasına və son nəticədə bu təşkilatın 
parçalanmasına gətirib çıxardı. Rus Milli Şurası üzvlərinin bir 
hissəsi olnun tərkibindən çıxaraq “Rus-Slavyan cəmiyyəti” adlı 
təşkilat yaratdılar. Bu təşkilat Azərbaycan parlamenti və höku-
mətinin işində  iştirak etməyə hazır olduğunu bildirdi. Bunun ar-
dınca Azərbaycanın erməni icması və “Daşnaksütyun” partiyası da 
öz nümayəndələrini parlamentə göndərməyə razılıq verdilər. 
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təsis iclası 
oldu.  Əli Mərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy 


 
250
Ağayev onun birinci müavini seçildi. Daha sonra baş nazir 
F.X.Xoyski söz alaraq hökumətin öz səlahiyyətlərini yerə 
qoyduğunu və bütün hakimiyyəti parlamentə  təhvil verdiyini elan 
etdi. Fikir rəngarəngliyinə baxmayaraq bütün fraksiyalar bir məsə-
lədə yekdil idilər: parlamentin fəaliyyətinin  əsas məqsədi-Azər-
baycanın müstəqilliyini, onun milli-siyasi hüquqlarının müdafiə 
olunması, Azərbaycanla digər Qafqaz xalqları arasında həmrəylik 
münasibətlərinin yaradılması, ölkə daxilində demokratik quruluşun 
bərqərar edilməsindən ibarət olmalıdır və  həmin məqsədlər  ətra-
fında bütün parlament fraksiyaları sıx birləşməlidirlər. Azərbaycan 
parlamentinin 97 üzvü var idi və bunlar 10 fraksiyada birləş-
mişdilər. “Müsavat” partiyasının nümayəndələri bitərəf demokratlar 
qrupu ilə birləşərək ən böyük parlament fraksiyasını təşkil edirdilər. 
38 parlament üzvündən ibarət olan bu fraksiyanın lideri 
M.Ə.Rəsulzadə idi. Parlamentdə  “İttihad” partiyasının-13, “Əh-
rar”ın-7, “Hümmət” və müsəlman sosialist blokunun üzvlərindən 
ibarət olan sosialistlər fraksiyasının 13, Rus-Slavyan cəmiyyəti”nin-
4, “Daşnaksütyun”-7, erməni icması və milli azlıqlar fraksiyalarının 
hər birinin-4 nümayəndəsi vardı. Bundan əlavə parlamentdə 
“bitərəflər” və “müstəqillər” (Ə.M.Topçubaşov, S.Mehmandarov, 
X.Məlikaslanov) fraksiyaları  fəaliyyət göstərirdilər. A.Əfəndiyev 
heç bir fraksiyaya daxil deyildi. Yeni hökumət kabinetinin təşkili 
F.X.Xoyskiyə həvalə olundu. 1918-ci il dekabrın 26-da Azərbaycan 
Respublikasının yeni, 3-cü hökumətin tərkibi parlamentə  təqdim 
olundu (9, s. 253). 
 
3. Azərbaycan Xalq Cümhuriyyətinin daxili  
və xarici siyasəti 
 
Yeni Azərbaycan hökumətinin təşkili ilə  əlaqədar olaraq ge-
neral Tomson dekabrın 28-də bəyanat verdi. Bu bəyanat “vahid və 
bölünməz Rusiya” bayrağı altında çıxış edən qüvvələrə ayıldıcı təsir 
göstərsə  də, Azərbaycanda hakimiyyəti  ələ keçirmək məqsədi ilə 
onlar 1919-cu il yanvarın  əvvəllərində “Qafqaz-Kaspi hökuməti” 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə