Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə87/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   83   84   85   86   87   88   89   90   ...   104

 
271 
1922-ci ildə Azərbaycan Dövlət Dram Teatrı, 1924-cü ildə 
Azərbaycan Opera və Balet Teatrı açıldı. 1920-ci ildə yaradılmış 
Rus Azad tənqid və  təbliğ teatrı, 1923-cü ildə Bakı  işçi teatrına, 
1937-ci ildə isə Azərbaycan Dövlət Rus Dram Teatrına çevrildi. 
1931-ci ildə Azərbaycan Kukla Teatrı, 1936-cı ildə  Gənc Tama-
şaçılar Teatrı, 1938-ci ildə Müstəqil Komediya Teatrı yaradıldı, 
Naxçıvanda, Gəncədə, Xankəndində, Şəkidə dövlət teatrları fəaliy-
yətə başladı. 
1937-ci ildə Ü.Hacıbəyovun “Koroğlu” operası tamaşaya qo-
yuldu. 1940-cı ildə  Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baletini-
“Qız qalası”nı yazdı. 1934-cü ildə Azərbaycan Bəstəkarlar  İttifaqı 
yaradıldı. Məşhur xanəndələr S.Qaryağdıoğlu, S.Şuşinski, X.Şu-
şinski, Z.Adıgözəlov və b. milli musiqimizin inkişafında mühüm rol 
oynamışdılar. 
1926-cı ildə kinostudiya yaradıldı. 1932-ci ildə Azərbaycan 
Rəssamlıq  İttifaqı yaradıldı. 1929-cu ildə  ərəb qrafikalı  əlifbaya, 
1939-cu ilin sonundan isə kirill qrafikasına keçilmişdi. 
 
 


 
272
 
XVII FƏSİL 
AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ 
DÖVRÜNDƏ (1939-1945-ci illər) 
 
Plan: 
1. II Dünya müharibəsinin başlanması və müharibə edən 
dövlətlərin Azərbaycana dair planları. 
2. Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist Müqavimət və 
partizan hərəkatında. 
3. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin 
həlledici rolu. 
4. Cənubi Azərbaycan II dünya müharibəsi illərində. 
 
1. II Dünya müharibəsinin başlanması  
və müharibə edən dövlətlərin Azərbaycana dair planları 
 
1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücum et-
di. Bir gün sonra İngiltərə  və Fransa Almaniyaya müharibə elan 
etdilər. II Dünya müharibəsi başlandı. “Barbarossa” planına əsasən 
1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum etdi. 
Rozenberqin “Qafqazın idarə olunması planı”na görə ilk vaxtlar 
Azərbaycanda komissarlıq adlanan idarə forması yaradılmalı və iqa-
mətgahı Tiflisdə yerləşən Qafqaz reyxskomissarlığına tabe edilməli 
(55, s. 12), digər plana görə türk xalqları yaşayan ərazilərdən ibarət 
“Böyük Türküstan” dövləti yaratmaq idi (85, s. 33). 
Hitler hələ 1941-ci ilin martında Bakı  zəbt edildikdən sonra 
neftin hasil edilməsi, emalı  və daşınmasını Almaniyanın “Konti-
nental neft cəmiyyəti”nə tapşırmaq göstərişini vermişdi. Hitlerin 
“Edelveys” planına görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı 
idi. 
ABŞ  və Böyük Britaniya da Qafqaza, xüsusilə  də Azərbay-
cana sahib olmaq istəyirdilər.  “Vilvet” planında Sovet ordusunun 
Qafqazdan çıxarılıb Stalinqrada aparılÛ


 
273 
Britaniya hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurdu. On-
lar bu üsulla Qafqazı, xüsusilə Azərbaycanı SSRİ-dən ayırmaq istə-
yirdilər. SSRİ  rəhbərliyinin planına görə isə Azərbaycan  əhalisi 
Mərkəzi Asiya və Qazaxıstana köçürülməli idi. Lakin M.C.Bağırov 
gətirdiyi tutarlı dəlillərlə Stalini bu fikirdən daşıdıra bildi. 
 
2. Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist 
Müqavimət və partizan hərəkatında 
 
Müharibənin ilk günlərində 40 mindən çox oğlan və qız cəb-
həyə könüllü getmək üçün icazə istədi. Azərbaycanda 1941-ci ilin 
avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr 
aylarında 416-cı, avqust-sentyabrda 271-ci milli atıcı diviziyalar 
yaradıldı. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci 
diviziya 1942-ci ilin mayında respublikada yenidən yığıldı (101. s. 
12). Ümumiyyətlə, sovet ordusuna 640 minə yaxın azərbaycanlı, o 
cümlədən 10 min qadın səfərbərliyə alınmşdı. 
1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustinka 
kəndi uğrunda gedən döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov 
azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adı 
aldı. Moskva ətrafında döyüşlərdə  Həzi Aslanov “Qırmızı ulduz” 
medalı ilə, Borodino çölündəki döyüşlərdə pulemyotçu İdris Vəli-
yev (50 nəfərdən çox düşmən məhv etmiş) , təyyarəçi Hüseynbala 
Əliyev Leninqrad səmasında (6 düşmən təyyarəsi vurub), Mozdok 
rayonu uğrunda 402, 416, 223-cü Azərbaycan diviziyaları, Kerç, 
Rostov, Stavropol və Mozdok uğrunda 77-ci diviziya, Tuapse uğ-
runda Qafur Məmmədov, və b. igidlikləri ilə fərqlənmişlər. Polşa və 
Çexoslovakiya uğrunda 271-ci diviziyadan Ziya Bünyadov və 20 
nəfər azərbaycanlı Sovet İttifaqı  Qəhrəmanı adına layiq görül-
müşlər. 1942-ci ilin dekabrında Stalinqrad uğrunda döyüşdə qəhrə-
manlıq göstərdiyinə görə H.Aslanov Sovet İttifaqı Qəhrəmanı adına 
layiq görüldü. 1944-cü ildə H.Aslanov ikinci dəfə Sovet İttifaqı 
qəhrəmanı adı ilə  təltif olundu, lakin bu haqda fərman onun ölü-
mündən 47 il sonra, 1991-ci ildə həyata keçirildi. H.Aslanov 1945-


 
274
ci il yanvarın 24-də döyüş  əməliyyatları getməyən bir yerdə mü-
əmmalı  şəkildə  həlak oldu (7, s. 63). 1943-cü ilin yayında H.Əj-
dərov Oryol şəhəri üzərinə  qələbə bayrağını sancdı. Hərbi təyya-
rəçilər Adil Quliyev və Züleyxa Seyidməmmədova da fərqlənir-
dilər. 416-cı diviziya mayın 2-də Berlinin Brandenburq darvazası 
üzərinə  qələbə bayrağı sancmışdı. Reyxstaqın alınmasında göstər-
diyi rəşadətə görə Yusif Sadıqov Sovet İttifaqı  Qəhrəmanı adına 
layiq görülmüşdü. Mehdi Hüseynzadə Mixaylo ləqəbi ilə Yuqosla-
viyada partizan dəstəsinin kəşfiyyatçı-təxribat qrupuna rəhbərlik et-
mişdi və 1944-cü ildə qeyri-bərabər döyüşdə son gülləni özünə 
vuraraq 26 yaşında həlak olur. 1957-ci ildə ona ölümündən sonra 
Sovet  İttifaqı  Qəhrəmanı adı verildi. Smolenskidə  İsmayıl  Əliyev, 
Belorusiyanın Borisov şəhərində  Ələkbər  Əliyev, Polşada Hadı 
Qiyasbəyov və Mirzəxan Məmmədov, İtaliyada Əli Babayev, Vila-
yət Hüseynov, Əkbər Ağayev kimi qəhrəmanlarımız partizan hərə-
katlarında  şücaətlə vuruşmuşlar. Azərbaycandan 121 nəfər Sovet 
İttifaqı Qəhrəmanı adına layiq görüldü. 30 nəfər “Şöhrət” ordeninin 
hər 3 dərəcəsi ilə, 175 min nəfər isə müxtəlif orden və medallarla 
təltif edildi (12, s. 170-171). 
Azərbaycan siyasi mühacirəti.  Sovet rejimi yarandıqdan 
sonra xarici ölkələrə mühacirətə getmiş azərbaycanlılardan çoxu 
Almaniyanın Sovet imperiyasına qalib gəldiyi təqdirdə Azərbay-
canın milli istiqlal qazanacağına ümid bəsləyirdilər. Mayor Əbdür-
rəhman Fətəlibəyli-Düdənginski Baltikyanı  ərazilərdə almanlara 
əsir düşmüş, 1941-ci ildə Hitlerə azərbaycanlılardan ibarət hərbi 
hissə yaratmaq haqqında müraciət etmiş, 1941-ci ildə M.Ə.Rəsul-
zadə Almaniyaya dəvət olundu. Hitler 1941-ci il dekabrın 22-də 
Qafqaz müsəlmanlarından ibarət xüsusi milli hərbi hissələr yaradıl-
ması haqqında sərəncam verdi. 1943-cü ildə Azad türk diviziyası 
yaradıldı. Azərbaycanlılardan təşkil olunmuş legion da onun tərki-
binə daxil olundu. 1943-cü ilin yazında Berlində Milli Azərbaycan 
Komitəsi təşkil olundu. 
Faşistlərin planına görə Guzey və Güney Azərbaycan Alma-
niyanın gələcəkdə yaratmaq istədiyi “Böyük Türküstan” dövlətinin 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə