Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə93/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   89   90   91   92   93   94   95   96   ...   104

 
292
A.Mütəllibovu təyin etdi. Tarixin bu məsuliyyətli dövründə AXC 
artıq xalqa rəhbərlik edə bilmədi. Azərbaycan SSR Ali Sovetinin 
sessiyası mayın 19-da prezident vəzifəsi təsis etdi  və A.Mütəl-
libovu bu vəzifəyə seçdi. AXC-nin qeyri-ardıcıl mövqeyini görən 
xalq bu təşkilatdan uzaqlaşmağa başladı. 
H.Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. İqtidar onun 
Bakıda qalmasına imkan vermədi və o, Naxçıvana getdi. Sentyabrda 
H.Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə de-
putat seçildi. 1990-cı il noyabr sessiyasında Muxtar Respublika 
adından  “Sovet sosialist” sözü götürüldü. Muxtar Respublika Ali 
Soveti Ali Məclis adlandırıldı. Noyabrın 21-də Ali Məclis 20 yan-
var hadisələrinə düzgün siyasi qiymət verdi, günahkarlar ifşa edildi 
(45, s. 86-88). 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti 
sessiyasının qərarı ilə  ölkə  “Azərbaycan Respublikası” adlan-
dırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət 
bayrağı kimi təsdiq olundu. 
SSRİ-nin saxlanılması referenduma çıxarıldığı zaman H.Əli-
yev onun əleyhinə çıxdı. 1991-ci il martın 17-də SSRİ-nin saxla-
nılması ilə əlaqədar referendum keçirildi. Səsvermə saxtalaşdırıldı. 
Naxçıvan MR əhalisi referendumda iştirak etmədi. Sentyabrın 8-də 
Respublikada keçiriləcək prezident seçkilərində H.Əliyevin qələbə 
çalacağından ehtiyatlanan A.Mütəllibov konstitusiyaya prezident-
liyə namizəd üçün maksimum yaş senzi daxil etdi və bu səbəbdən 
seçkilərdə öz qələbəsini təmin etdi. 
 
3. Güney Azərbaycanı İran İslam inqilabı  
və ondan sonrakı dövrdə 
 
1977-ci ilin payızından etibarən Cənubi Azərbaycanda bir 
sıra çıxışlar başladı. Ən iri tələbə çıxışı Cənubi Azərbaycanda Milli 
hökumətin yaranmasının ildönümü günü münasibətilə olmuşdu. 
1978-ci ilin yanvarında Qum şəhərində Konstitusiya prinsiplərinə, 
qaydalarına riayət olunması,  şahlığın ləğv edilməsi tələbi ilə nü-
mayiş keçirilmişdi. Qumdakı hadisələrin 40-cı günü, fevralın 18-də 


 
293 
Təbriz şəhərinin din başçılarının əhaliyə müraciəti təbrizliləri ayağa 
qaldırdı. 100 min nəfərin iştirak etdiyi çıxış baş verdi. Hökumət 
nümayişçilərin üzərinə nizami ordu hissələri göndərdi. Dinc etiraz 
nümayişi mövcud quruluşa qarşı üsyana çevrildi. Bunu 29 bəhmən 
üsyanı adlandırırlar. Şah fevralın 19-da Təbrizə başqa şəhərlərdən 
əlavə nizami hərbi dəstələr göndərdi. Lakin qüvvələr bərabər 
olmadığından üsyan qəddarlıqla yatırıldı (35, s. 58-59). 
Antişah və antiimperialist hərəkat olan 1978-1979-cu illər 
İran inqilabının sosial-siyasi mahiyyətini  əslində elə  18 fevral 
Təbriz üsyanı müəyyən etmişdi. Təbriz üsyanı  Pəhləvi monarxi-
yasına zərbə vuran ilk xalq çıxışı idi. 
Təbriz üsyanından sonra mart ayının 29-30-da Tehran, İsfa-
han, Məşhəd, Əraq, Qum, Təbriz, Zəncan və b. şəhərlərdə, may 
ayında baş vermiş  çıxışlar  İranın 20-dən çox şəhərini əhatə et-
mişdi. Həmin ilin sentyabrından inqilabın II mərhələsi başlandı. 
İlk çıxışlar sentyabrın 7-də ölkənin 12 şəhərində, o cümlədən Təb-
rizdə kütləvi xarakter aldı. Sentyabrın 8-də, cümə günü hakimiy-
yətin nümayiş  iştirakçılarını gülləbaran etməsi onları öz yolundan 
döndərə bilmədi. “Qanlı cümə günü” adını almış həmin gün əha-
linin şaha qarşı qəzəb və nifrətini daha da artırdı (12, s. 219). 
Neftçilərin  noyabr ayında həftəlik, daha sonra isə  1978-ci 
ilin dekabrından 1979-cu il fevralın əvvəllərinədək davam etmiş 
aramsız  ümumi tətili  şah hakimiyyətinə  ağır zərbə vurdu və inqi-
labın taleyini həll etdi. Şah  1979-cu il yanvarın 16-da  İrandan 
qaçdı. Fevralın 16-da şahpərəstlərin son tör-töküntüləri Təbrizdə və 
Cənubi Azərbaycanın başqa  şəhərlərində  də tamamilə  zərərsizləş-
dirildi, nəzarət xalqın əlinə keçidi. 
Beləliklə,  1979-cu il fevralın 11-də Tehranda  qələbə çalan 
inqilab  fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. 
1978-1979-cu illərin  İran inqilabı dövründə azərbaycanlılar  25 
min nəfərə yaxın qurban verdilər (12, s. 220). 
Antişah və antiimperialist inqilab 1979-cu il fevralın 11-də 
qələbə ilə başa çatdıqdan sonra həmin millətlər milli muxtariyyət 
alacaqlarını gözləyirdilər. Lakin qələbənin ilk günündən hakimiyyət 


 
294
sükanını  ələ alan Ayətullah Xomeyni  tərəfdarları ümumxalq rəy 
sorğusu ilə 1979-cu il aprelin 1-də İran İslam Respublikası (İİR) 
elan etməyə nail oldular. Yeni hökumət torpaq, işsizlik məsələsini 
həll edə bilmədi.  İran  İslam Məclisi  torpaq islahatı haqqında 
qanunu  qəbul etsə  də  (sentyabr 1981), dövlət bu qanunu həyata 
keçirməkdə aciz oldu. Çünki islahata şamil olunan torpaq sahələ-
rinin çoxu varlı ruhanilərin, Məclis vəkillərinin, yüksək vəzifə 
sahiblərinin mülkiyyətində idi. Elə bu səbəbdən  İİR rəhbərliyi 
işsizlik problemini də həll edə bilmədi. Ölkə yavaş-yavaş bu vəziy-
yətdən çıxdı  və  İran-İraq müharibəsinin (1980-1988) vurduğu 
iqtisadi yaraları sağaltmağa başladı. Azərbaycan türkləri üçün ən 
ağrılı məsələ milli dilin statusunu müəyyən edən Əsas Qanunun 
15-ci maddəsi idi. Yerli və etnik dillərin fars dili ilə yanaşı 
mətbuatda, kütləvi informasiya vasitələrində  və  məktəblərdə milli 
ədəbiyyatın tədrisində  işlənməsi azad elan edilsə  də, Azərbaycan 
məktəblərində buna nail olmaq öz həllini tapmadı. Az bir zamanda 
azərbaycanlılar nisbi milli dirçəlişə nail oldular. Cənubi Azər-
baycanda, xüsusən Təbrizdə  və Tehranda Azərbaycan türkcəsində 
qəzet və jurnallar nəşr edilməyə başladı. Cənubi Azərbaycanda və 
Tehranda yaranmış bir sıra mədəniyyət ocaqları vahid Azərbaycan 
mədəniyyəti ideyası istiqamətində fəaliyyət göstərirdilər. Bu cəmiy-
yətlərdə təmsil olunan ziyalılar aşağıdakı tələbləri irəli sürürdülər: 
1) Azərbaycan dilinin bu xalqın rəsmi dili kimi tanınması; 
2) Azərbaycanda tədrisin ana dilində aparılmasını; 
3) Tehranda ikidilli məktəblərin yaradılmasını və s. 
Müxtəlif mədəniyyət ocaqlarının nəşr etdirdikləri qəzet və jur-
nallar İranda azərbaycanlıların milli şüurunun inkişafına təkan ver-
di. Lakin mətbuat azadlığı olsa da, mədəniyyətin ruhanilər tərə-
findən “şeytan əməli” adlandırılan aşıq müsiqisi və teatr sənəti kimi 
sahələri inqilabın ilk dövrlərindən daim müxtəlif növ təqiblərə mə-
ruz qalırdı. Şimali Azərbaycanın dövlət müstəqilliyinin bərpa edil-
məsi Cənubda da milli təfəkkürdə yeni bir canlanma yaratdı. 
 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə