Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə89/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   85   86   87   88   89   90   91   92   ...   104

 
279 
kimi qiymətləndirdiyinə görə görkəmli filosof, akademik Heydər 
Hüseynov ona verilən “Stalin” mükafatının geri alınmasına və haq-
sız təzyiqlərə məruz qalmasına dözməyərək intihar etdi. Bu dövrdə 
bir çox Azərbaycan alimləri və  ədəbiyyat xadimləri də haqsız 
təqiblərin qurbanı oldular. İnzibati amirlik idarə forması mövcud 
quruluşa qarşı gizli siyasi mübarizə  cəhdlərinə  gətirib çıxarmışdı. 
Ali məktəb tələbələrindən Gülhüseyn Hüseynoğlu,  İsmixan Rəhi-
mov, Hacı Zeynalovun başçılığı ilə  “İldırım” adlı  gənclər təşkilatı 
yaradılmışdı. 
1945-1954-cü illərdə Almaniyanın Münhen şəhərində  fəaliy-
yət göstərən “Azadlıq” radiosunda Azərbaycan şöbəsinin redaktoru 
Əbdürəhman Fətəlibəyli-Düdənginski də sovet rejiminə qarşı ideo-
loji mübarizə aparmışdı. O, 1954-cü ildə Sovet casusu tərəfindən 
öldürülmüşdü. Daxildə Sovet hakimiyyətinə qarşı “gizli” mübarizə 
cəhdləri göstərilsə də, heç bir nəticə verməmişdi. Xaricdə isə azər-
baycanlı mühacirlər Sovet rejimi əleyhinə ideoloji mübarizəni 
maarifçilik vasitəsilə davam etdirdilər. M.Ə.Rəsulzadə 1949-cu ildə 
Ankarada istiqlal ideyalarını  təbliğ edən “Azərbaycan Kültür dər-
nəyi”ni yaratmışdı-əsas məqsəd xalqı maarifləndirmək idi. 
İqtisadi və sosial həyat. Müharibə Azərbaycana, onun təsər-
rüfatına ciddi ziyan vurmuşdu. İndi vəzifə təsərrüfatı bərpa və inki-
şaf etdirməkdən ibarətdir. Son 10 ildə 108 yeni sənaye müəssisəsi 
tikildi. 1948-ci ildə dünyada ilk dəfə açıq dənizə neft-mədən esta-
kadaları quruldu. Neft daşlarında 1949-cu il noyabrın 7-də ilk dəniz 
neft quyusu fontan vurdu. 50-60-cı illərdə Yeni Bakı Neftayırma, 
1961-ci ildə Qaz emalı zavodları isə salındı. Sumqayıtda kimya, 
boru prokatı, sintetik kauçuk zavodları istifadəyə verildi. 1945-
1950-ci illərdə ölkədə 7 istilik və su-elektrik stansiyaları inşa olun-
du. 1954-cü ildə Abşeron DRES (Dövlət rayon elektrik stansiyası) 
və Mingəçevir su-elektrik stansiyası, Daşkəsəndə dəmir filizi üçün 
saflaşdırma kombinatı istifadəyə verildi. 1951-ci ildə Qaradağ se-
ment zavodu işə düşdü. 1958-1966-cı illərdə Mingəçevirdə kabel, 
Bakıda poladəritmə, soyuducu və  şin, Sumqayıtda super fosfat və 
kimya kombinatı, Gəncədə alüminium zavodları  işə salındı. 60-cı 


 
280
illərdə Əli Bayramlı istilik-elektrik stansiyası işə düşdü. 1964-cü il-
də Naxçıvanda Bakı radio zavodunun filialı açıldı. 50-60-cı illərdə 
Azərbaycanda onlarla yeni yüngül sənaye müəssisələri yaradıldı. 
1962-ci ildə Bakı-Krasnovodsk gəmi-bərə yolu istifadəyə verilmiş-
di. 1967-ci ildə Yevlax-Bərdə-Ağdam dəmir yolu işə salındı. 
Bu dövrdə Yuxarı Qarabağ, Samur-Abşeron kanalları  işə sa-
lındı. 50-60-cı illərdə Azərbaycan SSR-in iqtisadiyyatında müəyyən 
irəliləyiş baş versə də, xalq təsərrüfatında mövcud olan mənfi pro-
seslər getdikcə  dərinləşirdi, dövlətin keçirdiyi iqtisadi islahatlar 
səmərə vermirdi. 1947-ci ildə kartoçka sistemi ləğv edildi. 1947-
1952-ci illərdə istehlak mallarının satış qiyməti aşağı endirilsə  də, 
əhalinin alıcılıq qabiliyyəti aşağı idi. Kəndlilərin maddi vəziyyəti 
daha pis, kənd təsərrüfatı  məhsullarının qiyməti ucuz, kənddə 
satılan malların qiyməti isə baha idi. 
50-ci illərin sonlarında respublikada əhalinin sayı müharibə-
dən əvvəlki səviyyəyə çatmışdı. 60-cı illərin sonunda isə 5 milyonu 
ötüb keçmişdi. 1961-ci ildə növbəti pul islahatı keçirildi. 50-60-cı 
illərdə respublika əhalisinin məişət  şəraitində müəyyən dəyişiklik 
baş verdi. Mənzil tikintisi xeyli genişləndirildi. Bakıda indiki Şəh-
riyar adına klub, Hökumət evi, Respublika stadionu, Akademiya 
şəhərciyi, Bakı hava limanı, Dövlət sirki və s. tikildi. 1956-cı il 
fevralın 14-də Azərbaycan televiziyası  fəaliyyətə başladı. 1967-ci 
ildə Bakı metropoliteninin 6 stansiyası istifadəyə verildi. 
1945-ci ildə ümumtəhsil məktəblərində buraxılış imtahanları 
müəyyən olundu. Ən yaxşı şagirdlərə qızıl və gümüş medalları təsis 
edildi. 1959-cu ildən icbari səkkizillik təhsil müəyyən edildi. 1966-
cı ildə  məcburi onillik təhsilə keçildi. Texniki peşə  məktəblərinin 
şəbəkəsi genişləndirildi. Teatr, Xarici dillər, Politexnik və Rus Dili 
və  Ədəbiyyatı institutları bu dövrdə açılmışdı. Azərbaycan SSR-in 
güclü elmi patensialı var idi. Akademiyada onun ilk prezidenti 
Mirəsədulla Mirqasımov, M.Topçubaşov, Y.Məmmmədəliyev kimi 
görkəmli alimlər çalışırdı. Ü.Hacıbayovun, Heydər Hüseynovun, 
Əbülfəz Dəmirçizadənin, Feyzulla Qasımzadənin, Həmid Araslının, 
Ziya Bünyadovun tariximizə dair qiymətli tədqiqatları xalqın mənə-


 
281 
vi sərvətinə çevrildi. Qobustan qayaüstü təsvirlərinin, Azıx mağara-
sında qədim insan izlərinin aşkar və tətdiq edilməsi tarix elminə ən 
dəyərli töhfə idi. Müharibədən sonrakı illərdə Respublikada 100-
dən çox qəzet və jurnal nəşr edilirdi. Bu illərdə Azərbaycan musi-
qisi də xeyli inkişaf etmişdi. Ü.Hacıbəyovun, Q.Qarayevin, A.Məli-
kovun, C.Cahangirovun, Niyazinin musiqimizin inkişafında mühüm 
rolu olmuşdu. Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Sara 
Qədimovanın,  Şövkət  Ələkbərovanın ifaçılıq sənətinin yüksəlmə-
sində boyük rolu olmuşdur. Teatr sənəti, Azərbaycan kinosu, rəs-
samlıq, heykəltəraşlıq və s. yüksəliş dövrünü keçirirdi. Görkəmli 
aktyorlardan  Ələsgər  Ələkbərov, Mərziyə Davudova, Leyla Bədir-
bəyli, Möhsün Sənani, Nəsibə Zeynalova və b. Azərbaycan səhnə-
sində yadda qalan obrazlar yaratmışlar. 1945-ci ildə çəkilmiş “Arşın 
mal alan”, 1956-cı ildə “O olmasın, bu olsun”, 1958-ci ildə “Uzaq 
sahillərdə” filmləri kino sənətimizin uğurlu əsərləri idi. Məşhur rəs-
samlardan Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, 
Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, xalçaçı  rəssam Lətif 
Kərimov və b., heykəltəraşlardan Fuad Əbdürrəhmanov, Cəlal Qar-
yağdı oğlu, Ömər Eldarov və Tokay Məmmədov öz möhtəşəm əsər-
lərini yaratmışlar. 
 
2. Azərbaycanlıların Ermənistandan-tarixi etnik 
torpaqlarından kütləvi surətdə deportasiyası 
 
Sovet dövlətinin xalqlar arasında münaqişə ocaqlarını saxla-
maq siyasəti çar Rusiyasının uzun illər yeritdiyi müstəmləkəçilik 
siyasətinin davamı idi. Münaqişə ocaqlarından  ən ziddiyyətlisi 
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində idi. 
Hələ 40-cı illərin ortalarında Moskvadakı erməni lobbisinin 
başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ 
komitəsi” yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi 
tərəfindən növbəti dəfə Dağlıq Qarabağı onlara vermək haqqında 
Sovet hökuməti qarşısında məsələ qaldırıldı. M.C.Bağırov əhalisinin 
əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə