Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə94/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   90   91   92   93   94   95   96   97   ...   104

 
295 
 
XIX FƏSİL 
MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI 
 
I BƏND:  
Dövlət müstəqilliyinin bərpa olunması.  
Azərbaycan müstəqilliyin ilk illərində  
(1991-1993-cü illər) 
 
Plan: 
1. Qondarma “Dağlıq Qarabağ” məsələsi və onun Azərbaycanın 
ictimai-siyasi durumuna təsiri. 
2. Dövlət müstəqilliyinin bərpa olunması. Azərbaycan müstəqilliyin 
ilk illərində. 
 
1. Qondarma “Dağlıq Qarabağ” məsələsi  
və onun Azərbaycanın ictimai-siyasi durumuna təsiri 
 
Qarabağ  məsələsi iki əsrdir ki, zaman-zaman gündəmə çixir. 
1923-cü ilin iyulunda Azərbaycanın iradəsinə zidd olaraq, Moskva 
mərkəzinin bolşevik havadarlarının dəstəyi ilə ona vilayət statusu 
verilmişdi. Dağlıq Qarabağ Kiçik Qafqazın cənub-şərqində yerləşir, 
ərazisi təqribən 4,4 kv. km-dir. Tərkibinə 5 rayon-Əsgəran, Hadrut, 
Mardakert (Ağdərə), Martuni (Xocavənd) və Şuşa daxildir. 1828-ci 
il Türkmənçay müqaviləsindən sonra İrandan və Türkiyənin  şər-
qindən bura kütləvi  şəkildə ermənilərin köçürülməsi nəticəsində 
əhalinin milli tərkibindəki nisbət ermənilərin xeyrinə  dəyişmişdi. 
1989-cu ildə vilayətdəki  əhalinin 73,4%-i ermənilər, 25,3%-i 
azərbaycanlılar, 1,3%-i isə qeyri millətlər təşkil etmişdi (12, s. 234). 
Sovet  İttifaqının “yenidənqurma”, “aşkarlıq” siyasətindən istifadə 
edən ermənilər yenidən Azərbaycana  ərazi iddialarını qaldırdılar. 
Milli qızışdırmada erməni ziyalılarının, xüsusən P.Qazaryanın, Zori 
Balayanın, Silva Kaputikyanın və b. azərbaycanlılara iftira və  təh-


 
296
qirlə dolu, tarixi saxtalaşdırıcı  “əsərlər”inin də mühüm rolu ol-
muşdu. 1987-ci ilin avqustunda Ermənistan Elmlər Akademiyası 
Moskvaya Dağlıq Qarabağın və  hətta Naxçıvanın Ermənistana 
verilməsi barədə yüz minlərlə erməni imzası ilə xahiş ərizəsi göndə-
rilmişdi. 1987-ci ildə Ulu öndərimiz H.Əliyevin SSRİ  rəhbərli-
yindən kənarlaşdırılmasından istifadə edən “Qarabağ Komitəsi” ok-
tyabrda İravanda ilk açıq mitinq keçirdi. Bu komitə Azərbaycanda, 
xüsusən Dağliq Qarabağda uzun müddət fəaliyyət göstərən yerli 
“Krunk” təşkilatı açıq fəaliyyətə başladı. “Miatsum” hərəkatı ge-
nişləndi. Ona rəhbərlik etmək məqsədi ilə 1988-ci il mayın 2-də 
“55-lər Komitəsi” yaradıldı. Erməni millətçiləri Dağlıq Qarabağın 
Ermənistana verilməsini tələb edərkən Azərbaycanın guya vilayətin 
sosial-iqtisadi və  mədəni inkişafına diqqət vermədiyini  əsas kimi 
götürürdülər. Halbu ki, Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ 
vilayəti Azərbaycanın digər bölgələrinə nisbətən daha yüksək 
templə inkişaf etmişdi. 1988-ci ilin əvvəllərində Ermənistanın dəs-
təyi və  Mərkəzin müşahidəsi və  qızışdırıcı siyasəti ilə Dağlıq Qa-
rabağda ermənilərin separatçı  hərəkatları daha da artdı. 1988-ci il 
fevralın 20-də DQMV Sovetinin sessiyası “DQMV-nin Ermənista-
nın tərkibinə daxil edilməsinə razılıq verməsini təklif etdi. Er-
mənistan SSR Ali Soveti 1988-ci il iyunun 15-də Azərbaycan SSR 
Ali Sovetindən DQMV-in Ermənistanın tərkibinə daxil edilməsinə 
razılıq verməsini təklif etdi. İyunun 21-də Vilayət Xalq Deputatları 
Sovetinin fövqəladə sessiyası SSRİ Ali Sovetinə müraciətlə 
DQMV-nin Ermənistan SSR-ə verilməsini xahiş etdi. İyulun 12-də 
Vilayət Sovetinin sessiyası qeyri-qanuni olaraq DQMV-nin Azər-
baycanın tərkibindən çıxdığı  və Ermənistana birləşdirildiyi barədə 
qeyri-qanuni qərarı elan etdi. Sentyabrın 18-də ermənilər Xocalıya 
hücum etdilər. Sentyabrın 21 və oktyabrın 18-də Xankəndində azər-
baycanlıların və buna cavab olaraq, Şuşada ermənilərin evləri, 
avtomobilləri yandırıldı (87, s. 34). 1989-cu il yanvarın 12-də SSRİ 
Ali Soveti Rəyasət Heyyəti “Azərbaycan SSR-nin DQMV-də 
xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi və birbaşa 
Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Bundan isti-


 
297 
fadə edən ermənilər 1989-cu ilin iyununda Qarabağdakı Azərbaycan 
kəndlərini mühasirəyə aldılar, sovet ordu hissələrinin köməyi ilə 
Xankəndindən bütün azərbaycanlıları (14 min) çıxardılar (12, s. 
236-237). Azərbaycan demokratik qüvvələrinin tələbi ilə 1989-cu il 
noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv olundu. Vilayətin 
idarəçiliyi V.Polyaniçkonun başçılığı ilə Azərbaycan SSR Təşkilat 
Komitəsinə tapşırıldı. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali 
Soveti “DQMV-nin Ermənistana birləşdirmək haqqında” qeyri-
qanuni qərar qəbul etdi (46, s. 23; 66). Xankəndində Ermənistan 
SSR-in bayrağı asıldı. Azərbaycan SSR Ali Soveti 1990-cı il iyunun 
11-də Ermənistanla sərhəd boyunca (976 km) fövqəladə  vəziyyət 
elan etdi. 1991-ci ilin mayında bir sıra erməni kəndlərində pasport 
rejimi yoxlanıldı, erməni silahlı dəstələri tərksilah edildilər. Lakin, 
yenə  də ermənilərin Azərbaycan kəndlərinə hücumları davam 
etməkdə idi. Bütün bunlar Azərbaycanın ictimai-siyasi durumuna 
kəskin mənfi təsir göstərirdi. Azərbaycanda  ərazi bütövlüyü və 
suverenlik uğrunda xalq hərəkatı başladı. 1988-ci ilin əvvəllərində 
(fevralın 19) ilk etiraz çıxışları başlandı. Xankəndində bir azərbay-
canlının öldürülməsi xəbərini eşidən ağdamlılar fevralın 24-də 
Xankəndinə yürüş etdilər. Yürüş zamanı Əsgəranda 2 nəfər öldürül-
dü və 19 nəfər yaralandı. 1988-ci il noyabrın 17-də “Topxana” 
meşəsində sənaye obyektinin tikilməsi xəbəri ilə əlaqədar “Azadlıq” 
meydanında xalqın izdihamlı mitinqi oldu. Noyabrın 19-da ilk dəfə 
“Azadlıq” meydanında AXC-nin üçrəngli bayrağı qaldırıldı. Bu 
tariximizə “Milli Dirçəliş” hadisəsi kimi daxil oldu. Mitinq 1988-ci 
il dekabrın 4-də dağıdıldı. 1989-cu ilin martında hərəkata rəhbərlik 
etmək üçün Xalq Cəbhəsinin Müvəqqəti Təşəbbüs Mərkəzi təşkil 
edildi.  Əbülfəz  Əliyev (Elçibəy) AXC-nin sədri seçildi. Sonrakı 
mitinqlər artıq AXC-nin rəhbərliyi ilə idarə olunurdu. Azərbaycan 
SSR Ali Sovetinin 1989-cu il sentyabrın 23-də çağırılmış fövqəladə 
sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya 
qanununu qəbul etdi. 1989-cu il dekabrın 31-də Naxçıvanda Araz 
boyu 137 km Sovet-İran sərhəd qurğuları dağıdıldı. Yanvarın 18-də 
Biləsuvar və  Cəlilabad rayonlarında sərhəd qurğuları  ləğv edildi. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə